136
Bolşevik-erməni qurşunu Ağ Aşıq, Aşıq Alı, Aşıq Musa, Aşıq Ələsgər, Vaqif,
Natəvan, Üzeyir, Bülbül və onlarla başqalarının məzarından-büstündən öncə sözünə,
şeiriyyətinə-ürfani təfəkkürünə dəydi” [107, 28-29]. Ağbaba-Çıldır aşıq mühitinin
əhatə etdiyi digər ərazilərdə - Axıskada bu siyasət 1944-cü ildə artıq həyata
keçirildiyinə, Çıldır-Qars bölgəsi isə Türkiyə dövlətinin hüdudları içərisində
olduğuna görə sonuncu deportasiya bu mühitdə yalnız Ağbaba bölgəsində yaşayıb-
yaradan sənətkarların yaradıcılığında əks olunmuşdur. Aşıq İsgəndər Ağbabalının,
Aşıq Paşa Göydağlının, Aşıq Faxfurun, el şairləri Əmrah Bayramovun, Məcnun
Ağbabalının, Sultan Orucoğlunun və başqalarının poeziyasında sonuncu deportasiya
və soyqırımı özünün real və poetik ifadəsini tapmışdır.
Aşıq İsgəndər Ağbabalının yaradıcılığında erməni zorakılıqları, yurd həsrəti,
Vətən yanğısı daha dolğun şəkildə ifadə olunmuşdur. Ustad aşığın “Görünməz”,
“Ağlar”, “Qaldı”, “Gətirin” kimi qoşmaları, “Qal xanam”, “Qanadı”, “Yaşa bax”
təcnisləri, “Gözlə, gözlə sən” divanisi, bir sıra bayatıları didərginliyin qəlb göynədən
iztirablarının, vətən həsrətinin, qürbət sıxıntısının poetik ifadəsidir. Onun deportasiya
və soyqırıma həsr olunmuş bütün şeirlərinə ağır kədər və bədbinlik hissləri hakimdir.
Müxtəlif dövrlərdə xalqımızın düçar olduğu ən ağır və ağrılı günlərində gələcəyə
inamı, nikbinliyi özündə mühafizə edən Azərbaycan aşıq yaradıcılığında sonuncu
deportasiya və soyqırımın izləri bədbin hiss və duyğuların bolluğu ilə müşahidə
olunmaqdadır. Yalnız Aşıq İsgəndərin deyil, “Ermənistandan” - dədə-baba
torpaqlarından vəhşicəsinə qovulmuş saz-söz sənətkarlarının yaradıcılığında qeyd
olunan bu hisslər çox güclüdür. Erməni cinayətkarlarının qanlı əməllərini, şovinist
siyasətini nifrət və qəzəblə damğalayan Aşıq İsgəndər Ağbabalının poeziyasında
dünyagörmüş el sənətkarının ağır dərdləri əks olunur:
Yeri, a aşıq, yeri,
Elə yar, aşıq yeri.
Vətənin qürbətdədir,
Yoxdur bir işıq yeri. [24, 203]
“Bişmiş aşına zəhər qatılan” aşığın qoşmalarında oğuz ellərindən didərgin
düşən azərbaycanlıların psixoloji sarsıntıları, qürbətdə çəkdikləri iztirablar göz yaşları
137
içində qələmə alınır. İztirab və həyəcanlara sosial boyalar əlavə olunduqca faciənin
ictimai mənzərəsinin miqyası daha da genişlənir, silsilə epitetlər və məcazlar didərgin
sənətkarın dərdlərinin poetik ifadəsinə çevrilir:
Üzlər gülməz, gözlər yaşlı, söz yanıq,
Cahıl yanıq, ahıl yanıq, qız yanıq.
Pərdə yanıq, tellər yanıq, saz yanıq
Bundan sonra yaşayarıq nə vaxta. [23, 25]
Ustadı Aşıq Nəsibin poeziyasında olduğu kimi, İsgəndər Ağbabalının da
şeirlərində kafirlərin müsəlmanlara (ermənilərin azərbaycanlılara) etdikləri zülmün
təsviri dini səciyyə daşımır. Hər iki sənətkar humanist insan kimi heç vaxt dini ayrı-
seçkiliyə yol vermirdilər. Kafir və müsəlman sözləri əks cəbhədə dayanan iki düşmən
qüvvənin varlığına işarədir ki, bu da özlüyündə etno-milli yaddaşdan gələn bir
ifadədir. Bildiyimiz kimi, “Kitabi - Dədə Qorqud”da “kafir” ifadəsi altında qeyri-
müsəlmanlar yox, ümumiyyətlə düşmən nəzərdə tutulur.
Aşığın “Oldu” qoşmasında şəxsi kədər və duyğulardan daha çox ictimai
dərdlər, el-obanın keçirdiyi faciəli günlərin nisgili hiss olunmaqdadır:
İsgəndər xan idi düşdü ayağa,
Sailə dönübdü dünənki ağa. [23, 36]
-
misralarında ifadə olunan dərd-kədər yalnız bir sənətkarın qəm-qüssəsi
deyil, bu, bir elin, obanın fəlakətli didərginlik həyatının təsviridir.
“Ağbabanın dərdi ilə gərək yüz yol talanam” - deyən aşığın şeirlərində
ümidsizlik və bədbinlik hisslərinin güclü olması, fikrimizcə, onun ömrünün ahıl
çağlarında doğma yurdu Ağbabadan qaçqın düşməsi ilə, şəxsi həyatında cavan oğul
itkisi, qohum-
qardaş nisgili ilə bağlıdır. Lakin bu hisslər ustad sənətkarın
poeziyasında qaçqınlıq və deportasiyanın real təsvirinə xələl gətirmir. Ağbaba, Qars,
Borçalı, Arpagölü, Şörəyel və başqa toponim və hidronimlər, Qaçaq Usuf, Qaçaq
İsgəndər, Aşıq Şenlik, Hüseyn Saraclı, Aşıq Nəsib və digər antroponimlər
deportasiya və qaçqınlığa həsr olunmuş şeirlərin tarixi-genetik məzmununu daha da
dərinləşdirir. “Görünməz” qoşması bu baxımdan maraqlıdır. Qoşmada müəllif
toponimləri poetik vasitəyə çevirərək, doğma yurdunun bədii-coğrafi xəritəsini çəkir.
138
Vətən məhəbbəti, el-obaya hörmət və ehtiram hissləri qəm-qüssəli, nisgilli duyğularla
bir axarda birləşərək müdrik sənətkar düşüncələrinin fəlsəfi mahiyyətini
gerçəkləşdirir. Şeirin ümumi harmoniyasında ustad aşığın dünyaya baxışı, təmkin və
müdrikliyi özünü hiss etdirməkdədir. Obrazlılıq bəzən zəifləsə də, qoşmanın sosial
məna tutumunun dərinliyi, itirilmiş el-obanın faciəsi diqqəti daha çox cəlb edir:
Necoldu Ellərkənd soyuq bulaqlı,
Çivinli, Quzukənd sərin yaylaqlı.
Güllücə, Balıqlı əziz qonaqlı,
O keçən dövranlar hanı görünməz.
Daşkörpü, Oxçoğlu o şirin dilli,
Güllübulaq kəndi... bağçalı, güllü...
Qaraçanta
kəndi... alt yanı yollu,
Gözəllər, ceyranlar hanı görünməz.
[24, 185]
Şeirdə işlənmiş Öksüz, Qarabulaq, Təpəköy, Mağaracıq, Düzkənd və s.
toponimlər Ağbabanın köklü sakinlərinin, türk-oğuz ruhunun, milli yaddaşın
qədimliyinin və mühafizəkarlığının göstəricisi kimi əhəmiyyətlidir.
Ustad aşığın şagirdi Aşıq Paşa Göydağlının da poeziyasında sonuncu
deportasiyanın fəlakətlərinin, soyqırımın qanlı izlərinin poetik ifadəsi səciyyəvi
xüsusiyyətlərə malikdir. Ağbaba-Çıldır aşıq mühitinin digər nümayəndələrinin bədii
irsində olduğu kimi, Aşıq Paşanın da yaradıcılığına amansız yağılara qarşı kəskin
qəzəb və nifrət hissi, nisgil, vətən ayrılığı, həsrət duyğuları hakimdir. Aşığın bir sıra
şeirlərində nisgil, qəm-qüssə etnoqrafik cizgilərin müşayiəti ilə poetikləşir.
Y
urdundan zorla qovulmuş bir sənətkarın incə və həssas müşahidələri həsrət
notlarının özünəməxsus tərzdə ifadəsinə xidmət edir.
Amansız yağının zülmkarlığı yalnız insanların talelərində və cəmiyyətdə
faciələr törətmir, təbiətə də qəsd olunur, onun da cəmiyyətdə olduğu kimi dialektikası
pozulur. Aşıq Paşanın sənətkar müşahidələrinin dürüstlüyü və sərrastlığı güclü təsir
bağışlayır, insanlığa düşmən kəsilənlərin təbiətə də qəsd etdikləri, eko sistemin
pozulduğu obrazlı ifadələrdə əks olunur:
Dostları ilə paylaş: |