Asif mehraliyev



Yüklə 1,12 Mb.
Pdf görüntüsü
səhifə29/38
tarix26.03.2018
ölçüsü1,12 Mb.
#34530
1   ...   25   26   27   28   29   30   31   32   ...   38

 

113 


Torpaqda  temperatur  10-12º-yə  çatdıqda  (aprelin  1-ci 

yarısında) açıq sahədə ləklərə səpilir. Toxum səpiləcək ləklər 

1  ay  əvvəldən  çürüntü  və  ya  torf  qarışdırılmış  qumla  10  sm 

qalınlıqda  doldurulmalıdır  ki,  cücərtilərin  inkişafı  normal 

getsin.  Toxumlar  4-5  sm  dərinliyə  basdırılmaqla  hər  paqon-

metrə 40-50 ədəd toxum səpilməlidir. 

Mərkəzi  Nəbatat  Bağında  uzun  illərdir  ki,  cırtdan  nar 

toxumla çoxaldılır.  

Tədqiqatlar  göstərmişdir  ki,  toxumların  cücərmə  faizi 

ana bitkiyə edilən qulluqdan  asılı olaraq 60-80% təşkil edir. 

Digər  diqqəti  çəkən  işlərdən  biri  də,  cücərtilərin  mütəmadi 

suvarılması,  alaq  otlarının  məhv  edilməsi,  torpaqın 

yumşaldılması  və  azotlu  gübrələrlə  yay  dövrü  2  dəfə 

yemləndirilməsi  nəticəsində  cırtdan  narın  elə  1-ci  ili 

çiçəkləyib meyvə əmələ gətirməsi olmuşdur. 

Cırtdan  narı  çiliklərlə  də  asanlıqla  çoxaltmaq 

mümkündür. 

Çiliklər  qısa  müddətdə  kök  əmələ  gətirir,  normal 

aqrotexniki  qulluq  edildikdə  (mütəmadi  suvarma,  alaq 

otlarının  təmizlənməsi,  yemləmə  gübrələrinin  tətbiqi  və  s. 

toxumla çoxaldılmada olduğu kimidir), əkilmiş çiçəklər bir il 

müddətində  bir  neçə  budaq  formalaşmaqla  50  sm 

hündürlükdə olur.  

Cırtdan  nara  zövqdən  asılı  olaraq  müxtəlif  –  yumru-

kürəvari,  kvadrat,  yastı-kürəvari  və  s.  kol  formaları  vermək 

mümkündür.  Kolun  formalaşdırılması  quru  budama  (kəsmə) 

zamanı  həyata  keçirilir.  Bitki  noyabrın  sonuna  (tumurcuqlar 

açılana) qədər budanıla bilər.  

Budama  zamanı  üzərində  meyvə  olan  budaqlar 

saxlanılmaqla  nəzərdə  tutulmuş  formalardan  kənara  çıxmış 

zoğların  hamısının  ucu  kəsilir.  Bununla  yanaşı,  çətir 

daxilində sıxlıq yaradan zoğlar da kəsilməlidir ki, vegetasiya 

dövrü  çətirin  daxili  normal  işıqlansın  və  havalanma  yaxşı 

 

114 



getsin. 

Çoxillik  tədqiqatlarımız  nəticəsində  cırtdan  narın 

Azərbaycan  şəraitində  hər  hansı  xəstəliyə  yoluxması 

müşahidə  edilməmişdir.  Lakin  ayrı-ayrı  illərdə  bu  bitkinin 

həm  örtülü,  həm  də  açıq  şəraitdə  becərilməsi  zamanı  uc 

yarpaqlarda  xırda  qanlı  mənənələrə  rast  gəlirik.  Həşərat 

əsasən  cavan  zoğlarda  və  yarpaqların  alt  hissəsində  məskən 

salır,  deşib-soran    ağız  aparatı  vasitəsilə  bitkinin  şirəsini 

sorur, onun zəifləməsinə, yarpaqlarının tökülməsinə və hətta 

bitkinin qurumasına səbəb olur. Bir mövsümdə nar mənənəsi 

5 nəsil verməklə çox tez artır. Yetkin ana fərd yumurtalarını 

payızda  zoğ  və  budağın  cadarlı  hissələrinə  qoyur  və  yaza 

qədər yumurtalar orada qalır. Yazda yumurtalardan  sürfələr 

çıxır  və  bitkinin  cavan  orqanlarının  şirəsi  ilə  qidalanaraq, 

bitkinin  yarpaq  və  zoğlarında  şirə  əmələ  gətirir.  Şirə  tozu 

özünə  asan  hopdurduğundan  bitki  çirklənir.  Eyni  zamanda 

mənənənin ifraz etdiyi şirədə göbələklər əmələ gəlir ki, onlar 

da bitkini qara hisəbənzər çirklə örtür. Hər iki halda bitkinin 

zahiri görünüşünə xələl gəlməklə dekorativliyi itir. 

Çöl  şəraitində  becərilmə  zamanı  mənənə  müşahidə 

edilən kimi Bİ-58-in 0,2%-li məhlulu ilə (10 litr suya 1 ədəd 

2  ml-lik  ampula  və  ya  20  q  konsentrat)  bitki  yuyulmalıdır. 

Yuyulmadan  sonra  bitki  üzərində  həşərat  qalarsa,  7-10  gün 

müddətində dərmanlama təkrarlanmalıdır. 

Mənənə,  otaq  şəraitində  saxlanılan  bitkidə  müşahidə 

olunarsa,  bu  zaman  bitki  sabunlu  suyun  20%-li    məhlulu  (1 

litr  suya  20  q  acı  bibər  və  20  q  xam  sabun  doğranılır  və 

qaynayana  qədər  qarışdırılır.  Məhlul  soyuduqdan  sonra 

süzülüb, 1,5-2,0 litrlik çiləyicilərə doldurulur) ilə yuyulur. 

Otaq  şəraitində  becərilən  cırtdan  narda  mənənədən 

başqa  xırda  ağqanadlı  kəpənək  də  tez-tez  müşahidə  olunur. 

Kəpənək əsasən yarpaqların alt səthində yaşayaraq özləri  və 

tırtılları  bitkinin  şirəsi  ilə  qidalanır,  ifrazatları  yarpaqları 



 

115 


çirkləndirir  və  bitkinin  dekorativlik  keyfiyyətini  aşağı  salır. 

Həşəratdan  qorunmaq  üçün  ən  effektli  üsul  bitkini  dibçəklə 

birlikdə açıq havaya qoymaq və 10 litr suya 20 q konfidor və 

ya 10 litr suya 5 q hekplan qarışdırıb onu yumaq lazımdır. 

Bağçılıqda  dekorativ  əhəmiyyəti  olan  bu  bitki  çox 

yaraşıqlı  görünür  və  insanlara    xüsusi    zövq    verir.  Həm  

açıq, həm də örtülü şəraitdə becərilməsi tövsiyə olunur.  

 

Hind xiyarı(Hind narı) 

Azərbaycan  florası  çox  zəngindir.  Floranın  tərkibində 

meyvə,  giləmeyvə,  tərəvəz,  bəzək,  dərman  və  s.  bitkilər 

xüsusi  çəkiyə  malikdir.  Buna  baxmayaraq  floranin  bitki 

tərkibinin  keyfiyyət  dəyişikliyi,  yeni  növlərin,  formaların, 

çeşidlərin  Azərbaycana  gətirilərək onların ərazinin  torpaq – 

iqliminə  uyğunlaşdırılması,  çoxaldılması,  yayilması  və  s. 

həmişə olduğu kimi  bu gün də aktual olmalıdır.  

Bu baxımdan son illər Cənub–Şərqi Asiya florasına aid 

olan  və  tərəfimizdən  Mərkəzi  Nəbatat  Bağına  toxum 

vasitəsilə 2008-ci ildə   hind xiyarı adı altında  introduksiya 

edilmiş  “Momordica  charantia  L.”  növü  çox  maraqlıdır. 

Qədim Çində bitkidən tərəvəz məqsədilə yalnız İmperatorun 

ailəsi  qidalanarmış,  Hindistanda  milli  adət  -  ənənələrdə 

müqəddəs,  allaha  bərabər  qiymətləndirilən  bu  bitki  ən 

yüksək  anlamda  –  “xarma”  “xarantiya”  –  dilimizdə 

“müqəddəs” adı ilə adlandırılmışdır. 

Bitki  haqqında  ədəbiyyat  mənbələrinin  az  olduğunu 

nəzərə  alıb  özümüzün  fenoloji  müşahidələrimiz  və  bəzi 

internt  məlumatları  əsasında  onun  botaniki  təsvirini  və  bir 

sıra mühüm xüsusiyyətlərini veririk. Hind xiyarı (Momordica 

L.)  Boranıçiçəklilər  (Cucurbitaceae)  fəsiləsinə  aid  olub, 

Asiya,  Afrika,  Avstraliyada  40-dan  çox  növü  yayılmışdir. 

Həmin  növlər  içərisində  öz  dekorativliyi  ilə  seçilən  və 

becərilmə  arealı  nisbətən  geniş  olannövlərindən  biri 

 

116 


Müqəddəs  Hind  xiyarıdır.  Tərəfimizdən  2008-ci  ildən 

həvəskar  tərəvəzçilərdən  mübadilə  yolu  ilə    əldə  edilmiş 

toxumları    müxtəlif  şəraitlərdə  -  istixana  və  çöl  şəraitində 

müxtəlif 

variantlarda 

səpilmiş 

və 

bitkinin 



bioloji 

xüsusiyyətləri,  becərilmə  aqrotexnikası  barədə  dəyərli 

nəticələr əldə olunmuşdur. 

Vətəni  Hindistan  hesab  edilən  növ  birillik  ot  tipli 

sarmaşan bitki olub, 5,5   m-ə qədər uzana bilir. 

Gövdəsi 4 tilli, kobud, xırda tükcüklü və çox elastikdir. 

Yarpaqları  5-7  dilimli  –  barmaqvarı,  üstdən  zümrüdü-yaşıl, 

alt  tərəfdən  isə  açıq  –  yaşıl  rənglidir.  Zoğ  üzərində  hər  5-7 

sm-dən  bir  buğumlar,  hər  buğumda  isə  bir  tərəfdə  yarpaq, 

qarşı  tərəfdə  isə  25  sm-ə  qədər  uzunluqda  olan  bığcıqlar 

formalaşır. Yarpaq və bıcıqların səthi zəif – tükcüklüdür.  

Bitki  bığcıqları  vasitəsilə  hər  hansı  dayağa  dolanaraq 

(sarınaraq)  inkişaf  edir.  Hər  yarpaq  qoltuğundan  parlaq-sarı 

rəngli  orta  irilikdə  çiçəklər  əmələ  gəlir.  Çiçəkləri  ətirlidir. 

Bitki birevli, çiçəklər isə bircinslidir. Əvvəlcə erkək çiçəklər, 

sonra isə dişi çiçəklər formalaşır. 

Meyvəsi  uzunsov,  ellipsvarı,  uzunluğu  15-25  sm, 

diametri  3-5  sm-dir.  Əvvəlcə  yaşıl,  yetişdikdə  isə  qızılı-sarı 

rənglidir,  açılandır.  Meyvə  yetişdiyi  və  açıldığı  dövrdə  bitki 

daha  dekorativ  görünür.  Meyvələrin  səthi  qabarlıdır. 

Toxumlar  yastı-uzunsov,  qonur  rəngli  olub,  səthi  qırmızı 

rəngli şirintəhərşirəli lət hissə ilə əhatə olunmuşdur. Lət hissə 

yeyiləndir.  Bir  meyvədə  10-25  ədəd  toxum  olur.  Meyvələr 

tam  yetişdikdə  partlayıb  üç  hissəyə  bölünür  və  içərisindəki 

qırmızi yanlıqlı toxumlar aydın görünür (şək.21).  

Bitki  bütün  vegetasiya  müddəti    həm  inkişaf  edib 

böyüyür,  həm  də  çiçəkləyib  meyvə  əmələ  gətirir.  Eyni 

vaxtda  kol  üzərində  həm  çiçək,  həm  yetişməmiş  və  ya 

yarıyetişmiş  meyvə,  həm  də  tam  yetişib  açılmış  meyvələr 

müşahidə edilir. Ona görədə bitki bütün vegetasiya boyu çox 




Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə