Aydın Talıbzadə


CAVAB  REAKSİYASI  KİMİ  FORMALAŞIR



Yüklə 3,86 Mb.
Pdf görüntüsü
səhifə36/135
tarix21.06.2018
ölçüsü3,86 Mb.
#50521
1   ...   32   33   34   35   36   37   38   39   ...   135

 

107 


CAVAB  REAKSİYASI  KİMİ  FORMALAŞIR.  Yadınıza  salın, 

Aristotel 

də, 

Fğoyd 


cənabları 

da 


elə 

bunu 


söyləyirdilər.  Amma  bu  nəticəyə  gələnə  qədər 

onların 


keçdikləri 

yollar 


tamam 

başqa-başqa 

olmuşdu: bu şəxslərin ikisi də bədənə adi cism kimi 

baxmışdılar. 

Mədəniyyət 

zəif 


bədənin 

gücə 


cavabıdır.  Burada  bədən  özünü  ruhda,  fikirdə, 

ideyada tanımağı öyrənir. Belə ki, insan mədəniyyət 

vasitəsilə 

bədəndən 

(cismdən) 

xilas 


olmağa, 

qurtulmağa çalışır. Bədəni unutmaq ağrı və iztirabı 

yaddan  çıxarmaq  deməkdir,  əbədi  rahatlıq  bulmaq 

deməkdir.  Bu  imkanı  adama  bir  də  ölüm  verir. 



MƏDƏNİYYƏT  HƏYAT  VƏ  ÖLÜM,  BƏDƏN  VƏ  MEYİT  ARASINDA 

MARGİNAL  ZONADIR  Kİ,  BURADA  BASQILAR,  AĞRILAR 

NEYTRALLAŞIR,  SUBLİMASİYA  OLUNUR.  MƏDƏNİYYƏT  AĞIL 

VƏ  BƏDƏN  KONFLİKTİNİN  GERÇƏKLİYİDİR.  BU  KONFLİKT 

RUHA  ÇATIB  HƏLLİNİ  TAPIR.  Mədəniyyət  çərçivəsində 

insan 


unudur 

ki, 


onun 

bədəni 


kainatın 

bir 


parçasıdır,  qəlpəsidir  və  teyxa  təbiətdir.  Çünki 

cəmiyyət  insanı  konkret  bədən  sahibi  kimi  yox, 

ictimai  məkanı  dolduran  fərd-subyekt  kimi  qavramağı 

üstün 


tutur. 

Bədən 


toplumda 

ictimai-sosial 

funksiyanı  yerinə  yetirən  alətdir.  Bədən  cəmiyyət 

içrə  sanki  şüşə  qab  altında  saxlanılan  həşərat 

təəssüratı  oyadır.  Bu  şüşə  qabda  (ictimai  kolbada) 

bədəndən  əlavə  bir  “Mən”  də  düzəldilir,  bu  “Mən” 

olur 

bədənin 


toplumsal 

olum 


konsepsiyası. 

İnsanlığın  bütün  faciələri  bu  “mən”-konsepsiya 

ucbatındandır.  BƏDƏN  ÜÇÜN  FACİƏ,  DRAM,  KOMEDİYA 

YOXDUR.  TƏBİƏT  AĞLAMAĞIN,  KƏDƏRLƏNMƏYİN,  GÜLMƏYİN 

NƏ  OLDUĞUNU  BİLMİR.  Yalnız  “mən”-konsepsiya  özünü 

ontoloji  identifikasiya  xatirinə  təbiətdə  oxşar 

şəkil  və  obrazlar  axtarmağa  başlayır.  Nədən  ki, 

bədənin  ontoloji  statusu  cəmiyyətdən  ötrü  heç  bir 

önəm  kəsb  etmir.  TOPLUM  QİDA  ÜÇÜN  YARARSIZ  ƏT 

KOMBİNATIDIR.  Bu  kombinatın  ehtiyatları  isə  daima 

artır:  intensiv  çoxalma  yaşam  resursları,  yaşam 




 

108 


arealı  uğrunda  mübarizəni  maksimal  həddə  çatdırır. 

Bədənin  yeri  təbiətdir,  ağıl  isə  onu  sürükləyib 

kombinata  və  ya  tövləyə  gətirir.  Şəhər  və  ya  kənd 

tövlənin  invariantları  deyilsə,  onda  bəs  nədir? 

Şəhər  (kənd)  cəmiyyətin  insanları  saxlamaqdan  ötrü 

fikirləşib  tapdığı  ideal  tövlədir.  Bunu  faşizm  bir 

dəfə əyani şəkildə sübut elədi. Faşizm onu da sübut 

elədi  ki,  tövlədə  azadlıq  olmur.  Odur  ki,  bədən 

toplum  içrə  heç  cür  öz  komfortunu  bula  bilmir. 

İnsan  ağlının  ictimai  çabaları,  onun  sosiaL, 

fəlsəfi  və  ruhsal  düşüncələri  bədən  rahatsızlığının 

şərtidir. 

Bu 

rahatsızlığı 



qismən 

azaltmaq, 

tövlədəki  həyata  dad  gətirmək  üçün  insan  ayin  və 

rituallar fikirləşib tapır və özünü tövlə dünyasına 

“zəncirləyir”.  Təsadüfi  demirlər  ki,  insan  mədəni 

bir  varlıq  kimi  öz  şəxsi  ritual  əməllərinin 

nəticəsidir.  Yəni  bədən  rituallar  şəbəkəsində,  daha 

düzü,  mədəniyyət  sistemində  insan  olur.  Toplum 

dışında  insan  çılpaq  vəhşi  bədəndir.  Ona  görə  də 

ictimai-sosial 

dünyanın 

ilişgilər 

məngənəsinə 

addımlayan  bədənin  makrokosmla,  kainatla  rabitə 

intensivliyi  azalır.  Beləliklə,  bədən  toplumsal 

rahatsızlıqlar  zolağına  düşür.  Yaşam  ərazisində 

sıxlıq  maksimaldır,  bioenerjilər  isə  xaotik  şəkildə 

bir-birini  “döyəcləyir”.  Bədən  inciyir,  qavrayışda 

isə  küy  əmələ  gəlir.  Bu,  artıq  total  əziyyətdir, 

total  diskomfortdur.  Bizim  dünyamızda  məhz  texniki 

komfort  bu  total  duyğular,  yaşantılar  diskomfortunu 

qismən  yumşaltmaq,  itkiyə  əvəz  vermək  məqsədini 

güdür.  Bununla  da,  insan  “körpüləşir”.  Körpü  isə 

fenomendir:  çünki  aralıq  bir  durum  seçib  özünə... 

və  heç  cür  müəyyənləşdirə  bilmir  ki,  hara  getsin, 

hansı  sahilə  çıxsın.  Bir  yandan  bədənin  kosmosdan 

aldığı  siqnallar,  bir  yandan  da  tövlə  sindromları, 

ictimailəşmək,  əbədiləşmək  çağırışı.  Odur  ki,  insan 

təbiət  və  mədəniyyət,  can  və  simulyakr,  gerçəklik 

və  imitasiya  arasında  girinc  qalmış  məxluqdur. 




 

109 


Bunun  sonucunda  insanın  həyatında,  anlaşmalar  və 

davranışlar  zonasında  psixoloji  tarazlıq  pozulur, 

“mən”lə  şüuraltı  və  bilincsizlik  arasında  çözülməz 

konfliktlər  yaşanır,  heçdən  törəmiş  problemlərin, 

dissonansların  sayı  artır:  insan  öz  bədənini 

“eşitmir”, 

onu 

“dinləmir”. 



Nəticədə, 

bədənə 


kosmosdan  ötürülən  informasiyanı  ya  oxuya  bilmir, 

ya  da  onu  alayarımçıq  başa  düşür.  Belə  məqamlarda 

insan  ritual  qoynuna  atılıb  orada  təmizlənmək, 

kosmosla əlaqəni bərpa eləmək, bəşəri harmoniya ilə 

qovuşmaq,  eyniləşmək,  onun  içində  əriyib  itmək 

istəyir. 

Təbiətə 

(bədənə) 

yabançılaşmanın 

ilk 


pilləsi 

totem, 


növbəti 

pillələrisə 

ayin 

və 


ritualdır.  Dünya  mədəniyyəti  tarixində  ruh  haqqında 

birinci  ciddi  söhbət  totemlə  bağlı  başlayır.  Totem 

atanın ruhunun obrazıdır və bu o deməkdir ki, bədən 

olmadan da keçinmək mümkündür. Bundan o yanası isə 

       FƏLSƏFİ-KULTUROLOJİ GƏZİŞMƏLƏRDİR.  

Ruh  gözəgörünməz  adam  kimi  bir  şeydir:  hamı  bilir 

ki,  o  var,  amma  heç  kim  də  onu  görməyib.  Bu, 

insanın 


yaratdığı 

mədəniyyətin, 

fəlsəfənin 

paradoksudur  və  bəlkə  də  fantomudur.  Totem  (maska) 

əcdadın  ruhunun  üzüdür.  Biz  əgər  əcdadın  ruhunun 

yaşadığına  inanırıqsa,  deməli,  inanırıq  ki,  bizim 

ruhumuz  da  əbədidir.  Ruhlar,  fikirlər  və  idayalar 

ölümsüzdür.  Çünki  maddi  deyillər,  təbiətə  aid 

deyillər.  Yalnız  bədənlər  ölür.  Odur  ki,  ruh  bir 

totem (maska) arxasına sığışa bilir. Əslində, totem 

bədənsiz 

başdır. 


İnsan 

ruhu 


bədəndən 

üstün 


tutduğundan  onu  başda  bulur,  başla  əlaqəli  bilir. 

Əbədinin,  ölümsüzün  yeri  beyindir,  beynin  içində 

olan  fikirdir.  Ona  görə  totemə  bədən  lazım  deyil. 

O, ruhu eyhamlaşdırır. 

     Bədəni 

beyin 


“təşkil 

edir”, 


yaşadır, 

tənzimləyir, 

fəaliyyətə 

uyğunlaşdırır. 

Beynin 

imperativlərini  bədən  gerçəkləşdirir;  daha  doğrusu, 



beyin  bədənin  energetik  nüvəsidir  və  bədənin 


Yüklə 3,86 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə