Asif mehraliyev



Yüklə 1,12 Mb.
Pdf görüntüsü
səhifə38/38
tarix26.03.2018
ölçüsü1,12 Mb.
#34530
1   ...   30   31   32   33   34   35   36   37   38

 

149 


Bitki  təbii  halda  Asiyanın  tropik  və  subtropik  zonalarında 

yayılmışdır. 



Sambak  jasmini  əsasən  interyerin  floristik  dizaynında 

dekorativ  və  ətirli  bitki  kimi  becərilir.  Eyni  zamanda 

çiçəklərinin təmiz halda və ya qara çayla birlikdə dəmləməsi 

ətirli  içki  kimi    çox  əhəmiyyətlidir.  Bu  məqsədə  həm  təzə 

həm də qurudulmuş çiçəklərdən istifadə edilə bilər. 

Sarmaşan bitki olduğundan Otaq və ya Sambak jasmini 

üçün  mütləq  dayad  sistemi  qurulmalıdır.  Zövqdən  asılı 

olaraq  dayaqlar  müxtəlif  quruluşda  –  kvadrat,  rombşəkilli, 

ikiqollu və s. ola bilər. 

Bitki  4-6  m  uzanma  qabliyyətinə  malik  olduğundan 

interyer  dizaynında  onu  geniş  pəncərələrin  qarşısında 

becərmək  məqsədəuyğundur.  Belə  halda  bitki  işıqla  da  tam 

təmin  olunmuş  olur.    Yataq  otaqlarında  qoyulması  məsləhət 

deyil.  Çünki  bitkinin  yanında  uzun  müddət  dayandıqda, 

xüsusilə  gecə  saatlarında,  daha  artıq    efir  yağları  ifraz 

etdiyindən bəzən baş ağrısına səbəb olur. İş yerlərində və qış 

saraylarında bu bitki üçün dayaq qurulmaqla  binanın cənub-

şərq  cəhətindəki  işıqlı  ərazilər  seçilir.  Qeyd  olunmalıdır  ki, 

bir  başa  düşən  günəş  şüası  bitkinin  inkişafına  mənfi  təsir 

edir. 


Çoxillik  müşahidələrimiz  göstərir  ki,  Otaq  və  ya 

Sambak  jasmini  işıqsevən  bitkidir.  Becərildiyi  yerdə  azacıq 

kölgəli  şərait  olduqda  zoğun  böyümə  zonası  saralaraq 

inkişafdan qalır. Yay aylarında, xüsusilə, günorta saatlarında 

birbaşa bitkinin üzərinə düşən günəş şüası da onun inkişafına 

mənfi təsir edir. 

Mülayim  -  isti  (25-30°C)  temperatur  şəraitində  daha 

intensiv  inkişaf  edib  böyüyür.  Müşahidələrimiz  göstərir  ki, 

becərildiyi  şəraitdə  temperatur  35°C-dən  yuxarı  qalxdıqda 

bitkinin  inkişafı  zəifləyir.  Qış  aylarında  becərildiyi  binanın 

temperaturu  15-16°C  saxlanılmalıdır,  əks  halda,  yəni 

 

150 


temperatur 

yüksək 


olduqda 

yaz-yay 


aylarındaonun 

çiçəkləməsi zəifləyir.  

Rütubətə  tələbkardır.  Apardığımız  tədqiqatlar  göstərir 

ki,  becərildiyi  mühitdə  havanın  nisbi  rütubəti  yüksək  –  65-

75%  arasında  olduqda    bitki  intensiv  çiçəkləyir.  Rütubət 

aşağı  düşdükdə  isə  çiçəkləmə  intensivliyi  azalır,  əmələ 

gəlmiş  çiçəklər  isə  tez  tökülür.  Havanın  rütubət  rejimini 

saxlamaq üçün yaz-yay aylarında bitkinin üzərinə gündə 1-2 

dəfə sərin su çilənməlidir. Eyni zamanda becərildiyi torpağın 

da    rütubəti  normal  olmalıdır.  Qış  aylarında  suvarmalar  isə 

azaldılmaqla 

bitkilər 

sərin 

mühiti 


olan 

otaqlarda 

saxlanılmalıdır.  

Otaq  və  ya  Sambak  jasmini    qida  maddələrinə  də 

tələbkardır.  Bitki  torf  qarışdırılmış  qidalı  torpaqlarda 

becərilməklə bərabər vegetasiya dövründə ayda bir dəfə, hər 

dəfədə  1-2  qr  olmaqla  kompleks  gübrələlrlə  (N.P.K)  və  

mikroelementlərlə  (dəmir,  mis,  sink  və  s.)  yemləndirildikdə 

daha yaxşı inkişaf edir və bol çiçəkləyir. 



Otaq  və  ya  Sambak  jasmini  əsasən  vegetativ  yolla  – 

zoğların əyilərək basdırılması və çiliklərlə (qələm) çoxaldılır. 

Zoğların  əyilərək  basdırılması  üsulu  ilə  çoxaldılmada    yan 

zoğlardan  bir  ədədi  seçilir  və  zoğun  torpağa  basdırılacaq 

hissəsi yarpaqlardan təmizlənir. Eyni vaxtda qidalı torpaq və 

qum (1:1 nisbətində) doldurulmuş dibçək ana bitki becərilən 

dibçəyin yanında yerləşdirilir və yarpaqdan təmizlənmiş zoğ 

əyilərək  həmin  dibçəyə  basdırılır.  Yeni  basdırılmış  zoğ  tez-

tez  suvarılmaqla  25-30  gündən  sonra  ana  bitkidən  ayrılaraq 

müstəqil  bitki  kimi  becərilir.  Qeyd  edilməlidir  ki,  bu  cür 

çoxaldılmada  otağın  temperaturu  20-25°C  arasında  olduqda 

daha effektli nəticə əldə olunur. 

Çiliklərlə  çoxaldılma  zamanı  yazda  oduncaqlaşmış, 

yayda  isə  həm  oduncaqlaşmış  həm  də  birillik  yaşıl 

çiliklərdən  istifadə  olunur.  Çiliklər    12-15  sm  uzunluğunda, 



 

151 


yəni 3-4 buğumarasına  kəsilməklədənəvər qum qarışdırılmış 

yarpaq çürüntüsündə (1:1 nisbətində) əkilir. Həm yaşıl, həm 

də oduncaqlaşmış çiliklərdə uc  hissədə  bir  və ya iki yarpaq 

ayası  saxlamaqla  digər  yarpaqlar  kəsilərək  atılır.  Çiliklər 

əkilmiş  yeşiyin  üzəri  şüşə  ilə  örtülüb  temperatutu  18-20°C 

olan otaqlarda saxlanılmaqla mütəmadi suvarılır. Bu şəraitdə 

çiliklər  40-45  gün  müddətində  kök  əmələ  gətirirlər.  Bundan 

sonra çilikləri daimi yerlərinə köçürmək olar.  

Daimi  yerində  Otaq  və  ya  Sambak  jasmininə  qulluq 

bitki  üçün  dayaq  sisteminin  qurulmasından,  mütəmadi 

suvarılmadan  yemləmə  gübrələri  ilə  yemləndirilmədən, 

verilmiş formadan asılı olaraq budamadan ibarətdir. 

Bizim  tədqiqatımız  zamanı  Otaq  və  ya  Sambak 

jasminində xəstəliktörədicilər müşahidə olunmamışdır. Buna 

baxmayaraq bir sıra zərərverici həşaratlar bitkiyə xeyli ziyan 

vurur. 


Bunlardan  xırda  qanlı  mənənələr,  unlu  yastıcalar  və 

xırda  ağqanadlı  kəpənəklər  daha  çox  müşahidə  olunur. 

Həşəratların  ziyanlı  təsirini  aradan  qaldırmaq  və  ya 

maksimum  dərəcədə  aşağı  salmaq  üçün  ilk  növbədə  onlar 

bitki üzərində görünən kimi, yəni kütləvi şəkildə çoxalmamış 

əllə  təmizləmək  və  ya  zərərverici  olan  yarpağı,  budağı 

kəsərək kənarlaşdırmaq lazımdır. 

Bitki zərərvericilərlə kütləvi surətdə sirayətləndikdə isə 

ən səmərəli və ekoloji cəhətdən effektli mübarizə üsulu kimi, 

otaq  şəraitində  qoz  yarpaqlarının,  acı  bibər  meyvələrinin  və 

dəlibəng  yarpaq  və  ya  meyvələrinin  suda  qaynadılmış 

sabunlu məhlulundan istifadə etməkdir. Bu məqsədlə qoz və 

ya  dəlibəng  bitkisinin  1  kq  yarpağı  və  ya  acı  bibərin  200q 

meyvəsi  10 litr suda 30 dəqiqə qaynadılır  və üzərinə 200  q 

xam sabun əlavə olunur. Soyuduqdan sonra süzülür və 1 litr 

məhlul  10  litr  suya  qarışdırılaraq  çiləyiçilər  vasitəsilə 

bitkilərin üzərinə çilənilir. Ana məhlul qaranlıq sərin yerdə 1 

 

152 



ay  müddətində  öz  keyfiyyətini  saxlayır.  Qeyd  etməliyik  ki, 

bu  məhlul  otaq  şəraitində  becərilən  bütün  bitkilərin 

zərərvericilərinə qarşı tətbiq oluna bilər.  

 

Hind yasəməni 

Yasəmən  sözü  yunanca  xoş  ətirli,  göz  oxşayan 

mənasındadır.  Bu  ad  altında  ölkəmizdə  landşaft  dizaynında 

istifadə  olunan  çoxlu  adda  bitkilər  vardır  ki,  onlar  tamamilə 

ayrı-ayrı  fəsilələrə  və  cinslərə  aid  olan  növlərdir.  Məsələn 

İran yasəməni, Çin yasəməni, Adi yasəmən və s.  

Haqqında  bəhs  edəcəyimiz  bitki  isə  Hind  yasəmənidir. 

Bitkiyə çox vaxt Hind lagerstroemiyası da deyilir (Şəkil 31). 

Hind  yasəməni  (Lagerstroemiaindica  L.),  Ağlarot 

(Lythraceae L.) fəsiləsinin lagerstroemia L. cinsinə aid olan 

30  növdən  biridir.  Təbii  halda  Cənub-Şərqi  Asiya  ölkələri 

(Çin, 

Hindistan, 



Yaponiya) 

həmçinin 

Avstraliyada 

yayılmışdır.  Mədəni  halda  isə  həmin  ölkələrlə  yanaşı 

dünyanın bütün tropik və subtropik zonalarında bəzək bitkisi 

kimi əkilib becərilir. 

Təbii şəraitdə bitki 7  m-ə qədər hündürlükdə  ağac tipli 

koldur. Mədəni əkinlərdə isə 3-4 m hündürlükdə kol formada 

becərilir. Gövdəsi 4-5 yaşa qədər qonur qabıqla örtülü, yaşlı 

bitkilərdə  isə  hamar  boz-kül,  bəzən  boz-yaşılımtıl  rəngdə 

olub,  nar  və  ya  mərsinin  gövdələrini  xatırladır.  Yarpaqları 

sadə,  zoğ  üzərində  növbəli  düzülüşlü,  oturaq,  ellips  formalı, 

bəzi  formalarında  dairəvi  olub,  dərivaridir.  Yarpaqlar 

zümrüdü–yaşıl,  sarımtıl-yaşıl,  qırmızımtıl–yaşıl,  rəngdə 

olmaqla  parlaqdır.  Bitkinin  yarpaqlarının  belə  rəng 

çalarlarına  malik  olması  onun  becərildiyi  şəraitlə    və 

mövsümlə  əlaqədardır.  Beləki  qida  maddələri  və  su  ilə  tam 

təmin olunmuş gün tutan ərazilərdə bitən bitkilərdə yarpaqlar 

zümrüdü-yaşıl,  əksinə  qida  maddələri  və  rütubətlə  aztəmin 

olunduqda  sarımtıl-yaşıl,  payızda  isə  sarımtıl-qırmızı  və  ya 




 

153 


tünd qırmızı rəngə boyanır. Çiçəklər yabani formalarda açıq-

çəhrayı,  mədəni  formalarda  isə  ağ,  çəhrayı  qırmızı,  tünd-

qırmızı,  bənövşəyi  rənglərdə  olmaqla  iri  salxımlarda 

toplanmışlar. Meyvələti noxud irilikdə sərt qutucudur.Yarpaq 

və  çiçəklərinin  forma  və  rənglərinə  görə  Hind  yasəməninin 

çoxlu sayda forma və çeşidləri mövcuddur.  

Bunlardan 

Lagerstremiya 

indica 

“Nivea”, 



L. 

indica“Red imperator”, indica L. “Caroline Beaty”, L. indica 

“Coccinea”, L. indica “Rubra” və s. qeyd etmək olar . 

Hind yasəməni Azərbaycan (Abşeron) şəraitində iyulun 

ortalarından  sentyabrın  ortalarına  qədər  bol  çiçəkləyir. 

Nəzərə  alsaq  ki,  dekorativ  bağçılıqda,  bitkilərin  ən  mühüm 

xüsusiyyətlərindən  biri  onların  uzun  müddət,  xüsusilə  yay 

aylarında çiçəkləri ilə dekorativ olmalarıdır, buradan bitkinin 

əhəmiyyəti  daha  qabarıq  görünür.  İnsanların  əksəriyyətinin 

istirahət  dövrlərinin  yay  aylarına  təsadüf  etməsi  bu  bitkinin 

əsasən  istirahət  ocaqlarının  görkəmli  yerlərində  əkilməsini 

zəruri  edir.  Eyni  zamanda  bitkinin  günəşli  ərazilərdə  daha 

intensiv 

çiçəkləmə 

xüsusiyyəti, 

həmçinin 

maşınların 

tüstüsünə  davamlılığı  onun  yol  kənarlarında  cərgəvi 

əkilməsinə də imkan vermiş olur. Bunlarla yanaşı çiçəkləmə 

dövründə  olduqca  dekorativ  götkəmdə  olduğundan  Hind 

yasəmənini  fərdi  həyətyanı  sahələrdə  və  yaşayış  binalarına 

yaxın (3-5 m) ərazilərdə əkmək də məsləhətdir. 

Hündürboylu  ağac  növləri  ilə  rəqabətə  davamcızdır. 

Ümumiyyətlə  yarımkölgə  və  kölgəli  ərazilərdə  bitki  ya 

çiçəkləmir  və ya çox zəif çiçəkləyir. Həmçinin belə şəraitdə 

bitkidə istənilən çətir formasını da yaratmaq çətin olur. Lakin 

bütün  kol  tipli  dekorativ  bitkilərlə  bir  sırada,  yaşıl  çəmən 

(qazon)  sahələrində  topa  və  ya  tək-tək  müvəffəqiy-yətlə 

əkilib becərilə bilir.  

Hind  yasəməni  işığa  və  istiliyə  çox  tələbkardır. 

Abşeron  şəraitində  temperaturun  +35-40°C  olduğu  günlərdə 

 

154 


belə  inkişafdan  qalmayaraq  daha  da  intensiv  çiçəkləyir.  Qış 

şaxtalarına  davamlıdır.  -8-10

0

  şaxtalarda  heç  bir  orqanı 



zədələnmir.  Torpağa  və  suya  az  tələbkardır.  Lakin  münbit 

torpaqlarda  və  suvarılma  şəraitində  çiçək  məhsuldarlığı  çox 

olur.  Zoğları  sərt,  yarpaqları  isə  dərivarı  olduğundan  bitki 

güclü  küləklərdən  əziyyət  çəkmir.  Müşahidələrimiz  deməyə 

əsas verir ki, Abşeronun zəif şoranlaşmış torpaqlarında da bu 

bitki normal böyüyə bilir. 

Toxumları,  qələmləri  (zoğları),  kök  pöhrələri,  torpağa 

yaxın  cavan  zoğların  basdırılması  və  s.  yollarla  çoxaldılır. 

Toxumlarla  çoxaldılma    geniş  tətbiq  olunmur.  Toxumdan 

əmələ  gəlmiş  toxmacarlar  gec  böyüyür  və  gec  çiçəkləyir. 

Fərdi həyətyani sahələrdə həvəskar bağbanlar bitkinin cavan 

budaqlarını  əyib  torpağa  basdırmaqla  da  çoxaldırlar.  Belə 

çoxaltmaya  respublikamızın  ayrı-ayrı  zonalarında  basdırma, 

qolatma  gümləmə,  əndəliz,  lüqəndə,  firqəndə,  daldırma, 

əymə  və  s.  də  deyilir.  Bu  halda  çoxlu  əkin  materialı  əldə 

etmək mümkün deyil. Ona görə də Hind yasəməninin ən əsas 

çoxaldılması  odunlaşmış  qələmlərlə  (çilik)  həyata  keçirilir. 

Odunlaşmış qələmlərlə çoxaltma yolu özünün asanlığı, daha 

artıq  xərc,  əmək  tələb  etməməsi  və  yüksək  bitiş  verməsi 

baxımından  çox  sərfəlidir.  Qələmlər  bir  qayda  olaraq  bitki 

nisbi  sükunət  dövrünə  keçdikdən  –  yarpaqlarını  tam 

tökdükdən  sonra  payızda,  zəruri  hallarda  isə  yazda 

tumurcuqlar  açılarana  qədər  tədarük  olunur.  Qələm 

tədarükünün  ən  münasib  vaxtı  yarpaqlar  tökülüb  qurtaran 

kimidir.  Bu  halda  birillik  və  ikiillik  zoğlardakı  qida 

maddələri hələki, çoxillik orqanlara otürülməmiş olur və qida 

maddələri  tədarük  olunmuş  qələmdə  qalır.  Bu  isə  gələcəkdə 

qələmdən  normal  bitiş  almaq  üçün  vacib  şərtlərdən  biridir. 

Qələmlər 20-30 sm uzunluqda 8-10 mm diametrdə kəsilərək 

qom  (dəstə)  halda  bağlanılır  və  açıq  sahəyə  əkənədək 

rütubətli təmiz çay və ya bağ qumunda +2-3°C temperaturda 



 

155 


qaranlıq zirzəmilərdə növbəti ilin mart ayına qədər saxlanılır. 

Yazda  torpaqda  temperatur  +10-15°C-yə  qalxdıqda 

qələmləri  xüsusi  hazırlanmış  ləklərə  və  ya  yeşiklərə  əkmək 

olar.  Ləkin  və  ya  yeşiyin  torpağı  yüngül-qumsal,  qidalı  və 

suyu  asan  sızdıran  olmalıdır.  Əkin  qabağı  qələmlər  əkinə 

hazırlanmalıdır.  Yəni  onların  aşağı  və  yuxarı  ucları  iti  bağ 

qayçısı  ilə  yenidən  kəsilərək  təzələnməklə  hər  qələmdə  3-4 

sağlam  tumurcuq  saxlanılır.  Əkin  zamanı  tumurcuğun  2  və 

ya 3-ü torpaqda 1 və ya 2-si isə torpağın səthində qalmalıdır. 

Qələmlər  yaz-yay  dövrü  mütəmadi  (hər  gün)  suvarılmalıdır. 

Yay  ayları  isə  qələmlər  kölgəli  şəraitdə  saxlanılmalıdır. 

Qələmlərdən  əmələ  gəlmiş  tinglər  növbəti  ilin  mart  ayında 

daimi yerinə köçürülür. 

Hind  yasəməninə  qulluq  yaz  aylarında  ayda  iki  dəfə 

olmaqla  yemləmə  gübrələrinin  verilməsindən  (cavan 

bitkilərə  20-30  q,  yaşlı  bitkilərə  isə  30-50  q)  torpaq  iqlim 

şəraitindən  asılı  olaraq  yaz-yay  ayları  ayda  2-3  dəfə,  payız-

qış  ayları  isə  ayda  1  dəfə  suvarılmadan,  cavan  bitkilərə 

budama  vasitəsilə  forma  vermədən,  yaşlı  bitkilərin  isə 

payızda  budanılmasından  ibarətdir.  Bitkini  dekorativ 

görkəmdə  saxlamaq  və  bol  çiçək  məhsulu  əldə  etmək  üçün 

ildə  bir  dəfə,  payızda,  yarpaqlar  töküldükdən  sonra  bütün 

birillik zoğlar 2-3 buğumarası saxlanılmaqla  kəsilməlidir. 

Abşeron şəraitindəki müşahidələrimiz  göstərir ki, Hind 

yasəməni  unluşeh  xəstəliyinə  çox  yoluxur.  Xüsusilə  bitki 

yarımkolgə  və  kölgəli şəraitdə əkildikdə  və yağıntı çox olan 

aylarda  həmin  xəstəlikdən  daha  çox  ziyan  çəkir.  Xəstəlik 

əsasən  cavan  uc  yarpaqları,  çiçək  salxımlarını  və  qönçələri 

zədələyir.  Bu  zaman  həmin  orqanların  üzəri  bozumtul-ağ 

rəngli  örtüklə  örtülür,  yarpaqlar  deformasiyaya  uğrayaraq 

büzüşür, 

qöncələr 

açilmadan 

quruyur, 

çiçəklər 

isə 


dekorativliyini  itirərək  tez  tökülür.  Xəstəliklə  mübarizə 

məqsədilə  bitkini  sahədə  yerləşdirərkən  yaxşı  havalanan  və 

 

156 


gün 

düşən 


ərazilər 

seçilməlidir. 

Xəstəliyin 

erkən 


mərhələsində  (yəni  ilk  cavan  yarpaqlarda  ağ  ərpə  bənzər 

təbəqə  müşahidə  olunan  kimi)  yoluxmuş  yarpaqlar  zoğla 

birlikdə  kəsilərək  sahədən  kənarlaşdırılmalıdır.  Çox  sürətlə 

yayılan  xəstəlikdir.  Bəzi  yağmurlu  illərdə  kimyəvi 

preparatlar  tətbiq  etmədən  bitkiləri  qorumaq  olmur.  Bu 

məqsədlə Tilt, fundazol, Topsin-M, Almaz adlı preparatların 

0,2-0,3%- li məhlulları ilə 7-10 gündən bir bitkilər yuyulur. 

Abşeron  şəraitində  Hind  yasəməninin  ən  qorxulu 

ziyanvericisi xırda qanlı mənənələr hesab olunur. Ziyanverici 

əsasən  ilk  yazda  cavan  zoğ  və  yarpaqlara  zərər  vurur. 

Həşarat deşib-soran ağız aparatına malik olduğundan bitkinin 

şirəsini  somurmaqla  onunböyüməsini  dayandırır.  Eyni 

zamanda  öz  ifrazatı  ilə  yarpaqları  çirkləndirir.  Bütövlükdə 

bitki qara-hisli görkəm almaqla öz dekorativliyini itirir. 

Mübarizə  məqsədilə  bitki  üzərində  mənənə  müşahidə 

olunan  kimi    sistem  təsirli  preparalardan  Bİ-58,  Desis  və  b. 

biri  ilə  0,2-0,3%-i  məhlul  hazırlayıb  həmin  məhlulla  bitki 

yuyılmalıdır. 

Əksər 

halarda 


yaz 

aylarında 

Hind 

yasəməni 



mənənələrlə  eyni  vaxtda  unluşeh  xəstəli  ilə  də    sirayətlənir. 

Ona  görə  də  mübarizənin  iqtisadi  səmərəliliyini  artırmaq  və 

işçi  qüvvəsinə  qənaət  etmək  məqsədilə  iki  preparatın 

(məsələn  Tilt  və  poliqorun  hər  birindən  bir  və  iki  ml  10  litr 

suya) qarışığından istifadə etmək daha məqsədə uyğundur. 

 

 




 

157 


İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT 

 

1.  Həsənov Z.M., Əliyev C.M. Meyvəçilik. Bakı: 2007, 519 



s. 

2.  Həsənov  Z.M.,  Cəfərov  İ.H.  və  b.  Bağban  nəyi 

bilməlidir? Bakı: 2009, 367 s. 

3.  Məmmədov 

T.S., 

İsgəndər 



E.O., 

Talıbov 


T.H. 

Azərbaycanın nadir ağac və kolları. Bakı: 2016, 378 s. 

4.  Əsədov  K.S.,  İbrahimov  T.O.  Azərbaycanın  Milli 

Parkları. Bakı: 2013, 334 s. 

5.  Məmmədov  M.S.,  Əsədov  K.S.,  Məmmədov  F.M. 

Dendrologiya. Bakı: 2000, 387 s. 

6.  İbrahimov Z. Meşə əkinləri. Bakı: 2015, 399 s. 

7.  Əliyev Ş.A. Tərəvəzçilik.Bakı: 1997, 305 s. 

8.  Rəsulov Ə.T. Üzümçülük. Bakı: 2011, 391 s. 

9.  İbadlı    O.V.,    Ağamirov    Ü.M.,    Bayramov    A.Ə.  

Gülçülük. Bakı: 2003, 223 s. 

10.  İbadlı  O.V.,  Mehralıyev  A.D.  Sarmaşan  bitkilər 

sorağında. Bakı: 2012, 222 s. 

11.  Əsgərov A. Azərbaycanın bitki aləmi. Bakı: 2016, 444 s. 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

158 


 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

Asif Mehralıyev 



“Bağbanın konspekti” 

 

 



 

 

 




 

159 


 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

Çapa imzalanmış: 17.04.2017 



Kağız formatı: 64x82 1/16 

Həcmi: 10 ç.v.; Sifariş: 672; Sayı: 500 

 

 

 



 

 

 



 

160 


 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

«VEKTOR» BEYNƏLXALQ NƏŞRLƏR EVİ 



Ünvan: AZ1018. Bakı şəh, Zığ yolu, 20 q 

tel: (+99470) 3007000; (+99412) 4471404 

faks: (+99412) 4796003 

e-mail: isgenderzadeh@rambler.ru 



www.vektor.az 

 

Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə