Asif mehraliyev



Yüklə 1,12 Mb.
Pdf görüntüsü
səhifə5/38
tarix26.03.2018
ölçüsü1,12 Mb.
#34530
1   2   3   4   5   6   7   8   9   ...   38

 

17 


dəfnəgilənar,  mahoniya,  maqnoliya,  kameliya  və  b. 

kölgəsevən  bitkilər;  zoğal,  yemişan,  bir  sıra  ot  tipli  bitkilər 

və b. kölgəyədavamlı bitkilər hesab olunur.  

Bitkilərin işığa tələbatı həm də onun hansı torpaq-iqlim 

şəraitində  bitməsindən  asılıdır.  Əksərən  tünd-yaşıl  yarpağı 

olanlar  kölgəyədavamlı,  açıq-yaşıl  və  digər  rəngdə  olanlar 

isə işıqsevən olurlar. 

 

Hava amili 

Havanın  daimi  hərəkəti  digər  amillərin  də,  xüsusilə 

havanın 

nisbi 


rütubətinin 

və 


temperatur 

rejiminin 

nizamlanmasında  böyük  rol  oynayır.  Hava  amili  əsasən 

örtülü  şəraitdə  becərilən  bitkilər  və  çətiri  sıx  olan  bitkilər 

üçün  əhəmiyyətlidir.  Bitkilərin  dibinin  yumşaldılması, 

torpaqda  havalanmanı  yaxşılaşdırmaqla,  köklərin  inkişafına 

müsbət təsir göstərir. Dəniz, çay və göllərin ətrafındakı hava 

bütün canlılar üçün daha sərfəli  və keyfiyyətli hesab olunur.  



 

Temperatur amili 

Torpaqdakı  üzvi  maddələrin  minerallaşması,  bitki 

kökləri  vasitəsilə  sorulması,  bitki  orqanizmində  gedən 

biokimyəvi,  fizioloji  proseslər,  fotosintez  və  s.  istiliklə 

əlaqədardır. Bitkilərin temperatur rejimi dedikdə, həm istilik, 

həm soyuq, həm də şaxta nəzərdə tutulmaqla, onların havada 

və  torpaqda  miqdarı  nəzərə  alınmalıdır.  Temperatura 

münasibətdə  də  bitkilər  çox  müxtəlifdir  ki,  bu  da  onların 

filogenetik inkişaf tarixi və yeri ilə sıx bağlıdır. Ona görə də 

bitkilər  tropik,  subtropik,  mötədil  və  şimal  bitkiləri  adı 

altında qruplaşdırılmışlar. Bitkilərin əkilməsi üçün ərazilərin 

 

18 



seçilməsi  zamanı  onların  hansı  iqlim  zonasına  xas 

olmalarının  öyrənilməsi  mühüm  əhəmiyyət  kəsb  edir.  Yəni 

tropik  qurşaqda  (ekvadorun  hər  iki  tərəfindən  23-27,5°-yə 

qədər)  bütün  bitkilər  əsasən  həmişəyaşıl  olmaqla  istiyə 

tələbkar bitkilər olduğundan, onların şimal (arktik) qurşaqda 

becərilməsi  çətin  olur.  Bu  bitkilərə  ananas,  banan,  manqa, 

aqava, əzvay və b. aiddir. Azərbaycan ərazisində tropik zona 

yoxdur.  Eyni  ilə  subtropik  iqlim  bitkiləri  də  şaxtaya 

davamsız  bitkilər  hesab  olunur:  nar,  sitrus  bitkiləri,  əncir, 

xurma, çay, kameliya və b. bura aiddir.  

Azərbaycan  ərazisində  İ.M.Axundzadənin  təsnifatına 

görə 3 subtropik bölgə mövcuddur: 

1. Rütubətli  subtropik  bölgə.  Buraya  Talış  dağ  silsiləsinin 

ətəklərində yerləşən rayonlar aiddir. 

2. Yarımrütubətli  subtropik  bölgə.  Bura  Böyük  Qafqaz 

dağlarının cənub ətəklərində yerləşən rayonlar daxildir. 

3. Quru  subtropik  bölgə.  Bura  Abşeron  yarımadası,  Kür-

Araz ovalığı, Naxçıvan MR və Qarabağ rayonları aiddir. 



 

Qida amili 

Bütün  canlılarda  olduğu  kimi,  bitki  hüceyrə  və 

toxumalarının  qurulması  üçün  qida  maddələri  –  üzvi 

birləşmələr, zülallar, yağlar, karbohidratlar lazımdır. Bitkilər 

bu birləşmələri qeyri-üzvi maddələrdən özləri hazırlayır.  

Bitkilərə 

daha 

çox 


lazım 

olan 


elementlər 

makroelementlər  (azot,  fosfor,  kalium,  oksigen,  hidrogen), 

nisbətən  az  tələb  olunanlar  isə  mikroelementlər  (dəmir, 

kalsium,  kükürd,  mis  və  b.)  adlanır.Bütün  bu  qida 

elementlərini  bitkilər  havadan  və  torpaqdan  sorur.  Müxtəlif 




 

19 


tip  torpaqlarda  bu  elementlər  az  və  ya  çox  dərəcədə  olur. 

Bitkilər  hidroponika  üsulunda  becərildikdə  isə  bu  qidalar 

süni  şəkildə  suyun  içərisinə  əlavə  olunur.  Torpaqda  qida 

maddələrinin  miqdarının  təyin  edilməsi,  bitkilərin  becərilmə 

şəraitində  xüsusi  əhəmiyyət  kəsb  edir.  Çünki  qida 

maddələrinin  çoxluğu  və  ya  azlığı  bitkinin  inkişafına  mənfi 

təsir edir. Məsələn, azotun çatışmazlığı bitkinin böyüməsinə 

mənfi təsir etdiyi halda, onun çoxluğu məhsulun keyfiyyətini 

aşağı  salır.  Ona  görə  də  bitki  becərilən  torpağın  tərkibi 

mütləq öyrənilməlidir. Əks halda üzvi  və  mineral gübrələrin 

tətbiqi  düzgün  olmaz.  Bununla  belə,  vizual  müşahidələrlə 

bitkinin  böyümə  və  inkişafını  mütəmadi  izləməklə  də 

torpaqda hansı  qida  maddəsinin azlığı  və ya  çoxluğu barədə 

fikir demək mümkündür.  

Beləliklə, bitkilərin böyümə və inkişafında qeyd olunan 

bu həyat amillərinin hər birinin ayrılıqda xüsusi əhəmiyyətli 

olması,  onların  hamısının  yalnız  birlikdə  təsiri  zamanı 

mümkündür.  Yəni,  onların  hamısı  bitki  üçün  eyni  dərəcədə 

əhəmiyyətlidir  və  biri  digərini  əvəz  edə  bilməz.  Məsələn, 

toxumun cücərməsi üçün digər bütün həyat amilləri (rütubət, 

işıq, qida, hava və b.) normada olub, lakin istilik yoxdursa bu 

halda  toxum  cücərməz.  Yəni  qeyd  etdiyimiz  həyat 

amillərindən  hər  hansı  biri  çatışmadıqda  bitki  böyüyüb 

inkişaf  edə  bilmir.  Ona  görə  də  bütün  həyat  amillərini  bitki 

üçün  eyni  dərəcədə  yaratmaq  zəruridir.  Həyat  amillərinin 

öyrənilməsi də  məhz bu məqsədə xidmət edir.  

 

 

 



20 

III FƏSİL 

 

BİTKİLƏRİN ÜMUMİ BECƏRİLMƏ PRİNSİPLƏRİ 

 

Sahənin əkinə hazırlanması 

 

Bitki  əkini  üçün  sahə  həmişə  tam  yararlı  halda  olmur. 

Xüsusilə  daşlı-kəsəkli,  az  münbit,  bəzi  hallarda  şoran 

torpaqlar  olur  ki,  həmin  ərazilərdə  bir  sıra  meliorativ 

tədbirlər – daş-kəsəkdən təmizləmə, suvarmanıasanlaşdırmaq 

üçün  səthin  relyefinin  nizamlanması,  münbitliyi  artırmaq 

məqsədilə tam normada üzvi, mineral gübrələrin verilməsi və 

b. aparılmalıdır. 

 

Torpağın əkinə hazırlanması 

 

Torpağın 

hazırlanması, 

onun 


şumlanmasından, 

yumşaldılmasından  (ikinci  şumlamadan),  malalanmasından, 

səthin  hamarlanmasından  (ütüləmə),  əkiləcək  bitki  və  ya 

səpiləcək toxum üçün yerlərin (çalaların, şırımların, ləklərin) 

hazırlanmasından ibarətdir. 

Şumlama  –  Yerin  üst  qatının  30-80  sm  dərinlikdə 

yumşaldılaraq  əkin  üçün  yararlı  hala  salınmasıdır.  Qidalı 

təbəqəsi  az  olan  torpaqlar  dayaz,  çox  olanlar  isə  dərin 

şumlanır.  Bundan  əlavə  bostan-tərəvəz  bitkiləri  və  digər 

birillik  bitkilər  (dənli-taxıl,  dənli-paxlalı  və  b.)  üçün 

torpaqlar dayaz (25-30 sm), ağac-kol bitkiləri əkini üçün isə 

dərin  (50-80  sm)  şumlanır.  Yazda  əkiləcək  bitkilər  üçün 

torpaq  payızda,  payızda  əkiləcək  bitkilər  üçün  isə  yazda  və 

yayda  şumlanmalıdır.  Əsaslı  şum  aparmaq  üçün  laydırlı 

(torpağı  çevirən)  kotanlardan  istifadə  olunur.  Vaxtında 

şumlanmış  sahə  əkinqabağı  yenidən  15-20  sm  dərinlikdə 

yumşaldılmalıdır.  Bu  əməliyyat  geniş  sahələrdə  laydırsız-




Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə