Asif mehraliyev



Yüklə 1,12 Mb.
Pdf görüntüsü
səhifə7/38
tarix26.03.2018
ölçüsü1,12 Mb.
#34530
1   2   3   4   5   6   7   8   9   10   ...   38

 

25 


toxumlar  birbaşa  torpağa,  yeşiklərə,  dibçəklərə,  qidalı 

kublara  və  b.  səpilir.  Şitilliyin  torpağı  (substrat)  xüsusi 

hazırlanır. Bu məqsədlə 1 hissə çəmən torpağı, 1 hissə meşə 

torpağı,  0,5  hissə  yanmış  peyin  və  0,5  hissə  çaylaq  qumu 

(şirin  qum)  bir  yerdə  qarışdırılaraq  substrat  kimi  istifadə 

olunur.  Çox  xırda  toxumlar  qumla  qarışdırılır,  iri  toxumlar 

cərgəvi səpilir, kipləşdirilir və dərhal xırdagözlü susəpənlərlə 

bol  suvarılır.    Toxumun    cücərməsi    üçün    15-25°-ə    qədər  

istilik  lazımdır.  Toxumlar cücərənə qədər çalışmaq lazımdır 

ki,  şitilliyin  temperaturu  20°-dən  aşağı  düşməsin.  Toxumlar 

cücərdikdən  sonra  şitilliyin  temperaturunu  15°-yə  endirmək, 

işıqlandırmanı  artırmaq  lazımdır  ki,  şitillər  nazik,  uzun 

olmasın. Cücərtilər çox sıx olduqda  nisbətən  irilərini  başqa  

qablara  köçürməklə  (pikirə) seyrəltmə aparmaqolar. Şitillər 

2-4 həqiqi yarpaq halında köçürülə bilər (şəkil 7). 

 

Cədvəl 2. Tərəvəz bitkilərinin səpin və əkin müddətləri

 

 

Bitkilərin adı 



Səpin 

müddəti 

Əkin müddəti 

Pomidor, badımcan, bibər 

10.II-10.III 

10.IV-10.V 

Kələmin yaz səpini 

10.I-30.I 

01.III-20.III 

Kələmin yay səpini 

01.V-20.V 

01.VII-10.VII 

Kələmin payız səpini 

15-30.lX 

15.XI-20.XI 

Gülkələmin yay səpini 

20.V-20.VI 

24.VI-25.VII 

Gülkələmin payız səpini 

10.IX-20.IX 

10XI-20.XI 

Xiyarın yaz səpini 

20.III-25.IV 

 

Xiyarın yay səpini 



20.VI-20.VII 

 

Soğanın yaz səpini 



20.II-10.III 

 

Soğanın payız səpini 



10.IX-20.IX 

 

Sarımsaq 



05.X-25.X 

 

Çuğundurun yaz səpini 



15.II-15.III 

 

Ağ turp və çuğundurun yay səpini 



20.VI-30.VI 

 

Birillik, çoxillik göyərti bitkilərinin yaz səpini 



15.II-15.V 

 

Birillik, çoxillik göyərti bitkilərinin payız səpini  10.IX-20.IX 



 

Kartofun suvarılan aran zonasında yaz əkini 

15.II-20.III 

 

Kartofun suvarılan aran zonasında yay əkini 



10.VII-30.VII 

 

Kartofun dağ zonasında yaz əkini 



10.IV-20.IV 

 

 



 

26 


Bitkilərin  toxumla  çoxaldılması,  generativ  çoxaldılma 

adlanır.  Digər  bir  çoxaldılma  vegetativ  yolla  çoxaldılmadır. 

Çoxaldılmanın  hər  iki  yolunun  həm  üstün,  həm  də 

çatışmayan cəhətləri vardır. 

Generativ  yolla  (toxumla)  çoxaldılmada  əmələ  gələn 

toxmacarlar  (şitillər)  mərhələcə  cavan  olduqlarından  xarici 

mühit şəraitinin dəyişkən təsirindən az zərər çəkir, quraqlığa, 

xəstəlik  və  zərərvericilərə  nisbətən  davamlı  olmaqla  güclü 

kök  sistemi  formalaşdırırlar.  Lakin  vegetativ  çoxaldılmaya 

nisbətən çiçəkləməyə və məhsula gec düşür. Bəzi hallarda isə 

(xüsusilə  sort  bitkilərdə)  ana  bitkinin  irsi  əlamətlərini 

itirirlər. 

 

Cədvəl 3. Tərəvəz bitkilərinin səpin normaları  

 

1. Birillik bitkilərin səpin normaları,hektarda 







1.  Tezyetişən pomidor (şitil parnikdə yetişdirilərsə) 

0,4-0,5 kq 

2.  Ortayetişən və gecyetişən pomidor (şitil parnikdəyetişdirilərsə) 

0,3-0,4 kq 

3.  Pomidor bilavasitə sahəyə səpildikdə 

2-3 kq 

4.  Badımcan parnikə səpildikdə 



0,7-0,8 kq 

5.  Bibər parnikə səpildikdə 

0,6-0,8 kq 

6.  Şüyüd (duza qoymaq üçün) 

6-8 kq 

7.  Şüyüd, göyərti üçün 



12-14 kq 

8.  Kahı, parnikə səpildikdə 

2-3 kq 

9.  Qırmızı turp 



10-12 kq 

10.  Qısatağlı xiyar, yaz səpini üçün 

5-6 kq 

11.  Uzuntağlı xiyar, yaz səpini üçün 



4-5 kq 

12.  Xiyar, yay səpini üçün 

5-6 kq 

13.  Göyqabaq 



4-5 kq 

14.  Balqabaq 

3-4 kq 

15.  Qarpız (xırda toxumlu) 



1,5-2 kq 

16.  Qarpız (iritoxumlu) 

2-3 kq 

17.  Qısatağlı yemiş 



2-3 kq 

18.  Uzuntağlı yemiş 

1,5-2 kq 

19.  İspanaq 

16-18 kq 

20.  Reyhan 

2-3 kq 



 

27 


2. Bir parnik çərçivəsi (standart) altında şitil yetişdirmək üçün  

tərəvəz bitkiləri toxumlarının səpin normaları 

№ 

Səpin normaları, qram hesabı ilə 

Alınan 

şitilin 

miqdarı, 

ədəd 

1.  Tezyetişən baş və gül kələm (pikirovkasız) 5-6 

500-600 

2.  Tezyetişən baş kələm (pikirovka ilə) 10-15 

1500-2000 

3.  Pomidor (pikirovkasız) 6-8 

500-600 

4.  Pomidor (pikirovka ilə)  15-18 

1500-2000 

 

3 saylı cədvəlin ardı 

 





5.  Badımcan (pikirovkasız) 7-9 

500-600 

6.  Badımcan (pikirovka ilə) 18-22 

1500-2000 

7.  Bibər (pikirovkasız) 7-8 

500-600 

8.  Bibər (pikirovka ilə) 18-20 

1500-2000 

İkiillik və çoxillik bitkilərin səpin normaları 

1.  Tezyetişən kələm (şitil parnikdə yetişdirilərsə) 

0,4-0,5 kq 

2.  Payızlıq kələm (şitil soyuq şitillikdə yetişdirildilərsə) 

0,4-0,5 kq 

3.  Gül kələm (şitil parnikdə yetişdirilərsə) 

0,4 kq 

4.  Gül kələm (şitil soyuq şitillikdə yetişdirildilərsə) 



0,5 kq 

5.  Orta və orta gecyetişən kələm (soyuq şitillikdə 

yetişdirildilərsə) 

0,4 kq 


6.  Kök, yaz səpini üçün 

5-6 kq 


7.  Kök, yay səpini üçün 

6-7 kq 


8.  Xörək çuğunduru, yaz və yay əkini üçün 

10-12 kq 

9.  Baş soğan, yay səpini üçün 

6-8 kq 


10. Baş soğan, payız və qış səpini üçün 

8-10 kq 


11. Göy soğan, yaz və payız səpini üçün 

16-18 kq 

12. Kərəvüz 

4-6 kq 


13. Cəfəri 

5-6 kq 


14. Quzuqulağı (turşəng) 

4-5 kq 


15. Turp 

4-5 kq 


16. Sarımsaq (dişləri orta irilikdə olarsa)  

500 kq 


 

b) Vegetativ çoxaldılma 

Vegetativ  yolla  çoxaldılmada  ana  bitkinin  irsi 

əlamətləri  qorunub  saxlanılır,  bitki  məhsula  daha  tez  düşür 

və çox hallarda becərildiyi mühitdə toxum əmələ gətirməyən 

bitkilərin  çoxaldılmasında  məhz  bu  üsuldan  istifadə  olunur. 

Lakin,  bu  yolla  çoxaldılmış  bitkilər  toxumdan  əmələ  gəlmiş 

 

28 


bitkilərə  nisbətən  ətraf  mühitin  əlverişsiz  təsirinə  qarşı 

davamsız olurlar.  

Vegetativ 

yolla 


çoxaldılma 

bitkilərin 

vegetativ 

orqanları  vasitəsilə  həyata  keçirilir.  Bunlara  aşağıdakılar 

aiddir: 

 

1.  Çiliklə  (qələmlə)  çoxaldılma:  bu  məqsədlə  həm 

odunlaşmış,  həm  də  yaşıl  (yarpaqlı)  çiliklərdən  daha  çox 

istifadə  olunur.  Az  hallarda  bəzi  bitkiləryarpaq  çilikləri 

vasitəsilə də çoxaldılır (şəkil 8). 

 

Ali  çiçəkli  bitkilərin  demək  olar  ki,  hamısı  bu  və  ya 



başqa  formada  vegetativ  yolla  çoxaldıla  bilir.  Ancaq  elə 

bitkilər vardır ki, onlar adi qayda ilə, yəni ana bitkidən ciliyi 

kəsib torpağa basdırmaqla asanlıqla çoxaldıldığı halda (məs. 

nar, əncir, söyüd, üzüm tənəyi), bir sıra bitkilər, məs.: alma, 

armud, gilas, palıd, fıstıq və b. çilikləri adi qaydada əkildikdə 

çətin  kök  verirlər.  Belə  bitkilərdə  kökəmələgəlməni 

sürətləndirmək üçün fizioloji aktiv maddələrdən – indolil yağ 

turşusu,  auksinlər  və  b.  istifadə  olunur  (cədvəl  4).  Eyni 

zamanda  həmin  maddələrdən  istifadə  olunmaqla  çətin 

kökverən  bitkilərin  yaşıl  qələmlərini  xüsusi  binalarda, 

havanın nisbi rütubəti 80-90% olan mühitdə yetişdirməklə də 

yüksək  nəticələr  əldə  etmək  olar.  Qeyd  olunmalıdır  ki, 

fizioloji  aktiv  maddələrin  qatılığı  və  qələmlərin  həmin 

məhlulda saxlanılma müddəti düzgün təyin olunmalıdır. 

 

Cədvəl 4. Odunlaşmış çiliklə çoxaldılan bəzi bitkilər 

 

Odunlaşmış çiliklə asan  



çoxaldılan bitkilər 

Odunlaşmış çiliklə çətin  

çoxaldılan bitkilər 

Nar 


Hibiskus 

Alma 


Zoğal 

Əncir 


Forzitsiya 

Armud 


Yemişan 

Heyva 


Qızılgül 

Gilas 


Palma 

Üzüm  


Hind yasəməni 

Ərik 


Qoz 


Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə