Asif mehraliyev



Yüklə 1,12 Mb.
Pdf görüntüsü
səhifə31/38
tarix26.03.2018
ölçüsü1,12 Mb.
#34530
1   ...   27   28   29   30   31   32   33   34   ...   38

 

121 


zamanda  həm  meyvə  əmələ  gətiri,  həm  də  dayağa 

dolanır. 

Aktinidiyanın  yarpaqları  kifayət  qədər  iri  olmaqla, 

uzunsov-yumurtavaridir.  Yarpağın  səthi  qırışlı,  tükcüklü, 

kənarları  isə  xırda  dişlidir.  Çiçəkləri  2  tipdə  olur:  dişicik  və 

erkəkcik olan çiçəklər. Aktinidiya ikievli bitki hesab olunur. 

Meyvələri çoxyuvalı, çoxtoxumlu giləmeyvələrdir (şəkil 22). 

Bitki güclü kök sisteminə malikdir, köklər əsasən qonur 

və ya sarımtıl-ağ rənglidir. Torpağın 30 sm-lik qatında üfüqi 

istiqamətdə  inkişaf  edir.  Bəzən  köklər  torpağın  120  sm 

dərinliyinə qədər işləyə bilir. 

Növün  becərilməsi  zamanı  məlum  olmuşdur  ki,  bitki 

torpağın  qida  maddələrinə  və  rütubətə  çox  tələbkardır. 

Torpaqda  rütubət  aşağı  düşdükcə  bitkinin  yarpaqları 

plazmoliz  halına  düşərək,  inkişafı  dayanır.  Rütubət 

çatışmamazlığı  daha  7-10  gün  davam  edərsə,  cavan  bitkilər 

quruyaraq tələf olur.  

Bizim  təcrübələrimizdə 

müəyyən  edilmişdir  ki, 

aktinidiya  yarımkölgə  şəraitində  daha  yaxşı  inkişaf  edir. 

Lakin  bitki  Abşeronun  güclü  küləklərindən  əziyyət  çəkir. 

Belə  ki,  bitkinin  yarpaqları  iri  və  nisbətən  ətli  olduğundan, 

güclü  küləklər  onları  zədələyərək,  bəzi  hallarda  yarpaq 

səthinin  1/2    hissdəsini  qurudur.  Beləkillə,  yarpaqların 

assimilyasiya  qabiliyyəti  aşağı  düşür  və  bitki  zəifləyir.  Ona 

görə  də,  aktinidiyanın  becərilməsi  zamanı  külək  tutmayan 

sahələrin seçilməsi və tez-tez suvarılması məsləhətdir.  

 

Ənginar 

Qədim yunan əfsanəsinə görə, Göy Allahı Zevs yer qızı 

Sinaraya aşiq olur. Onu öz yanına, Olimp dağına dəvət edir. 

Bir dəfə Sinara Zevsin icazəsi olmadan yerə qayıdır. Bundan 

qəzəblənən  Zevs  onu  tikanlı  bitkiyə  –  Sinaraya  (Cynara 

scolymus L.) çevirir. 

 

122 



Dilimizdə  ənginar  (artişok)  adlanan  həmin  bitki 

haqqında  çoxları  eşitsə  də,  onun  becərilməsi,  istifadəsi 

barədə  məlumatları  çox  azdır.  Şimali  İtaliyada  “articiocco” 

sözündən  olan  bu  bitki  “şam  qozası”  mənasında,  yunan 

dilində  isə  “samara”  sözündən  olub  mənası  it  deməkdir. 

Çiçəkləmə  və  meyvəsinin  yetişmə  dövründə  adamın  əl-

ayağına  batıb  qanaxmaya  səbəb  olduğuna  görə  ona  bu  adı 

verilmişlər. 

Çoxsahəli  istifadə  xüsusiyyətlərinə  malik  olan  ənginar 

çoxillik  ot  bitkisidir.  Mürəkkəbçiçəklilər    –    Asteraceae  

fəsiləsinə  aiddir və beynəlxalq adı Cynara L.-dir. 

Vətəni  Aralıq  dənizi  ölkələri  hesab  olunan  bu  cinsin  

Yer  kürəsinin  müxtəlif  təbii-coğrafi  ərazilərində,  xüsusilə 

Avropanın orta qurşaqlarında,  Şimali  və Cənubi Amerikada, 

Kanar 

adalarında 



12-yə 

qədər 


növü 

yayılmışdır. 

Azərbaycanda  2  növü  –  C.  cardunculus  L.  (İspaniya 

ənginarı),  C.  scolymus  (əkin  və  ya  tikanlı  ənginar) 

yayılmışdır.  Əkin  və  ya  tikanlı  ənginara  bəzən  fransız 

artişoku,  yaşıl  artişok  da  deyilir.  Hər  iki  növ  mədəni  əkin 

şəraitində  becərilir.  Daha  geniş  becəriləni  isə  əkin  və  ya 

tikanlı ənginardır (şəkil 23). 

Əkin  ənginarı  çoxillik  ot  bitkisi  olub,  hündürlüyü  2,5 

m-ə  qədərdir.  Bütün  yerüstü  hissələri  göy-yaşıl  rəngdədir. 

Gövdə  və  yarpaqları  xırda,  sıx  tükcüklərlə  örtülmüşdür. 

Yarpaqları  iri  dilimli  və  ya  lələkvari  bölümlüdür.  Çox  iri 

olub,  uzunluğu  120,  eni  isə  45  sm-ə  qədərdir.  Yarpaqların 

səthi  nisbətən  az  tüklü,  açıq-mavi,  alt  hissəsi  isə  sıx  tüklü, 

gümüşü rəngdədir. Kökyanı (rozet) yarpaqları nisbətən iri və 

uzunsaplaqlı,  gövdə  yarpaqları  isə  xırda  və  oturaqdır. 

Gövdəsi ətli, yoğun, dikduran, şırımlı və budaqlanandır (1-15 

ədəd).  İri,  səbət  çiçək  qrupuna  toplanmış  çiçəkləri  göy, 

bənövşəyi, bəzən də ağ rəngli olub, boruvaridir. Səbət çiçək 

qrupu şarvari, yarımdairəvi olub, diametri 12-20 sm-dir. İyun 




 

123 


ayında  çiçəkləyir,  çarpaz  tozlanandır,  meyvəsi  iyul-avqust 

aylarında  yetişir.  Meyvəsi  (toxumları)  5-8  mm  uzunluqda 

yumurtavari  olub,  tünd-boz  rəngli,  kəkilli  toxumçadır. 

Toxumlar  iri  olub,  1000  ədədinin  çəkisi  45-55  q-dır.  Kök 

sistemi yoğun, qonur-sarı rəngli, ətli-şirəli olub, düyünlü, mil 

köklüdür. Çox miqdarda yan köklər əmələ gətirir. 

Azərbaycanda bu bitki əvvəllər Lerik, Mərəzə, Şamaxı, 

Abşeron rayonlarında becərilib.  

Ənginar  istilik  və işıqsevən bitkidir. Günəşli  ərazilərdə 

normal  cicəkləyir  və  toxum  verir.  İstiyə  tələbkar  olmasına 

baxmayaraq  şaxtaya  dözümlüdür.  Uzun  illər  apardıgımız 

müşahidələr göstərir ki, Abşeron şəraitində bitkinin kökətrafı 

(rozet)  yarpaqları  qışın  8-10°C  şaxtasına  davam  gətirir. 

Quraqlığa  və  qida  çatışmazlığına  davamlıdır.  Bununla  belə, 

mütəmadi  suvarıldıqda  və  qidalı  torpaqlarda  becərildikdə 

daha yaxşı inkişaf edir və bol məhsul verir. 

Abşeron  şəraitində  eyni  yerdə  30-40  il  çiçəkləyib 

toxum verməsi müşahidə olunmuşdur.  

Gövdə  və yarpaqları qalın  və nisbətən sərt olduğundan 

güclü  küləklərə  davamlıdır.  Buna  baxmayaraq,  bəzək 

məqsədi  ilə  bitkinin  külək  tutmayan  ərazilərdə  becərilməsi 

məsləhətdir.  

Ənginarın ətli hissəsi – cavan zoğları, yarpaq saplağı və 

yarpaq  ayası,  çiçək  yatağı  və  çiçək  yanlığı,  meyvələri  çoxlu 

miqdarda  sinarin  qlükozidi,  piyli  və  qatranlı  maddələr,  üzvi 

turşular, askorbin turşusu, azotlu maddələr, C, B

1

, B


2

, B


3

, B


5

B



6

  vitaminləri,  bitki  yağları,  mineral  duzlar  və  s.  ilə 

zəngindir.  

Ənginarın  yuxarıda  qeyd  edilən  müsbət  bioloji 

xüsusiyyətləri və tərkibinin insan və heyvan orqanizmi üçün 

vacib  olan  üzvi  və  mineral  maddələrlə  zəngin  olması,  onun 

xalq  təsərrüfatının  müxtəlif  sahələrində  (tərəvəz,  dərman, 

dekorativ,  heyvandarlıqda  yem  və  s.  kimi)  geniş  istifadəsini 

 

124 


zəruri edir. 

Xalq  təbabətində  ənginarın  qurudulmuş  yarpaqların-

dan, çiçəklərindən, kök və toxumlarından çay kimi dəmləyib, 

ürək  xəstəliklərində  sakitləşdirici  və  qan  təzyiqini  azaldan 

dərman  kimi  içirlər.  Həmin  çaydan  eyni  zamanda  ishala  və 

qanlı  ishala  qarşı,  öd  və  öd  yolları  xəstəliklərində,  sarılıqda 

da istifadə etmək xeyirlidir. Bitkinin yarpaq və çiçəklərindən 

böyrək 


xəstəliklərində, 

mədə 


turşuluğunun 

aşağı 


salınmasında, sidik kisəsinin iltihabında istifadə olunur.  

Bir  çox  insanlar  ənginardan  yalnız  pəhriz  yeməyi  kimi 

istifadə edirlər. Qida kimi ənginarın əsasən çiçək səbətindən 

istifadə  edilir.  Çiçək  səbətinin  kəsilmə  vaxtı  dəqiq  təyin 

olunmalıdır.  Belə  ki,  səbət,  tam  açılmamış,  çiçək  yanlığı 

bərkiməmiş,  xalq  arasında  deyildiyi  kimi  “sütül”  halında 

kəsilməlidir.  Bu  vaxt  kəsilmiş  səbətlərdən  uzun  müddətli 

istifadə etmək üçün onlar soyuducularda saxlanılır. Kəsilmiş 

səbətləri soyuducularda bir aya qədər saxlamaq mümkündür. 

Bişirilmə  zamanı  səbətlər  xırda-xırda  doğranıb  3-5 

dəqiqə  pörtlədilir  və  bitki  soğanla  birlikdə  yağda  qızardılır. 

Yemək zamanı zövqdən asılı olaraq bibər, pomidor, sarımsaq 

və s. qatmaq olar. 

Ənginar  eyni  zamanda  xalq  təbabətində  şəkər 

xəstəliyinə  qarşı  da  işlədilir.  Onun  təzə  doğranmış  yerüstü 

hissələrindən  alınan  şirəni  üzüm  şərabı  ilə  qarışdırıb 

avitaminoz  xəstəliklərində  gündə  3-4  dəfə,  hər  dəfə  100  qr 

içirlər.  

Qeyd olunmalıdır ki, ənginarın bütün hissələrindən həm 

təzə, həm bişirilmiş, həm də qurudulmuş halda istifadə etmək 

olar.  Təzə  və  qurudulmuş  hissələri  (yarpaq,  gövdə,  çiçək 

səbəti, kök) çay kimi dəmlənib qəbul edilməlidir.  

Xarici  görünüşünə  ,  gözəlliyinə,  qış  aylarında  açıq 

şəraitdə  gümüşü-yaşıl  halda  qaldığına,  quraqlığa,  torpaq 

qidasdızlığına, xəstəlik və ziyanvericilərə qarşı davamlılığına 



Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə