tələbi də nəzərdə tutulmuşdu. Həmin qanunvericilik gəlir barədə
tələbin qadınlara qarşıdolayı ayrı-seçkilik olması iddiası əsasında
mübahisələndirildi, çünki qadınların tələb olunan həddə gəliri əldə
etmək imkanı kişilərlə müqayisədə daha az idi. Dövlət öz
arqumentində bildirdi ki, bü cür fərqli yanaşma dövlət xərclərinə
qənaət etmək üçün büdcədən maliyyələşməməklə əsaslandırılır.
AƏM müəyyən etdi ki, AB hüququ Dövlətə hansı kateqoriyadan olan
şəxslərin sosial təhlükəsizlik müavinətlərindən faydalanmasını
nizamlamağı qadağan etməsə də, Dövlət bunu ayrı-seçkilik
formasında edə bilməz.
Bu iki iş onların faktları üzrə uzlaşdırıla bilər və yəqin ki De Weerd, née
Roks və Başqaları işi ‘qayda’, Megner və Scheffel işi isə istisna kimi hesab
oluna bilər. AB hüququ Üzv Dövlətlərin üzərinə xüsusi sosial təhlükəsizlik
rejimləri müəyyən etmək öhdəliyi qoymur, lakin bu cür rejimlər müəyyən
edildikdə Məhkəmə müəyyən qrupların sadəcə fiskal məsələlərlə əlaqədar
olaraq kənarda saxlanılmasına icazə verməyəcək, çünki bu, bərabər rəftar
prinsipinin ciddi şəkildə zəiflədə və sui-sitifadə hallarına şərait yarada bilər.
Bununla belə, əgər fərqli rəftar bütövlükdə xəstəlik və işsizlik sığortası sx-
eminin çökməsinin qarşısını alan yeganə vasitədirsə, xüsusən də əgər bu
sistemin çökməsi insanları qanunla tənzimlənməyən əməklə məşğul
olmağa məcbur edəcəksə, bu cür fərqli yanaşmaya tolerant qalmaq olar.
4.3. Cinsi oriyentasiya
Tipik olaraq cinsi oriyentasiya ilə bağlı
ayrı-seçkilik barədə işlərdə şəxs ho-
moseksual və ya biseksual olduğundan
əlverişsiz rəftara məruz qalır, lakin bu
əsasla heteroseksual olmağa görə ayrı-
seçkilik də qadağan edilir.
110
Ayrı-seçkilik əleyhinə Avropa hüququ üzrə Məlumat kitabı
Cinsi oriyentasiya ‘hər bir şəxsin
fərqli genderdən və ya eyni
genderdən və ya birdən daha çox
genderdən olan fərdlərə
münasibətdə dərin emosional,
təsiredici və seksual cazibədarlıq
qabiliyyəti və həmin fərdlərlə
intim münasibətləri başa düşülə
bilər’.
185
_____________________________________
185. Geniş şəkildə qəbul olunmuş bu anlayış ‘Beynəlxalq İnsan hüququnun Cinsi Oriyentasiya və Gen-
der Mənsubiyyəti ilə əlaqədar tətbiqi haqqında Yogyakarta Prinsipləri’ndən (‘Yogyakarta Principles on
the Application of International Human Rights law in Relation to Sexual Orientation and Gender Iden-
tity’) götürülmüşdür, mart 2007-ci il, bax: www.yogyakartaprinciples.org/principles_en.htm.
Misal: İsveç Ombudsmanı tərəfindən baxılan Cinsi Oriyentasiya
zəminində Ayrı-seçkiliklə bağlı bir işdə (‘HomO’) heteroseksual bir
qadın lezbiyanların, qeylərin və transseksualların hüquqlarının
müdafiəsi üzrə İsveç milli federasiyasında təhlükəsiz cinsi məlumat
məmuru kimi işə müraciəti rədd edilərkən cinsi oriyentasiyası səbəbi
ilə ayrı-seçkiliyə məruz qalmasından şikayət etmişdi.
186
Həmin təşki-
latdan ona bildirilmişdi ki, onlar mənsubiyyətcə homoseksual və ya
biseksual olan bir kişini işə götürmək istəyirlər ki, o həmkarları ilə daha
yaxşı ünsiyyətdə ola bilsin. Müəyyən olunmuşdu ki, qadın həmin işin
məqsədləri baxımdan homoseksual və ya biseksual kişi ilə müqayisə
olunmağa iddia edə bilməzdi (və buna görə də o, özünə münasibətdə
az əlverişli rəftara məruz qaldığını sübut edə bilməzdi), və ya hər bir
halda ayrı-seçkilik vəzifənin həqiqi tələbi baxımından əsaslı idi.
AİHK-in 14-cü Maddəsi ‘cinsi oriyentasiyanı’ müdafiə olunan əsas kimi
aydın şəkildə sadalamasa da, AİHM bir sıra işlərdə açıq şəkildə müəyyən
edib ki, cinsi oriyentasiya da ‘digər’ əsaslara daxildir.
187
Misal: S.L. Avstriyaya qarşı işində ərizəçi şikayət edirdi ki, milli qa-
nunvericilik tərəflərdən birinin yaşı on səkkizdən aşağı olan kişilər
arasında razılıq əsasında olan cinsi münasibətləri cinayət əməli kimi
müəyyən edir.
188
Bunun əksinə, qadınlara isə on dörd yaşından
etibarən (həm lezbian, həm də heteroseksual) cinsi münasibətdə
olmağa icazə verilir. AİHM müəyyən etdi ki, bu cinsi oriyentasiya
zəminində ayrı-seçkilikdir.
Misal: E.B. Fransaya qarşı işində ərizəçinin övladlığa uşaq
götürməklə bağlı müraciəti o əsasla rədd edilmişdi ki, ərizəçi xanımın
evində kişi rolunu oynayan yoxdur.
189
Milli qanunvericilik subay
valideynlərin övladlığa uşaq götürməsinə icazə verirdi və AİHM
müəyyən etdi ki, dövlətin bu qərarı ona əsaslanırdı ki, həmin qadın
başqa bir qadınla münasibətdə idi və birlikdə yaşayırdı. Buna uyğun
olaraq da AİHM müəyyən etdi ki, ayrı-seçkilik cinsi oriyentasiya
zəminində baş verib.
111
Müdafiə olunan əsaslar
_____________________________________
186. HomO, Decision of 21 June 2006, Dossier No. 262/06.
187. Bax, məsələn, AİHM, Frette Fransaya qarşı (Fretté v. France) (No. 36515/97), 26 fevral 2002, para. 32.
188. AİHM, S.L. Avstriyaya qarşı (S.L. v. Austria) (No. 45330/99), 9 yanvar 2003.
189. AİHM, E.B. Fransaya qarşı (E.B. v. France) [GC] (No. 43546/02), 22 yanvar 2008.
Qeyd olunmalıdır ki, AİHM dövlətin cinsi oriyentasiya zəminində
müdaxiləsinə qarşı həmçinin AİHK-nın 8-ci Maddəsi ilə təmin olunan şəxsi
həyat hüququ əsasında da müdafiə edir. Belə ki, əgər bu zəmində ayrı-
seçkilik baş verərsə, sadəcə 8-ci Maddəyə əsaslanaraq ayrı-seçkiliyin
olduğu barədə arqument gətirməyə ehtiyac olmadan da pozuntunun
olduğuna iddia etmək mümkündür.
Misal: Dudgeon Birləşmiş Krallığa qarşı işi böyüklər arasında razılıq
əsasında olan homoseksual cinsi münasibətləri kriminallaşdıran milli
qanunvericilik haqqında idi.
190
Ərizəçi şikayət etdi ki, o, bir homosek-
sual kimi təqib olunmaq riski altındadır. AİHM müəyyən etdi ki, bu özü-
özlüyündə onun şəxsi həyatına hörmət hüququnun pozulmasıdır,
çünki şəxsi həyata ‘cinsi həyat’ da daxildir. Məhkəmə həmçinin
müəyyən etdi ki, ictimai əxlaqın qorunması legitim məqsədə xidmət
etsə də, bunu şəxsi həyata bu səviyyədə müdaxilə etmədən də
həyata keçirmək olardı.
AİHM xüsusilə də, Dövlətin müdaxilələrinin fərdlərin ləyaqətinin şəxsin
cinsi həyatı və ya ailə həyatı kimi əhəmiyyətli elementlərinə toxunduğu
hallarda fərdləri bu cür müdaxilələrdən daha çox müdafiə etməyə çalışır.
Aşağıdakı iş göstərir ki, şəxsi həyata müdaxilə cinsəlliklə bağlı olduqda
bu cür müdaxiləyə haqq qazandırmaq çətindir.
Misal: Karner Avstriyaya qarşı işi əsas sahib vəfat etdikdə onun
qohumunun və ya ‘həyat yoldaşının’ avtomatik olaraq icarə
müqaviləsinin tərəfi olmasını müəyən edən milli qanunvericiliyin (İcarə
haqqında Qanunun 14-cü bölməsinin) təfsiri haqqında idi.
191
Ərizəçi
öz partnyoru, yəni vəfat etmiş əsas sahib ilə birlikdə yaşayırdı. Milli
məhkəmələr milli qanunvericiliyi elə təfsir etdilər ki, həmin qanun-
vericilik, hətta nigahsız yaşayan hetroseksual cütlükləri əhatə etsə
də, homoseksual cütlüklərə şamil edilmədi. Hökumət cinsi oriyen-
tasiya zəminində fərqli rəftara yol verilmiş olduğunu qəbul etdi, lakin
iddia etdi ki, bu ənənəvi ailələrin öz yaşayış yerlərini itirmələrinə qarşı
qorunması üçün edilib ki, bu da həmin fərqli rəftara haqq qazandırır.
AİHM müəyyən etdi ki, ənənəvi ailənin qorunması legitim məqsəd ola
bilsə də, ‘cinsi və ya cinsi oriyentasiya zəminində fərqli rəftar
112
Ayrı-seçkilik əleyhinə Avropa hüququ üzrə Məlumat kitabı
_____________________________________
190. AİHM, Dudgeon v. UK (No. 7525/76), 22 oktyabr 1981.
191. AİHM, Karner v. Austria (No. 40016/98), 24 iyul 2003, paras. 34-43.
Dostları ilə paylaş: |