Asif mehraliyev



Yüklə 1,12 Mb.
Pdf görüntüsü
səhifə22/38
tarix26.03.2018
ölçüsü1,12 Mb.
#34530
1   ...   18   19   20   21   22   23   24   25   ...   38

 

85 


azaldılır.  

Qazon sahələrində seyrəkləşmiş ərazilərə toxum səpilir 

və  cücərti  alınana  qədər  hər  gün  suvarılır.  Yeni  qazon 

sahələri hazırlanır və səpin aparılır.  



 

Oktyabr 

Məhsulu  qurtarmış  bütün  bitkilər  bu  ayda  suvarılır, 

sahələr isə təmizlənərək yeni əkinlər üçün hazırlanır.  

Yeni  bağ  salmaq  üçün  sahələr  əkinə  hazır  vəziyyətə 

gətirilir,  yəni,  daş-kəsəkdən  təmizlənir,  hamarlanır,  bitki 

əkiləcək  yerlər  nişanlanır,  çalalar  qazılır  və  qidalı  torpaqla 

üzvi gübrələr qarışdırılaraq doldurulub suvarılır.  

Tinglik  sahələrdə  əkin  üçün  çıxarılacaq  bitkilər 

nişanlanır,  artıq  zoğlardan  təmizlənir.  Tələb  olunan  həcmdə 

üzvi  və  mineral  gübrələr  gətirilir.  Şum  aparılacaq  bütün 

sahələrə  qabaqcadan  üzvi  gübrələrin  (torf,  peyin,  kompost) 

tam norması səpilib sonra şum aparılır. 

Aran  zonalarda  və  Abşeronda  bütün  həmişəyaşıl 

bitkilərin əkini davam etdirilir.  

Avqust  və  sentyabr  aylarında  əkilmiş  və  səpilmiş 

bitkilər daim nəzarətdə olur. 

Göz  calağı  edilmiş  bitkilərdə  müşahidələr  aparılır, 

bütün sarğılar açılır.  

Bitkilərin  suvarılma  normaları  sentyabr  ayına  nisbətən 

azaldılır. 

Meyvə  bağlarında  və  üzümlüklərdə  seyrək  olan 

yerlərdə  və  qurumuş  bitkilərin  yerlərində  yeni  bitki  əkini 

üçün çalalar qazılır. 

Bağlarda  ilk  payız  yağmurları  başlayana  kimi 

cərgəaralarına  üzvi  və  mineral  gübrələr  verməklə  dərin  (20-

25 sm) şumlanır. 

Bir  çox  çiçək  bitkiləri  –  asfodelina,  çiriş,  dağlaləsi, 

 

86 



sünbülçiçək, 

qarğasoğanı 

və 

b. 


toxumlarının 

və 


soğanaqlarının səpin vaxtıdır. 

 

Noyabr 

Respublikamızın  aran  zonalarında  və  Abşeronda  yeni 

bağ  və  park  yaratmaq,  bitki  əkmək  üçün  ən  münasib    vaxt 

noyabr  ayıdır.  Belə  ki,  məhsulun  yığımı,  tədarükü  və 

ümumiyyətlə  məhsulla  bağlı  problemlər  artıq  arxada 

qalmışdır. Ona görə də əvvəlki aylarda seçilmiş, şumlanmış, 

bir  sözlə  əkin  üçün  hazırlanmış  yerlərə  nəzərdə  tutulan 

bitkilər  əkilir.  Bitkilərin  payızdan    əkilməsi  aran  zonalar 

üçün çox vacib tədbirlərdəndir. Bu ərəfədə əkilmiş bitkilərin 

gecikdirilərək  yazda  əkilmiş  bitkilərə  nisbətən  bitiş  faizi 

yüksək  olmaqla,  inkişafı  da  yaxşı  olur.  Həm  yeni  əkilmiş 

bitkilərə,  həm  yaşlı  və  cavan  bağlara,  həm  də  üzümlüklərə 

oktyabrda  üzvi  və  mineral  gübrələr  verilməyibsə,  gec  deyil, 

bu ayda da və ümumiyyətlə bütün qış dövrü verilə bilər.  

Yarpağın  tökən  bütün  bitkilərdə  formavermə  və 

budama  işlərinə  başlanılır.  Vegetativ  yolla  çoxaldılan 

cinslərin  qələmləri  tədarük  olunur  25-50  ədədi  bir  yerdə 

dəstə bağlanaraq qaranlıq və sərin zirzəmilərdə çay qumunun 

içində və ya ağac yonqarında yaza qədər saxlanılır.  

Qış  şaxtalarından  ziyan  çəkən  cinslərin  üstü  polietilen 

örtüklərlə  örtülür.  Bu  işdə  çalışmaq  lazımdır  ki,  örtük 

bitkinin budaqlarına toxunmasın. 

Dibçək  bitkilərinin  də  soyuğa  davamsızları  isidilən 

binalara köçürülür. Axşam suvarmaları səhər suvarmaları ilə 

əvəz olunur. 

Yazlıq bitkilərin səpini və əkini üçün sahələr dərin şum 

edilir. 

 

 



 

87 


Dekabr 

Hava şəraiti imkan verdikcə noyabr ayından qalan işlər 

–  budama,  formavermə,  ağacların  gövdə  ətrafının  və 

cərgəaralarının şumlanması və b. işlər davam etdirilir.  

Aran zonalarda ağac əkini aparılır.  

Saxlayıcılarda 

tədarük 

olunmuş 


meyvə-tərəvəz 

məhsullarının,  toxumların,  çubuqların,  tinglərin  istilik  və 

rütubət  rejiminə  nəzarət  olunur.  Saxlayıcılarda  temperatur 

müsbət  2-5ºC,  nisbi  rütubət  isə  60-70%  arasında  olmaqla, 

hava cərəyanı dövr etməlidir. Çürümüş,  kiflənmiş  məhsullar 

seçilərək  atılmalıdır.  Saxlayıcılarda  temperatur  yüksəldikdə 

pəncərə  və  qapılar  açılır,  məhsul  qarışdırılır,  çürüklərdən 

təmizlənirvə 

temperatur 

nizamlandıqdan 

sonra 

qapı-


pəncərələr bağlanır.  

 

 



 

 

 



 

 

 



 

 

 

 

 

 

 

 

 

 

88 



VIII FƏSİL 

 

DEKORATİV BAĞÇILIQDA GENİŞ İSTİFADƏ 

OLUNAN BƏZİ AĞAC VƏ KOL BİTKİLƏRİ 

 

İrimeyvəli çiyələk ağacı 

Hal-hazırda 

respublikamızda 

meyvə-giləmeyvə 

bitkilərini, onların aqrobioloji xüsusiyyətlərindən asılı olaraq 

müxtəlif  üsullarla  –  toxumlarla  və  vegetativ  orqanlarla 

çoxaldırlar.  Bəzək-bağçılıqda  isə  daha  çox  vegetativ 

çoxaltmaya üstünlük  verilir. Ona  görə  ki,  mərhələ etibarı ilə 

yetkin  orqanizmdən  törədiyindən,  toxumla  çoxaltmadan 

fərqli olaraq, vegetativ yolla çoxaldılmış bitkilər çiçəkləməyə 

və  meyvə  əmələ  gətirməyə  4-5  il  tez  başlayır  ki,  bu  da 

dekorativ  bağçılıqda  çox  əlverişlidir.  Yerli  ağac  və  kol 

bitkiləri  ilə  yanaşı,  park  və  bağların  yaşıllaşdırılmasında 

introdusentlərdən  də  geniş  istifadə  olunur.  Yeni  növ  və 

çeşidlərlə  mədəni  floramız  mütəmadi  olaraq  zənginləşir. 

Lakin ayrı-ayrı ölkələrdən gətirilən bitkilər iqtisadi cəhətdən 

baha  başa  gəldiyindən,  yerli  şəraitdə  həmin  bitkilərin  yeni 

fərdlərini çoxaltmaq olduqca zəruridir. Çoxaldılması zərurətə 

çevrilən  belə  bitkilərdən  biri  də  İrimeyvəli  Çiyələk  ağacıdır 

(Arbutus unedo L.) (şəkil 14). 

İrimeyvəli  Çiyələk  ağacı  Ericakimilər  (Ericaceae  L.) 

fəsiləsinin Çiyələk ağacı (Arbutus L.) cinsinə aid olub, cinsin 

digər  növü  olan  Hündürboy  Çiyələk  ağacından  (A. 

andrachue) boyunun alçaq olması və giləmeyvələrinin iriliyi 

ilə  fərqlənir,  5-10  m  hündürlükdə  həmişəyaşıl  ağacdır. 

Gövdəsinin  diametri  1  m  hündürlükdə  50-80  sm-ə  qədər 

olub, əyilən budaqlanandır, iri çətirə malikdir. Yaşlı budaqlar 

qonur-çadarlı,  cavan  zoğlar  isə  hamar  olmaqla  qırmızımtıl 

rəngdədir. Yarpaqları üst tərəfdən tünd-yaşıl, alt tərəfdən isə 

açıq yaşıl, səthi hamar, ellipsvaridir. Yarpağının uzunluğu 5-



Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə