Asif mehraliyev



Yüklə 1,12 Mb.
Pdf görüntüsü
səhifə37/38
tarix26.03.2018
ölçüsü1,12 Mb.
#34530
1   ...   30   31   32   33   34   35   36   37   38

 

145 


bitkilər  normal  inkişaf  etsələr  də  çox  az  çiçəkləyir  və  ya 

çiçəkləmir. Belə şəraitdə həm də bitkinin dekorativ  görkəmi 

pisləşir. 

Bundan əlavə bitkinin formaverməyə yüksək reaksiyası 

ondan  canlı  çəpərlərin  salınmasında  geniş  istifadəyə  imkan 

verir. 


Tobira  Pittosporumu  işığa  və  istiliyə  tələbkar  bitkidir. 

Yarımölgə  şəraitdə  yaxşı  inkişaf  etsə  də  çox  zəif  çiçəkləyir. 

Kölgəli şəraitdə isə ümumiyyətlə inkişaf  etməyərək bir neçə 

il ərzində tədricən quruyaraq məhv olur. 

Bitki soyuğa davamlı olsa da şaxtalardan əziyyət çəkir. 

Xüsusilə  cavan  bitkilər  və  yaşlı  bitkilərin  cavan  zoğları  5-

8°C  şaxtaya  davam  gətirməyərək  məhv  olurlar.  Yaşlı  

bitkilərin coxillik hissələri 15°C-dək şaxtalara davam gətirir. 

Ona görə də növün belə xüsusiyyətini nəzərə alaraq onu 

Azərbaycan  şəraitində  məhz  iqlim  qurşaqları  üzrə  əkmək 

məsləhətdir. 

Tobira  Pittosporumu  torpaq  qidasına  və  rütubətə  az 

tələbkar  növlərdən  hesab  olunur.  Lakin  qidalı  və  rütubətlə 

yaxşı  təmin  olunmuş  torpaqlarda  bitki  özünün  biomorfoloji 

xüsusiyyətlərini daha qabarıq büruzə verir. 

Yarpaqları  sərt  və  dərivarı  olduğundan  birki  güclü 

küləklərdən  heç  bir  əziyyət  çəkmir.  Azərbaycan  şəraitində 

Tobira  Pittosporumu  aprel  ayının  sonlarından  çiçəkləməyə 

başlayır  və  bir  bitkidə  çiçəkləmə  dövrü  25-30  gün  davam 

edir. 


Tobira  Pittosporumu  toxumla  və  qələmlərlə  (həm 

odunlaşmış,  həm  də  yaşıl)  çoxaldılır.  Hər  iki  yolla 

çoxaldılmada  bir  sıra  çətinliklər  mövcuddur.  Toxumla 

çoxaldılmada  toxumların  tədarükü  başqa  bitkilərə  nisbətən 

çətindir.  Belə  ki,  toxumlar  nisbətən  iri  olmalarına 

baxmayaraq  yapışqanlı  kitrə  ilə  ortülü  olduğundan  tək-tək 

yığılır.  Bu  isə  əmək  sərfini  xeyli  artırır.  Əlavə  olaraq, 

 

146 



yapışqanlı  olduğundan  onları  səpmək  də  xeyli  cətin  olur. 

Qurudaraq  səpdikdə  isə  toxumlarda  cücərmə  faizi  aşağı 

düşür.  Ona  görə  də  biz  nisbətən  asan  olsun  deyə  toxumları 

yığan  kimi  qumla  qarışdıraraq  səpin  aparırıq.  Bu  zaman  bir 

hissə  toxuma  üç  hissə  çay  qumu  qarışdırılır  və  mart  ayına 

qədər  qaranlıq,  sərin  yerdə  saxlanılır.  Yazda  torpaqda 

temperatur  müsbət  10°C-yə  yüksəldikdə  toxumlar  qumla 

birlikdə əvvəlcədən hazırlanmış ləklərə cərgəvi üsulla səpilir. 

Səpin  zamanı  çalışmaq  lazımdır  ki,  hər  p/m-ə  80-100  ədəd 

toxum düşsün. Toxumlar 3-4 sm dərinliyə  və  yüngül qidalı 

torpaqlara səpilməlidir. 

Səpindən  40-45  gün  sonra    ilk    cücərtilər  görünür. 

Birinci  ili    səpinlərə  qulluq  işləri  mütəmadi  suvarmadan, 

cərgəaralarının yumşaldılmasından, alaq otlarına, xəstəlik və 

ziyanvericilərə  qarşı  mübarizədən  ibarətdir.  Növbəti  ilin 

payızında tinglər daimi yerlərinə köçürülür. 

Tobira  Pittosporumu  yarı  odunlaşmış  və  yaşıl 

qələmlərlə 

də 

çoxaldılır. 



Yarıodunlaşmış 

qələmlərlə 

çoxaldılan  zaman  qələmlər  mart  ayı  tədarük  edilərək 

temperatur  rejimi  20-25°C  olan  istixanalara,  xüsusi 

hazırlanmış  substrata,  yəni  yarpaq  çürüntüsü,  meşə  torpağı 

və  şirəli  qum  (2:2:1)  nisbətində  əkilməklə  mütəmadi 

suvarılır.  Istixana  şəraiti  yaratmaq  mümkün  olmadıqda 

qələmlər  aprel  ayında  torpağın  temperaturu  12-15°C-yə 

yüksəldikdə  ana  bitkidən  tədarük  edilərək  birbaşa    açıq 

sahəyə  əkilir.  Bu  zaman  qələmlər  əkiləcək  ləklərin  torpaq 

qarışığı itixanadakı substratda olduğu kimi hazırlanır.  

Yaşıl qələmlərlə çoxaldılma zamanı qələmlər iyulun 2-

ci  yarısında  tədarük  olunaraq  dərhal  da  xüsusi  hazırlanmış 

kiçik  dibçəklərə  əkilərək  (dibçəklərin  substratını  yarpaq 

çürüntüsü  +  şirəli  qum  –  1:1  nisbətində  götürülür.)  rütubət 

rejimi 80-85% olan yarımkölgəli  binalara yerləşdirilir. 

Qələmlərə 

qulluq 


suvarmadan 

və 


xəstəlik 


 

147 


ziyanvericilərə  qarşı  mübarizədən  ibarətdir.  Kök  atmış 

qələmlərdə zoğlar sürətlə böyüdüyündən ucları vurulmalıdır. 

Növbəti  ilin  yazında  bitmiş  qələmlər  daimi  yerlərinə 

köçürülür. 

Daimi  yerlərində  cavan  bitkilərə  qulluq  işləri  əsasən 

nəzərdə  tutulmuş  çətir  formasının  verilməsindən,  mütəmadi 

suvarılmasından,  ildə  iki  dəfə  (yaz  və  payızda)  əlavə 

gübrələmədən  və  s.  ibarətdir.  Sürətli  böyüyərsə  o  halda 

bitkilərin çox uzanmış zoğlarının ucları vurulur.  

Yaşlı  bitkilərdə  çətirdən  kənara  çıxmış,  formasını 

itirmiş,  qurumuş,  ziyanvericilərlə  güclü  yoluxmuş  və  qış 

şaxtalarından  zədələnmiş  budaqlarda  ildə  bir  dəfə  olmaqla 

mart ayının birinci yarısında budama aparılır. 

Tobira 


Pittosporumu 

uzunömürlü 

kol 

bitkisi 


olduğundan  əkildiyi  yerdə  20-25  idən  sonra  çox  hallarda  öz 

dekorativliyini itirir. Bunun qarşısını almaqdan ötürü hər 15-

20  ildən  bir  bitki  dibdən  kəsilərək  kök  pöhrələri  hesabına 

yenidən cavanlaşdırılır. 

Bitki  canlı  çəpər  şəkilində  becərildikdə  çəpər  ildə  bir 

neçə dəfə formavermə məqsədilə kəsilməlidir. 

Uzun 

illərin 


müşahidələri 

göstərir 

ki, 

Tobira 


Pittosporumunun 

Azərbaycan 

şəraitində 

bir 


sıra 

zərərvericiləri  bitkiyə  hər  il  xeyli  ziyan  vurur.  Bunlar  unlu 

yastıcalar  və  xırda  qanlı  mənənələrdir.  Yaz  aylarından 

başlayaraq bu həşəratlar bitkinin yarpaq  və cavan zoğları ilə 

(bəzən  odunlaşmış  budaqlarla  belə)  qidalanaraq  onun 

dekorativ  görkəminə  xələl  gətirməklə  bərabər  bəzən  hətta 

ayrı-ayrı budaqları qurudurlar. 

Mübarizə  məqsədilə  əsasən  aqrotexniki  tədbirlərdən 

istifadə olunur. Belə ki, yer seçərkən ilk növbədə günəşli  və 

yaxşı  havalanan  ərazilər  nəzərdə  tutulmalı  və  bitkilər 

mütəmadi  kəsilməlidir.  Müşahidələrimiz  göstərir  ki,  bütün 

aqrotexniki  tədbirlərə  riayət  olunmasına  baxmayaraq    ayrı-

 

148 


ayrı  illərdə,  xüsusilə  yaz-yay  aylrı  təbii  yağıntılar  çox 

olduqda  bitkilər  yuxarıda  qeyd  etdiyimiz  zərərvericilərlə 

güclü  sirayətlənirlər.  Belə  hallarda  xüsusi  sistem  təsirli 

preparatlardan  (Paskal,  Marşal  və  s)  biri  ilə  kimyəvi 

mübarizə yolu ilə bu zərərvericilər məhv edilməlidir. 

 

Otaq və ya sambak jasmini 

Örtülü  (mənzillərdə,  qış  saraylarında,  istixanalarda  və 

s.)  bitkilərin  becərilməsi  həmişə  olduğundan  müasir  dövrdə 

daha  artıq  maraq  kəsb  edir.  Ona  görə  ki,  müasir  arxitektura 

işlərində  geniş  pəncərələrə,  işıqlı  eyvanlara,  xüsusilə,  qış 

saraylarına  daha  çox  yer  verilir.  Təbii  ki,  belə  pəncərə  və 

eyvanların  qarşısında,  qış  sarayında  dekorativ,  gözoxşayan, 

ətirli  çiçəkli  bitkilərə  birinci  növbədə  yer  ayrılır.  Belə 

dekorativ  bitkilər  minlərlədir.  Lakin  demək  olar  ki,  bütün 

yaz-yay  boyu  çiçəkləyən  və  çiçəklərinin  qeyri-adi  ətri  olan 

az-az bitkilər  vardır  ki, onlardan da biri Otaq və ya Sambak 

jasminidir (şəkil 30) 

Jasminum  sambac  (L.)  Ait.  Zeytunkimilər  (Oleaceae 

Lindl.)  fəsiləsinin  jasmin  (Jasminum  L.)  cinsinə  aid, 

həmişəyaşıl,  çoxillik  liandır.  Hər  hansı  dayağa  dolanaraq  və 

ya  dırmanaraq  4-6  m-ə  qədər  uzana  bilir.  Dayaq  tətbiq 

etmədən,  uzanan  zoğlarını  mütamadi  kəsərək,  bitkiyə 

dibcəkdə,  həm  də  sallanan  kol  forması  da  vermək  olur. 

Zoğları  zərif-yumşaq  tükcüklüdür.  Dayağa  dolanan  zaman 

tükcüklər köməkverici vasitə rolunu oynayır. Yarpaqlar açıq-

yaşıl rəngli, qısasaplaqlı,yumurtavarı, 2,5-10,0 sm uzunluqda 

olub, səthi demək olar ki, hamar parlaqdır. Çiçəkləri xırda ağ 

rəngli  5-7  ləçəkli  3-4  ədədi  bir  yerdə  olmaqla  çətirşəkilli 

formada olub, olduqca ətirlidir. Yəni becərildiyi binada onun 

ətri  dərhal  hiss  olunur.  Bir  çiçək  20  günə  qədər  yaşayır. 

Lakin  bu  müddətdə  yeni  çiçəklər  formalaşdığından  bitkinin 

üzəri  mart  ayından  dekabr  ayına  qədər  çiçəklə  örtülü  olur. 



Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə