Asif mehraliyev



Yüklə 1,12 Mb.
Pdf görüntüsü
səhifə25/38
tarix26.03.2018
ölçüsü1,12 Mb.
#34530
1   ...   21   22   23   24   25   26   27   28   ...   38

 

97 


əldə  etmək  olur.  Havanın  zərərli  toz  qarışıqlarına,  tüstüyə, 

qaza davamlıdır.  

Adi  zirinc  toxumla,  qələmlə,  kolun  bölünməsi  və 

basdırma yolu ilə çoxaldıla bilir. Dekorativ bağçılıqda bütün 

üsullardan istifadə oluna bilər.  Lakin  Azərbaycanda bu bitki 

hər  il  bol  toxum  məhsulu  yetişdirdiyindən,  onun  toxum 

vasitəsilə  çoxaldılması  daha  səmərəli  hesab  edilir.  Toxumla 

çoxaldılma  zamanı  bitkilər  5-6  yaşdan  başlayaraq  çiçəkləyir 

və quraqlığa daha çox davamlı olur. Belə toxmacarlar ən çox 

maili ərazilərdə torpaq bərkidici vasitə kimi də istifadə oluna 

bilər.  

Adi  zirincin  Abşeron  şəraitində  toxumla  çoxaldılması 

təcrübələri  Mərkəzi  Nəbatat  Bağının  əməkdaşları  tərəfindən 

aparılmışdır.  Ən  yüksək  çıxış  faizi  payızda  və  mart  ayında 

açıq  sahəyə  səpilmiş  toxumlardan  əldə  edilmişdir  (80%). 

Birinci 


ili 

ilk 


cücərtilərə 

qulluq 


cərgə 

aralarının 

yumşaldılması  ilə  alaq  otlarına  qarşı  mübarizədən, 

suvarmalardan, yemləmə gübrələrinin verilməsindən və unlu 

şeh  xəstəliyinə  qarşı  2-3  dəfə  mübarizədən  (0,1-0,2%-li 

fundazol TİLT və s. məhlulu ilə) ibarət olmuşdur. 

Qeyd  edilməlidir  ki,  Adi  zirinc  quraqlığa  və  torpaq 

qidasına tələbkar olmasa da, mədəni əkin şəraitində qidalı və 

rütubətli  torpaqlarda  əkildikdə,  bitkilər  daha  yaxşı  inkişaf 

etməklə tez böyüyür və daha tez dekorativ görkəmə düşürlər. 

Birinci  vegetasiya  ilinin  sonunda,  şitillər  yarpaqlarını 

tam  tökdükdən  sonra,  2  və  ya  3  ədədi  bir  yerdə  olmaqla 

qidalı  torpaqlara,  yaxud  dibçəklərə  köçürülür.  Sonrakı  illər 

qulluq  işləri  kölgələndirmədən,  suvarmalardan,  yemləmə 

gübrələrinin  tətbiqindən,  bitki  diblərinin  yumşaldılmasından 

və budanılmaqla uyğun formanın verilməsindən ibarətdir. 

Adi  zirinc  yağıntılı  yaz-yay  ayları  tez-tez  unlu  şeh 

xəstəliyinə  tutulurlar.  Mübarizə  məqsədilə  vegetasiya  dövrü 

bir neçə dəfə dərmanlama aparmaq lazımdır.  

 

98 



Daş və ya bərk palıd 

Bitkilər aləminin zənginliyi, rəngarəngliyi,  müxtəlifliyi 

demək  olar  ki,  hamıya  məlumdur.  Onlardan  bir  çoxu  gözəl, 

qeyri-adi  çiçəkləri  və  yarpaqları  ilə  seçilir,  digərləri  ətirli 

efirli  yağları  və  müalicəvi  əhəmiyyəti  ilə  yaddaqalandır, 

başqa bir qismi insan və heyvanların qidalanmasında mühüm 

rol  oynayır  və  s.  Elə  bitkilər  də  vardır  ki,  onlar  öz  şux 

qamətləri, hündür boyları, xarici mühit amillərinin əlverişsiz 

təsirinə 

qarşı 


yüksək 

dərəcədə 

davamlılıqları 

ilə 


əhəmiyyətlidirlər.  Belə  davamlı,  möhtəşəm  görkəmli 

bitkilərdən biri də daş palıddır. 

Palıd  (Quercus  L.)  –  Fısdıq  (Fagaceae  Dumort.) 

fəsiləsinə aid olub, Şimal yarımkürələrində, tropik və mötədil 

qurşaqlara  malik  olan  ölkələrdə  cinsin  600-ə  yaxın  növü 

yayılmışdır.  Bu  növlər  əsasən  Şimali  Amerikada  və  Cənub-

Şərqi Asiyada yayılmışdır. Azərbaycan florasında təbii halda 

12  növü  yayılmışdır.  Onlardan  9  növü  təbii  florada  bitir,  3 

növü isə kulturada becərilir. 

Haqqında  bəhs  edəcəyimiz  palıd  növürespublikamıza 

keçən  əsrin  50-ci  illərində  məhz  Aralıq  dənizi  florasından 

introduksiya  olunmuş  Daş  palıd  (Q.  ilex  L.)  növüdür. 

Oduncağı  həddindən  çox  bərk  olduğuna  və  suda  batdığına 

görə ona daş palıd və ya bərk palıd deyilir.  

Daş palıd ündürlüyü 20 m-ə qədər olan ağacdır. Qabığı 

hamardır, tünd boz rənglidir. Cavan zoğ və tumurcuqları sıx, 

boz  rəngli  tüklərlə  örtülmüşdür.  Yarpaqların  saplağı  0,5-1,5 

sm uzunluqda olub, sıx tüklüdür. Yarpaqlar oval, ensiz-oval, 

ellips  və  ya  lanset  formalıdır.  Üst  tərəfdən  yaşıl,  çılpaq, 

bəzən bir qədər tüklüdür. Alt tərəfdən boz olub, sıx tüklüdür. 

Bəzən çılpaq olur. Yarpaqlar möhkəm dərivaridir. Kulturada 

çoxlu  formalarına  təsadüf  edilir.  Onlar  yarpaq  formalarına 

görə bir-birindən fərqlənir. Yarpaqlar bitki üzərində bir ildən 

çox  qalmaqla,  yeni  yarpaqlar  əmələ  gəldikdən  sonra 




 

99 


töküldüyündən,  bitki  həmişəyaşıl  qalır.  Ona  görə  də  öz 

əzəmətliliyi  ilə  bərabər,  daha  çox  dekorativ  bitki  kimi 

becərilir. 

Hal-hazırda 

Abşeronda, 

Lənkəran-Astara 

zonasında,  Gəncədə  park  və  həyətyanı  sahələrdə  dekorativ 

bitki kimi əkini xeyli genişlənməkdədir. Lakin təəssüflə qeyd 

olunmalıdır  ki,  əkilən  bütün  əkin  materialları  əsasən  İtaliya 

və  Türkiyədən  çox  baha  qiymətə  və  ağır  zəhmət  hesabına 

gətirilir. Çox hallarda da artıq müəyyən inkişaf mərhələlərini 

keçmiş, bəzən hətta toxumvermə yaşında olan həmin bitkilər 

yeni torpaq-iqlim şəraitinə uyğunlaşa bilmədiyindən quruyub 

məhv olurlar. 

Uzun  müddət  AMEA  Mərkəzi  Nəbatat  Bağının 

kolleksiya  sahəsində  Daş  palıdın  bioloji  xüsusiyyətlərinin 

tədqiqi  belə  nəticəyə  gəlməyə  əsas  verir  ki,  bitki 

Azərbaycanın iqlim şəraitində və şoranlaşmış torpaqlarından 

başqa  bütün  torpaqlarda  əkilib  becərilə  bilər.  Bitki  quraqlıq 

və soyuğa çox davamlıdır. Güclü inkişaf etmiş kök sisteminə 

malik  olduğundan,  köklər  torpağın  dərinliyinə  və  eninə 

uzanaraq,  bitkini  qida  maddələri  və  qrunt  suları  ilə  təmin 

edir.  Xüsusilə  yaşlı  bitkilərin  köklərinin  8-10  m  dərinliyə 

qədər  uzanması,  bnitkinin  həm  də  ətraf  mühitin  əlverişsiz 

ekoloji  faktorlarından,  xüsusilə  güclü  küləklərdən  və  qış 

ayları  yağan  qarım  ağırlığından  qoruya  bilir.  Eyni  zamanda 

bitkinin gövdə və budaqları da çox möhkəmdir. Həmişəyaşıl 

olduğundan  yarpaqları  yağan  qarı  daha  çox  üzərində 

saxlayır.  Bununla  belə,  budaqlar  qarın  ağırlığına  davam 

gətirərək  qırılmır.  Vizual  müşahidələrimiz  göstərir  ki,  Daş 

palıd  Abşeronun  güclü  küləklərinə  qarşı  davamlı  olan  əsas 

növlərdən  biridir.  Belə  davamlılıq  həm  də  bitkinin 

yarpaqlarının möhkəm dərivari olması ilə əlaqədardır. 

Daş  palıd  ilk  növbədə  bəzək  bitkisi  kimi  əkilib 

becərilir.  Hündür,  hamar,  tünt-boz  rəngli  gövdəsi,  enli-

dairəvi  sallaq  çətiri,  həmişəyaşıl  olması  və  ətrafa  hər  hansı 

 

100 


zərər  verməməsi  baxımından  bitki  park  və  bağlarda  tək-tək 

əkilməklə, əraziyə dekorativ görkəm verir. Qeyd olunmalıdır 

ki,  Abşeronda  ayrı-ayrı  park  və  bağlarda  bitkinin  tək-tək 

əzəmətli nümunələri vardır (şəkil 17).  

Misal  olaraq  AMEA-nın  Mərkəzi  Nəbatat  Bağında 

hündürlüyü  10  m-ə,  çətirinin  diametri  20-25  m-ə  çatan  bir 

neçə  ədəd,  dənizkənarı  Milli  Parkda  hündürlüyü  18  m-ə 

qədər,  gövdəsinin  diametri  60  sm,  çətirinin  diametri  isə  20 

m-ə  qədər  olan  nümunələr  mövcuddur.  Yay  ayları  bu 

bitkilərin hər birinin kölgəsində 50-60 nəfər oturaraq istirahət 

edib sərinlənə bilir. 

Daş  palıd  oduncağının  möhkəmliyi  və  bərkliyi  ilə 

fərqlənir.  Dəmirağacında  olduğu  kimi,  bu  bitkinin  də 

oduncağının sıxlığı yüksək olduğundan, balaca qırıntısı suda 

batır.  Bitkinin  belə  xüsusiyyəti  ondan  cilalanmış  halda 

təsərrüfatın  və  məişətin  müxtəlif  sahələrində,  o  cümlədən 

çilingərlik  işlərində,  mebel  və  parketlərin,  silahların 

qundağının  hazırlanmasında  və  s.  istifadə  etməyə  imkan 

verir.  Güclü  kök  sisteminə  malik  olduğundan  sürüşmə 

zonalarında,  səthi  eroziyaya  məruz  qalmış  yamaclarda 

becərilərək,  bu  problemlərin  qarşısının  alınmasında  istifadə 

oluna bilər. Toxumla asanlıqla şoxaldılır.  

 

Nəcib və ya əsil dəfnə 

Qədimdə  yunanlar  Olimpiya  yarışlarında  qalib  çıxan 

idmançıları 

dəfnə 


budaqlarından 

hörülmüş 

çələnglə 

mükafatlandırarmışlar. Dəfnə (Laurus – laus – fəxr) sözünün 

məhz buradan götürüldüyü ehtimal olunur. 

Bütün digər həmişəyaşıl ağac və kol bitkilərindən fərqli 

olaraq,  yarpaqlarında  efir  yağlarının  çox  olması  və  bu 

səbəbdən  yarpaqlarından  ədva  kimi  istifadə  olunması  qədim 

zamanlardan 

bitkinin 

tək-tək 

həyətyanı 

sahələrdə 

becərilməsini  zəruri  etmişdir.  İndi  həyətyanı  sahəsi  olan  az 




Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə