Aydın Talıbzadə



Yüklə 3,86 Mb.
Pdf görüntüsü
səhifə34/135
tarix21.06.2018
ölçüsü3,86 Mb.
#50521
1   ...   30   31   32   33   34   35   36   37   ...   135

 

101 


sınaqlardan  keçirməkdən,  onu  “məhv”  etməkdən  və 

bədənin əsarətindən çıxıb ruhlaşmaqdan ibarətdir. 

     İntibah  dövründən  ta  bu  günə  qədər  avropalı 

dərzilər  insan  bədənini  təkidlə  ədabaz,  pırpız 

dizaynda  biçilmiş  paltarlara,  qaftan  və  tumanlara, 

nəfis,  əlvan  corablara  “bürüməklə”,  obrazlı  desəm, 

insanı 

kuklalaşdırmaqla 



məşğuldurlar. 

İslam 


mədəniyyətisə  VII  yüzildən  üzü  bəri  kişi  və  qadın 

geyim 


dəblərində 

mütəmadi 

olaraq 

bədəni 


görükdürməmək,  gizlətmək  tendensiyasına  sadiq  qalır 

və    müsəlmana  “sən  potensial  ölüsən”  ideyasını 

aşılayıb  onu  öz  kəfənini  (əmmamə)  başında  daşımağa 

kodlaşdırır. Sufilik də burada yeni heç nə demir və 

insanı  Allahın  kuklası  bilir.  Bir  tək  Uzaq  Doğu 

mədəniyyəti  (aborigen  tayfaların  bədənə  münasibəti 

barəsində  xüsusi  danışılacaq:  ancaq  bu  olacaq 

irəlidə)  bədənə  qismən  azad  nəfəs  almaq  imkanı 

verir. Lakin buna baxmayaraq Uzaq Şərqin gələnəksəl 

mədəniyyəti  kontekstində  bədən  daim  rəsmi  bəyan 

edilməmiş  “təcavüzə”  məruz  qalır:  insanın  ruhu, 

iradəsi,  təcrübəsi,  bilgisi  şüurlu  surətdə  öz 

bədənini  arası  kəsilməyən  treninqlər  nəticəsində 

keyfiyyətcə  dəyişməyə,  onu  potensial  meyitə  (yoqa) 

və  ya  ideal  kukla-robota  (Şərqin  ənənəvi  əlbəyaxa 

döyüş 


sənəti) 

çevirməyə 

yönəlir. 

Əgər 


yoqa 

istirahəti  zamanı  idrak  söndürülməyibsə,  bədən  

meyit  kimi  deyilsə,  bu  onu  bildirir  ki,  bədən 

gərgindir və kamilləşməyə hələ çox müddət var. Şərq 

əlbəyaxa  döyüş  növlərində  isə  bədən  öz  enerjisini 

reaksiyanın, 

davranışın 

mexanikləşməsinə, 

robotlaşmasına 

istiqamətləndirir. 

Bununla 

da 


bədəndən  “bədənlik”  alınır:  təlimlərin  köməyilə 

bədənin  “ruhlaşması”  və  ya  ruhun  materiyadan  xilas 

olması  prosesi  gedir.  Mədəniyyət  Ruha  (sakral 

enerji)  iddialı  olduğundan  Bədəni  öz  oyuncağı, 

kuklası  qismində  görür.  MƏDƏNİYYƏT  RUHA  DÖNÜŞÜN, 

RUHA QAYIDIŞIN MANİFESTİDİR. Ona görə də mədəniyyət 



 

102 


müqədəs  mətnlərin  diliylə  deyir  ki,  Ruhun  yeddi 

qiyafəsi  var:  fiziki  bədən,  efir  bədəni,  astral  və 

mental  bədən,  kauzal  bədən,  Buddha  bədəni,  Atman 

bədəni.  Bunlar  da  öz  növbəsində  Səmavi  Loqosun 

ifadəsidir.

15

  Yəni  mədəniyyət  insanın  əlindən  öncə 



onun  bədənini  alır  və  onu  yalnız  bir  bildirici 

statusunda qəbul edir. 

 

BƏDƏN EYHAMDIR

16

,

 

 

işarədir, 

kukladır, 

oyuncaqdır. 

Sonucda 

mədəniyyətin  məqsədi  də  insandan  məhz  kukla,  uyuq, 

müqəvva yapmaqdır. Nə ki sadaladım, bunların hamısı 

ruhsuz  bir  şey  olub  meyitə  müsavi  gələrlər.  Bunun 

mənası nə? İş bu ki, mədəniyyət öz matris düzümündə 

canlı  nə  varsa,  qəbul  etməz.  İdeya  da,  fikir  də, 

ruh  da  maddilikdən  məhrum.  Mədəniyyət  təbiətin 

qarşıdurumudur.  Mədəniyyət  ölü  təbiətdir.  Çılxa 

təbiət olaraq insan mədəniyyətə düşməndir. Nə üçün? 

Çünki  mədəniyyət  təlimdir,  qanunlar  toplusudur, 

adətlər  çevrəmidir,  insan  isə  vəhşi.  Vəhşini 

ictimailəşdirən  mədəniyyətdir.  Ol  səbəbdəndir  ki, 

mədəniyyət  bədənin  çılpaqlığından  “qorxur”,  hətta 

onun surətini, rəsmini belə müəyyən şərtlərlə qəbul 

edir.  Belə  ki,  hər  hansı  bir  vəziyyətdə  hər  hansı 

bir  təhrikçiyə  (qıcığa)  münasibətdə  bədənin  özünü 

necə  aparacağını  mədəniyyət  öncədən  proqnozlaşdıra 

bilmir.  Ona  görə  ki,  bədən  yalnız  və  yalnız  təbiət 

qanunları  ilə  idarə  olunur,  makroaləmlə  bağlı 

hərəkət  edir  və  “bəd  ayaqda”,  yəni  pis  gündə,  pis 

situasiyada 

asanlıqla 

mədəniyyətdən, 

etik 



qaydalardan,  ədəb  və  mərifətdən,  ictimai-sosial 

normaların, 

mənəvi-əxlaqi 

imperativlərin 

yasaqlarından,  -  vaz  keçir  (davamlı  aclıq  zamanı 

biz  mədəniyyəti  “qatlayıb”  cibimizə  qoyuruq)    və 

olur mədəniyyətdən ötrü real təhlükə obyekti. Fikir 

verin: 


qiyamlar, 

üsyanlar, 

inqilablar 

həmişə 


instinktlərin, 

emosiyaların, 

bədənlərin 



 

103 


stixiyasıdır.  İnqilablar  zamanı  sosial  maskalar, 

davranış  modelləri  pozulur  və  total  həyasızlıq 

başlayır.  Bu  vaxt  insanlar  sanki  fikirlərini, 

ideyalarını,  həyalarını  “soyunub”  küçələrə  nizamsız 

şəkildə  vızıldadırlar.  Yəni  bədən  hər  an  sosial 

dünyaya, 

toplum 

içrə 


mövcud 

əlaqələr 

və 

münasibətlər  şəbəkəsinə,  deməli,  mədəniyyətə  qarşı 



üsyan edib, onu inkar edib təbiətə qovuşa bilər.  

     Mədəniyyətin  qənimi  çılpaq  bədəndir.  Çılpaq 

bədənlə 

üzləşəndə 

mədəniyyət 

bitib 


tükənir. 

Mədəniyyət  insan  bilincinin  bədən  üçün  “kəşf” 

etdiyi buruntaq kimi bir şeydir. Geyimin astarından 

o  yana  mədəniyyət  qurtarır.  Bu  yöndən  baxanda 

görürsən  ki,  dəlilər  təbiətə  daha  çox  yaxınlaşmış 

bədənlərdir.  Çılpaq  bədən  dəliləri  utandırmır. 

Başqa  sözlə,  mədəniyyətin  onlara  dəxli  yoxdur. 

Qəribədir,  primitiv  qəbilələrin  adamları  üçün  də 

çılpaq  görünmək,  çılpaq  yaşamaq  və  yaşadıqca 

qənşərində 

daim 

çılpaq 


bədən 

görmək 


problem 

deyildi.  Onlar  da  heç  vədə  bir-birilərindən  həya 

eləmirdilər.  TƏBİƏT  HƏYANIN  NƏ  OLDUĞUNU  BİLMİR. 

HƏYANI 

İNSANLARA 

MƏDƏNİYYƏT 

ÖYRƏDİR. 

Həya 


mədəniyyətin  problemidir  və  bu  problem  ona  görə 

ortaya  çıxır  ki,  mədəniyyət  bədəni  gizlədəndən, 

paltar,  örtük  içinə  “bükəndən”,  ipək-qumaş  və  ya 

cır-cındır  əsarətinə  salandan  sonra  mədəniyyət 

olur,  mədəniyyət  kimi  formalaşır.  Mədəniyyət  bədən 

üçün  büllur  qəfəs  qismindədir.  Soruşacaqsınız  ki, 

bu  niyə  belə  olmalıdır  axı?  Mən  də  öz  növbəmdə 

sualınızı 

bu 

sayaq 


cavablayacağaM.: 

çünki 


MƏDƏNİYYƏT, 

ƏSLİNDƏ, 

ZƏİF 

BƏDƏNLƏRİN 

MƏDƏNİYYƏTİDİR, 

ƏZƏLƏLƏRİN, 

İNSTİNKTLƏRİN 

YOX, 

AĞLIN,  DÜŞÜNCƏNİN  MƏDƏNİYYƏTİDİR.  Mədəniyyət  ağlın 

bədən  üçün  çıxartdığı  bəraətdir.  Məhz  o  şəxslərin 

ki,  bədən  qüsurları  var,  əzalarında  nöqsan,  qüsur, 

eyib  var,  onlar  istəməzlər  bədənlərini  bir  kimsə 

görsün. 

Güclülərə 

mədəniyyət 

gərək 


deyil. 


Yüklə 3,86 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə