Asif mehraliyev



Yüklə 1,12 Mb.
Pdf görüntüsü
səhifə3/38
tarix26.03.2018
ölçüsü1,12 Mb.
#34530
1   2   3   4   5   6   7   8   9   ...   38

 

T.S.Məmmədov  və  b.  qeyd  olunmalıdır.  Alimlərimizin, 



mütəxəssislərin  və  yaradıcı  iş  adamlarının  Azərbaycanın 

landşaft memarlığı sahəsində tədqiqatları və araşdırmaları bu 

gün də davam edir. Lakin bitkilərlə birbaşa təmasda olan bir 

çox  mütəxəssisləri,  bağbanları  çoxlu  sayda  suallar  narahat 

edir  ki,  cavablarını  yığcam  şəkildə  bir  mənbədən  eldə  edə 

bilmirlər.  

Kitabı  yazmaqda  məqsədimiz  landşaft  memarlığı 

sahəsində  çalışan  mütəxəssislərə,  bu  sahəyə  meyilli  olan 

gənclərə, bitkilərin becərilməsi ilə məşğul olan bağbanlara və 

b.  lazımi  bilgilər  verilməklə  bərabər,  eyni  zamanda  illərlə 

topladığımız  nəzəri  bilik  və  bacarıqlarımızı,  təcrübi 

fəaliyyətimizi  geniş  ictimaiyyətlə  bölüşməkdir.  Qeyd 

olunmalıdır ki, kitabın tərtibi zamanı son 10 ildə əhalinin çox 

müxtəlif təbəqələri tərəfindən bizə  müraciət olunmuş suallar 

da diqqət mərkəzində saxlanılmışdır.  

Məlumdur  ki,  landşaft  memarlığında  çox  müxtəlif 

bioloji formalı bitki qruplarından istifadə olunur və bunların 

hər  birinin  də,  hətta  qrup  daxilində  ayrı-ayrı  növlərin, 

spesifik  becərilmə  və  bioekoloji  xüsusiyyətləri  vardır.  Ona 

görə  də  çalışmışıq  ki,  həm  də  hər  bir  qrupun  landşaft 

memarlığında  daha  geniş  tətbiq  olunan  nümayəndələri 

haqqında ayrıca geniş məlumat verək.  

Kitabı  tərtib  edərkən  daha  şox  istinad  etdiyimiz  kənd 

təsərrüfatı  elmləri  doktoru,  professor  Zaur  Həsənova  öz 

minnətdarlığımızı bildiririk.  

 

 



10 

I FƏSİL 

 

BİTKİLƏRİN TƏBİİ HƏYATİ FORMALARI 

 

Bitkilərin  təbii  həyati  formaları  dedikdə,  mənşəyindən, 



yaranıb  formalaşdığı  mühitdən,  həyatda  qazandıqları 

biomorfoloji  xüsusiyyətlərdən  irəli  gələn  təbii  bitki  qrupları 

nəzərdə tutulur. Bunlar aşağıdakılardır: 

1. Ağaclar; 

2. Kollar; 

3. Otlar; 

4. Lianlar. 

Tədqiqatçılar  bu  qrupların  arasında  keçid  xarakterli 

qrupların olduğunu da ayırd edirlər. Belə ki, ağaclarla kollar 

arasında kol tipli ağaclar, kol tiplilərlə ot tiplilər arasında isə 

yarımkollar və b. fərqləndirilir. 

Ağaclar  Çoxillik, odunlaşmış bir əsas gövdəyə malik 

və ştamp (gövdənin yer səthində birinci budaqlanmaya qədər 

olan  hissəsi)  hissəsində  budaq  olmayan  uzunömürlü 

bitkilərdir.  Çinar, palıd, göyrüş, söyüd, qoz, şabalıd, tut, ərik 

və b. ağac bitkiləridir (şəkil 1). 

Kol  tipli  ağaclar  –  Bu  qrupa  yerüstü  hissədə  bir  neçə 

(2-6  ədəd)  odunlaşmış  gövdəyə  malik,  uzunömürlü,  5-7  m 

hündürlükdə  olan  bitkilər  aiddir.  Fındıq,  nar,  heyva,  əncir, 

yemişan bu qəbildəndir (şəkil 2). 



Kol  tipli  bitkilər  –  Torpaq  səthindən  bir  neçə 

odunlaşmış  gövdəsi əmələ  gələn çoxillik,  gövdələri ağaclara 




 

11 


və  kol  tipli  ağaclara  nisbətən  zəif  və  qısa  inkişaf  edən 

bitkilərdir. 

Doqquzdon, 

qaratikan, 

dəfnəgilənar, 

dovşanalması,  ölməzkol,  aleandr,  abeliya,  basınağacı  və  b. 

Aiddir (şəkil 3). 

Yarımkol  bitki  qrupu  –  Bu  qrupa  aid  olan  bitkilər  də 

çoxillik  olmaqla  torpaq  altından  bir  neçə  yarımodunlaşmış 

gövdələr  əmələ  gətirir  və  alçaqboylu  olurlar.  Qış  aylarında 

yerüstü  hissənin  çox  qismi  quruyub  tələf  olur.  Moruq, 

böyürtkən, qarağat bu tipə aiddir (şəkil 4). 

Ot  tipli  bitkilər  –  Bu  qrup  bitkilər  birillik,  ikiillik  və 

çoxillik  olmaqla  3  qrupda  birləşdirilir.  Həyatını  bir 

vegetasiya dövründə (toxumdan toxuma) başa vuran bitkilər 

birilliklər,  toxumun  cücərməsindən  yeni  meyvə  və  toxum 

əmələ  gələnə  qədər  iki  il  vaxt  sərf  edən,  yəni  həyat  tsiklini 

iki ilə başa vuran bitkilər ikiilliklər, yeraltı hissələri bir neçə 

il,  yerüstü  hissələri  isə  bir  il  yaşayan  ot  bitkiləri  isə 

çoxilliklər adlanır (şəkil 5). 

Birillik bitkilərə əksər bostan-tərəvəz bitkiləri, dənli-taxıl, 

dənli-paxlalı  bitkilər,  dekorativ  çiçək  bitkilərindən  Çin 

qərənfili, dərman gülümbaharı, məxmərgülü, xoruzpipiyi və b.  

İkiillik 

bitkilərə 

kələmin 


bir 

çox 


növləri, 

kökümeyvəlilər (qırmızı turpdan başqa), baş soğan, dekorativ 

çiçək bitkilərindən alabəzək bənövşə, Holland qərənfili, ətirli 

noxud və b. 

Çoxillik ot bitkilərinə əvəlik, quzuqulağı, tərxun, nanə, 

qulançar, dağ laləsi, süsən, kanna və b. 

 

12 


Sarmaşan  bitkilər  (Lianlar).  Bunlar  elə  bitki 

qruplarıdır ki, həm ağac, kol və həm də ot tipli bitkiləri əhatə 

edir.  Lakin  bir  çox  xüsusiyyətlərinə  görə  onlardan  fərqlənir. 

Belə  ki,  sərbəst,  dik  durmaq  xüsusiyyətinə  malik 

olmadıqlarından,  hər  hansı  dayağa  istinad  edərək  böyüyüb 

inkişaf  edirlər.  Böyümə  və  inkişaf  xüsusiyyətlərinə  görə 

tədqiqatçılar sarmaşan bitkiləri 5 qrupa ayırırlar (şəkil 6). 

1. Hava  kökcükləri  vasitəsilə  dırmaşanlar:  Adi  daş 

sarmaşığı,  Pastuxov  daşsarmaşığı,  Kolxida  daşsarmaşığı, 

Köklü tekoma və b. 

2. Tikan və qarmaqcıqları vasitəsilə dırmaşanlar: Çox-çiçəkli 

qızılgül, mərəvcə və b.  

3. Gövdə  və  zoğları  vasitəsilə  dayağa  dolanaraq  inkişaf 

edənlər:  Çin  filbaharı,  Yapon  doqquzdonu,  Adi  və  ya 

meşə  doqquzdonu,  Jasminvari  trakselo-spermum,  Yunan 

güyəməsi və b. 

4. Yarpaq  saplaqları  vasitəsilə  sarmaşanlar:  Üzüm-yarpaq 

ağəsmə, Şərq ağəsməsi və b. 

5. Bığcıqları  vasitəsilə  sarmaşanlar:  Meşə  üzümü,  mədəni 

üzüm, beşyarpaq qızüzümü, yeyilən qonaqotu və b. 

Yuxarıda  qeyd  etdik  ki,  bu  bitki  qrupları  təbii  bitki 

qruplarıdır. Yəni, bizim iradəmizdən asılı olmayaraq tarixən 

formalaşmış  bitkilərdir.  Bəs  onların  öyrənilməsində  məqsəd 

nədən  ibarətdir?  Şübhəsiz  ki,  bitkilərlə  iş  zamanı,  yəni 

onların  əkilib  becərilməsi,  bir  yerdən  başqa  yerə 

köçürülməsi,  Landşaft  memarlığında  yeri  və  b.  məsələlərdə 




Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə