Ayrı-seçkilik әleyhinә Avropa hüququ üzrә mәlumat kitabı



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə43/62
tarix29.09.2017
ölçüsü2,8 Kb.
#2335
1   ...   39   40   41   42   43   44   45   46   ...   62

şəkildə  əlaqələndirilə  bilər.  ‘Doğum’  əsasından  başqa,  bu  əsaslarla
əlaqədar AİHM tərəfindən çox az sayda işlərə baxılmışdır.
Misal: Mazurek Fransaya qarşı işində nikahdan kənar doğulmuş bir
şəxs şikayət etmişdi ki, milli qanunvericilik onun (‘zinadan doğulmuş’
uşaq kimi) anasına məxsus əmlakın dörddə birindən artığını varis kimi
əldə edə bilməsinə imkan vermir.
236
AİHM müəyyən etdi ki, bu cür
fərqli münasibət sadəcə nikahdan kənar doğulmaq faktına əsaslanırdı
və belə fərqli münasibətə yalnız xüsusilə ‘ciddi səbəblər’ əsasında
haqq qazandırıla bilərdi. Ənənəvi ailənin qorunub saxlanması legitim
məqsəd olsa da, bu məqsədə hansı şəraitdə doğulması özündən asılı
olmayan uşağı cəzalandırmaqla nail olmaq olmaz.
Misal:  Chassagnou  və  Başqaları  Fransaya  qarşı işində  ərizəçilər
şikayət etdilər ki, onların öz torpaqlarından istəklərinə uyğun istifadə
etməsinə icazə verilmirdi.
237
Xüsusi regionlardakı qanunlar xırda tor-
paq  mülkiyyətçilərinin  üzərinə  öz  torpaqlarında  ümumi  ovçuluq
hüquqlarına  təminat  vermək  öhdəliyi  qoyurdu.  Lakin,  iri  torpaq
mülkiyyətçilərinin bu cür öhdəlikləri yox idi və onlar öz torpaqlarından
istədikləri kimi istifadə edə bilərdilər. Ərizəçilər öz torpaqlarında ovu
qadağan etmək və öz torpaqlarından vəhşi təbiətin qorunması üçün
istifadə  etmək  istəyirdilər.  AİHM  müəyyən  etdi  ki,  bu  cür  fərqli
münasibət əmlak vəziyyəti zəminində ayrı-seçkilik idi.
Sosial mənşə, doğum və əmlak kimi əsaslar İqtisadi, Sosial və Mədəni
Hüquqlar haqqında 1966-cı il tarixli Beynəlxalq Paktın 2(2)-ci Maddəsində
də qeyd olunur. Paktın təfsiri və icrasının monitorinqi ilə məşğul olan İqti-
sadi, Sosial və Mədəni Hüquqlar üzrə Komitə həmin əsasların mənalarını
özünün 20 saylı Ümumi Şərhində də verib.
Komitəyə  görə,  ‘sosial  mənşə’,  ‘doğum’  və  ‘əmlak’  vəziyyəti  bir-biri  ilə
qarşılıqlı şəkildə əlaqəlidirlər. Sosial mənşə dedikdə ‘şəxsin irsi sosial sta-
tusu  başa  düşülür’.  Bu,  şəxsin  (etnik,  dini  və  ya  ideoloji  mənsubiyyət
əsasında) xüsusi sosial sinif və ya icmada doğulması yolu ilə əldə edə
bildiyi və ya şəxsin yoxsulluq və evsizlik kimi sosial vəziyyəti ilə əlaqədar
mövqeyi ilə bağlı ola bilər. Bundan əlavə, doğum əsası bir şəxsin nikahdan
131
Müdafiə olunan əsaslar
_____________________________________
236. AİHM, Mazurek Fransaya qarşı (Mazurek v. France) (No. 34406/97), 1 fevral 2000.
237. AİHM, Çassagnou və Başqaları Fransaya qarşı (Chassagnou and Others. v. France) (Nos.
25088/94, 28331/95 and 28443/95), 29 aprel1999.


kənar doğulması və ya övladlığa götürülməsi ilə bağlı statusunu da bildirə
bilər. Əmlak əsası bir şəxsin (icarəçi, mülkiyyətçi, və ya qanunsuz sakin
kimi) torpağı və ya başqa mülkiyyəti ilə əlaqdar statusu ilə bağlı ola bilər.
238
4.11.  Siyasi və ya digər fikir
AİHK açıq şəkildə ‘siyasi və ya digər fikirləri’ müdafiə olunan əsas kimi
sadalasa da, bu əsaslar Aİ-nin ayrı-seçkiliyə qarşı direktivlərində müdafiə
olunan əsaslar kimi göstərilmir. Təxmin etmək olar ki, şəxsin hansısa bir
inancı varsa və bu inanc ‘din və ya əqidə’ kimi müəyyən olunmaq üçün
nəzərdə  tutulan  tələblərə  cavab  vermirsə,  həmin  inanc  məhz  bu  əsas
altında müdafiə oluna bilər. Bu əsas üzrə işlərə AİHM tərəfindən nadir hal-
larda baxılmışdır. AİHK-in digər sahələri kimi, ‘siyasi və ya digər fikirlər’ də
Konvensiyanın müəyyən etdiyi hüquq, yəni 10-cu Maddə ilə təsbit olunan
ifadə azadlığı hüququ vasitəsilə müdafiə olunur və bu sahə üzrə mövcud
olan presedent hüququnun köməyi ilə bu əsasla nəyin əhatə olunduğunu
bilmək  mümkündür.  Təcrübədən  görünür  ki,  iddia  olunan  qurban  bu
zəmində ayrı-seçkilik olduğunu hiss etsə, böyük ehtimal ki AİHM bu iddi-
aya sadəcə 10-cu Maddə əsasında baxacaq.
Ümumi səviyyədə, AİHM Handyside Birləşmiş Krallığa qarşı (Handyside v.
UK)  işində  müəyyən  etdi  ki,  ifadə  azadlığı  hüququ  təkcə  ‘müsbət
qarşılanan, yaxud qeyri-aqressiv və ya neytral hesab olunan “məlumat” və
ya “ideyalara” deyil, həm də dövlət üçün və ya əhalinin hər hansı qismi
üçün aqressiv, şok yaradan və təşviş doğuran “məlumat” və ya “ideyalara”
şamil olunur’.
239
Bu sahədə geniş presedent hüququ olduğundan, bu fəsil
iki işin köməkliyi ilə siyasi fikrin digər fikirlərlə müqayisədə niyə daha çox
müdafiə olunduğunu göstərməklə kifayətlənir.
Misal:  Steel  və  Morris  Birləşmiş  Krallığa  qarşı işində  ərizəçilər
üzərində McDonalds şirkəti haqqında həqiqətə uyğun olmayan iddi-
alar olan vərəqələr paylayan kampaniya iştirakçıları idilər.
240
Ərizəçilər
diffamasiyaya görə məhkəməyə verilmiş və milli məhkəmələr zərərin 
132
Ayrı-seçkilik əleyhinə Avropa hüququ üzrə Məlumat kitabı
_____________________________________
238. İqtisadi, Sosial və Mədəni Hüquqlar üzrə Komitə, 20 Saylı Ümumi Şərh, ‘İqtisadi, Sosial və Mədəni
Hüquqlar üzrə Ayrı-Seçkiliyin olmaması’, UN Doc. E/C.12/GC/20,  10 June 2009, paras. 24-26, 35.
239. AİHM, Handisayd Birləşmiş Krallığa qarşı (Handyside v. UK) (No. 5493/72), 7 dekabr 1976.
240. AİHM, Stil və Morris Birləşmiş Krallığa qarşı (Steel and Morris v. UK) (No68416/01), 15 fevral 2005.


əvəzinin ödənilməsi barədə qərar vermişdi. AİHM müəyyən etdi ki,
diffamasiyaya görə məhkəmə icraatı ifadə azadlığına müdaxilə olub,
lakin  bu  müdaxilə  şəxslərin  nüfuzunun  qorunması  kimi  legitim
məqsədə xidmət edib. Bununla belə, o da müəyyən olundu ki, ictimai
mənafeylə  bağlı  məsələlər  üzrə  ifadə  azadlığına  güclü  müdafiə
təminatı verilməlidir. Güclü bir korporativ müəssisə olan McDonalds
bir neçə min vərəqənin paylanması nəticəsində ona ziyan dəydiyini
sübut  edə  bilmədiyindən,  və  zərərin  əvəzinin  ödənilməsi  üçün
müəyyən olunan məbləğ ərizəçinin gəlirinə nisbətən yüksək olduğun-
dan, ərizəçilərin ifadə azadlıqlarına müdaxilə qeyri-mütənasib olub.
Misal: Castells İspaniyaya qarşı (Castells v. Spain) işi hökumətin Bask
ölkəsində terror aktlarına qarşı hərəkətsizliyini tənqid etdikdən sonra
hökuməti ‘təhqir etməyə’ görə cinayət məsuliyyətinə cəlb olunmuş
parlament  üzvü  haqqında  idi.
241
AİHM  siyasi  kontekstdə  ifadə
azadlığının vacibliyini, o cümlədən demokratik cəmiyyətin lazımi qay-
dada fəaliyyət göstərməsi üçün onun rolunu nəzərə alaraq xüsusilə
qeyd etdi. Bununla da, AİHM müəyyən etdi ki, hər hansı bu cür müda-
xilə həmin müdaxilənin ‘çox yaxından araşdırılmasını’ zəruri edir.
4.12. ‘Digər status’
Yuxarıda qeyd olunanlardan göründüyü kimi, AİHM ‘digər əlamətlərə görə’
kateqoriyası altında müxtəlif əsaslar formalaşdırmışdır ki, bu əsaslardan
da xeylisi Aİ qanunvericiliyi əsasında formalaşdırılmış cinsi oriyentasiya,
yaş və əlillik kimi əsaslarla üst-üstə düşür.
Əlillik, yaş və cinsi oriyentasiyadan əlavə, AİHM aşağıdakı xüsusiyyətləri də
‘digər əlamətlərə görə’ kateqoriyası altında müdafiə olunan əsaslar kimi
tanıyıb: atalıq;
242
ailə vəziyyəti;
243
təşkilatda üzvlük;
244
hərbi rütbə;
245
nikah-
133
Müdafiə olunan əsaslar
_____________________________________
241. AİHM, Kastells İspaniyaya qarşı (Castells v. Spain) (No. 11798/85), 23 aprel 1992.
242. AİHM, Veller Macarıstana qarşı (Weller v. Hungary) (No. 44399/05), 31 mart 2009.
243. AİHM, Petrov Bolqarıstana qarşı (Petrov v. Bulgaria) (No. 15197/02), 22 may 2008.
244. AİHM, Danilenkov və Başqaları Rusiyaya qarşı (Danilenkov and Others v. Russia) (No. 67336/01),
30 iyul 2009 (həmkarlar ittifaqı); AİHM, Grande Oriente d’Italia di Palazzo Giustiniani İtaliyaya qarşı (no.
2) (No. 26740/02), 31 may 2007.
245. AİHM, Engel və Başqaları Niderlanda qarşı (Engel  and Others v. the Netherlands) (Nos. 5100/71,
5101/71, 5102/71, 5354/72 və 5370/72), 8 June 1976.


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə