Asif mehraliyev



Yüklə 1,12 Mb.
Pdf görüntüsü
səhifə23/38
tarix26.03.2018
ölçüsü1,12 Mb.
#34530
1   ...   19   20   21   22   23   24   25   26   ...   38

 

89 


10,  eni  isə  2-4  sm  olur.  Dərivari,  kənarları  xırda 

mişardişlidir.  Çiçəkləri  ağ,  xırda  küpəvari  olmaqla,  20-50 

ədədi  bir  salxımda  toplanmışdır.  Abşeron  şəraitində  noyabr 

ayı  çiçəkləyir.  Giləmeyvələr  iri,  1-2  sm  diametrli,  şarvari, 

ətli-şirəli,  qırmızı  rəngli  olub,  hamaş  meyvədir.  Meyvələr 

növbəti  ilin  noyabr  ayında  yetişir.  İnsanlar,  heyvanlar  və 

quşlar  tərəfindən  yeyiləndir.  Tam  yetişdikdə  kütləvi  şəkildə 

tökülür.  Meyvələr  təzə  halda  yeyilir,  cem  və  likör 

hazırlanmasında istifadə olunur. 

Çiyələk  ağacı  təbii  halda  Aralıq  dənizi  ərazisində, 

Cənubi Avropada yayılmışdır.  

Azərbaycanda  park  və  bağlarda  əvvəllər  tək-tək  əkilib 

becərilirdi.  2000-ci  ildən  sonra  isə  İtaliya  və  Türkiyədən 

intensiv gətirilməklə, əkin sahələri xeyli genişlənmişdir.  

Azərbaycanda  əsasən  dekorativ  məqsədlə  əkilib 

becərilir.  Həmişəyaşıl  və  gözəl  çətir  formasında  olması, 

həmçinin  əksər  torpaq-iqlim  şəraitində  bitə  bilməsi,  bitkinin 

bəzək  bağçılıqda  geniş  istifadəsini  zəruri  etmişdir.  Çoxillik 

müşahidələrimiz  göstərir  ki,  Çiyələk  ağacının  8-10  yaşdan 

yuxarı  olan  nümunələri  Azərbaycanın  bir  çox  ərazilərində, 

xüsusilə  Aran  və  Abşeron  zonalarında    daha  yaxşı 

intorduksiya olunur.  

Bütün  turş  xassəli  torpaqları,  yarımkölgə  və  günəşli 

sahələri çox sevdiyindən, Landşaft dizaynında  bu amillər ilk 

növbədə  nəzərə  alınmaqla  yer  seçilməlidir.  Sahədə  bitkilər 

tək-tək və başqa-başqa yerlərdə, digər ağac tipli bitkilərdən 4 

m, kol tiplilərdən isə 2-3 m məsafədə əkilməsi məsləhətdir.  

Bitkinin  çətiri  altında  yaşıl  çəmən  salınması  və  ya 

bitkinin  yaşıl  çəmən  sahəsində  əkilməsi  məsləhət  deyil. 

Çünki,  bitkinin  çətiri  altına  işıq  düşmədiyindən,  hər  hansı 

işıqsevən bitki orada inkişaf edə bilmir. Eyni zamanda nəzərə 

alınmalıdır  ki,  ərazinin  küləktutan  sahələrində,  xüsusilə 

dənizkənarı  zonalarda  Çiyələk  ağacı  müvəffəqiyyətlə  əkilib 

 

90 



becərilə bilir.  

İrimeyvəli  Çiyələk  ağacı  işıqsevən,  şaxtayadavamlı, 

torpaq qidasına tələbkar, küləkdən əziyyət çəkməyən növdür. 

Eyni  zamanda  əksər  növlərdən  fərqli  olaraq  turş  mühitli 

torpaqlarda  normal  inkişaf  edə  bilir.  Yaşlı  bitkilər  qızmar 

günəş  şüalarına  davamlı  olsalar  da,  cavanları  buna 

dözməyərək  tez  quruyub  sıradan  çıxırlar.  Ona  görə  də 

Çiyələk  ağacının  hər  hansı  yolla  çoxaldılmış  cavan  şitilləri 

bir  neçə  il  günəşin  yandırıcı  şüalarından  qorunmalıdır. 

Dənizkənarı  zonaların  yaşıllaşdırılmasında  istifadə  olunan 

zaman, bitki digər iriçətirli bitkilərin ətrafında əkilməlidir ki, 

günəşin yandırıcı şüalarından qismən mühafizə olunsun.  

Şaxtalara  davamlılığı  (mənfi  12-15°C)  imkan  verir  ki, 

bitki  Azərbaycanın  yüksək  dağ  rayonlarından  başqa,  bütün 

zonalarda əkilib becərilsin.  

İrimeyvəli  Çiyələk  ağacı  toxumla,  çiliklə  və  daldırma 

(basma) yollarla çoxaldılır. 

Toxumla  çoxaldılma  zamanı  toxumlar  payızda  tam 

yetişmiş meyvələrdən tədarük edilərək narın şirəli qumda 50-

55  gün  sərin  və  qaranlıq  yerdə  saxlanılır  (stratifikasiya 

edilir). Fevral ayının əvvəllərində toxumlar 4-5 gün ilıq suda 

isladıldıqdan  sonra  20-22°C  temperatur  rejiminə  malik  olan 

istixanalarda  ana  bitkinin  gövdə  ətrafından  götürülmüş 

torpağa 2 sm dərinliyə səpilir. İlk cücərtilərdən başlayaraq 2-

3il  müddətində  şitillərə  yarımkölgə  yerlərdə  saxlanılmaqla 

qulluq edilir.  

Bitki  yaşıl  və  odunlaşmış  çiliklər  vasitəsilə  çətinliklə 

çoxaldılır.  Çiliklərlə  çoxaldılmada    havada    nisbi    rütubəti  

80-85%,    torpaqda    65-70%    və    temperaturu  22-25°  olan 

xüsusi binalar tələb olunur.  

Çiyələk  ağacı  əlverişli  şəraitdə  çoxlu  sayda  gövdə 

pöhrəsi  əmələ  gətirmək  qabiliyyətinə  malikdir.  Abşeronda 

(M.N.B.) gövdə pöhrələri əmələ gətirmiş belə ağaclardan biri 



 

91 


tərəfimizdən  2010-cu  ilin  oktyabr  ayında  seçilmiş, 

basdırılacaq  gövdə  pöhrələri  müəyyən  edilmiş  və  6  ədəd 

pöhrə  basdırılmışdır.  Basdırılma  aşağıdakı  qaydada  həyata 

keçirilmişdir:  Gövdə  pöhrələrinin  hər  birinin  istiqamətində 

torpaq  pöhrənin  uzunluğundan  asılı  olaraq  1,0-1,5  m 

uzunluqda,  30  sm  dərinlikdə  və  20  sm  enində  şırımlar 

hazırlanmış  və  həmin  şırımlara  yarıya  qədər  şirəli  qum, 

yanmış  peyin  və  bitkinin  özünün  çətiraltı  qidalı  torpağı 

(1:1:1 nisbətində) doldurulmuşdur.  Daha sonra pöhrələr ana 

bitkidən ayrılmadan əyilərək xırda yan budaqcıqlarla birlikdə 

şırıma  uzadılmış,  hər  budaqcığın  torpaqda  qalan  hissəsi 

bıçaqla  bir  neçə  yerdən  çərtilmiş,  digər  hissə  isə,  10-15  sm 

uzunluğunda  torpaq  səthində  saxlanılmaqla  basdırılmışdır. 

Sonrakı  illərdə  (2011-2012-2013)  bitkiyə  qulluq  işləri  – 

torpağın  mütəmadi  yumşaldılmasından,  yaz-yay  ayları  tez-

tez  suvarılmasından,  çox  kölgəli  ərazilərin  nisbətən 

işıqlandırılmasından,  kökvermənin  yoxlanılmasın-dan  və  s.-

dən ibarət olmuşdur.  

Digər  tez  kökverən  bitkilərdən  (məs:  üzüm,  nar,  əncir 

və  b.)  fərqli  olaraq  Çiyələk  ağacı  çətin  kök  əmələ  gətirmiş, 

yalnız  üçüncü  ilin  yazında  kökəmələgətirmə  müşahidə 

edilmişdir.  

2013-cü  ilin  payızında  bitkilər  qazılaraq  çıxarılmış  və 

ümumilikdə 15 ədəd köklü ting əldə edilmişdir. Tinglərin 10 

ədədi  bağın  müxtəlif  ərazilərində,  5  ədədi  isə  xüsusi 

mühafizə  olunan  sahədə  əkilmişdir.  2014-cü  ilin  yaz-yay 

mövsümündə bitkilərin bir qismi baxımsızlıqdan qurusa da, 5 

ədədi  normal  inkişaf  etmiş,  hal-hazırda  Mərkəzi  Nəbatat 

Bağının kolleksiya sahəsində qorunub saxlanılır.  

Müşahidələrimiz  göstərdi  ki,  Çiyələk  ağacı  o  qədər  də 

qulluq  tələb  etməyən  bitkidir.  Yalnız  qida  maddələrinə 

tələbkar  olduğundan,  ildə  1-2  dəfə  mürəkkəb  tərkibli 

gübrələrlə qidalandırılmalıdır.  

 

92 



Tədqiqat 

illərində 

bitkidə 

Abşeron 


şəraitində 

xəstəliktörədicilər və ziyanvericilər müşahidə edilməmişdir. 



 

Yapon  əzgili 

Landşaft  memarlığında  il  boyu  dekorativ  görkəmi  ilə 

yanaşı  qiymətli  meyvələri  də  olan  bitkilərdən  biri,  xalq 

arasında  “Muşmula”  adı  ilə  məşhur  olan  Yapon  əzgilidir. 

Azərbaycanda  tək-tək  becərilmə  tarixi  keçən  əsrin  birinci 

yarısına  təsadüf  etsə  də,  bitki  istər  dekorativ  bağçılıqda, 

istərsə də meyvə əldə etmək  məqsədilə yayılmamışdır. lakin 

son  10  ildə  bu  bitkiyə  Abşeronda,  Gəncədə,  Lənkəranda  və 

b. zonalarda park və bağlarda bəzək bitkisi kimi daha tez-tez 

rast  gəlinir.  Bu  bir  tərəfdən  Azərbaycanın  əksər  dağətəyi  və 

aran zonalarının torpaq-iqlim şəraitində bitə bilməsi ilə, digər 

tərəfdən  isə  bütün  il  boyu  yaşıl  yarpaqlarla  örtülü  olmaqla 

göz oxşaması ilə əlaqədardır.  

Yapon əzgili (Eriobotria japonica Lindl.) Gülçiçəklilər 

(Rosaceae Juss.) fəsiləsinin Yapon əzgili (Eriobotria Lindl.) 

cinsinə  aiddir  (şəkil  15).Həmişəyaşıl,  5-10  m  hündürlükdə, 

yumru-enli  çətirli,  düzgövdəli  ağacdır.  Abşeron  şəraitində  5 

m-ə  qədər  böyüyə  bilir.  Yarpaqları  kifayət  qədər  iri 

(uzunluğu  40  sm-ə  qədər,  eni  10-15  sm)  olub,  üstdən  tünd-

yaşıl,  hamar,  altdan  keçəvari  tükcüklərlə  örtülmüşdür. 

Kənarları  xırda  dişlidir.  Çiçəkləri  ağ  rəngli,  dikduran 

salxımda  topa  şəkildə  olmaqla  ətirlidir.  Birevli,  ikicinsli 

bitkidir.  Azərbaycan  şəraitində  qeyri-adi  dövrdə  –  noyabr-

dekabrda  çiçəkləyir.  Qış  mülayim  keçən  illərdə  çiçəkləmə 

müddəti  bir  aya  qədər  davam  edir.  Meyvələr  mayın 

sonlarından  hissə-hissə  yetişməyə  başlayıb,  iyula  qədər 

davam  edir.  Yetişmiş  meyvələr  tünd-sarı  rəngli,  yumru, 

turşməzə yeyiləndir. Bir meyvədə 1-4 ədəd toxum olur.  

Təbii  halda  Mərkəzi  Çində,  Şimali  Hindistanda, 

Himalayda  yayılmış,  mədəni  halda  isə  Aralıq  dənizi 




Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə