133
Sovet dövləti özünün əsas məqsədlərindən birini - Ağbaba-Şörəyel mahalını mümkün
qədər azəri türklərindən təmizləmək məqsədini həyata keçirə bilsə də, erməniləri
buraya yerləşdirməyə tam nail ola bilməmişdi. Bu çirkin məqsəd 1988-1989-cu
illərdə yerinə yetirildi.
Dəfələrlə bu haqsızlıqları müşahidə edən Aşıq Nəsib Sovet hakimiyyəti
illərində yerli əhaliyə tutulan divanı, zülm və işgəncələri pisləyərək “kafir gəzir
kölgəsində urusun” -deyə həqiqətləri xalqa çatdırırdı:
Kişilərin adı qalıb, özü yox,
Ocaqların külü qalıb, közü yox.
Bu Sovetin türkü
görən gözü yox,
Yaxın elə bir gümana gedəlim. [25, 25]
Aşığın ictimai motivli şeirləri içərisində “İndi” rəlifli qoşmanın məzmun-
mündəricəsi türkçülüyün tərənnümü ilə ictimai quruluşun tənqidinin inteqrasiyasında
dolğunlaşaraq sosial əhəmiyyət kəsb edir. Beş bənddən ibarət olan bu qoşmada Aşıq
Nəsib bir tərəfdən vaxtilə ağır məclislər keçirdiyi Çıldır-Qars vilayətinə bəslədiyi
məhəbbəti, həsrət və iztirablarını ifadə edirsə, digər tərəfdən “dəyişən zəmanənin,
qarışan dövranın” doğurduğu haqsızlıqları tənqid atəşinə tutur. Aşıq yaşadığı dövrün
ziddiyyətlərini müşahidə etdikcə baş alıb gedən özbaşınalıqlara öz nifrətini bildirir.
“Nəri qocalıb, karvanı yolda qalan” bir dövrdə müxənnətlər ağalıq edir, haqqı
nahaqqa qurban verirlər. Aşığı dəhşətə salan odur ki, bütün bunlar hamının gözü
qarşısında baş versə də, heç kəs qorxudan söz deyə bilmir, haqq deyən dillərə qıfıl
vurulur. Bu ictimai quruluşda həqiqətin müdafiəsinə qalxıb gerçəyi deyən mərd
kişilər yox, ağ yalanlarla xalqı aldadan, onun gözündən pərdə asmağa çalışan
satqınlar, səfehlər irəli çəkilir, dövlət idarələrində çalışırlar. Mərdlərə, xalqın qeyrət
və təəssübünü çəkənlərə burada yer yoxdur:
Mərdlərin yerində qalana bax, bax,
Ay evi dağılan, talana bax, bax.
Sovetdə qırmızı yalana bax, bax!
Deyər, tərifini bəzərəm indi. [25, 25]
134
Aşıq Nəsib bu bənddə ictimai peyzajın mükəmməl təsvirini, daha dəqiq
desək, onun xarakterik cizgilərini yaradır. Şeirdə acı kinayə sarkazm səviyyəsinə
yüksəlir. “Sovetdə qırmızı yalana bax, bax” misrasının mətnaltı mənası diqqətcil
oxucuya gizli mətləblərdən xəbər verir. Namuslu adamların evi dağılır, abad ocaqlar
tar-
mar edilir. Riyakarlıq, ədalətsizlik hər yeri bürüyüb. “Vəzifəli gədələr” isə Sovet
dövlətinin ideologiyasının təbliğ edir, “qırmızı yalanlarla” xalqı aldatmağa,
həqiqətləri gizlətməyə çalışırlar. İctimai məzmunun dərinliyi və siqləti, birbaşa
kinayəli gülüş, müəllif cəsarəti qoşmanın poetik dəyərini daha da artırır.
O, rus hökuməti ilə ermənilərin xalqın var-dövlətini çapıb-taladıqlarını, azəri
türklərinin isə var-yoxdan çıxdıqlarını, repressiyalara, zorakılıqlara, deportasiyalara
məruz qaldıqlarını dərin kədər hissi ilə qələmə alır, səxavət və mərhəmətin göyə
çəkildiyini, yadlar arasında tək-tənha qaldığını bildirirdi:
Urus-
ermənilər yeyir, yağlanır,
Kişi deyilənin qolu bağlanır.
Haqqın adı qalxır, yolu bağlanır,
Nəsiblə “davariş”, “ara” qalıbdı. [25, 27]
Bəndin sonuncu misrasında işlənən “davariş” (yoldaş), “ara” (ermənicə
müraciət forması) sözləri ilə aşıq mövcud quruluşun yürütdüyü antitürk siyasətinə
işarə edirdi. Qoşmada həm də Aşıq Nəsibin milli qürur hissi, yüksək vətənpərvərliyi,
dövrü, zəmanəni diqqətlə müşahidə etməsi, hadisələrdən doğru nəticələr çıxarması
diqqəti cəlb edir.
Aşıq Ələsgər ocağının istedadlı nümayəndəsi Növrəs İmanın da
yaradıcılığında zəmanəsinin tənqidinə, rus-erməni əlbirliyinə, fitnəkar niyyətlərin
ifşasına həsr olunmuş şeirlərə rast gəlmək mümkündür. Qeyd etmək lazımdır ki,
Növrəs İman Sovet hakimiyyəti qurulanda onu alqışlamış, çar Rusiyasında
ermənilərin azərbaycanlılara etdikləri zülmlərə, vəhşiliklərə son qoyulduğunu güman
etmişdi. “Lakin hadisələrin sonrakı gedişi Novrəs İmanın bu quruluşa olan
münasibətində tərəddüdlər, ziddiyyətlər əmələ gətirməyə başladı. Odur ki, kənd
şurası katibi vəzifəsində işləmək mənəvi cəhətdən onu təmin etmədi. O, saz götürüb
aşıqlıq etməyi daha münasib bildi” [128, 11].
135
Aşıq “Kağız”, “Kəsildi” və başqa şeirlərində bəylərə, xanlara tutulan divanı,
“müsəlmanam deyənin cəfalar çəkdiyini” realist boyalarla təsvir edirdi:
Müsəlmanam deyən oldu cəfakar,
Qəza hər nizamın etdi tarimar,
Şirin ağzı olan oldu zəhrimar,
Yaxşı günü, xoş mədarı kəsildi. [128, 70]
Novrəs İmanın “Kəsildi” rədifli qoşması ilə Aşıq Nəsibin “Görünür”, “İndi”,
“Gəldi” və sair şeirləri arasında mövzu eyniliyi, ideya yaxınlığı diqqəti cəlb edir.
Zəmanədən şikayət, yeni quruluşdan narazılıq bu şeirlərin əsas mövzusunu təşkil
edir. Növrəs İman “Kəsildi” qoşmasında yazırdı:
Çox dövran sürənlər axır zay oldu,
Gədalar da gəldi şaha tay oldu,
Bəylərin, xanların işi ah-vay oldu,
Hər tərəfdən mədədkarı kəsildi. [128, 70]
Aşıq Nəsib “İndi” qoşmasında müxənnətlərin at çapıb meydanda at
oynatmalarına dözə bilmir, yeni quruluşun gətirdiyi bəlaları hiddətlə tənqid edirdi:
Hanı mərd kişilər, ər oğlu ərlər,
Səxalı, mürvətli əhli-hünərlər.
Gədələr yekəlib dünyanı hərlər,
Min bir haqsızlığa dözərəm indi. [25, 25]
Göründüyü kimi, hər iki aşıq yeni quruluşla barışa bilməmiş, “gədaların”
namuslu adamlara divan tutmasını ürək yanğısı ilə təsvir etmişlər.
Bütün bunlar onu göstərir ki, həm Aşıq Nəsibin müasirləri, həm də ondan
əvvəl yaşayıb-yaratmış saz-söz sənətkarları rus işğalına, erməni zülmünə qarşı etiraz
səslərini ucaltmaqdan heç vaxt çəkinməmişdilər.
Qeyd etdiyimiz kimi, azərbaycanlılara qarşı ermənilərin törətdikləri sonuncu
deportasiya 1988-1989-cu il
lərdə baş verdi, beləliklə ermənilər özlərinin ən çirkin
məqsədlərinə - monoetnik erməni dövləti yaratmağa nail oldular. “Tarixin bizə lap
yaxın dövründə milli folklorun görkəmli nümayəndələri hesab etdiyimiz bir çox el
sənətkarları poeziyanın həm mənəvi, həm də coğrafi məkanından didərgin salındı.
Dostları ilə paylaş: |