Asif mehraliyev



Yüklə 1,12 Mb.
Pdf görüntüsü
səhifə27/38
tarix26.03.2018
ölçüsü1,12 Mb.
#34530
1   ...   23   24   25   26   27   28   29   30   ...   38

 

105 


yemləndirildikdə  əlverişsiz  iqlim  şəraitinə    (küləklərə, 

istilərə, tüstüyə, digər zərərli qazlara və s.) yaxşı dözür. 

Landşaft  dizaynında  bitkini  yaşıl  çəmənin  içərisində 

tək-tək, xiyabanların təşkilində biri digərindən 3 m nəsafədə 

cərgə ilə, digər ağac və kol cinslərindən ən azı 3 m məsafədə 

və adətən yarımkölgəli ərazilərdə əkilməlidir. Nisbətən yaşlı 

bitkilər birbaşa günəş altında da əkilə bilər.  

İriçiçək  maqnoliya  şaxtaya  (–15°-dək)  davamlı, 

istiliksevən,  torpaq  qidasına  tələbkar,  güclü  küləklərə 

davamlı  növdür.  Birbaşa  düşən  günəş  şüaları  bitkinin 

inkişafına mənfi təsir edir. İşıqlı və yarımkölgə şəraitdə daha 

yaxşı  inkişaf  edir.  Abşeron  şəraitində  əlavə  yemləmə 

gübrələri  vermədikdə,  yaz-yay  ayları  rütubətlə  tam  təmin 

olunmadıqda  və  gün  düşən  ərazilərdə  əkildiyi  hallarda 

bitkinin inkişafında ildən-ilə geriləmələr müşahidə olunur və 

nəhayət  bir  neçə  ildən  sonra  quruyaraq  sıradan  çıxır. 

Yarpaqları  dərivari  və  sərt  olduğuna  görə  toza,  tüstüyə  və 

qaza qarşı davamlıdır.  

İriçiçək  maqnoliya  toxumla  və  qələmlə  çoxaldıla  bilir. 

Bizim  tədqiqatlarımızda  da  əsasən  toxumla  çoxaldılma 

üsulundan  istifadə  olunmuşdur.  Toxumlar    Abşeron 

şəraitində  oktyabr-noyabr  ayları  tədricən  yetişir.  Tam 

yetişmiş  toxumlar  qozadan  kənara  çıxaraq,  nazik  saplardan 

asılı vəziyyətdə bir neçə gün qaldıqdan sonra tökülür. Həmin 

dövrdə toxumlar yığılır. Təcrübələrimiz göstərir ki, toxumlar 

yığılan kimi lətdən təmizlənmədən dərhal açıq sahəyə azacıq 

torf qarışdırılmış çay qumuna (1:3) 2-3 sm dərinlikdə cərgəli 

səpildikdə  70-80%  cücərti  əldə  etmək  mümkün  olur.  Belə 

səpin  üsulunda  ilk  cücərtilər  növbəti  ilin  aprel  ayında 

görünür.  Toxumlardan  tez  cücərti  əldə  etmək  üçün  20-25°C 

temperaturu olan örtülü sahələrdən də istifadə etmək olar. Bu 

zaman  ilk  cücərtilər  növbəti  ilin  fevral  ayında  görünür. 

Şitillərə qulluq mütəmadi suvarmadan, yemləmə gübrələrinin 

 

106 



verilməsindən  və  kölgələndirmədən  ibarətdir.  Üçyarpaq 

olduqda şitillər qidalı torpaq qarışığı doldurulmuş dibçəklərə 

köçürülərək  yarımkölgəli  ərazilərdə  saxlanılaraq  qulluq 

edilir. 


İriçiçək  Maqnoliya  qulluğa  az  tələbkar  növlərdəndir. 

Bitkiyə 


qulluq 

suvarmadan 

və 

müxtəlif 



gübrələrlə 

qidalandırmadan ibarətdir.  

Abşeron 

şəraitində 

İriçiçək 

Maqnoliyanın 

xəstəliktörədiciləri və ziyanvericiləri müşahidə edilməmişdir.  

 

“Tumsuz” nar  

Azərbaycan  xalqına  narın  qida  və  tibbi  əhəmiyyəti 

çoxdan məlumdur. 

Nardan  meyvə,  dərman,  texniki,  bəzək  və  qismən  bal 

verən  bitki  kimi  istifadə  edilir.  Nar  meyvələrinin  tərkibinə 

daxil olan  maddələrin  miqdarı onun sortundan, yetişdirildiyi 

iqlimin  şəraitindən  və  bağlarda  tətbiq  olunan  aqrotexniki 

tədbirlərin  düzgün  yerinə  yetirilməsindən  asılıdır.  Nar 

şirəsinin  tərkibində  76-78%  su,14-21%  şəkər,  3%-dək  yağ, 

3-4%  turşu,  1,5%  proteinin  olması  müəyyən  edilmişdir. 

Normal  böyümüş  meyvələrdən  75%-dək  şirə  hasil  edilir. 

Azərbaycanda turş narın şirəsindən narşərab adlanan qatı şirə 

hazırlanır  ki,  bu  da  ədviyyə  kimi  ətdən  və  balıqdan 

hazırlanmış müxtəlif yağlı yeməklərdə işlədilir. Nar şirəsi ilə 

qatı üzüm şirəsini qarışdırıb nardanca hasil edirlər. Nardanca 

Qafqaz  əhalisi  arasında,  xüsusilə  Gürcüstanda  məşhurdur. 

Narın  meyvələrindən  alınmış  şirə  müxtəlif  qənnadi 

məmulatıni  rəngləməkdə,  spirtsiz  içkilər  və  qazlı  sular 

hazırlamaqda  istifadə  edilir.  Narın  meyvələrindən  yüksək 

keyfiyyətli  çəhrayı,  tünd  albalı  rəngli  təbii  şirələr 

hazırlayırlar. 

 Nar  şirəsi  orqanizmdə  iştah  əmələ  gətirir,  müxtəlif 

yeməklərin  asan  həzm  olunmasına  kömək  edir.  Azərbaycan 



 

107 


xalq  təbabətində  nar  qabığından,  nar  qəzəlinin  sirəsindən 

mədə-bağırsaq  ağrılarında,  ishal  xəstəliklərinin  müalicə-

sində  iştahgətirici  vasitə  kimi  və  s.  lap  qədimdən  istifadə 

olunmuşdur.  

Nar  bitkisinin  kök,  gövdə,  habelə  budaqlarından 

dabizim  eradan  230  il  əvvəl  xalq  təbabətində  bağırsaq  və 

qarin  qurdlarına  qarşı  mübarizədə  istifadə  edirmişlər.  Xalq 

təbabətində  yaranı  sağaltmaq  üçün  nar  meyvəsinin 

qurudulmuş  qabığıni  narin  döyub  yaraya  səpirlər  ki,  bunun 

da  nəticəsində  yara  sağalır.  Yaranın  sağalmasına  səbəb  nar 

qabığının tərkibindəki büzüşdürücü maddələrdir.  

“Tumsuz”  nar  sortu  yuxarıda  qeyd  olunan  bütün 

keyfiyyətləri  özündə  birləşdirməklə  bərabər,  bir  sıra  üstün 

cəhətlərə də malikdir.  

Məlumdur ki, nar bitkisinin seleksiyası ilə məşğul olan 

alimlərin  qarşısında  bir  sıra  əsas  problemlər  durur.  Bunlar 

əsasən  aşağıdakılardır:  Qısavegetasiyalı,  yüksək  məhsuldar 

və saxtaya maksimum davamlı, hər il stabil məhsul verən və 

yüksək  şirə  çıxımına  və  şirə  keyfiyyəinə  malik  sortlar 

yetişdirmək. 

“Tumsuz”  narın  digər  nar  sortlarına  nisbətən  üstün 

cəhətləri  məhz  yüksək  məhsuldar  olması,  qışın  sərt 

şaxtalarına  (–10-15°C-dək)  davamlılığı  və  keyfiyyətli  şirə 

çıxımına  malik  olmasıdır.  “Tumsuz”  nar  bar  verən  vaxtı 

budaqlar  çox  gövrək  olduğundan  sınma-qırılma  təhlükəsi 

əmələ  gətirir.  Başqa  narlara  nisbətən  bu  sort  xəstəlik  və 

zərərvericilərə  qarşı  çox  dözümlü  olur.  Meyvə  yetişən  vaxtı 

suvarmaq məsləhət görülmür. 

Yaxşı  olar  ki,  meyvələr  yetişən  kimi  yığılsın.  Yetişmə 

vaxtı yağan yağışlar meyvələrin çürüməsinə səbəb olur. 

Birmənalı  qeyd  olunmalıdır  ki,  “Tumsuz”  nar  sortu 

seleksiyaçı alimlərin ən böyük uğurlarindan biridir. 

“Tumsuz” nar sortu Mərkəzi Nəbatat Bağında 35 ildən 

 

108 



çoxdur ki, becərilir. Narin Azərbaycana o cümlədən Mərkəzi 

Nəbatat Bağina gətirilməsi tam təsadüf xarakterdə olmuşdur. 

Göyçaydan  və  Əndicandan  (Ozbəkistandan)  alınmış  nar 

tingləri  bağın  geofit  bitkiləri  sahəsində  əkilmiş  və  bütün 

aqrotexniki 

tədbirlərə 

əməl 

edilməklə 



becərilmişdir. 

Meyvələri  yetişərkən  yığılanda  arasından  bir  nar  kolunun 

tumsuz olduğu aşkarlanmışdır.  

 

Sonrakı  tədqiqatlarımız  nəticəsində  məlum  olmuşdur 



ki,  ilk  dəfə  “Tumsuz”  nar  seleksiya  yolu  ilə  Əfqanıstanda 

“Əfqanıstan  1715”  adı  altında  yetişdirilmiş  və  buradan 

Özbəkistana gətirilərək yayılmışdır. Respublikamıza ilk dəfə 

professor  İ.M.Axundzadənin  rəhbərliyi  altında  ABŞ-dan 

gətirildiyi  də  göstərilir.  Eyni  zamanda  qeyd  olunmalıdır  ki, 

keçən əsrin ortalarına yaxın Özbəkistanın özündə də tumsuz 

narin alınmasi istiqamətində tədqiqatlar aparılmışdır. 

Mərkəzi  Nəbatat  Bağında  becərilən  “Tumsuz”  nar 

kolları  3,0-3,5  m  hündürlükdə  olub  6-8  ədədə  qədər  govdə 

əmələ  gətirə  bilir.  Seyrək,  qısa  tikanlı  olduğundan  məhsul 

yığımı  digər  sortlara  nisbətən  asandır.  Həmçinin  məhsuldar 

sort olduğundan, bəzən budaqlar məhsulun ağırlrığına davam 

gətirmir.  Bu  kimi  mənfi  halların  qarşısını  almaq    və 

keyfiyyətli  məhsul  əldə  etmək  üçün  əl  əməyi  ilə  məhsulu 

azaltmaq  və  kolun normal yükünü saxlamaq lazımdır. Yaxşı 

olar  ki,   meyvə  vaxtı bar budaqlarının altına  dirək  vurulsun. 

Əks  təqdirdə  ağacın  budaqları  əyilərək  formasını  itirir,  bəzi 

hallarda hətta sınır. Orta irilikdə (3,0-3,5m hündürlükdə və 4-

6  ədəd  gövdəsi  olan  kol).    “Tumsuz”  nar  kolu  Abşeron 

şəraitində o cümlədən Mərkəzi Nəbatat Bağında da 20-30 kq 

məhsul  verə bilir. Belə halda bir narın orta çəkisi  200-400q 

təşkil edir. 

 “Tumsuz”  nar  meyvələrinin  forması  yastı-yumru  olub 

qabığı  nazik,  yumşaq  ağ  və  ya  çəhrayı,  gilələr  isə  açıq 

qırmızı  rəngdədir.  Meyvələr  sentyabrın  axırı,  oktyabrın 



Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə