Asif mehraliyev



Yüklə 1,12 Mb.
Pdf görüntüsü
səhifə6/38
tarix26.03.2018
ölçüsü1,12 Mb.
#34530
1   2   3   4   5   6   7   8   9   ...   38

 

21 


kotanlarla və ya kultivatorlarla, kiçik sahələrdə isə əl toxaları 

(kətmən) vasitəsilə həyata keçirilir.  



Malalama  və  ütüləmə  –  Əsas  və  əkinqabağı  şum 

əsasən  gələcəkdə  becəriləcək  əsas  bitkilərə  mane  olan  digər 

bitkiləri (alaq otlarını) məhv etməkdən ibarətdirsə, malalama 

və  ütüləmədə  əsas  məqsəd  toxumların  bərabər  dərinliyə 

səpilməsi,  əkiləcək  bitki  yerləri  üçün  nizamlamanın  asan  və 

düzgün aparılması, texnikanın sahədə asan işləməsi və s.-dir. 



Alaq otları ilə mübarizə – Mədəni əkinçilikdə becərilən 

əsas  bitkilərdən  başqa,  sahədə  əmələ  gələn  (təbii,  öz-özünə) 

digər  bitkilər  alaq  otları  adlanır.  Məsələn,  buğda  becərilən 

sahədə  tülpan  (dağlaləsi),  tülpan  becərilən  sahədə  isə  buğda 

alaq otu kimi məhv edilir. Yəni, “alaq otu” adlı bitki yoxdur. 

Ola  bilər  ki,  becərdiyimiz  hər  hansı  bir  mədəni  bitkilikdə 

(bostan-tərəvəz  sahəsində,  meyvə  bağında  və  b.)  alaq  otu 

kimi məhv etdiyimiz bir bitki çox qiymətli dərman, efir yağlı 

və b. bir bitkidir. Bununla belə, mədəni əkində bitdiyinə görə 

məhv edilməlidir. Çünki, alaq otu adlandırılan həmin bitkilər 

mədəni  bitkilərə  nisbətən  daha  güclü  və  sürətli  inkişaf 

edərək,  becərdiyimiz  bitkinin  həm  qidasına,  həm  suyuna  və 

həm də günəş işığına “şərik” çıxaraq onun normal inkişafına 

mane olur.  

Alaq  otları  ilə  mübarizədə  aqrotexniki,  mexaniki  və 

kimyəvi  tədbirlərdən  istifadə  olunur.  Bunlardan  aqrotexniki 

mübarizə  tədbirləri  ən  səmərəli  üsul  hesab  edilməlidir. 

Torpağa  tətbiq  edilən  bütün  aqrotexniki  tədbirlərə  (torpağın 

dincə  qoyulması,  əsas  və  əkinqabağı  şum,  malalama,  cərgə 

aralarının  kultivasiyası,  üzvi  gübrələrin  yalnız  tam  yanmış 

(çürümüş)  halda  tətbiqi  və  b.)  düzgün  riayət  edilərsə, 

becərilən  mədəni  bitkilərə  alaq  otlarının  ziyanı  minimuma 

enər.  Bununla  yanaşı,  aqrotexniki  tədbirlər  ən  yüksək 

səviyyədə  aparıldıqda  belə,  yenə  də  alaq  otları  tam  məhv 

edilmədikdə, 

onları 


əl, 

yaxud 


mexanizmlər 

 

22 



vasitəsilə,həmçininkimyəvi  preparatların  (herbisidlər)  tətbiqi 

ilə məhv edirlər.  

Herbisid sözü latın dilində “herba” – ot, “sido” – məhv 

edirəm deməkdir.  



 

Bitkilərin çoxaldılması və əkini 

 

a) Toxumlarla (generativ) çoxaldılma 

Toxumların  səpinə  hazırlanması  yüksək  və  keyfiyyətli 

məhsul  almağın  əsas  şərtlərindən  biridir.  Bostan-tərəvəz  və 

digər  tarla  bitkilərinin  toxumları  cari  ildəki  məhsuldan 

götürüldükdə,  yəni,  birillik  toxumlar  daha  keyfiyyətli  olur. 

Əksər  ağac  və  kol  bitkilərinin  toxumları  isə  tədarük 

olunduqdan bir neçə il sonra da səpildikdə öz yararlılıqlarını 

saxlayırlar.  Odur  ki,  ot  tipli  bitkilərin  toxumlarından  fərqli 

olaraq  ağac-kol  bitkilərinin  toxumları  tam  yetişmək  üçün 

müəyyən  müddət  rütubət,  oksigen  və  aşağı  müsbət 

temperatur  (+1÷3)  şəraitində  saxlanmalıdır  (stratifikasiya 

edilməlidir).  Stratifikasiya  etmək  üçün  geniş  tətbiq  olunan 

mühit  (substrat)  dənəvər,  yuyulmuş  çay  qumudur.  Bu 

məqsədlə bir hissə toxum 3 hissə qumla qarışdırılır, yeşiklərə 

yığılır,  bol  suvarılır  və  qaranlıq,  sərin  yerdə  səpilənə  qədər 

saxlanılır.  Ərik,  şaftalı,  gilas,  albalı,  armud,  almanın 

stratifikasiya  müddəti  100  gündən  çox,  əzgil,  yemişan, 

zeytun,  gavalı  və  s.  150  gündən  çox,  xirnik,  badam  və  b. 

nisbətən az, 50-60 gün civarındadır. Yapon əzgili isə yığılan 

kimi  səpilməlidir.  Səpin  üçün  istifadə  olunacaq  bütün  çeşid 

toxumlar  ancaq  sağlam  bitkilərdən  tədarük  olunmaqla 

bərabər,  səpindən  qabaq  uyğun  preparatlarla  mütləq 

dezinfeksiya    olunmalıdır.    Bundan    başqa,    səpinqabağı  

toxumların    quru    halda  50-60°C  temperaturda  2  saat 

müddətində  qızdırılması,  bir  neçə  gün  günəş  şüası  altında 

saxlanılması,  isladılması,  cücərdilməsi  və  b.  tədbirlər  də 




 

23 


toxumların səpinqabağı hazırlanması işlərinə aiddir.  

Toxumların səpini: 

Səpin  vaxtı.  Toxumları,  onların  bioloji  xüsusiyyətlə-

rindən  və  torpaq-iqlim  şəraitindən  asılı  olaraq  payızda  və 

yazda səpirlər. Elə bitkilər də vardır ki, məs. bir çox tərəvəz 

bitkiləri,  onları  ildə  iki-üç,  bəzən  dörd  fəsildə  də  səpmək 

olar. 

Soyuğadavamlı  bir  və  ikiillik  bitkilərin,  həmçinin 

stratifikasiya  müddəti  uzun  (100  gündən  çox)  olan  ağac  və 

kol bitkilərinin toxumları payızda açıq qrunta səpilməsi daha 

səmərəlidir.  

İstiliksevən  bitkilərin  toxumları  isə  əsasən  yazda, 

torpağın  temperaturu  +8÷12°-yə  qalxdıqda,  birbaşa  sahəyə 

səpilir.  Bəzi  bitkilərin  ilk  cücərtiləri  zəif  böyüdüyündən, 

onlar 

istixanalarda, 



parniklərdə 

səpilərək 

şitillər 

yetişdirildikdən  sonra  sahəyə  köçürülür.  Bir  çox  bostan-

tərəvəz bitkiləri, dekorativ çiçək bitkiləri və b. məhz bu üsul 

ilə becərilir. 



Səpinin  dərinliyi.    Toxumların  səpin  dərinliyinin 

müəyyən  olunmasında  torpağın  mexaniki  tərkibi,  toxumun 

böyüklüyü və zonanın iqlim şəraiti əsas götürülür. 

Ağır  gillicəli  torpaqlarda  toxumlar  nisbətən  dayaz, 

yüngül-qumsal  torpaqlarda  isə  dərin,  iri  toxum  dərin,  xırda 

toxum  dayaz,  qızmar  günəşli  və  küləkli  zonalarda  (Abşeron 

yarımadası)  dərin,  mülayim  iqlimi  olan  zonalarda  dayaz 

səpilir.  Ümumiyyətlə  isə  toxumlar  öz  diametrinin  3  misli 

bərabərində dərinliyə səpilir.  

Səpin  normaları.  Toxumun  səpin  norması  səpinin 

vaxtından,  məqsədindən,  təsərrüfat  yararlılığından,  vahid 

kütlədə  olan  toxumun  miqdarından  və  b.  asılı  olaraq  

dəyişilir.    Belə    ki,  səpin    payızda  aparıldıqda  norma  çox, 

yazda  aparıldıqda  az,  yaşıl  kütlə  götürmək  üçün  çox,  toxum 

götürmək  üçün  az,  toxumun  təsərrüfat  yararlılığı  qəbul 

 

24 


olunmuş standarta (l sinif toxum üçün 95%-dən çox, ll sinif 

üçün  85%-dən  çox)  uyğun  olduqda  az,  aşağı  olduqda  çox, 

vahid kütlədə toxumun miqdarı az olduqda çox, çox olduqda 

isə az götürülür və s. (cədvəl 1, cədvəl 2 və cədvəl 3). 



 

Cədvəl 1. Calaqaltı yetişdirmək üçün səpin norması 

(Həsənov Z.M., Əliyev C.M., 2007) 

 

Hektara səpin norması, kq 

 

№ 

 

Calaqaltılar 

Toxumun 

miqdarı 

kq/min ədəd 

Çoxalma 

şöbəsi 

Calaqlıq 

şöbəsi 

Tumlu meyvə bitkiləri 

1.  Gavalıyarpaq alma 

30-60 


18-26 

– 

2.  Qafqaz alması 



30-50 

30-40 


18-25 

3.  Alma sortları 

18-35 

40-60 


25-35 

4.  Qafqaz armudu 

30-45 

30-40 


18-25 

5.  Heyva 

30-50 

30-40 


– 

Çəyirdəkli meyvə bitkiləri 

1.  Səhra albalısı 

3-6 


100-120 

– 

2.  Bessey albalısı 



10-15 

120-150 


– 

3.  Antipka 

10-15 

150-250 


75-120 

4.  Adi albalı 

3-7 

250-300 


100-125 

5.  Yabanı gilas 

5-8 

250-300 


125-150 

6.  Gilas sortları 

4-6 

300-350 


150-180 

7.  Gavalı sortları 

1,2-1,5 

500-600 


250-300 

8.  kanada gavalısı 

1,2-1,5 

200-250 


– 

9.  Göyəm gavalı 

3-6 

300-400 


– 

10.  Göyəm 

2,5-5,0 

300-400 


– 

11.  Alça 

1,5-2,5 

400-600 


150-250 

12.  Yabanı ərik 

0,8-0,9 

600-800 


300-400 

13.  Mədəni ərik 

0,4-0,7 

900-1200 

400-600 

14.  Şaftalı 

0,2-0,35 

– 

500-600 



 

Şitilin  yetişdirilmə  texnologiyası.  Toxumdan  əmələ 

gəlmiş  və  ya  becərilmiş  cavan  bitkilərə  toxmacar  və  ya  şitil 

deyilir.    Şitili    becərmək    üçün    düzəldilmiş    örtülü    torpaq  

sahələri  şitillik adlanır.  

Şitillik  kimi  istixana,  parnik,  üstü  plyonka  və  ya  şüşə 

ilə  örtülü  hər  hansı  sahə  götürülə  bilər.  Şitillikdən  faraş 

məhsul  əldə  etmək  məqsədilə  istifadə  olunur.  Şitillikdə 



Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə