Asif mehraliyev



Yüklə 1,12 Mb.
Pdf görüntüsü
səhifə28/38
tarix26.03.2018
ölçüsü1,12 Mb.
#34530
1   ...   24   25   26   27   28   29   30   31   ...   38

 

109 


birinci yarısı yetişir. Meyvələr asan kəsilir, bölünür və gilələr 

zər pərdədən asanlıqla ayrılır, yeyildikdə isə  çox şirin, şirəli 

və  ləzzətli  olur.  Yeyildikdə  digər  sortlardan  fərqli  olaraq 

tumun bərkliyi diş altında hiss olunmur. Ona görə də bu sort 

“Tumsuz” nar adlanır (şəkil 20). 

Sort quraqlığa davamlı  olmasına baxmayaraq suvarma 

rejimi  pozulduqda    (az-az  suvarıldıqda    və  ya  həddən  artıq 

suvarıldıqda) meyvələr tez çatlayır və keyfiyyəti aşağı düşür. 

Eyni  zamanda  qumsal  zəif  qidalı  torpaqlara  nisbətən 

üzvü  və  mineral  gübrələr,  kül  və  s.  verilmiş  qidalı 

torpaqlarda 

becərildikdə 

məhsuldarlıq 

və 


məhsulun 

keykiyyəti yüksək olur. 

Biz “Tumsuz” narı bir qayda olaraq oduncaqlaşmış (2-3 

illik) 


qələmlərlə 

(çiliklərlə) 

çoxaldırıq. 

Qələmlərin 

kəsilməsinin ən yaxşı vaxtı payızda – yarpaqlar tam tökülüb 

qurtarandan  sonrakı  dövrdür.  Bu  vaxt  tədarük  olunmuş 

qələmlər 90-100% bitiş qabiliyyətli olur. Gecikdirilərək, yəni 

qış  və  yazda  kəsilmiş  qələmlərin  bitmə  qabiliyyəti  nisbətən 

aşağı  düşür.  Çünki  qışlamaya  getdikcə  nar  təbii  –  bioloji 

uyğunlaşmaya  uyğun  olaraq  qida  maddələrini  1-3  illik 

budaqlardan  çəkərək  gövdə  və  köklərdə  cəmləşdirir. 

Beləliklə gec kəsilmiş qələmlərdə qida maddələri nisbətən az 

olduğundan  onların  cücərmə  qabiliyyəti  aşağı  olur  və 

gələcəkdə  əldə  olunmuş  tinglər  zəif  inkişaf  edir.  Kəsim 

zamanı  20-25  cm  uzunluqda  10-15mm  diametrdə  olan 

ciliklər tədarük edilməlidir. Çalışmaq lazımdır ki, qələmlərin 

aşağı  hissəsi  (torpağa  yerləşən)  düz-konusvari  kəsilsin. 

Çünki  bitiş  vaxtı  qələmin  hər  tərəfində  kallüs  təbəqəsi 

bərabər  əmələ  gəlir,  köklər  bərabər  inkişaf  edir  və  bitkinin 

normal  qidalanması  üçün  münbit  şərait  yaranır.  Qələmin 

torpağın  səthində  qalan  hissəsini  isə  çəpinə  kəsmək 

məsləhətdir. Bu halda suvarma və yağış vaxtı kəsilmiş yerdə 

suyun  qalma  ehtimalı  aşağı  düşür  və  tinglər  sağlam  inkişaf 

 

110 



edir.    Kəsilmiş  ciliklər  topa  bağlanaraq  qum  və  ya  ağac 

kəpəyindən  hazırlanmış  ləklərdə  saxlanılır.  Ciliklərdə 

kökatma    hiss  edildikdə  onlar  daimi  yerinə  fevral-mart 

ayindanbaşlayaraq əkilməlidir. Çalışmaq lazımdır ki, ciliklər 

yumşaq , qidalı torpaqlara əkilsin. Əkin zamanı cərgəvi əkin 

üsulundan istifadə olunmaqla cərgəarası 60-80 sm, cilikarası 

isə  10  sm  saxlanılır.  Əmələ  gəlmiş  tinglər    1-2  yaşlarında 

daimi  yerlərinə  köçürülür.  Sonrakı  qulluq  işləri  digər 

sortlarda  olduğu  kimi  suvarma  rejiminə  düzgün  əməl 

etməkdən  (yay  ayları  ayda  2-3  dəfə,  digər  aylarda  isə  ayda 

bir  dəfə  olmaqla),    forma  verməkdən,  quru  budamadan, 

diblərin  yumşaldılaraq  qida  maddələrinin  verilməsindən 

ibarətdir.  

Nar  bitkisində  adətən  seyrəltmə  və  gödəltmə  adlanan 

iki  növ  budama    tətbiq  edilir.    Nar  işığa  və  günəşə  çox 

tələdkar bitkidir. 

Onun  normal  böyüməsi  və  yüksə  keyfiyyətli  meyvə 

verməsi  üçün  günəş  və  işıq  çətirin  içərisinə  düşməlidir. 

Seyrəlmə  adlanan  budamada  biz  çətirdə  olan  quru,  xəstə, 

sınıq,  zədəli,  eybəcər  budaqları,  habelə  çətir  daxilində  bir-

birinə sürtünən budaqlardan birini dibindən kəsib atırıq. 

Nar  çoxlu  pöhrə  verən  bitkidir.  Budamanın  tətbiqi 

zamanı  onda  əmələ  gəlmiş  pöhrələri,  çətir  daxilində  olan 

lazımsız  budaqları  və  haramı  zoğları  dibindən  kəsib  atmaq 

lazımdır.  Kök  pöhrələri  yalnız  o  halda  saxlanılır  ki,  pöhrə 

əmələ  gəlmiş  tərəfdə  nar  kolunun  əsas  gövdələrindən  biri 

qurumuş, sınmış, zədələnmiş və ya qocalmış olsun. 

Mərkəzi  Nəbatat  Bağında  “Tumsuz”  narın  heç  bir 

xəstəliyi  müşahidə  olunmamışdır.  Yalnız  bəzi  yağmurlu 

illərdə  yaz  aylarında  xırda  qanlı  mənənələr  ilk  zoğları, 

çiçəkləmədən  sonra  isə  nar  sovkaları  ayrı-ayrı  meyvələri 

zədələyir.  



 


 

111 


Cırtdan nar 

Adətən nar dedikdə ilk növbədə iri, al-qırmızı və qonur 

rəngli  meyvələr  göz  önündə  canlanır.  Həqiqətən  də  insanlar 

qədimdən (eramızdan 500 il qabaq) nar bitkisini, əsasən onun 

meyvələrinə görə əkib-becərmişlər.  

Tanıdığımız  bütün  nar  sortları  (turş,  şirin,  mələs  və  s.) 

bir növə – adi nar növünə aiddir. 

Adi nar (Punica granatum L.), nar (Punicaceae Horan.) 

fəsiləsinin  nar  (Punica  L.)  cinsinə  aid  olub,  yabanı  halda 

respublikamızın  bütün  mülayim  iqlim  qurşaqlarında  –  Kür-

Araz, Lənkəran, Astara, Alazan-Əyriçay və s. bitir.  

Adi  narın  bir  neçə  növ  müxtəlifliyi  vardır  ki,  bunlar 

əsasən  bəzək  məqsədilə  becərilir.  Bunlardan  ağçiçəkli, 

çoxləçəkli,  meyvə  verməyən  formanı  (P.  garanatum  var. 



multiplex  Sweet.),  parlaq-qırmızı  çiçəkli,  çoxləçəkli,  meyvə 

verməyən  formanı  (P.  granatum  var.  pleniflora  Hayne.) 

göstərmək olar. 

Qeyd  olunan  müxtəlif  formalar  içərisində  xüsusilə 

diqqət çəkən və olduqca dekorativ bir forma da vardır ki, bu, 

qırmızı,  xırdaçiçəkli,  xırdameyvəli  (P.  granatum  var.  nana

forma  olan  və  Çiko  adlanan  cırtdan  (karlik)  nardır.  Vətəni 

Qərbi  Asiyanın  quraq  iqlimə  malik  zonaları  hesab  olunur. 

Çiko  1916-cı  ildə  klon  formada  Çindən  Amerikanın 

Kaliforniya 

ştatına, 

sonralar 

isə 

professor 



İdris 

Axundzadənin 

rəhbərliyi 

altında 


Kaliforniyadan 

respublikamıza  gətirilmişdir.  1978-ci  illərdən  AMEA-nn 

Nəbatat Bağında açıq və örtülü şəraitdə becərilir (şəkil 21).  

Adi  nar  ağacının  boyu  2-5  m  olmasına  baxmayaraq, 

Çiko  adlanan  bu  forma  çox  kiçik  –  0,5  m-ə  qədər 

hündürlükdə olub, bol çiçəkləyir  və çiçəkləmə müddəti  may 

ayından qış şaxtaları düşənə qədər davam edir. Çiçəkləmə ilə 

bərabər  həm  də  avqust  ayından  etibarən  kol  üzərində  xırda, 

açıq-qırmızı,  dairəvi,  uzunsov,  yastı-dairəvi  meyvələr 

 

112 



formalaşır  və  oktyabr-noyabr  aylarında  meyvələr  tədricən 

yetişir.  Normal  inkişaf  etmiş  bir  kol  üzərində  4-10  ədəd 

müxtəlif ölçülü meyvə olur ki, bu fazada bitki daha dekorativ 

–  gözoxşayan  görünür.  Narın  bu  forması  bəzək-dekorativ 

bitki  kimi  becərilir.  Bitkinin  qida  əhəmiyyəti  yoxdur.  Ona 

görə ki, meyvədən şirə çıxımı az, şirənin dadı isə çox turşdur. 

Tərkibində  1,76%  şəkər,  7-10%  turşu  vardır.  Bir  meyvədə 

30-60 ədəd toxum olur. 

 

Cırtdan  nar  istiyə,  günəş  şüasına  və  qida  maddələrinə 



tələbkar  bitkidir.  Vegetasiya  dövrü,  yəni  aprel  ayından 

noyabrın  ortalarınadək  22-30°,  dinclik  dövrü,  dekabr-mart 

ayları  isə  5-15°  istilik  tələb  edir.  Orta  sutkalıq  temperatur  –

1º-yə  düşdükdə  bitkinin  cavan  zoğları,  –5°-yə  düşdükdə 

şoxillik  hissələri,  –12-15°-yə  düşdükdə  isə  bütövlükdə  bitki 

özü məhv olur. Ona görə də adətən cırtdan narı qış aylarıotaq 

şəraitində dibçəklərdə becərmək məqsədəuyğundur. 

Çiko  günəş  şüası  ilə  tam  təmin  olunmuş  yerlərdə  daha 

yaxşı inkişaf edir. Bununla belə, yarımkölgə şəraitində də öz 

inkişafını normal başa vurur.  

Bitki  torpaq  rütubətinə  çox  tələbkardır.  Becərildiyi 

substrat  (torpaq)  daim  nəm  və  qidalı  olmalıdır.  Yanmış 

peyin,  çürüntülü  torpaq  və  şirəli  qum  (0,5:1,0:0,5) 

qarışığında daha yaxşı inkişaf edir. İldə bir dəöfə mart ayında 

hər  bitkiyə  və  ya  dibçəyə  10-15  q  qarışıq  mineral  gübrə 

(azofoska) verilməlidir.  

Cırtdan  nar  toxumla  və  çiliklə  (qələmlə)  asanlıqla 

çoxaldılır. 

Toxumla  çoxaldılma  daha  əlverişlidir.  Bu  zaman  tam 

yetişmiş meyvələr noyabr ayının axırlarında yığılıb qaranlıq, 

sərin  (3-5ºC)  yerlərdə  mart  ayına  qədər  saxlanılıb,  sonra 

meyvədən  toxumlar  ayrılaraq  lət  hissədən  təmizlənir  və 

aprelin  2-ci  ongünlüyünə  qədər  nəm  qumda  saxlanılır. 



Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə