Aydın Əli-zadə



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə37/57
tarix11.10.2017
ölçüsü2,8 Kb.
#4456
1   ...   33   34   35   36   37   38   39   40   ...   57

 
100 
Bu  məntiqlə ,  dünyada  hər Ģey  Tanrının  təzahürüdür.  Deməli,  hər  bir 
varlıq Tanrı təzahürüdür (teofaniyasıdır). Bununla belə,  mahiyyət etibarı  ilə 
Tanrı məxluqdan ayrıdır, ona qarıĢmır. 
«De  coelesti  hierarchia»  risaləsində,  Vahiddən  çoxluğa  enmə 
Proklusun  fəlsəfəsində  olduğu  kimi,  üçlüklər  (triadalar)  Ģəklində  pilləvari 
baĢ  verir.  Yuxarı  pillədə  kerublar
207
,  serafimlər
208
  və  taxtlarlar  (kürsülər) 
yerləĢir.  Bu  birinci  triadadır.  Sonrakı  pillədə  ikinci  triada  yerləĢir.  Bu 
hökmranlıqlar,  güclər  və  hakimiyyətlərdir.  Daha  sonra  baĢlanğıclar, 
arxangellər
209
  və  məlaikələr  triadası  yerləĢir
210
.  Bu  triadaların  üzvlərində 
Ġlahi nurun hissəcikləri vardır. Lakin Ġlahinin özündə bu nur əksilməmiĢdir. 
Burada  «Göy  hiyerarxiyası»  tamamlanır.  Yerdə  isə,  onun  davamı  kilsə 
hiyerarxiyasıdır.  Onun  da  strukturu  göy  hiyerarxiyasına  bənzərdir  və  onun 
vasitəsi  ilə Ġlahi nur yerə enir. Burada birinci  triada – yepiskoplar,  keĢiĢlər, 
diakonlardan
211
 ibarətdir. Onlardan sonra rahiblər, xristian icmasının üzvləri 
və Xristianlığı qəbul etmək istəyənlər triadası gəlir. Kilsə hiyerarxiyasından 
sonra qalan dünya yerləĢir. Orada da Ģüurlu məxluqlar, Ģüursuz heyvanlar və 
cansız əĢyalar triadası vardır. 
Beləliklə  «Korpus  Areopagitikumun»  müəllifi  üçün  bütün  kainat 
hiyerarxiya  Ģəklində  Tanrı  tərəfindən  yaradılıb,  təĢkil  olunmuĢdur.  Bu 
hiyerarxiyada  hər  bir  varlıq,  onun  kamilliyinə  görə,  müxtəlif  səviyyələrdə 
yerləĢir.  Hər  aĢağı  pillədə  duran  varlıqlar  yuxarıda  duranlara  tabe  olurlar. 
Ümumiyyətlə  isə,  bu  hiyerarxiyaların  məqsədi  –  kilsənin  əhəmiyyətinin 
göstərilməsindən  ibarət idi. Qalib gələn xristian kilsəsi  iddia edirdi ki, onun 
xaricində heç kəs xilas ola bilməz. Buna görə də «Korpus Areopagitikumun» 
                                                 
207
  Kerubim  –  (yəhudi  sözüdür,  çoxluq  mənasında  iĢlənilir)  –  Tanrının  dərgahında 
müəyyən  yerləri  qoruyan  mələklər.  Məsələn  Əhdi-Ətiqdə  onlar  Həyat  Ağacının 
qoruyucularıdırlar (YaradılıĢ  3:  24). 
208
  Serafimlər  (yəhudi  sözüdür)  –  ―odlu‖,  ―iĢıq  saçan‖  mələklər  (YeĢaya  6:  1-6). 
Onların  vəzifəsi  daim  Tanrı  müqəddəsliyinə  təriflər  oxumaq  və  Onun  yerdəki 
buyuruqlarını yerinə yetirməkdən  ibarətdir. 
209
  Arxanqel  –  baĢ  mələkdir.  Xristian  keĢiĢlərinin  əsərlərində  deyilir  ki,  Bibliyada 
səkkiz  baĢ  mələk  vardır.  (Никифор.  Библейская  энциклопедия,  М.:  1891,  c.  62-
63). 
210
  Arximandrit  Nikifora  görə,  triadaları  təĢkil  edən:  kerublar,  serafimlər,  taxtlarlar 
(kürsülər),  baĢlanğıclar,  arxangellər,  məlakələr,  hökmranlıqlar,  güclər  və 
hakimiyyətlər  -  məlakələrin  rütbələridir.  (Никифор.  Библейская  энциклопедия, 
М.: 1891,  c. 62-63). 
211
  Diakonos  -  yunan  sözüdür.  Xristianlığın  ilk  əsrlərində  dini  icmanın  təsərüfat 
iĢləri  ilə  məĢğul  olan  Ģəxslər  bu  adı  daĢıyırdılar.  Sonrakı  dövrlərdə  kiçik  keĢiĢ 
rütbəsidir. 


 
101 
kilsə  xadimləri  tərəfindən  rəğbətlə  qarĢılanmıĢdır  və  müəllifə  ―hiyerarxiya 
doktoru‖ adı verilmiĢdir. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
VI FƏSĠL 
 
QƏRBDƏ KĠLSƏ ATALARI 
 
 
IV-V əsrlərdə  kilsə ataları 
 


 
102 
Roma  imperiyasının  qərbində  kilsə  ataları  yunandilli  Ģərqdə  istifadə 
edilən ekzegetika metodlarından  istifadə edirdilər. Onlar yunan fəlsəfəsi və 
ilahiyyat terminlərini latın dilinə tərcümə edib, iki mədəniyyətin arasında bir 
körpü rolunu oynamıĢdırlar. 
 
Patristika dövrünün 
Qərb mütəfəkkirlərindən 
biri, Puatye Ģəhərinin ye-
piskopu Piktaviyalı Hila-
rius (Hilarius Pictavien-sis) 
(315-366) olmuĢdur. O, 
Sisseron, Seneka kimi antik 
filosofların əsərləri ilə tanıĢ 
olmuĢdu. Digər tərəfdən, 
xristian mütəfək-killəri olan 
Origenus, Ġs-gəndəriyyəli 
Atanasios, Kiprian 
(Cyprianus) kimi 
ilahiyyatçıların fikirlərini  
də  öyrənmiĢ  və  onlardan  bəzilərinin  kitablarını  yunan  dilindən  latın  dilinə 
tərcümə etmiĢdir. 
Hilariusun  əsas  məqsədi,  xristian  təliminin  sistemləĢdirilməsindən 
ibarət  idi.  Bu  yolda  o,  öz  səylərini  Ġlahi  Üçlüyün  birliyini  fəlsəfi  üsullarla 
əsaslandırılmasına yönəltmiĢdir. Ata-Tanrı ilə Oğul-Tanrının, ―doğulmayan‖ 
ilə  ―doğulanın‖  mahiyyətcə  bir  olmasını  (konsubstansionallığı)  xüsusilə 
vurğulayırdı. Bununla Hilarius arinanlıqla mübarizə aparırdı.  
ġərqdə bu iĢi Atanasios və onun tərəfdarları həyata keçirirdilər. Onlar 
öz  dəlillərini  əsaslandırmaq  üçün  neoplatonizm  idealarından  istifadə 
edirdilər. Onlardan fərqli olaraq Hilarius, Qərbdə daha çox yayılmıĢ stoisizm 
ideyalarından istifadə edirdi. Lakin o stoiklərin ideyalarını xristian ehkamları 
nöqteyi-nəzərindən qəbul edib, onları sintez halına gətirmiĢdi. Nəticədə o, 12 
kitabdan ibarət «De Trinitate» (Üçlük haqqında) əsərini yazmıĢdır. 
Hilarius  imanla  düĢüncənin  bir-biri  ilə  ziddiyyət  təĢkil  etmədiyi 
qərarına  gəlmiĢdir.  Onlar  ahəngdədirlər.  Dini  ehkamlar  elmi  nöqteyi-
nəzərdən tədqiq edilə bilər. Sonra bu cür fikirləri Avqustinus daha da inkiĢaf 
etdirmiĢdir.  
Hilariusun  fikrincə,  həm  iman,  həm  də  düĢüncə  Ġlahidəndir.  Ġnsan 
düĢüncəsi Tanrının obrazıdır. Tanrının mənəvi axtarıĢları da düĢüncə vasitəsi 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə