Asif mehraliyev



Yüklə 1,12 Mb.
Pdf görüntüsü
səhifə26/38
tarix26.03.2018
ölçüsü1,12 Mb.
#34530
1   ...   22   23   24   25   26   27   28   29   ...   38

 

101 


azərbaycanlı  ailəsi  tapılar  ki,  o,  həyətində  Nəcib  dəfnə  əkib 

becərməsin (şəkil 18).  

Nəcib  dəfnə  və  ya  Əsl  dəfnə  (Laurus  nobilis  L.) 

Dəfnəkimilər  (Lauraceae  Linul.)  fəsiləsinin  dəfnə  (Laurus 

L.)  cinsinə  aid  olub,  həmişəyaşıl,  ağac  tipli  kol  bitkisidir. 

Becərildiyi  torpaq-iqlim  şəraitindən  asılı  olaraq  5-16  m 

hündürlüyə  qalxa  bilir.  Çətirin  formasına  (sallaq,  yığcam), 

yarpaqların  iriliyinə  (xırdayarpaqlı,  iriyarpaqlı),  yarpağın  və 

meyvələrin  formasına  (ellipsvari,  yumurtavari),  yarpaq  və 

zoğlarında  efir  yağlarının  miqdarına  (1%-dən5%-dək)  görə 

çoxlu 

forma 


müxtəliflikləri 

mövcuddur. 

Yarpaqlar 

qısasaplaqlı  ensiz, ucu sivri, dərivari, uzunluğu 8-11 sm, eni 

2-8  sm  olub,  üstdən  tünd  yaşıl,  parlaq,  altdan  açıq-yaşıl 

rənglidir.  Bitki  üzərində  yarpaqların  yaşama  müddəti  4-5 

ildir.  Dişi  çiçəkləri  sarımtıl  rəngli,  4-6-sı  bir  yerdə  xırda 

çətirlərdə  toplanmaqla,  yarpaqların  qoltuğunda  yerləşmişdir. 

Erkək  çiçəklər  isə  dişi  çiçəklərə  nisbətən  iri  olub,  birillik 

zoğların  sonunda  toplanır.  Meyvələri  ellips  və  ya 

yumurtavaridir.  Yetişdikdə  qara  rəngdə  olur.  Bitki  Abşeron 

şəraitində  may  ayında  çiçəkləyir,  meyvələr  isə  sentyabr  –

oktyabr ayları yetişir.  

Abşeronda (Mərkəzi Nəbatat Bağında) toxum vasitəsilə 

təbii bərpa olur.  

Nəcib  dəfnənin  vətəni  Kiçik  Asiyadır.  Buradan  Aralıq 

dənizi  sahillərinə  yayılmışdır.  Təbii  halda  Cənubi  Fransada, 

İngiltərədə  təsadüf  edilir.  Mədəni  halda  mülayim  və 

subtropik iqlimə malik olan əksər ərazilərdə əkilib becərilir. 

Azərbaycana  XIX  əsrin  sonlarında  Gürcüstandan 

gətirilərək becərilməyə başlanmışdır. 

Çoxsahəli xalq təsərrüfatı əhəmiyyətinə malik, qiymətli 

bitkidir.  Yarpaqlarında  olan  efir  yağlarının  keyfiyyətinə  və 

miqdarına  görə  çox  qədimdən  konserv  sənayesində, 

kulinariyada 

müxtəlif 

meyvə-tərəvəzlərin 

duza 


 

102 


qoyulmasında,  xörəklərin  hazırlanmasında  və  b.  geniş 

istifadə olunur. Bütün bu keyfiyyətləri ilə bərabər hal-hazırda 

gözəl  həmişəyaşıl  bitki  kimi  və  çətirinin  budanılmaqla 

istənilən  formaya  asanlıqla  düşməsini  nəzərə  alaraq  bəzək 

bağçılığında  daha  geniş  tətbiq  olunur.  Xüsusilə  yaşıl  canlı 

çəpərlərin  yaradılmasındaNəcib  dəfnədən  müvəffəqiyyətlə 

istifadə edilir.  

İşıqsevən və yarımkölgəyə davamlı bitkidir. Yarpaqları 

dərivari,  sərt  kənarlı  olduğundan,  güclü  küləklər  bu  bitkiyə 

ziyan  vura  bilmir.  Bitki  həmçinin  güclü  inkişaf  etmiş  kök 

sisteminə malikdir. Ona görə də yayı quraq keçən ərazilərdə 

və  dövrlərdə  bu  çatışmazlıqdan  ziyan  çəkmir.  Əksinə,  suyu 

zəif keçirən torpaqlarda, su yığılıb qalan çökək ərazilərdə və 

tez-tez  suvarılma  şəraitində  bitki  yaxşı  böyümür.  İstisevən 

bitki olmaqla yanaşı, –16°C şaxtaya davamlıdır. 

Məhz  növün  bu  xüsusiyyətlərini  bilərəkdən  Landşaft 

dizaynında ondan daha səmərəli istifadə etmək olar. 

Nəcib  dəfnə  toxumla,  yaxud  vegetativ  yollarla  (ciliklə, 

gövdə  pöhrələri  vasitəsilə  basma  yolu  ilə,  kök  pöhrələri  ilə) 

çoxaldılır.  Abşeronda    (Mərkəzi  Nəbatat  Bağı)  əsasən 

toxumla 

çoxaldılır. 

Növ 

güclü 


toxum 

yetişdirmək 

qabiliyyətinə malikdir. Yetişmiş toxumlar Abşeron şəraitində 

noyabr  ayında  qumla  qarışdırılmış  torpaqlara  səpilir. 

Toxumlar qabıqlı və ya qabığı təmizlənərək səpilə bilər.  

Bir il ərzində toxmacarlar 20 sm-ə qədər uzana bilir ki, 

bu da onun daimi yerinə köçürülməsi üçün kifayətdir. Daimi 

yerinə  köçürülərək  toxmacarlardan  yüksək  bitiş  əldə  etmək 

üçün  onlar  torpaqla  birlikdə  qazılaraq  çıxarılmalıdır.  Köklər 

torpaqsız  olduqda  bitkinin  yeni  əkildiyi  yerdə  tutma  faizi 

aşağı olur.  

Nəcib dəfnə az qulluq tələb edən növlərdəndir. Abşeron 

şəraitində 

bitkiyə 


qulluq 

işləri 


yaz-yay 

aylarında 

suvarmalardan, 

ildə 


bir 

dəfə 


budanılaraq 

forma 



 

103 


verilməsindən  ibarətdir.  Qeyd  olunmalıdır  ki,  ildə  1-2  dəfə 

yemləmə  gübrələrinin  verilməsi,  bitkinin  normal  inkişafını 

təmin edir.  

Son  illər  Abşeronda  və  respublikanın  digər  subtropik 

ərazilərində  Nəcib  dəfnənin  ağac  və  kolları  bir  sıra 

zərərvericilərlə,  xüsusilə  müxtəlif  növ  yactıcalarla  və 

mənənələrlə güclü sirayətləndiyi müşahidə olunmuşdur. 

Mübarizə  məqsədilə  həşəratın  ilk  inkişaf  mərhələsində 

sistem təsirli preparatlardan biri ilə (Paskal, Desis və s.) 0,2-

0,3%-li  məhlul  hazırlayıb,  bitkiləri  dərmanlanmaq  lazımdır. 

Birinci  çiləmədən  12-15  gün  sonra  mübarizə  təkrar 

aparıldıqda daha effektli nəticələr əldə olunur. 



 

İriçiçək  maqnoliya 

Respublikamızın mədəni florasında əvvəllər tək-tək rast 

gəlinsə  də,  son  onillikdə  Landşaft  dizaynının  əsas 

növlərindən  birinə  çevrilmişdir.  Yarpaq,  çiçək,  meyvə  və 

toxumlarının ekzotik görkəminə görə əkilib becərilir.  

İriçiçək 

Maqnoliya 

(Magnolia 



grandiflora 

L.) 


Maqnoliya  (Magnoliaceae  J.  St.Hil.)  fəsiləsinin  Magnoliya 

(Magnolia  L.)  cinsinə  aid  olub,  həmişəyaşıl  ağac  tipli 

bitkidir.  Hündürlüyü  30  m-ə  çatan  geniş  piramida  və  ya 

yumurtavari  sıx  yarpaqlı  çətirə  malikdir  (şəkil  19).  Zoğ  və 

tumurcuqları pas rəngli sıx tükcüklə örtülmüşdür. Yarpaqları 

tərs yumurtavari və ya ellips formalı, 20-25 sm uzunluqda, 4-

5  sm  enində,  tamkənarlı,  dərivaridir.  Üstdən  zümrüdü  yaşıl, 

parlaq,  altdan  pas  rəngli  sıx  tükcüklüdür.  Bir  yarpağın  bitki 

üzərində  qalma  müddəti  15-18  aydır.  Çiçəkləri  olduqca 

böyük,  20-22  sm  diametrdə  olub,  ağ  rəngli,  xoş  ətirlidir. 

Abşeronda  may  ayı  çiçəkləyir.  Çiçəkləmə  20-25  gün  davam 

edir.  Meyvələri  qonur  rəngli,  şam  qozalarına  oxşar, 

çoxyuvalı  və  sərtdir.  Toxumları  qırmızı  rəngli,  yetişdikdə 

nazik  ağ  sapdan  asılı  qalıb,  bir  müddətdən  sonra  tökülür. 

 

104 


Abşeron  şəraitində  çoxlu  sağlam,  cücərmə  qabiliyyətli 

toxumları  yetişsə  də,  öz-özünə  çoxalma  tərəfimizdən 

müşahidə olunmamışdır.  

Təbii halda Şimali Amerikada və Cənub-Şərqi Asiyada 

rast gəlinir. Avropada 1734-cü ildən introduksiya edilmişdir. 

Rütubətli  torpağı  və  mülayim  iqlimi  olan  bütün  zonalarda 

əkilib becərilə bilər.  

Azərbaycanda  Lənkəran,  Gəncə,  Zaqatala,  Bakı  və  b. 

park  və  bağlarında  tək-tək  əkilib  becərilir.  Bakıda  indiki 

Filarmoniya bağı ərazisində bir ədəd yaşlı, keçən əsrin 50-ci 

illərində əkilmiş İriçiçək Maqnoliya çox yaxşı inkişaf edərək 

hər il çiçəkləyib toxum əmələ gətirir. Nisbətən yaşlı bir neçə 

nümunəsi isə Mərkəzi Nəbatat Bağı ərazisindədir. 

Son  onillikdə  yeni  salınmış  əksər  park  və  həyətyanı 

sahələrdə  İriçiçək  Maqnoliyanın  cavan  ağaclarına  rast 

gəlinir.  Qeyd  olunmalıdır  ki,  respublikamızın  əksər 

bölgələrində  çətin  bitsə  də,  həmişəyaşıl  ağaclar  arasında 

gözəlliyi və əkzotikliyinə görə ən seçilən növdür. Çiçəklədiyi 

dövrdə isə ağac daha cazibədar görünür. 

Respublikamızda  İriçiçək  Maqnoliya  əsasən  dekorativ 

bağçılıqda  bəzək  bitkisi  kimi  əkilib  becərilir.  Yarpaq,  çiçək, 

meyvə  və toxumlarına ekzotik  görkəmi, bitkinin becərildiyi 

ərazinin  ilin  bütün  fəsillərində  baxımlı  olmasını  təmin  edir. 

Bitkidən respublikamızın  mülayim, rütubətli subtropik iqlim 

zonalarında  istifadə  olunması  daha  səmərəlidir.  Yəni, 

göstərilən  iqlim  şəraiti  İriçiçək  Maqnoliya  üçün  çox 

münasibir.  Lakin  bitkinin  bir  çox  xüsusiyyətləri,  məsələn, 

yarpaqlarının dəriləşmiş  və sərt olması, çətirinin yığcamlığı, 

15°C  şaxtaya  davamlılığı,  onun  becərilmə  arealının 

genişlənməsinə  şərait  yaradır.  Təsadüfi  deyildir  ki,  indi, 

xüsusilə  Abşeronun  çətin  iqlim  şəraitində  əkildiyi  bir  çox 

yerlərdə bitki normal inkişaf edərək yaşayır. Torpaq qidasına 

çox  tələbkar  olduğundan,  qidalı  torpaqlarda  və  mütəmadi 



Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə