Ayrı-seçkilik әleyhinә Avropa hüququ üzrә mәlumat kitabı



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə42/62
tarix29.09.2017
ölçüsü2,8 Kb.
#2335
1   ...   38   39   40   41   42   43   44   45   ...   62

‘Adi mənada ‘əqidə’ sözü özü-özlüyündə götürüldükdə
Konvensiyanın ifadə azadlığına təminat verən 10-cu Maddəsində
istifadə olunan ‘fikir’ və ‘ideya’ sözlərinin sinonimi deyil; bu söz daha
çox 9-Cu Maddədə istifadə olunan və müəyyən səviyyədə
inandırıcılıq, ciddilik, birlik və vaciblik qazanmış baxışları ifadə edən
“əqidə” (Fransızca mətndə: “convictions” ) sözünə yaxındır.
227
AİHM  bu  yaxınlarda  Dövlətlərin  dünyəviliyi  qoruyub  saxlamaq  və  dinin
onların  cəmiyyətlərinə  potensial  parçalayıcı  təsirini  azaltmaq  istəyi
kontekstində  din  azadlığı  ilə  bağlı  işlərlə  üzləşmişdir.  Bu  cür  işlərdə
məhkəmə Dövlətin qeyd etdiyi, iğtişaşın qarşısını almaq və digər şəxslərin
hüquq və azadlıqlarının müdafiəsi məqsədinə xüsusi önəm vermişdir.
Misal: Köse və Başqaları Türkiyəyə qarşı işi məktəbdə qızların hicab
geyinməsini  qadağan  edən  geyim  kodeksi  haqqında  idi  və  bu
qadağanın  dini  ayrı-seçkilik  olduğu  iddia  olunurdu,  çünki  hicab
geyinilməsi İslam dininin tələbi idi.
228
AİHM qəbul etdi ki, geyimlə bağlı
qaydalar hansısa bir dinə mənsub olmaq məsələləri ilə əlaqədar dey-
ildi və məktəblərdə neytrallığın və dünyəviliyin qorunub saxlanması
üçün müəyyən olunmuşdu ki, bu da öz növbəsində iğtişaşın qarşısını
alacaq  və  başqalarının  öz  dini  inanclarına  müdaxilə  edilməməsi
hüququnu  qoruyacaqdır.  Buna  görə  də  həmin  iddia  açıq-aşkar
əsassız  və  qəbuledilməyən  hesab  olundu.  Oxşar  yanaşma
müəllimlərin geyim kodeksi haqqında bir işdə də tətbiq olundu.
229
4.9. Dil
Qeyd  edilməlidir  ki,  həm  Avropa  Şurasının  Milli  Azlıqların  Müdafiəsi
haqqında 1995-ci il tarixli (39 üzv Dövlət tərəfindən ratifikasiya olunmuş)
Çərçivə Konvensiyası
230
və həm də Regional və Azlıqların Dilləri haqqında
1992-ci il tarixli (24 Üzv Dövlət tərəfindən ratifikasiya olunmuş) Avropa
Xartiyası
231
Dövlətlərin üzərinə azlıqlaqın dillərinin istifadəsi ilə bağlı spe-
sifik öhdəliklər qoyur. Lakin, bu mexanizmlərdən heç biri ‘dil’ anlayışının
128
Ayrı-seçkilik əleyhinə Avropa hüququ üzrə Məlumat kitabı
_____________________________________
227. AİHM, Kampbell və Kosans Birləşmiş Krallığa qarşı (Campbell and Cosans v. UK) (Nos. 7511/76
and 7743/76), 25 fevral 1982, para 36.
228. AİHM, Köse və Başqaları Türkiyəyə qarşı (Köse  and Others v. Turkey) (dec.) (No. 26625/02), 24
yanvar 2006.
229. AİHM, Dahlab İsveçrəyə qarşı (Dahlab v. Switzerland) (dec.) (No. 42393/98), 15 fevral 2001.
230. CETS No. 157.
231 CETS No. 148.


mənasını  müəyyən  etmir.  AİHK-inn  6(3)-cü  Maddəsi  cinayət  prosesi
kontekstində hər kəsin ona qarşı ittihamların onun öz anladığı dildə ona
çatdırılması  hüququ,  həmçinin  şəxs  məhkəmədə  istifadə  olunan  dili
anlamadıqda və ya həmin dildə danışmadıqda onun üçün tərcüməçinin
təmin olunması hüququ kimi müəyyən təminatlar müəyyən edir.
AİHK-da müəyyən olunsa da, ayrı-seçkilik haqqında direktivlərdə dil özü-
özlüyündə müdafiə olunan ayrıca bir əsas kimi göstərilmir. Buna baxma-
yaraq, dil irq və ya etnik mənsubiyyətlə əlaqələndirilməklə İrqi Bərabərlik
haqqında  Direktiv  əsasında  müdafiə  oluna  və  AİHM  tərəfindən  də  bu
əsasla  nəzərə  alına  bilər.  Buna  şəxslərin  hərəkət  azadlığı  hüququ
kontekstində  vətəndaşlıq  əsası  vasitəsilə  AƏM  tərəfindən  də  müdafiə
təminatı verilmişdir.
232
Dillə bağlı prinsipial işə AİHM tərəfindən təhsil kontekstində baxılmışdır.
Misal: Belgium Linguistic işində bir qrup valideynlər şikayət etmişdi
ki, təhsillə bağlı milli qanunvericilik dil baxımından ayrı-seçkilik xarak-
terlidir.
233
Belçikanın fransız dilli və holland dilli icmalarının fikrincə
milli qanunvericiliklə müəyyən olunurdu ki, Dövlət tərəfindən və ya
Dövlətin dəstəyi ilə təmin olunan təhsil regionun fransız və ya holland
dilli olmasından asılı olaraq ya fransız ya da holland dilində olmalıdır.
holland  dilli  regionda  yaşayan  fransız  dilli  uşaqların  valideynləri
şikayət etdilər ki, bu qayda onların uşaqlarının fransız dilində təhsil
almasına mane olur və ya bunu əhəmiyyətli dərəcədə çətinləşdirir.
AİHM müəyyən etdi ki, burada fərqli münasibət olsa da bu münasibət
əsaslandırılmışdır.  Həmin  qərarın  verilməsi  zamanı  regionların
əsasən təkdilli olması nəzərə alınmışdı. Buna görə də bu cür fərqli
münasibət əsaslı idi, çünki hər iki dildə dərs keçmək mümkün deyildi.
Bundan əlavə, fransız və ya holland dilli regionlarda ailələrin özəl
təhsildən istifadə etməsi də qadağan edilməmişdi.
Təcrübədə dil əsasında müdafiənin necə işlədiyini daha ətraflı izah etmək
üçün, (Aİ-nin bütün Üzv Dövlətlərinin də qoşulmuş olduğu) Mülki və Siyasi
Hüquqlar haqqında Paktın təfsiri və Paktın tələblərinə əməl olunması üzrə
129
Müdafiə olunan əsaslar
_____________________________________
232. AƏM, Groener v. Minister for Education and the Dublin Vocational Educational Committee Case C-
379/87 [1989] ECR 3967, 28 noyabr 1989.
233. AİHM, İş ‘Belçikada təhsildə dillərin istifadəsi haqqında qanunvericiliyin müəyyən aspektləri barədə’
Belçikaya qarşı (Nos. 1474/62 and others), 23 iyul 1968.


monitorinqlə məşğul olan, BMT İnsan Hüquqları Komitəsi (İHK) tərəfindən
baxılmış iki işə də diqqət yetirmək olar.
Misal: Diergaardt Namibiyaya qarşı işində ərizəçilər azlıqda olan və
əvvəllər  siyasi  muxtariyyətə  malik  olmuş  və  hazırda  Namibiya
Dövlətinin tərkibində olan Avropa əsilli bir qrupa mənsub idilər.
234
Bu
icmanın  danışdığı  dil  Afrikaans  idi.  Ərizəçilər  şikayət  etdilər  ki,
məhkəmə  iclasları  zamanı  onlar  öz  ana  dillərindən  deyil,  İngilis
dilindən istifadə etməyə məcbur edilirlər. Onlar həmçinin, Dövlətin
Afrikaans dilində cavab vermək iqtidarında olmasına baxmayaraq,
ərizəçilər tərəfindən edilmiş hər hansı yazılı və ya şifahi müraciətlərə
Afrikaans  dilində  cavab  verməkdən  imtina  etməsindən  də  şikayət
etdilər. İHK müəyyən etdi ki, burada ədalətli məhkəmə araşdırması
hüququnun  pozuntusu  olmamışdır,  çünki  ərizəçilər  məhkəmə
icraatları  zamanı  ingilis  dilindən  istifadə  olunmasının  onlara  necə
mənfi təsir etdiyini göstərə bilməmişdir. Bu o deməkdir ki, məhkəmə
prosesi  zamanı  tərcüməçinin  təmin  olunması  hüququ  prosesdə
istifadə olunan dilin sadəcə iddia olunan qurbanın ana dili olmadığı
vəziyyətlərə aid deyil. Bu hüquq o halda önəmlidir ki, qurban həmin
dildə  qənaətbəxş  dərəcədə  anlaya  və  ya  danışa  bilməsin.  İHK
həmçinin  müəyyən  etdi  ki,  Dövlətin  rəsmi  dildən  (ingilis  dilindən)
başqa dildə cavab verməkdən imtina etməklə bağlı rəsmi siyasəti
qanun qarşısında bərabərlik hüququnun dil zəminində pozuntusudur.
Dövlət  özünün  rəsmi  dilini  seçə  bilməklə  yanaşı,  rəsmilərin
bacardıqları  hallarda  başqa  dillərdə  də  cavab  verməsinə  icazə
verməlidir.
4.10.  Sosial mənsubiyyət, doğum və mülkiyyət
Bu üç əsasa bir-biri ilə qarşılıqlı əlaqədə baxmaq mümkündür, çünki onlar
şəxsin irsi sosial, iqtisadi və ya bioloji cəhətləri baxımından nisbi statusu ilə
əlaqədardır.
235
Eyni qaydada onlar irq və etnik mənsubiyyətlə də qarşılıqlı
130
Ayrı-seçkilik əleyhinə Avropa hüququ üzrə Məlumat kitabı
_____________________________________
234. HRC, Diergaardt and Others v. Namibia, Communication No. 760/1997, 6 September 2000.
235. Sosial mənşə, doğum və əmlak kimi əsaslar İqtisadi, Sosial və Mədəni Hüquqlar haqqında 1966-cı
il tarixli Beynəlxalq Xartiyanın 2(2)-ci Maddəsində də qeyd olunur (AB-nin bütün Üzv Dövlətləri bu Pakta
qoşulub). Bax, İqtisadi, Sosial və Mədəni Hüquqlar üzrə Komitə, 20 Saylı Ümumi Şərh, ‘İqtisadi, Sosial
və Mədəni Hüquqlar üzrə Ayrı-Seçkiliyin olmaması’, UN Doc. E/C.12/GC/20, 10 iyun 2009-cu il, bəndlər
24-26, 35.


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə