Ayrı-seçkilik әleyhinә Avropa hüququ üzrә mәlumat kitabı



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə46/62
tarix29.09.2017
ölçüsü2,8 Kb.
#2335
1   ...   42   43   44   45   46   47   48   49   ...   62

Nümunə: Brunhofer (Brunnhofer) işində qadın iddiaçı eyni vəzifədə
olan kişi həmkarından daha az maaş aldığı üçün cinsi ayrıseçkiliyə
məruz  qaldığını  iddia  edirdi.
252
Avropa  Ədalət  Məhkəməsi  qeyd
etmişdi ki, məhz ərizəçi, birincisi, onun kişi həmkarından daha az
maaş aldığını və, ikincisi, ərizəçinin eyni həcmdə işi yerinə yetirdiyini
sübut etməlidir. Fərqləndirici davranışın yalnız cinsi faktorla əlaqədar
olduğunu ehtimal kimi irəli sürmək üçün bu yetərli sayıla bilər.   
İki məsələni diqqətdə saxlamaq vacibdir. Birincisi, yerli orqanlar qarşısında
hansı sübutların qəbul edilən olmasını milli qanunvericilik müəyyən edir və
bu AİHM və ya AƏM tərəfindən istifadə edilən qaydalardan daha da sərt ola
bilər. İkincisi, sübutetmə yükünün ləğv edilməsi qaydası adətən Dövlətin
ayrı-seçkiliyi törədən tərəfin irqi zəmində qərəz olduqda “nifrət cinayəti”
kimi adlanan cinayətə görə mühakimə etdiyi cinayət işlərinə şamil edilmir.
Bunun  səbəbi  bir  tərəfdən  cinayət  məsuliyyətinin  yaranması  üçün
sübutetmənin daha yüksək standartının lazım olması və digər tərəfdən
ayrı-seçkiliyi törədən tərəfdən onların rasist motivinin olmadığını sübut
etməyi,  ki  bu  tamamilə  subyektiv  olacaq,  tələb  etməyin  çətinliyi  ilə
əlaqədardır.
253
Güman edilən ayrı-seçkiliyi törədən tərəf ehtimalı iki yolla rədd edə bilər.
Onlar 2.2.2-ci Fəsildə müzakirə edildiyi kimi iddiaçının əslində “müqayisə
edilən şəxslə” eyni və ya müqayisə edilə bilən vəziyyətdə olmadığını və ya
fərqli davranış müdafiə olunan əsasa deyil, 2.6-cı Fəsildə müzakirə edilən
digər obyektiv fərqlərə söykəndiyini sübut edə bilər. Ayrı-seçkiliyi törədən
tərəf  ehtimalı  rədd  edə  bilməsə,  onlar  müdafiəni  fərqləndirici  davranış
üzərində qurmalı və görülən tədbirin obyektiv olaraq əsaslı və mütənasib
olduğunu nümayiş etdirməlidir.   
Nümunə: yuxarıda qeyd edilən Brunhofer işində, AƏM ayrıseçkiliyin
olmasına dair fərziyyənin işəgötürən tərəfindən necə rədd edilməsinə
dair  istiqamət  təklif  etmişdi.  Birincisi,  bunu  kişi  və  qadın  işçilərin
142
Ayrı-seçkilik əleyhinə Avropa hüququ üzrə Məlumat kitabı
_____________________________________
252. AƏM, Susanna Brunnhofer v. Bank der österreichischen Postsparkasse  AG, İş C-381/99 [2001]
ECR I-4961, 26 iyun 2001, 51-62-ci bəndlər.
253. AİHM-nin irqi zorakılıq kontekstində sübutetmə yükünün ləğv edilməsi məsələsinə dair yanaşması,
bax: AİHM, Nachova and Others v. Bulgaria [GC] (43577/98 və 43579/98 saylı ərizələr), 6 iyul 2005,
144-159-cu bəndlər. Avropa İttifaqınin ayrıseçkiliyin qadağan edilməsi hüququ cinayət hüququ
kontekstində sübutetmə yükünün ləğv edilməsinin tətbiqini tələb etmir.


bərabər həcmdə olmayan iş yerinə yetirdikləri üçün müqayisə edilə 
bilən vəziyyətdə olmadıqlarını nümayiş etdirməklə etmək olar. Bu
onların işində təbiətinə görə kifayət qədər fərqli öhdəliklərin olduğu
hallarda baş verə bilər. İkincisi bunu maaşdakı fərqin cinsə görə deyil,
obyektiv  faktorlara  görə  olmasını  nümayiş  etdirməklə  etmək  olar.
Buna kişi işçinin gəlirinin uzaq məsafədən gəlib iş həftəsi ərzində
mehmanxanada qalmasına görə aldığı yol xərci hesabına artması
kimi hallarda rast gəlmək olar.         
Nümunə: yuxarıda qeyd edilən Ferin işində AƏM ayrı-seçkiliyi törədən
tərəfindən edilən elan və bəyanatların birbaşa ayrı-seçkilik ehtimalına
yol açdığını müəyyən etmişdi. Lakin, AƏM eyni zamanda bildirmişdi
ki, ayrı-seçkiliyi törədən şəxs, işə götərmə praktikasında ağ dərili ol-
mayan şəxslərə fərqli münasibət bəslənmədiyini, məsələn, ağ dərili
olmayan  işçilərin  daim  işə  alındığını    göstərməklə  sübuta  yetirə
bilsəydi, bu ehtimalı təkzib edə bilərdi.  
5.2.1. Sübuta ehtiyacı olmayan faktorlar 
Adətən ayrı-seçkilik nümunələrini əks etdirən faktların müəyyən cəhətləri,
misal üçün, qərəz və ya ayrı-seçkilik etmək niyyətinin olması, əslində ayrı-
seçkiliyə dair hüquqi testə cavab verməyi müəyyən etmək üçün vacib deyil.
Ayrı-seçkiliyə dair işdə sübut edilməli olan haqq qazandırılmayan, qadağan
edilən əsasa görə yalnız fərqləndirici davranışın olmasıdır. Bu o deməkdir
ki, iddianı sübut etmək üçün ayrıseçkiliyə dair bir neçə yardımçı faktların
təsdiqlənməsinə ehtiyac yoxdur.    
Birincisi,  qanunu  pozan  tərəfin  qərəz  ilə  motivasiya  olunmasını  sübut
etməyə ehtiyac yoxdur. Beləliklə, irqi və ya cinsi ayrı-seçkiliyi sübut etmək
üçün  ayrı-seçkiliyi  törədən  tərəfin  “rasist”  və  ya  “seksist”  baxışlarının
olmasını  sübut  etməyə  zərurət  yoxdur.  Ümumiyyətlə,  qanun  fərdlərin
yanaşmasını  tənzimləyə  bilməz,  çünki  onlar  tamamilə  daxilidir.  Bunun
əvəzinə  qanun  sadəcə  belə  yanaşmaların  sövq  etdiyi  hərəkətləri
tənzimləyə bilər. 
Nümunə: Ferin işində şirkətin sahibi (özü deyil) müştərilərin həmin işi
ağ dərili belçikalılar tərəfindən görülməsini istədiyi üçün bu qaydanı
tətbiq etdiyini bildirmişdir. AƏM ayrıseçkiliyin baş verib-verməməsinə 
143
Ayrıseçkiliyə yol verilməməsi hüququnda sübutlar problemi


dair qərar qəbul edərkən bu halı vacib məqam kimi qəbul etməmişdir.
Cinayət  hüququnun  sübut  həddi  daha  yüksək  olduğundan,  “nifrət
cinayətinin” törədilməsini sübut etmək cəhdi yoxdursa, adətən mo-
tivin ayrı-seçkilik xarakterli olmasını sübut etmək əhəmiyyətli deyil.  
İkincisi,  sözügedən  qaydanın  və  ya  təcrübənin  fərqləndirici  davranışla
nəticələnmək  məqsədi  ilə  olmasını  nümayiş  etdirməyə  ehtiyac  yoxdur.
Başqa sözlə desək, dövlət orqanı və ya bir insan konkret qrupu əlverişsiz
şəraitə  qoyması  ilə  nəticələnən  yaxşı  niyyətli  və  ya  vicdanlı  təcrübə
göstərsə belə, bu ayrıseçkiliyə bərabər tutulacaq.  
Nümunə: yuxarıda qeyd edilən D.H. və digərləri Çex Respublikasına
qarşı işdə  hökumət  “xüsusi”  məktəblər  sisteminin  roma  (qaraçı)
uşaqlarına  dil  çətinliklərini  aradan  qaldırmaq  və  məktəbə  qədər
təhsilin olmamasının təsirini azaltmağa yardım etmək məqsədi ilə
yaradıldığını iddia edirdi.
254
Lakin, AİHM sözügedən qaydanın qaraçı
uşaqlarını hədəfə almasının aidiyyatsız olduğunu müəyyən etmişdir.
Ayrı-seçkiliyi sübut etmək üçün ayrıseçkiliyə dair hər hansı niyyətin
olmasını deyil, onların əhalinin çoxluğu ilə müqayisədə qeyri-mütə-
nasib və mənfi təsirə məruz qaldığını nümayiş etdirmək lazım idi.
255
Üçüncüsü, irqi ayrı-seçkilik işinə baxarkən, AƏM əslində müəyyən edilə
bilən qurbanın olmasını sübut etməyin gərəkli olmadığını müəyyən etmişdir
və ehtimala görə bunu, oxşar hallarda ayrı-seçkiliyin digər əsaslarına da
bərabər  şəkildə  tətbiq  etmək  olar.  Baxmayaraq  ki,  Avropa  İttifaqı
hüququnda müəyyən edilə bilən qurbanın olmasına dair tələb bəlkədə yox-
dur, AİHM-da bu belə deyil və oxşar bir iddia AİHK-in 34-cü maddəsi ilə
qəbuledilənlilik meyarına cavab verməyəcək.      
Nümunə:  Ferin işində  iş  üçün  müraciət  edib  rədd  cavabı  aldığını
göstərən və elan əsasında işə müraciət etmək niyyətindən daşındığını
qeyd edən hər hansı şəxsi tapmaq mümkün olmamışdı. Başqa sözlə
desək, “müəyyən edilə bilən” qurban yox idi və iş Belçikanın bərabər-
lik orqanı tərəfindən qaldırılmışdı. AƏM ayrı-seçkiliyə məruz qalmış 
144
Ayrı-seçkilik əleyhinə Avropa hüququ üzrə Məlumat kitabı
_____________________________________
254. AİHM, D.H. və Başqaları Çex Respublikasına qarşı (D.H. and Others v. the Czech Republic) [GC]
(57325/00 saylı ərizə), 13 noyabr 2007, 79-cu bənd.
255. Yenə orada, 175 və 184-cü bəndlər.


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə