Aydın Əli-zadə


II Ümumdünya (I Konstantinopolis) Kilsə Məclisi (381-ci il)



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə35/57
tarix11.10.2017
ölçüsü2,8 Kb.
#4456
1   ...   31   32   33   34   35   36   37   38   ...   57

 
95 
II Ümumdünya (I Konstantinopolis) Kilsə Məclisi (381-ci il). Burada 
Ata-Oğul cütlüyünə Müqəddəs Ruhu da əlavə etməklə, onların 
substansional
196
 
vahidliyini 
elan 
edərək,  Trinitar  (Üçlük)  inancın 
formalaĢması  baĢa  çatdırıldı.  Bu-
rada imperiyanın ġərqindən olan 150 
yepiskop iman simvoluna da əlavələr 
etdilər. 
Ġmperator 
Feodo-sius 
tərəfindən çağrılan bu məclis əsasən 
arianlığı pisləmək üçün çağ-rılmıĢdı. 
Belə  ki,  bu  məclisdə  Mü-qəddəs 
Ruhun 
ilahililiyini 
inkar 
edən 
qrupların  fikirləri  də  rədd  edildi. 
Onların  fikrincə  Müqəddəs  Ruh 
Oğul  tərəfindən  yaradılmıĢdır.  Bu 
məclisdə  həm  çinin  Konstanti-
nopolis yepiskopunun statusu Ro- 
V. Surikov. Ġkinci  
Ümumdünya Kilsə Məclisi.
 
ma  yepiskopundan  sonra  nüfuzuna  görə  ikinci  dərəcəli  hesab  oluması 
haqqında qərar qəbul edildi. 
III  Ümumdünya  (I  Efes)  Kilsə  Məclisində  (431-ci  il)  isə  Ġsanın 
mahiyyəti  haqqında  mübahisələr  (xristiologiya)  tarixinə  qədəm  qoyuldu. 
Məsələ  burasında  idi  ki,  Konstantinopolis  yepiskopu  Nestorius  hesab  edirdi 
ki,  Məryəm  adlı  bir  qadın  Ġsanı  doğmuĢdur.  Sonra  isə  Tanrı  onunla  birləĢib, 
onun  içində  yaĢamıĢdır.  Deməli,  Nestoriusun  təliminə  görə,  Ġsada  olan  Ġlahi 
və  insani  təbiət  bir-birindən  ayrıdır.  Məclisə  toplaĢmıĢ  200  yekiskop 
Nestoriusun  təlimini  rədd  edərək,  həm  Ġlahi,  həm  də  insani  təbiətin  bir 
Ģəxsdə  (Ġsada)  mövcud  olması,  baĢqa  sözlə  desək,  Ġsada  Ġlahilik  və 
insaniliyin  vahid hipostasis təĢkil  etməsi qənaətinə gəldilər. 
451-ci 
ildə  IV  Ümumdünya  (Kalkedon)  Kilsə  Məclisi 
Konstantinopolis  arximandriti  Evtixiyin  təlimini  rədd  etmək  üçün  yığıĢdı. 
Belə  ki,  Evtixiy  Nestoriusun  təlimini  inkar  edərək,  onun  əksi  olan  baĢqa  bir 
ifrat fikir  irəli  sürürdü. Evtixiyə  görə,  Ġlahi və  insani  təbiət Ġsada  tam  olaraq 
bir-birinə  qovuĢmuĢdur.  Amma  bu  zaman  Ġsadakı  Ġlahi  təbiət  insani  təbiəti 
üstələyir.  Evtixiyin  təlimi  monofizitlik  adlandırıldı.  Məclisə  yığıĢan  630 
yepiskop  monofizitliyi  rədd  edərək  qərara  gəldilər  ki,  Ġsada  olan  iki  təbiət 
bir-biri  ilə  ―qovuĢmayaraq  və  mahiyyəti  dəyiĢməyərək‖  (Evtixinin  əleyhinə), 
―bir-birindən  ayrılmaq  Ģərti ilə‖ (Nestoriusa qarĢı) birləĢmiĢdirlər   
                                                 
196
 Substansiya (latınca ―substantia‖) – hər bir Ģeyin əsası və mahiyyətidir. 


 
96 
553-cü ildə  isə  imperator  I  Yustian  tərəfindən  V  Ümumdünya  Kilsə 
(II Konstantinopolis) Məclisi çağırıldı. Buna səbəb elə monofizitlərin üsyanı 
oldu.  Belə  ki,  monofizitlər  Kalkedon  məclisinin  tərəfdarlarını  nestorianlığa 
gizli  meyllərdə  ittiham  edirdilər.  Bunu  sübut  etmək  üçün  onlar  üç  Suriya 
yepiskonun  Teodorusun  və  Teodoretin  əsərlərinə  istinad  edirdilər.  Məclis 
iĢtirakçıları  monofizitlərin  ortodoksal  kilsəyə  birləĢmələri  prosesini 
gücləndirmək  üçün  bu  yekiskopların  fikirlərini  rəsmi  olaraq  rədd  etdilər. 
Bundan əlavə burada Origenusun təlimi  də rədd edildi. 
Növbəti  VI  Ümumdünya  (III  Konstantinopolis)  Kilsə  Məclisləri 
(680-681;  692-ci  illərdə)  yenə  də  monofizitlərin  təlimini  rədd  etmək  üçün 
yığıldı.  Monofizitlərin  Ġsada  iki  təbiətin  olduğunu  qəbul  etmələrinə 
baxmayaraq, onların  vahid  Ġlahi iradədə  birləĢməsini  iddia edirdilər.  Bu  fikrə 
qarĢı  çıxan  170    yekiskop  Ġsanın  Tanrı  kimi  və  insan  kimi  iki  iradəsinin 
olduğunu  iddia  etdilər.  Onların  fikrincə,  Ġsanın  insani  təbiəti  Ġlahi  iradə  ilə 
ziddiyyət təĢkil  etmir,  əksinə,  insani  təbiət  Ġlahi  iradəyə  tabedir.  Beləliklə  də 
Ġsa  haqqında  olan  ortodoksal  baxıĢ  tamamlanmıĢ  oldu.  Bu  tamamlanmıĢ 
təlimi  isə,  on  bir  ildən  sonra  bu  məclisin  davamı  olan  Trull  Kilsə  Məclisi 
təsdiq etmiĢ oldu. 
VII  Ümumdünya  (II  Nikeya)  Kilsə  Məclisi  787-ci  ildə  imperatriça 
Ġrena (Eirene)  tərəfindən  ikonalara  qarĢı çıxıĢ  edənlərə  cavab  vermək  üçün 
çağırıldı.  Belə  ki,  bu  məclisdə  ikonaların  mahiyyəti  açıqlanmıĢ  və  onlara 
qarĢı çıxıĢ etmək küfr elan edilmiĢdir. 
Katoliklər  bu  kilsə  məclislərindən  sonra  da  kilsə  məclisləri 
çağırmıĢdırlar.  Belə məclislərin  sayı 21-ə çatmıĢdır. 
ġərq  kilsələri  (məs. 
erməni,  kopt,  efiop  kilsələri)  birinci  üç  məclisin  qərarını  qəbul  edir  IV 
(Kalkedon)  məclisinin  qərarlarını  rədd  edirlər.  Protestantlar  isə  kilsələri  
məclislərinin  qərarlarını  qəbul etmir. 
 
«Korpus Areopaqitikum» 
 
533-cü 
ildə  Kalkedon  Ģəhərində  monofizitlərlə  rəsmi  kilsə 
nümayəndələri  arasında  barıĢıq  məqsədi  ilə  konfrans  keçirilmiĢdir.  Lakin  bu 
konfransda  da  mübahisələr  olmuĢdur.  Monofizitlər  öz  mövqelərini  sübut 
etmək  üçün  Dionisius  (Dionysius)  Areopagita  adlı  bir  Ģəxsin  adı  ilə 
imzalanmıĢ  4  risalə  və  müxtəlif  keĢiĢlərə  ünvanlanmıĢ  məktublar  təqdim 
etmiĢdilər.  Bu  əsərlərin  hamısını  birlikdə  «Korpus  Areopagiticum»  (Corpus 
Areopagitikum) adlandırırlar.  Bu risalələrin  adları: 


 
97 
 
Dionisius 
Areopagita 
1.  «De  divinis  nominibus»  (Ġlahi  adlar 
haqqında);  
2.  «De  mystica  theologia»  (Mistik
197
  ilahiyyat 
haqqında); 
3. 
«De 
coelesti 
hierarchia» 
(Göylərdə 
hiyerarxiya
198
 haqqında); 
4. 
«De 
ecclesiastica 
hierarchia» 
(Kilsə 
hiyerarxiyası haqqında)
199

Dionisius  Areopagitanın  adı  isə  Əhdi-Cədiddə 
çəkilir
200
.  Orada  deyilir  ki,  o,  Pavlusun  tələbəsi  olub. 
Rəvayətlərə  görə  Dionisius  Areopagita  I  əsrdə  Afina 
Ģəhərinin  yepiskopu  olmuĢdur.  BaĢqa  rəvayətə  görə, 
Paris yepiskopu olmuĢdur. 
Dionisiusun bu dörd risaləsində kilsə xadimlərinə 
çox  əlveriĢli  məqamların  olduğuna  görə,  onlar  tədricən 
təkcə monofizitlərin deyil, həm də rəsmi kilsə xadimləri 
tərəfindən qəbul edilmiĢ və on- 
ların  üzərində  böyük  bir  ənənə  yaranmıĢdır.  Bu  risalələrin,  sonrakı 
dövrlərdə,  xristian  ilahiyyatı  və  fəlsəfəsinin  formalaĢmasında  müstəsna  rolu 
olmuĢdur. 
Eyni  zamanda ,  risalələrin  müəllifi  Dionisius  Areopagitanın  olması 
Ģübhə altına alınmıĢdır. Nəticədə onların saxtalaĢdırılması və baĢqa naməlum 
müəllif  tərəfindən  yazılması  haqqında  əsaslı  subutlar  üzə  çıxmıĢdır. 
Məsələn,  Rotterdamlı  Erasmus
201
 
fikir 
vermiĢdir  ki, 
«Korpus 
                                                 
197
  Mistika  (yunanca  ―mystika‖)  -  insanın  bilavasitə  ilahi  qüvvələrlə  ünsiyyətin 
saxlanmasının  mümkün  olmasına  inanmaqdır.  Bu  söz  gizli,  anlaĢılmaz  olan  hər  bir 
Ģey mənasında da iĢlənir. 
198
  Hiyerarxiya  [yunan  sözləri  ―hieros‖  (müqəddəs)  +  ―arche‖  (hakimiyyət)-dən 
əmələ  gəlmiĢdir]  –  bir  Ģeyin  hissələrinin  və  ya  elementlərinin  an  yüksəyindən,  ən 
alcağına  qədər,  ardıcıllıqla  düzülməsidir.  Ġkinci  mənada  Hiyerarxiya  -  vəzəfələrin 
bir-birinə  tabe olunmuĢ halında düzülməsidir. 
199
  Dionisius  Areopagitanın  risalələrinin  mətnləri  ilə  tanıĢ  olmaq  üçün  bax: 
Дионисий  Ареопагит.  О  церковной  иерархии.  Послания.  (Издание  с 
параллельными  текстами)  /  Вст.  ст.,  подг.  греческих  текстов  и  их  русский 
перевод  Г.М.Прохоров,  Ред.  перевода  иер.  Григорий  (В.М.)  Лурье  СПб. 
Алетейя 2001  г. 281  с. http://www.krotov.info/history/05/3/areopagi.html 
200
 Həvarilərin  iĢləri  17:  34. 
201
  Rotterdamlı  Erazmus  (Erasmus  Roterodamus)  (1469-1536)  -  məĢhur  Holland 
ilahiyyatçısı,  filosofu,  maarifçi-alimi,  yazıçısı,  filoloqu.  Avropada  Ġntibah  dövrünün 
ən görkəmli  nümayəndələrindən biri  olmuĢdur. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə