Ayrı-seçkilik әleyhinә Avropa hüququ üzrә mәlumat kitabı



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə38/62
tarix29.09.2017
ölçüsü2,8 Kb.
#2335
1   ...   34   35   36   37   38   39   40   41   ...   62

müəyyən etdi ki, fiziki olaraq özünə qəsd etmək iqtidarında olan və ol-
mayan  şəxslər  arasında  fərq  qoyulmasının  rədd  edilməsi  onunla
əsaslandırılırdı  ki,  qanundan  istisnaların  müəyyən  olunması
təcrübədə sui-istifadə hallarına imkan verər və yaşamaq hüququnun
müdafiəsinə xələl gətirərdi.
4.5. Yaş
Yaş zəminində müdafiə sadəcə qurbanın yaşı ilə əlaqədar fərqli rəftara
məruz qalması ilə bağlıdır. (Din və ya cinsi oriyentasiyadan fərqli olaraq)
yaşa görə ayrı-seçkiliyin özü-özlüyündə AİHK ilə müəyyən olunan konkret
hansısa bir hüququn tərkibinə aid olmadığına baxmayaraq, yaşa görə ayrı-
seçkilik  məsələləri  müxtəlif  hüquqlar  kontekstində  meydana  çıxa  bilər.
AİHM başqa işlərdə olduğu kimi, faktiki hallarda yaşa görə ayrı-seçkilik
olan  işlərə,  o  cümlədən  cinayət  işi  üzrə  icraat  sistemində  uşaqlara
münasibətlə bağlı işlərə baxıb. AİHM müəyyən edib ki, ‘yaş’ ‘digər statusa’
aiddir’.
197
Misal:  Schwizgebel  İsveçrəyə  qarşı işində  47  yaşlı  subay  ana
övladlığa  uşaq  götürməklə  bağlı  müraciətinin  rədd  edilməsindən
şikayət etmişdi.
198
Milli məhkəmələr öz qərarlarını ərizəçi ilə uşaq
arasındakı yaş fərqinə və ərizəçinin bir övladı olduğundan övladlığa
götürmənin  əhəmiyyətli  maliyyə  çətinliyi  yaradacağına  görə
əsaslandırmışdılar.  AİHM  müəyyən  etdi  ki,ərizəçiyə  yaşına  görə
övladlığa uşaq götürmək üçün müraciət edən daha gənc qadınlarla
müqayisədə  fərqli  münasibət  göstərilib.  Lakin,  Dövlətlər  arasında
övladlığa  uşaq  götürməklə  bağlı  qəbul  edilən  vahid  yaş
məhdudiyyətlərinin  olmaması  Dövlətə  daha  geniş  qiymətləndirmə
sərbəstliyi verirdi. Bundan əlavə, yaş fərqi ilə bağlı milli hakimiyyət
orqanlarının mülahizəsi qanunsuz tətbiq olunmayıb, əksinə uşağın
maraqlarına uyğun olaraq və ikinci uşağın ərizəçiyə yaşada biləcəyi
maliyyə çətinliyi və öz növbəsində bu maliyyə çətinliyinin də uşağın
rifahına mənfi təsir edəcəyi nəzərə alınmaqla əsaslandırılıb. Uyğun
olaraq da, AİHM müəyyən etdi ki, bu cür fərqli münasibət əsaslı olub.
116
Ayrı-seçkilik əleyhinə Avropa hüququ üzrə Məlumat kitabı
_____________________________________
197. ECtHR, Schwizgebel v. Switzerland (No. 25762/07), 10 June 2010.
198. Elə orada.


Misal:  T.  Birləşmiş  Krallığa  qarşı  və  V.  Birləşmiş  Krallığa  qarşı
işlərində  iki  oğlan  mühakimə  olunmuş  və  10  yaşlarında  olarkən
törətdikləri qətlə görə təqsirli bilinmişdilər.
199
Ərizəçilər digər məsələ-
lərlə  yanaşı  şikayət  etdilər  ki,  onların  yaşı  və  yetkin  olmamaqları
müdafiələrində səmərəli şəkildə iştirak etməklərinə mane olduğundan
onlar  ədalətli  mühakimə  olunmamışdılar.  AİHM  müəyyən  etdi  ki,
azyaşlı bir şəxsi mühakimə edərkən Dövlət ‘onun yaşını, yetkinlik
səviyyəsini və intellektual və emosional imkanlarını tam olaraq nəzərə
almalı’ və ‘onun icraatı anlamaq və icraatda iştirak etmək qabiliyyətini
inkişaf  etdirmək’  üçün  tədbirlər  görməlidir. AİHM  müəyyən  etdi  ki,
Dövlət bu işi 14-cü Maddə baxımından araşdırmamaqla, bunu edə
bilməyib və nəticə etibarilə AİHK-in 6-cı Maddəsini pozub.
Misal: D.G. İrlandiyaya qarşı və Bouamar Belçikaya qarşı işlərində
ərizəçilər  milli  məhkəmələr  tərəfindən  həbs  edilmişdi.
200
AİHM
müəyyən  etdi  ki,  bu  şərtlər  altında  qanunsuz  həbs  olunmamaq
hüququ pozulmuşdur. Hər iki işdə ərizəçilər həmçinin iddia etmişdilər
ki,  onlara  qarşı  münasibət  böyüklərə  qarşı  münasibətdən  fərqli
olmuşdur, çünki milli qanunvericilik böyüklərin bu cür şərtlər altında
həbs olunmasına icazə vermirdi. AİHM müəyyən etdi ki, böyüklərə və
uşaqlara  münasibət  fərli  olsa  da,  bu  münasibət  əsaslı  idi,  çünki
azadlıqdan bu cür məhrumetmənin məqsədi azyaşlıları qorumaq idi
ki, böyüklərlə bağlı belə bir məqsəd yox idi.
4.6. İrq, etnik mənsubiyyət, rəng və milli azlığa
mənsubiyyət
Əsas kimi ‘İrqi və etnik mənşə’nin genişliyi Aİ və AİHM-nin yanaşmaları
baxımından fərqlənir. Fərq ondadır ki, İrqi Bərabərlik haqqında Direktiv
‘milliyyət’i irq və ya etnik mənsubiyyət konsepsiyasından açıq şəkildə is-
tisna edir. AİHK ‘milliyyət’ və ‘milli mənşə’ anlayışlarına ayrıca bir əsas kimi
yanaşsa  da,  aşağıda  müzakirə  olunan  presedent  hüququ  göstərir  ki,
117
Müdafiə olunan əsaslar
_____________________________________
199. AİHM, T Birləşmiş Krallığa qarşı (T. v. UK) [GC] (No. 24724/94), 16 dekabr 1999; V. v. UK [GC] (No.
24888/94), 16 dekabr 1999.
200. AİHM, D.G. İrlandiyaya qarşı (D.G. v. Ireland) (No. 39474/98), 16 may 2002; AİHM, Bouamar
Belçikaya qarşı (Bouamar v. Belgium) (No. 9106/80), 29 fevral 1988.


milliyyət etnik mənsubiyyətin konstitutiv elementi kimi başa düşülə bilər.
Bu ona görə deyil ki, Aİ hüququnda milliyyət zəminində ayrı-seçkiliyə icazə
verilir, bu ona görədir ki Aİ hüququ elə inkişaf etmişdir ki, milli zəmində ayrı-
seçkilik  şəxslərin  hərəkət  azadlığı  hüququ  kontekstində  nizamlanır.
Milliyyəti açıq şəkildə istisna etməkdən əlavə, İrqi Bərabərlik haqqında Di-
rektiv özü-özlüyündə ‘irqi və ya etnik mənşə’ anlayışını da vermir. İrqi və
etnik  mənşənin  necə  başa  düşülməli  olması  haqqında  bir  sıra  başqa
sənədlər  də  mövcuddur.  Nə  ‘rəng’,  nə  də  milli  azlığa  məxsusluq  İrqi
Bərabərlik haqqında Direktivdə sadalanmasa da, AİHK-da ayrıca əsaslar
kimi  sadalanırlar.  Bu  terminlər  irq  və/və  ya  etnik  mənsubiyyət
anlayışlarından ayrılmazdır və buna görə də burada da nəzərə alınacaqdır.
Aİ  Şurasının  irqçilik  və  ksenofobiyaya  qarşı  cinayət  hüququ  əsasında
mübarizə haqqında Çərçivə direktivinin irqçilik və ksenofobiyaya verdiyi
anlayış ‘irqinə, rənginə, dininə, törəmə və ya milli və ya etnik mənşəyinə’
görə hansısa qruplara qarşı yönəlmiş zorakılıq və ya nifrəti ehtiva edir.
Avropa Şurasının İrqçilik və Dözümsüzlüyə qarşı Komissiyası (ECRİ) da
‘irqi ayrı-seçkiliyə’ geniş anlayış vermişdir ki, bu anlayış da özündə ‘irq,
rəng, dil, din, milliyyət və ya milli və ya etnik mənşə’ kimi əsasları ehtiva
edir.
201
Oxşar şəkildə, İrqi Ayrı-seçkiliyin Ləğv olunması haqqında (AB-nin
və Avropa Şurasının bütün Üzv Dövlətlərinin qoşulmuş olduğu) 1966-cı il
BMT Konvensiyasının 1-ci Maddəsi ilə də irqi ayrı-seçkiliyə verilən anlayış
‘irq, rəng, törəmə və ya milli və ya etnik mənşə’ kimi əsasları özündə ehtiva
edir.
202
Konvensiyanın təfsiri və ona əməl olunmasının monitorinqinə məsul
olan  İrqi  Ayrı-seçkiliyin  Ləğv  olunması  haqqında  Komitə  (CERD)  də
bildirmişdir ki, əksi sübut olunmayınca, bir fərdin hansısa bir irqi və ya etnik
qrupa məxsus olub-olmadığının müəyyənləşdirilməsi ‘sözügedən şəxsin
öz mənsubiyyətini necə müəyyən etməsinə əsasən həyata keçirilməlidir’.
203
Bu Dövlətin tanımadığı hər hansı etnik qrupları da müdafiədən kənarda
saxlamasının qarşısını alır.
Aİ  hüququnun  dil,  rəng  və  ya  mənşə  kimi  əsasları  açıq  şəkildə
118
Ayrı-seçkilik əleyhinə Avropa hüququ üzrə Məlumat kitabı
_____________________________________
201. ECRI, İrqçilik və İrqi Ayrı-seçkiliyə qarşı Mübarizə üçün Milli Qanunvericilik haqqında 7 Saylı
Ümumi Tövsiyyə (General Policy Recommendation No. 7 on National Legislation to Combat Racism and
Racial Discrimination), CRI(2003)8, 13 dekabr 2002-ci ildə qəbul olunmuşdur, bəndlər. 1(b) and (c).
202. 660 UNTS 195.
203. CERD, ‘ Konvensiyanın 1-ci Maddəsinin, 1 və 4-cü bəndlərinin tətbiqi ilə bağlı VIII Ümumi Tövsiyyə’
(‘General Recommendation VIII concerning  the interpretation and application of Article 1, paragraphs 1
and 4 of the Convention’).


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə