Asif mehraliyev



Yüklə 1,12 Mb.
Pdf görüntüsü
səhifə20/38
tarix26.03.2018
ölçüsü1,12 Mb.
#34530
1   ...   16   17   18   19   20   21   22   23   ...   38

 

77 


VII FƏSİL 

 

BAĞ, PARK VƏ HƏYƏTYANI SAHƏLƏRDƏ AYLAR 

ÜZRƏAQROTEXNİKİ TƏDBİRLƏRİN TƏQVİMİ 

 

Yanvar 

Bağçılıq  sahəsində  nisbətən  sakit  aylardan  biridir.  Bu 

ayda  əsasən  bitkilərin  şaxtadan  və  qardan  mühafizə 

tədbirləri,  dekabr  ayından  yarımçıq  qalmış  işlərin  –  üzvi  və 

mineral  gübrələrin  verilməsi,  qurumuş,  sınmış  və  digər 

lazımsız 

budaq 

və 


ağacların 

kəsilərək 

ərazidən  

kənarlaşdırılması,  bitkilərin  gövdəətrafı  və  cərgəaralarının 

şumlanmasının  davam  etdirilməsindən  ibarətdir.  Bununla 

yanaşı, 


bağa 

lazım 


olan 

miqdarda 

zəhərli-kimyəvi 

preparatların,  bağ  alətlərinin  və  s.  alınması,  yeni  bağ  və 

bostan  sahəsi  üçün  yerlərin  seçilməsi,  hazırlanması  işləri 

görülür. 

Otaq  bitkilərinə  qulluq  davam  etdirilir.  Dibçəklərin 

saxlandığı  otaqlarda  temperatur  15-20ºC  arasında  saxlanılır. 

Otağın  temperaturu  məcburən  20ºC-dən  yuxarı  olduqda, 

bitkilər  7-10  gündən  bir  suvarılır.  Xəstəlik  və  zərərverici 

yoluxmuş  bitkilər  günün  isti  saatlarında  açıq  havaya 

çıxarılaraq  dərmanlanır  və  bir  neçə  saatdan  sonra  öz  yerinə 

qaytarılır.  

Otaq bitkilərinin bir qabdan başqasına və açıq qruntdan 

çıxarılmış  bitkilərin  qablara  köçürülməsi  işləri  də  bu  ayda 

aparıla bilər. Otaq şəraitində bitkilərin həm toxumla, həm də 

çiliklərlə çoxaldılması işləri də yanvar ayında mümkündür.  

Məlumdur 

ki, 

torpaq-iqlim 



şəraitindən, 

bağın 


təyinatından  (meyvə  bağı,  bəzək  bağı,  qış  bağı,  qarışıq  bağ 

və  ya  bağça  və  s.)  asılı  olaraq  heç  də  bağlardakı  işlər 

eyniyyət  təşkil  etmir.  Elə  bağlar  ola  bilər  ki,  bu  ayda  ora 

qarla  tam  örtülü  olar(dağlıq  zonalar),  elə  bağlar  da  olar  ki, 

 

78 


artıq  torpaq  və  ağaclar  üzərində  iş  görmək  olar  (aran 

zonalar).  Ona  görə  də  aylar  üzrə  bağlarda,  həyətyanı 

sahələrdə, parklarda və b. ərazilərdə görüləcək işlərin təqvim 

vaxtı  dəyişə  bilər,  yəni,  təqvim  üzrə  görüləcək  işlər  mütləq 

deyildir.  Bununla  belə  şərait  yarandığı  təqdirdə  hər  ayın 

özünə aid vacib işlər görülməlidir. 



 

Fevral 

Bu  ay  yaz  işlərinə  hazırlıq  ayıdır.  Temperatur 

yüksəldikcə,  məcburi  sükunətdə  olan  bitkilər  də  oyanmağa 

başlayır.  Ona  görə  də  bütün  budama,  formavermə,  belləmə, 

qış  suvarmaları  yekunlaşdırılmalıdır.  Yeni  salınacaq  bağ, 

bostan  sahələri  əkinə  hazırlanmalıdır,  bunun  üçün  əkiləcək 

bitkilərin  yerləri  nişanlanır,  çalalar  qazılır,  şırımlar  açılır  və 

çalaların  və  şırımların  kənarlarına  lazım  olan  qədər  üzvi 

gübrələr yığılır.  

Ağaclar  quru,  zədəli  qabıqlardan  təmizlənir  və  aran 

zonalarda  qış  müalicəsi  aparılır.  Yəni,  tumurcuqlar  şişdiyi 

ərəfədə ağaclar əvvəlcə 1%-li DNOK, bir həftə sonra isə 3%-

li  Göydaş  məhlulu  ilə  çilənir  (bu  çiləmə  ancaq  yarpağını 

tökən bitkilərdə aparılır).  

Bu  ayda  payızdan  anbarlarda  saxlanılmış  əkin-səpin 

materialları  da  yoxlanılır,  yararlı  olanları  seçilib  təmizlənir 

və əkinə hazır vəziyyətə gətirilir.  

Abşeronda  və  aran  zonalarda  bağ  salmaq,  ağac  əkmək 

işi davam etdirilir.  

 

Mart 

Havanın  və  torpağın  temperaturu  yüksəldikcə  torpaq 

işləri  sürətlənir.  Sahə  ağac  yarpaqlarından,  ot  qalıqlarından 

təmizlənir.  Toplanmış  yarpaq  və  ot  qalıqları  həyətin  bir 

kənarında  1-2  m

2

  həcmində  çala  qazılaraq  həmin  çalaya 



doldurulur. Toxum səpmək  üçün ləklər hazırlanır və bir çox 


 

79 


göy-göyərti  toxumları  (ispanaq,  şüyüd,  keşniş,  aylıq  turp, 

kərəviz, acıtərə və b.) səpilir.  

Tərəvəz  bitkiləri  (pomidor,  bibər,  xiyar,  badımcan)  və 

bostan bitkilərinin (qarpız, yemiş) şitillərini yetişdirmək üçün 

parniklər hazırlanır. 

Qışı  şaxtalı  olan  ərazilərdə  meyvə  bağları  və 

üzümlüklərin  budanılması,  formalaşdırılması  işləri  aparılır. 

Fevralda  qış  müalicəsi  aparılmayıbsa,  bu  ayda  həmin  işlər  

davam  etdirilir.  Çəyirdəkli  meyvə  bitkilərinin  calaqüstüləri 

tədarük  olunub  qaranlıq  və  sərin  yerlərdə  (qumun  içində, 

zirzəmilərdə) saxlanılır. 

Aran  zonalarda  üzümdə  quru  bağlama  başa  çatdırılır. 

Cavan  üzümlüklərdə  şpaler  sistemi  qurulur.  Bitkilərin 

gövdəətrafı  bellənir.  Seyrəkliyi  aradan  qaldırmaq  məqsədilə 

yeni bitkilərlə təmir-bərpa işləri aparılır.  

Qışı quraq keçən illərdə bu ayda suvarma aparılmalıdır.  

Otaq  bitkilərinin  ən  münasib  çoxaldılma  (toxumla, 

qələmlərlə)  ayıdır.  Həmçinin  dibçək  bitkilərikompleks 

gübrələrlə yemləndirilməlidir.  

Ayın sonlarına yaxın qış şaxtalarından çıxmış zonalarda 

qışda  üstü  bağlanmış  bitkilərin  (kaktusların,  palmaların, 

sitrusların və b.) örtükləri açılır.  



 

Aprel 

Bu  ay  meyvə  bitkilərində  (bir  çox  bəzək  bitkilərində 

də)  yaz  calağının  ən  münasib  vaxtıdır.  Cinslər  üzrə,  calaq, 

bitkidə  şirə  hərəkəti  başlayan  kimi  vurulub  qurtarmalıdır. 

Sıra  ilə  əvvəlcə  çəyirdəklilər,  sonra  tumlular,  daha  sonra 

subtropik  mənşəlilər  (xirnik,  tut,  innab  və  sitruslar)  və  b. 

calanır.  

Torpaq-iqlim  şəraitindən  və  cinsin  xüsusiyyətindən 

asılı olaraq yaz calağı aprelin sonuna qədər davam edir.  

Bu  ayda  həmçinin  payız-qış  ayları  çoxaldılma  üçün 

 

80 


tədarük  edilmiş  qələmlərin  (çiliklərin)  hazırlanmış  ləklərə 

əkilməsi dövrüdür.  

Meyvə, giləmeyvə, bəzək və bostan-tərəvəz bitkilərinin 

əkini,  toxumların,  şitillərin,  həmçinin  tinglərin  əkilməsi 

davam etdirilir.  

Üzüm  bağlarında  quru  bağlama  yekunlaşdırılır. 

Cərgəaralarının şumlanması davam etdirilir.  

Həmişəyaşıl-dekorativ bitkilərə lazımi formalar verilir.  

Meyvə-giləmeyvə  bitkilərində  çiçəkləmədən  əvvəl  və 

sonra gənələrə, sovkalara, mənənələrə və bir çox xəstəliklərə 

qarşı kimyəvi mübarizə məqsədilə sinebin 0,4%-li, omayt və 

ya  akreksin  0,2%-li  və  avantajın  0,3%-li  məhlullarının 

qarışığından  istifadə  etməklə  çiləmə  aparılır  (eyni  təyinatlı 

digər preparatlardan da istifadə etmək olar).  

Bostan-tərəvəz  və  çiyələkdən  faraş  məhsul  əldə  etmək 

üçün  onların  əkildiyi  ləklərin  üzəri  soyuq  günlərdə 

polietilenlə örtülməlidir. 

Bu  aydan  başlayaraq  əkinlər  alaq  otlarından  mütəmadi 

təmizlənməlidir. Alaq otlarını böyüməyəqoymaq olmaz. Əks 

təqdirdə  həm  kökü  möhkəmlənib  qoparılması  çətin  olacaq, 

həm  də  torpaqdakı  qida  maddələrini  mənimsəyəcək.  Ona 

görə də alaqlar görünən kimi kimyəvi və mexaniki yolla ləğv 

edilməlidir.  

 

May 

Əkin-biçin  işlərində  ən  qızğın  hesab  olunan  ay  may 

ayıdır. Təbii yağıntıların ən çox düşdüyü, buna uyğun olaraq 

da alaq otlarının, xəstəlik və ziyanvericilərin intensiv inkişafı 

dövrüdür.  Ona  görə  də  bu  ayda  günün  bütün  imkanlı 

vaxtlarından səmərəli istifadə olunmalıdır. Yəni, hava şəraiti 

imkan  verən  kimi  (günün  hansı  saatı  olur  olsun)  sahə  işləri 

görülməlidir.  

Cavan ağaclarda bitkilərə formavermə, gübrələmə (azot 



Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə