Asif mehraliyev



Yüklə 1,12 Mb.
Pdf görüntüsü
səhifə11/38
tarix26.03.2018
ölçüsü1,12 Mb.
#34530
1   ...   7   8   9   10   11   12   13   14   ...   38

 

41 


yazqabağı  aparılır.  Qışda  yarpağını  tökməyən  (həmişəyaşıl) 

bitkilərdə  bütün  fəslillərdə,  həmçinin  qışda  yarpağını  tökən 

bitkilərdə  müxtəlif  məqsədlər  üçün  (məhsula  düşməni 

tezləşdirmək,  sıx  çətir  daxilini  seyrəltmək  və  b.)  yaz-yay 

ayları aparılan budama yaşıl budama adlanır. 

Zərurət yaranmadıqda bitkilərin  vegetasiya dövrü, yəni 

yaz-yay ayları budanılması məsləhət deyil. Çünki, bu zaman 

xəstəliktörədici 

mikroorqanizmlərin 

fəaliyyəti 

güclü 

olduğundan,  onlar  bitkinin  yaralı  orqanlarına  daha  sürətlə 



sirayət edir və bitki müxtəlif xəstəliklərə daha tez tutulur.  

Vegetasiya  dövrü  bitkinin  yaşıl  hissələri  hər  hansı 

səbəbdən (yaşıl budama, güclü külək, dolu və b. səbəblərdən) 

zədələndikdə  dərhal  zonanın  xarakterik  xəstəliklərinə  qarşı 

uyğun 

preparatlardan 



istifadə 

etməklə 


profilaktiki 

dərmanlama  aparılmalıdır.  Budama  çox  diqqət,  səriştə  və 

peşəkarlıq  tələb  edən  bir  əməliyyatdır.  Adətən  gödəltmə  və 

seyrəltmədən    ibarət  olmasına  baxmayaraq  hər  bir  bitkiyə 

ayrıca  yanaşma  tələb  olunur.  Bununla  belə,  budamada 

ümumi prinsipləri bilmək vacibdir: 

a) Budama  yüksək  səviyyədə  itilənmiş  və  sazlanmış 

alətlərlə (mişar, qayçı, bıçaq) aparılmalıdır; 

b) Bütün  budamalarda  çalışmaq  lazımdır  ki,  kəsilən  hissə 

sonuncu tumurcuğun  (gözün) əks tərəfindən 1-2 sm aralı 

maili kəsilsin; 

c) Birillik  yaşıl  və  ya  oduncaqlaşmış  zoğlar  bağ  qayçısı  və 

ya bıçaqla çoxillik oduncaqlaşmış budaqlar isə bağ mişarı 

ilə kəsilməılidir; 

ç)  Gövdədən ayrılmış l dərəcəli budaqları  kəsərkən nə çox 

uzun  (2  sm-dən  artıq),  nə  də  gövdəyə  bitişik  yerdən 

kəsmək  düzgün  deyil.  Birinci  halda  gövdədə  qalan 

hissədən  yatmış  tumurcuqlar  oyanaraq  yeni  əlavə  zoğlar 

əmələ  gətirəcək,  ikinci  halda  isə  əsas  gövdə  zədələnmiş 

olacaq; 


 

42 


d) Budama  zamanı  diametri  böyük  kəsiklərə  mütləq  bağ 

məlhəmi sürtülməlidir; 

e) İki  əllə  işlədilən  bağ  qayçıları  ilə  budama  aparıldıqdan 

sonra kəsilmiş hissələr bitki üzərindən təmizlənməlidir; 

ə) Güclü budama aparılmış bitkilər dərhal suvarıl-malıdır ki, 

yara yerləri tez sağalsın. 

 

Üzüm tənəklərinin becərilmə formaları 

və onların budanılması 

 

Üzüm  sarmaşan  bitki  olduğundan,  sürətlə  uzanaraq  öz 

kökündən  daha  tez  kənarlaşır.  Bunun  qarşısını  almaq  üçün 

tənəklər  hər  il  kəsilərək  gödəldilməlidir.  Bu  zaman  biz  bir 

sıra işləri həll etmiş oluruq: 

1. Cavan (1-3 yaşlı) tənəklərə forma veririk (şəkil 12); 

2. Bar  verən  tənəklərdə  verilmiş  formanı  saxlamaqla, 

məhsul artımına nail oluruq; 

3. Qocalmış tənəkləri cavanlaşdırırıq. 

Azərbaycanda  üzüm  tənəklərində  tarixən  aşağıdakı 

becərilmə formaları tətbiq edilmişdir. 

Xiyaban:Bir  çox  aran  rayonlarında  (Ağdam,  Bərdə, 

Kürdəmir, Göyçay və b.) üzüm tənəklərini hündürboylu ağac 

və kolların üzərinə dırmaşdırmaqla becərilən formadır. İstilik 

çox  olan  ərazilərdə  belə  becərilmədə  üzümlərin  şəkərliliyi 

daha  yüksək  olur,  xəstəliyə  az  yoluxurlar.  Lakin  məhsula 

qulluq  və  onun  yığılmasında  çətinliklər  olduğundan  bu 

becərmə forması çox genişlənməmişdir.  

Kələsər  (öküz  başı):  Bu  becərilməüsulu  da  qədim 

tarixiə  malikdir.  Bu  formada  tənəklərə  heç  bir  dayaq  tətbiq 

olunmur.  Tənəkdə  1-4  ədəd  qısa,  yoğun  ştamp  yaradılır. 

Onların üzərində qısa (2-4 gözdən ibarət) zoğlar saxlanılır və 

onlardan  məhsul  alınır.  Hazırda  bu  forma  Abşeronda  bəzi 

həyətyanı sahələrdə tətbiq olunur.  




 

43 


 

 

  əkin vaxtı    1-ci ilin sonu     2-ci ilin əvvəli     2-ci ilin sonu    3-cü ilin əvvəli                                



 

Şəkil 12. Birinci 3 ildə tənəyin formaverilmə istiqamətində 

budanılması 



 

Çardaq  (talvar):  Ağac  və  ya  dəmir-beton  dirəklərdən 

ərazinin  sahəsinə  uyğun  müxtəlif  hündürlükdə  (2-4  m)  və 

uzunluqda  çardaq  düzəldilir,  ətrafında  bitkiarası  2  m 

saxlanılmaqla  tənəklər  basdırılır,  qulluq  edilərək  çardağın 

(talvarın)  üzərinə  yönəldilir.  Bu  formada  bitkilərə  qulluq, 

onların dərmanlanması, budanılmasıvə b. daha asan olur. 



Şpaler:  Bu  üsul  üzüm  tənəklərinin  ən  geniş  yayılmış 

becərilmə  formasıdır.  Bu  formada  tənəklər  cərgəvi  üsulla 

əkilir.  Torpaq-iqlim  şəraitindən  və  becərmənin  mexanik-

ləşmə  səviyyəsindən  asılı  olaraq  cərgəarası  2-2,5-3-4  m, 

cərgədə bitkiarası məsafə 1,5-2 m saxlanılmaqla cərgəyə ara 

məsafəsi  5  m  olmaqla  dəmir-beton  dirəklər  basdırılır  və  3-4 

sıradan  məftillər  çəkilir  və  tənəklər  həmin  məftillərə 

bağlanılır. 

Şpalerdə 

becərildikdə 

tənəklərə 

ştampsız 

(gövdəsiz),  qısa  ştamplı  (0,5  m-ə  qədər)  və  hündür  ştamplı 

(0,5-1,2 m) yelpik formaları verilir.  

Ştampsız və qısa ştamplı yelpik formalar əsasən tənəyin 

üstü  qışda  örtülən  (Naxçıvan)  və  güclü  küləkli  (Abşeron) 

 

44 


zonalarda,  hündür  ştamplı  yelpik  formalar  isə  qidalı, 

suvarılan zonalardavə güclü boy atan sortlarda tətbiq edilir.   

Məhsuldar tənəkləri quru budamaq üçün ilk növbədə iti 

bağ  qayçısı  əldə  etmək  lazımdır.  Qayçı  budağı  və  ya  zoğu 

birinci  cəhddə  kəsməlidir.  Əvvəlcə  bitkinin  kök  boğazında 

və  ştampında  əmələ  gəlmiş  haramı  zoğları  kəsmək  vacibdir.  

Bu  zoğlar  o  halda saxlanılır ki, əyri, çox zədəli və qocalmış 

ştamp  əvəz  olunmalıdır  və  ya  qonşu  tənəyin  yerı  boş  olan 

halda  torpaq  daldırması  yolu  ilə  həmin  boş  olan  yer  bərpa 

olunmalıdır.  Bundan  sonra  tənəyin  qolları  üzərindəki  zoğlar 

seyrəldilir  və  gödəldilir.  Budama  zamanı  bir  məqam  diqqət 

mərkəzində  olmalıdır.  Məhsuldar  zoğlar  tənəyin  birillik 

zoğlarının  üstündə  formalaşmış  cavan,  sarı  rəngli  zoğlardır. 

Yaşlı  hissələrdə,  yəni  qonur,  çadırlı  qolların  və  ştampın 

üzərində  olan  birillik  zoğlar  məhsulsuz  və  ya  çox  az 

məhsullu  olurlar.  Belə  zoğları  müstəsna  hallarda,  yəni,  qolu 

və  ya  ştampı  bərpa  etmək  məqsədilə  saxlamaq  olar.  Normal 

halda  isə  tənəyin  3  yaşdan  yuxarı  hissələrində  əmələ  gəlmiş 

bütün zoğlar dibindən kəsilərək atılır. 

 

Üzüm tənəklərində yaşıl budama işləri 

Üzüm  tənəyində  hər  il  həm  kök  boğazından,  həm  də 

yerüstü orqanlardan (ştampdan, çoxillik qollardan, həmçinin 

birillik zoğlardan) çoxlu miqdarda yaşıl zoğlar əmələ gəlir.  

Üzümçülükdə  kök  boğazında  və  çoxillik  orqanlarda 

əmələ  gəlmiş  zoğlara  haramı  zoğlar,  yarpaq  qoltuğunda 

əmələ gəlmiş zoğlara isə bic zoğlar deyilir. 

Vegetasiya  dövrü  əmələ  gəlmiş  həmin  haramı  və  bic 

zoğlar əksər hallarda qoparılaraq atılmalıdır. Əks halda onlar 

güclü  inkişaf  edərək  əsas  barlı  zoğların  qidasına  şərik  çıxır, 

çətirdə sıxlıq yaradır, nəticədə məhsul itkisinə səbəb olurlar. 

Ancaq  bu  zoğlar  bəzi  hallarda  saxlanılmalıdır.  Belə  ki, 

haramı zoğlar, zədələnmiş, əyri inkişaf etmiş və ya qocalmış 




Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə