müəyyən etdi ki, fiziki olaraq özünə qəsd etmək iqtidarında olan və ol-
mayan şəxslər arasında fərq qoyulmasının rədd edilməsi onunla
əsaslandırılırdı ki, qanundan istisnaların müəyyən olunması
təcrübədə sui-istifadə hallarına imkan verər və yaşamaq hüququnun
müdafiəsinə xələl gətirərdi.
4.5. Yaş
Yaş zəminində müdafiə sadəcə qurbanın yaşı ilə əlaqədar fərqli rəftara
məruz qalması ilə bağlıdır. (Din və ya cinsi oriyentasiyadan fərqli olaraq)
yaşa görə ayrı-seçkiliyin özü-özlüyündə AİHK ilə müəyyən olunan konkret
hansısa bir hüququn tərkibinə aid olmadığına baxmayaraq, yaşa görə ayrı-
seçkilik məsələləri müxtəlif hüquqlar kontekstində meydana çıxa bilər.
AİHM başqa işlərdə olduğu kimi, faktiki hallarda yaşa görə ayrı-seçkilik
olan işlərə, o cümlədən cinayət işi üzrə icraat sistemində uşaqlara
münasibətlə bağlı işlərə baxıb. AİHM müəyyən edib ki, ‘yaş’ ‘digər statusa’
aiddir’.
197
Misal: Schwizgebel İsveçrəyə qarşı işində 47 yaşlı subay ana
övladlığa uşaq götürməklə bağlı müraciətinin rədd edilməsindən
şikayət etmişdi.
198
Milli məhkəmələr öz qərarlarını ərizəçi ilə uşaq
arasındakı yaş fərqinə və ərizəçinin bir övladı olduğundan övladlığa
götürmənin əhəmiyyətli maliyyə çətinliyi yaradacağına görə
əsaslandırmışdılar. AİHM müəyyən etdi ki,ərizəçiyə yaşına görə
övladlığa uşaq götürmək üçün müraciət edən daha gənc qadınlarla
müqayisədə fərqli münasibət göstərilib. Lakin, Dövlətlər arasında
övladlığa uşaq götürməklə bağlı qəbul edilən vahid yaş
məhdudiyyətlərinin olmaması Dövlətə daha geniş qiymətləndirmə
sərbəstliyi verirdi. Bundan əlavə, yaş fərqi ilə bağlı milli hakimiyyət
orqanlarının mülahizəsi qanunsuz tətbiq olunmayıb, əksinə uşağın
maraqlarına uyğun olaraq və ikinci uşağın ərizəçiyə yaşada biləcəyi
maliyyə çətinliyi və öz növbəsində bu maliyyə çətinliyinin də uşağın
rifahına mənfi təsir edəcəyi nəzərə alınmaqla əsaslandırılıb. Uyğun
olaraq da, AİHM müəyyən etdi ki, bu cür fərqli münasibət əsaslı olub.
116
Ayrı-seçkilik əleyhinə Avropa hüququ üzrə Məlumat kitabı
_____________________________________
197. ECtHR, Schwizgebel v. Switzerland (No. 25762/07), 10 June 2010.
198. Elə orada.
Misal: T. Birləşmiş Krallığa qarşı və V. Birləşmiş Krallığa qarşı
işlərində iki oğlan mühakimə olunmuş və 10 yaşlarında olarkən
törətdikləri qətlə görə təqsirli bilinmişdilər.
199
Ərizəçilər digər məsələ-
lərlə yanaşı şikayət etdilər ki, onların yaşı və yetkin olmamaqları
müdafiələrində səmərəli şəkildə iştirak etməklərinə mane olduğundan
onlar ədalətli mühakimə olunmamışdılar. AİHM müəyyən etdi ki,
azyaşlı bir şəxsi mühakimə edərkən Dövlət ‘onun yaşını, yetkinlik
səviyyəsini və intellektual və emosional imkanlarını tam olaraq nəzərə
almalı’ və ‘onun icraatı anlamaq və icraatda iştirak etmək qabiliyyətini
inkişaf etdirmək’ üçün tədbirlər görməlidir. AİHM müəyyən etdi ki,
Dövlət bu işi 14-cü Maddə baxımından araşdırmamaqla, bunu edə
bilməyib və nəticə etibarilə AİHK-in 6-cı Maddəsini pozub.
Misal: D.G. İrlandiyaya qarşı və Bouamar Belçikaya qarşı işlərində
ərizəçilər milli məhkəmələr tərəfindən həbs edilmişdi.
200
AİHM
müəyyən etdi ki, bu şərtlər altında qanunsuz həbs olunmamaq
hüququ pozulmuşdur. Hər iki işdə ərizəçilər həmçinin iddia etmişdilər
ki, onlara qarşı münasibət böyüklərə qarşı münasibətdən fərqli
olmuşdur, çünki milli qanunvericilik böyüklərin bu cür şərtlər altında
həbs olunmasına icazə vermirdi. AİHM müəyyən etdi ki, böyüklərə və
uşaqlara münasibət fərli olsa da, bu münasibət əsaslı idi, çünki
azadlıqdan bu cür məhrumetmənin məqsədi azyaşlıları qorumaq idi
ki, böyüklərlə bağlı belə bir məqsəd yox idi.
4.6. İrq, etnik mənsubiyyət, rəng və milli azlığa
mənsubiyyət
Əsas kimi ‘İrqi və etnik mənşə’nin genişliyi Aİ və AİHM-nin yanaşmaları
baxımından fərqlənir. Fərq ondadır ki, İrqi Bərabərlik haqqında Direktiv
‘milliyyət’i irq və ya etnik mənsubiyyət konsepsiyasından açıq şəkildə is-
tisna edir. AİHK ‘milliyyət’ və ‘milli mənşə’ anlayışlarına ayrıca bir əsas kimi
yanaşsa da, aşağıda müzakirə olunan presedent hüququ göstərir ki,
117
Müdafiə olunan əsaslar
_____________________________________
199. AİHM, T Birləşmiş Krallığa qarşı (T. v. UK) [GC] (No. 24724/94), 16 dekabr 1999; V. v. UK [GC] (No.
24888/94), 16 dekabr 1999.
200. AİHM, D.G. İrlandiyaya qarşı (D.G. v. Ireland) (No. 39474/98), 16 may 2002; AİHM, Bouamar
Belçikaya qarşı (Bouamar v. Belgium) (No. 9106/80), 29 fevral 1988.
milliyyət etnik mənsubiyyətin konstitutiv elementi kimi başa düşülə bilər.
Bu ona görə deyil ki, Aİ hüququnda milliyyət zəminində ayrı-seçkiliyə icazə
verilir, bu ona görədir ki Aİ hüququ elə inkişaf etmişdir ki, milli zəmində ayrı-
seçkilik şəxslərin hərəkət azadlığı hüququ kontekstində nizamlanır.
Milliyyəti açıq şəkildə istisna etməkdən əlavə, İrqi Bərabərlik haqqında Di-
rektiv özü-özlüyündə ‘irqi və ya etnik mənşə’ anlayışını da vermir. İrqi və
etnik mənşənin necə başa düşülməli olması haqqında bir sıra başqa
sənədlər də mövcuddur. Nə ‘rəng’, nə də milli azlığa məxsusluq İrqi
Bərabərlik haqqında Direktivdə sadalanmasa da, AİHK-da ayrıca əsaslar
kimi sadalanırlar. Bu terminlər irq və/və ya etnik mənsubiyyət
anlayışlarından ayrılmazdır və buna görə də burada da nəzərə alınacaqdır.
Aİ Şurasının irqçilik və ksenofobiyaya qarşı cinayət hüququ əsasında
mübarizə haqqında Çərçivə direktivinin irqçilik və ksenofobiyaya verdiyi
anlayış ‘irqinə, rənginə, dininə, törəmə və ya milli və ya etnik mənşəyinə’
görə hansısa qruplara qarşı yönəlmiş zorakılıq və ya nifrəti ehtiva edir.
Avropa Şurasının İrqçilik və Dözümsüzlüyə qarşı Komissiyası (ECRİ) da
‘irqi ayrı-seçkiliyə’ geniş anlayış vermişdir ki, bu anlayış da özündə ‘irq,
rəng, dil, din, milliyyət və ya milli və ya etnik mənşə’ kimi əsasları ehtiva
edir.
201
Oxşar şəkildə, İrqi Ayrı-seçkiliyin Ləğv olunması haqqında (AB-nin
və Avropa Şurasının bütün Üzv Dövlətlərinin qoşulmuş olduğu) 1966-cı il
BMT Konvensiyasının 1-ci Maddəsi ilə də irqi ayrı-seçkiliyə verilən anlayış
‘irq, rəng, törəmə və ya milli və ya etnik mənşə’ kimi əsasları özündə ehtiva
edir.
202
Konvensiyanın təfsiri və ona əməl olunmasının monitorinqinə məsul
olan İrqi Ayrı-seçkiliyin Ləğv olunması haqqında Komitə (CERD) də
bildirmişdir ki, əksi sübut olunmayınca, bir fərdin hansısa bir irqi və ya etnik
qrupa məxsus olub-olmadığının müəyyənləşdirilməsi ‘sözügedən şəxsin
öz mənsubiyyətini necə müəyyən etməsinə əsasən həyata keçirilməlidir’.
203
Bu Dövlətin tanımadığı hər hansı etnik qrupları da müdafiədən kənarda
saxlamasının qarşısını alır.
Aİ hüququnun dil, rəng və ya mənşə kimi əsasları açıq şəkildə
118
Ayrı-seçkilik əleyhinə Avropa hüququ üzrə Məlumat kitabı
_____________________________________
201. ECRI, İrqçilik və İrqi Ayrı-seçkiliyə qarşı Mübarizə üçün Milli Qanunvericilik haqqında 7 Saylı
Ümumi Tövsiyyə (General Policy Recommendation No. 7 on National Legislation to Combat Racism and
Racial Discrimination), CRI(2003)8, 13 dekabr 2002-ci ildə qəbul olunmuşdur, bəndlər. 1(b) and (c).
202. 660 UNTS 195.
203. CERD, ‘ Konvensiyanın 1-ci Maddəsinin, 1 və 4-cü bəndlərinin tətbiqi ilə bağlı VIII Ümumi Tövsiyyə’
(‘General Recommendation VIII concerning the interpretation and application of Article 1, paragraphs 1
and 4 of the Convention’).
Dostları ilə paylaş: |