68
Şörəyel yolu dağdı,
Dövr
əsi bağça-bağdı.
Ağlama, gözəl yarım,
H
əsən ölməyib, sağdı. [56]
Az
ərbaycan şifahi xalq ədəbiyyatına yaxından bələd olan şair Məmməd
Aslanın tərtib etdiyi “Türk xalq şeirindən seçmələr” [154] kitabında Ağbaba-Çıldır
aşıqlarından Aşıq Şenliyin, Aşıq Əmrahın, Aşıq Summaninin poetik irsindən örnəklər
verilmişdir. Kitabda digər aşıqlarla yanaşı, adı çəkilən sənətkarlar haqqında qısa
m
əlumatlar da öz əksini tapmışdır. 1980-cı ildə nəşr edilən bu kitab Ağbaba-Çıldır
aşıqlarının yaradıcılığından müəyyən nümunələri əks etdirən ilk kitablardan biri kimi
qiym
ətlidir.
Tanınmış dilçi alim Kamil Vəliyev (Kamil Vəli Nərimanoğlu) “Elin yaddaşı,
dilin yaddaşı” kitabında bir sıra görkəmli saz-söz ustaları ilə bərabər, Ağbaba-Çıldır
aşıqlarından Xəstə Hasanın, Aşıq Nəsibin, Aşıq İsgəndərin adlarını da çəkmiş,
Çıldırlı Aşıq Şenlikdən ayrıca bəhs etmişdir. “Onun yaradıcılığı Azərbaycan aşıq
mühitind
ə dərin izlər qoymuşdur. Aşıq Şenliyin həyatı və yaradıcılığı Qars, Axıska,
Ağbaba, Borçalı bölgələrində yaşayan Azərbaycan elatı, onun günü-güzəranı, şadlığı,
sevinci il
ə bağlıdır” [158, 265].
Alim Aşıq Şenliyin “Könül” və “Olub” rədifli qoşmalarını da kitaba daxil
etmişdir.
Ağbaba-Çıldır aşıq mühitinin öyrənilməsində ilk geniş tədqiqat işlərindən biri
şübhəsiz ki, mərhum folklorşünas Q.Vəliyevə məxsusdur. O, 1992-ci ildə “Aşıq
Şenliyin həyatı, mühiti və poetik yaradıcılığı” mövzusunda namizədlik dissertasiyası
müdafi
ə etmiş, Aşıq Şenlik, dolayısı ilə Ağbaba-Çıldır aşıq mühiti haqqında sistemli
t
ədqiqat işi aparmaq ilk dəfə olaraq ona nəsib olmuşdur. Mərhum folklorşünas
dissertasiya işində Aşıq Şenliyin həyatı və mühiti, poetik irsinin toplanması, nəşri və
t
ədqiqi tarixinə ayrıca fəsil həsr etmiş, bir sıra mübahisəli məsələlərə aydınlıq
g
ətirməyə çalışmışdır. Q.Vəliyev Aşıq Şenliyin yaşayıb-yaratdığı dövrün, sosial-
siyasi v
ə tarixi-mədəni mühitin başlıca cəhətlərinə xüsusi diqqət yetirmiş, onun
Az
ərbaycan aşıq sənətində tutduğu mövqeyi müəyyənləşdirməyə səy göstərmişdir.
69
Alimin araşdırmasının üstün cəhətlərindən biri də Türkiyə folklorşünaslığında Aşıq
Şenliyə aid edilən bir sıra şeirlərin müəlliflərinin düzgün göstərilməsidir. Müəllif
türkiy
əli folklorşünas E.Aslanın “Çıldırlı Aşıq Şenlik. Həyatı, şeirləri və hekayələri”
(1875) adlı kitabındakı mübahisəli məsələlərə, müşahidə etdiyi nöqsanlara münasibət
bildir
ərək yazır ki, “kitabda Xəstə Qasımın “Yaxşıdı”, “Aşnalığı” qoşmaları, Aşıq
Hüseyn Şəmkirlinin “Yaxşıdı” qoşması, xalq şairi O.Sarıvəllinin 1942-ci ildə yazdığı
“Yaşamaq istər” şeiri səhvən Aşıq Şenliyin qoşmaları kimi verilmişdir” [159, 50].
Dissertasiyada Aşıq Şenliyin repertuarına və dastan yaradıcılığına diqqəti
ç
əkən müəllif ustad aşığın yaratdığı dastanların ideya-məzmun xüsusiyətlərini təhlil
ed
ərək, “Lətif şah” dastanının klassik dastanlarımızla bir səviyyədə durduğunu xüsusi
vurğulayır.
Bir sıra məziyyətlərinə və elmi yeniliyinə baxmayaraq Q.Vəliyev öz
t
ədqiqatında müəyyən yanlışlıqlara da yol vermişdir. Hər şeydən əvvəl Çıldırlı Aşıq
Şenliyi Borçalı aşıq mühitinin yetirməsi kimi təqdim etmək doğru deyildir. Sadəcə
olaraq, Aşıq Şenlik Borçalı aşıq mühiti ilə sıx qarşılıqlı sənət əlaqələri saxlamışdır.
Ustad s
ənətkarın Borçalı mahalına sıx-sıx səfərlərinə, Borçalı aşıqları və el şairləri ilə
gö
rüşüb deyişməsinə, Azərbaycan folklor arealında məşhur olmasına və s. faktorlara
istinad ed
ən folklorçu alim onu Borçalı aşıq mühitinin nümayəndəsi kimi təqdim
etmişdir. Əlbəttə, bu özlüyündə düzgün deyildir.
Dissertasiyada Aşıq Şenliyin mükəmməl mədrəsə təhsili görməsi, olum-ölüm
tarixi (1853-1912;
əslində 1850-1913) və s. faktlar da təsdiqini tapmayıb. Onu da
qeyd etm
ək lazımdır ki, Azərbaycan folklorşünaslığında Aşıq Şenliyin doğum və
ölüm tarixl
əri haqqında müxtəlif rəqəmlər göstərilir. Ə.Şamil Aşıq Şenliyin 1853-
1914; M.Hacıyeva 1850-1914; M.Aslan 1850-1913-cü illər arasında yaşayıb-
yaratdığını qeyd edirlər.
Ağbaba-Çıldır aşıq mühitinin ardıcıl və cəfakeş tədqiqatçılarından biri Əli
Şamildir. Hələ keçən əsrin 80-ci illərindən başlayaraq o, dövri mətbuatda, müxtəlif
m
əcmuə və jurnallarda maraqlı və yeni faktlara əsaslanan məqalələrlə çıxış etmişdir.
Onun “X
əstə Həsən” (1984), “Xəstə Hasan və müasirləri” (1986), “Dastanlaşmış
ömürl
ər” (2001), “Aşıq Ürfaninin ömür yolu və şeirləri” (2006), Aşıq İsgəndər
70
Ağbabalı” (2006; Əzizə Şamillə şərikli), “Sözdə birincilərdən olan Aşıq Qarani”
(2007) v
ə s məqalə və kitabları Ağbaba-Çıldır aşıqları, bölgədə yayılan dastançılıq
ənənələri haqqında dəyərli araşdırmalar kimi qiymətlidir. Bu sahədə o, indi də
s
əmərəli xidmət göstərir.
Ağbaba-Çıldır aşıqlarının ədəbi irsinin toplanması və nəşri istiqamətində
münt
əzəm fəaliyyət göstərən folklorşünaslardan biri də Tacir Səmimidir. O, Ağbaba-
Çıldır aşıq mühiti və ümumiyyətlə bölgənin folkloru ilə bağlı bir neçə kitab nəşr
etdirm
işdir. Əslən Ağbabanın İbiş kəndindən olan T.Səmimi topladığı materialları
“Duman dağı bürüdü” (2000), “Ayırdılar Ağbabadan” (1998), “Ağbabadan köç
g
əldi” (1998) və s kitablarda cəmləşdirmişdir. Onun “Duman dağı bürüdü” kitabında
bayatı, mif, holavar, düzgü, nanay və sair ağız ədəbiyyatı janrlarından əlavə, Aşıq
Şenliyin, Aşıq Qərib Hasanın, Çorlu Məhəmmədin, Aşıq Nəsibin, Aşıq İsgəndər
Ağbabalının və digər saz-söz sənətkarlarının yaradıcılığından poetik örnəklər öz
əksini tapmışdır.
Ağbabalı aşıqlardan Çorlu Məhəmmədin, Tomaroğlunun, Aşıq Məhərrəmin
v
ə başqalarının şeirlərini ilk dəfə tapıb üzə çıxaran T.Səmimi olmuşdur. Xəstə Hasan
ocağının sonuncu qüdrətli nümayəndəsi Aşıq İsgəndər Ağbabalının, onun şagirdi
Paşa Göydağlının yaradıcılığının T.Səmiminin tərtibində ayrıca kitab şəklində işıq
üzü görm
əsi Ağbaba-Çılıdır aşıq mühiti barədə mövcud təsəvvürləri daha da
genişləndirmişdir.
Daha çox toplama işləri ilə məşğul olan T.Səmimi Aşıq İsgəndərin poetik
irsini “Ayırdılar Ağbabadan” [24] kitabında toplayıb nəşr etdirmişdir. Kitabda aşığın
bayatı, gəraylı, qoşma, divani, təcnis və s. janrlarda yazdığı şeirləri, bölgə sənətkarları
il
ə deyişmələri, müxtəlif dastan-rəvayətlər, aşığın xatirələri və s. toplanmışdır.
Aşıq Paşa Göydağlının “Ağbabadan köç gəldi” [26] kitabı da eyni prinsip
əsasında tərtib olunmuşdur. Aşıq poeziyasının müxtəlif janrlarını əhatə edən kitabda
el s
ənətkarının 8 gəraylısı, 49 qoşması, 4 divanisi, 3 təcnisi, 1 müxəmməsi, bayatıları,
deyişmələri, (bu deyişmələr arasında Xındı Məmmədlə də deyişməsi vardır) müxtəlif
dastan-r
əvayətlər öz əksini tapmışdır.
Dostları ilə paylaş: |