Ayrı-seçkilik әleyhinә Avropa hüququ üzrә mәlumat kitabı



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə45/62
tarix29.09.2017
ölçüsü2,8 Kb.
#2335
1   ...   41   42   43   44   45   46   47   48   ...   62

nacionales’, Repertorio Aranzadi del Tribunal Constitucional (2008) 1.
Rudyk , ‘A Rising Tide:  the transformation of sex discrimination  into gen-
der discrimination and its impact on law enforcement’, International Jour-
nal of Human Rights, 2010, 189-214.
Shuibne, ‘Article 13 EC and Non-Discrimination on Grounds of Nationality:
Missing or in Action?’, in Costello and Barry (eds.), Equality in Diversity:
The New Equality Directives, (Irish Centre for European Law, 2003).
Thürer and Dold, ‘Rassismus und Rule of Law/ Erstmalige Verurteilung
wegen  Rassendiskriminierung  durch  den  EGMR?  Gleichzeitige  Be-
sprechung des Urteils vom 26. Februar 2004  – Nachova  u. a. gegen Bul-
garien’, Europäische Grundrechte- Zeitschrift, 2005, 1-12.
Tulkens, ‘Droits de l’homme, droits des femmes : les requérantes devant
la Cour européenne des Droits de l’Homme’, in Caflisch (et al ) Liber am-
icorum  Luzius  Wildhaber:  human  rights,  Strasbourg  views  =  Droits  de
l’homme, regards de Strasbourg, (Kehl/Strasbourg, Arlington, Va.: N.P.
Engel, 2007), 423-4
137
Müdafiə olunan əsaslar



5
Ayrı-seçkiliyə yol verilməməsi 
hüququnda sübutlar problemi
5.1. Giriş
Ayrı-seçkilik açıq və asan müəyyən edilə bilən formada ifadə edilməyə
bilər. Anlayışa  görə  fərqli  yanaşmanın  “açıqcasına”  qurbanın  xüsusiy-
yətlərinə əsaslanmasına baxmayaraq, birbaşa ayrıseçkiliyi sübut etmək
çətindir. 2-ci Fəsildə müzakirə edildiyi kimi, adətən fərqləndirici davranışın
əsası qeyd olunmur və ya ötəri olaraq digər faktora (misal üçün, müdafiə
olunan əsas kimi şəxsin yaşa görə təqaüdə çıxmasının üstünlükləri) aid
edilir.  Bu  mənada,  müdafiə  əsasını  təşkil  edən  fərqləndirici  davranışın
aşkar bəyan edilməsinə nadir hallarda təsadüf olunur. Belə istisnaya Ferin
(Feryn) işində rast gəlmək olar. Bu işdə Belçikada şirkət sahibi elan vasitəsi
ilə  və  şifahi  olaraq  bəyan  etmişdi  ki,  onun  şirkətinə  “immiqrantlar”  işə
götürülməyəcək.
248
Avropa  Ədalət  Məhkəməsi  bunun  irqi  və  ya  etnik
mənsubiyyətə əsaslanan birbaşa ayrı-seçkilik olduğunu müəyyən etmişdi.
Lakin  ayrı-seçkiliyi  törədən  tərəflər  qarşısındakına  fərqli  münasibət
göstərdiyini nə bəyan edir, nə də belə davranışın səbəbini   bildirir. Bir
qadın iş üçün müraciət edə bilər və ona deyilə bilər ki, o, iş təklifi alan kişi
namizəddən “daha az kvalifikasiyalıdır”. Bu halda qadının birbaşa cinsi
ayrı-seçkilik səbəbindən qurbana çevrildiyini sübut etməsi  çətin olacaq.  
139
_____________________________________
248. AƏM,Centrum voor gelijkheid van kansen en voor racismebestrijding v. Firma Feryn NV, Case C-
54/07 [2008] ECR I-5187, 10 iyul 2008.


Müdafiə  olunan  əsasa  söykənən  fərqləndirici  davranışın  sübuta
yetirilməsinin çətinliyini aradan qaldırmaq üçün Avropa ayrıseçkiliyə yol
verilməməsi  hüququ  sübutetmə  yükünün  paylaşılmasına  icazə  verir.
Beləliklə,  iddiaçının  ayrı-seçkiliyin  baş  verməsini  ehtimal  etdiyinə
əsaslanaraq faktı nümayiş etdirdiyi andan, onun əksini sübut etmək qa-
nunu pozan tərəfin üzərinə düşür. Konkret qaydalar və ya təcrübələrin
konkret  qrup  üzərində  qeyri-proporsional  təsirini  sübut  etmək  üçün
sübutetmə yükünün bu cür keçirilməsi dolayı ayrı-seçkiliklə bağlı iddialarda
xüsusi əhəmiyyət kəsb edir. Dolayı ayrı-seçkilik prezumpsiyasına əsasən
fərqli davranışın ümumi əlamətlərini sübut etmək üçün iddiaçının statistik
məlumatlara  ehtiyacı  ola  bilər.  Bəzi  yerli  məhkəmələr  “vəziyyətin
yoxlanılması” yolu ilə əldə edilən sübutları da qəbul edirlər.
5.2. Sübutetmə yükünün paylaşılması
Adətən iddia ilə çıxış edən şəxs qərar qəbul edən orqanı ayrıseçkiliyin baş
verməsinə inandırmalıdır. Lakin, tətbiq edilən fərqli davranışın müdafiə ol-
unan xüsusiyyətlərin birinin əsası olduğunu göstərmək olduqca çətin ola
bilər.  Bu,  fərqli  davranışın  səbəbi  yalnız  ayrı-seçkiliyi  törədən  tərəfin
ağlında mövcud olmasıdır. Beləliklə, ayrı-seçkiliklə bağlı iddialar adətən
mübahisə  edilən  qaydaya  və  ya  təcrübəyə  aid  obyektiv  müdaxilələrə
söykənir.
Digər 
sözlə 
desək, 
məhkəməni
inandırmaq lazımdır ki, fərqli davranışın
ağlabatan izahı qurbana çevrilmiş şəxsin
müdafiə  edilən  irqi  və  ya  cinsi  əla-
mətləridir. Bu prinsip birbaşa və ya dolayı
ayrı-seçkiliyə dair işlərdə bərabər şəkildə
tətbiq edilir.  
Ayrı-seçkiliyi törətdiyi güman edilən tərəf iddianı sübut etmək üçün lazım
olan məlumata sahib olduğu üçün, ayrıseçkiliyə yol verilməməsi hüququ
sübutetmə  yükünün  ayrı-seçkiliyi  törətdiyi  güman  edilən  tərəflə
paylaşılmasına imkan verir. Sübutetmə yükünün paylaşılması AİHK-da və
Avropa İttifaqı hüququnda nəzərdə tutulub.
249
140
Ayrı-seçkilik əleyhinə Avropa hüququ üzrə Məlumat kitabı
Birgə sübutetmə yükü: iddiaçı
ayrı-seçkilik xarakterli davranışın
baş verməsini göstərən tutarlı
sübut təqdim etməlidir. Bu,
ayrıseçkiliyin olmasına dair ehti-
mal yaradacaq və ayrı-seçkiliyi
törətdiyi güman edilən tərəf
sonra bunu rədd etməlidir. 


Digər regional və qlobal insan hüquqları müdafiə mexanizmləri kimi Avropa
İnsan hüquqları Məhkəməsinin (AİHM) presedent hüququ da sübutetmə
yükünün paylaşılmasının insan haqları pozuntularına dair iddiaların sübuta
yetirilməsində daha geniş tətbiq olduğunu qəbul edib. AİHM-in təcrübəsi
iddianı sübut etmək üçün məlumatın əksəriyyəti üzərində nəzarətə malik
olan tərəfin adətən Dövlət olduğunu kənara qoyaraq mövcud sübutlara
ümumilikdə baxmaqdır. Buna görə də əgər iddiaçı tərəfindən təqdim edilən
faktlar  etibarlı  və  mövcud  sübutlara  uyğundursa,  AİHM  onları  Dövlət
tərəfindən ona alternativ inandırıcı izahat verilənə qədər sübut kimi qəbul
edəcək. AİHM-in sözləri ilə desək, o, fakt kimi elə mülahizələri qəbul edir
ki, onlar ‘bütün dəlillərin, o cümlədən faktlardan və tərəflərin ifadələrindən
irəli gələn nəticələrin sərbəst qiymətləndirilməsi ilə dəstəklənsin... [S]übut
yetərincə güclü, anlaşılan və uzlaşan nəticələrin uyğun olmasından və ya
faktın rədd edilməyən oxşar olan fərziyyələrindən irəli gələ bilər. Bundan
başqa, konkret nəticəyə gəlmək üçün lazım olan inandırmanın dərəcəsi və
bununla  əlaqədar  sübutetmə  yükünün  paylaşılması,  əslində  faktların
xüsusiyyətləri, edilən bəyanatın təbiəti və [İHAK-dakı] sözügedən hüquq
ilə bağlıdır.’
250
Nümunə: Timişev Rusiyaya qarşı (Timishev v. Russia) işdə iddiaçı
onun Çeçen etnik mənşəli olduğu üçün konkret rayonun yoxlama
məntəqəsindən keçməsinə icazə verilmədiyini iddia edirdi.
251
AİHM
bunun  etnik  Çeçenlərin  hərəkətinin  məhdudlaşdırılmasına  dair
qaydanın  olmasını  qeyd  edən  rəsmi  sənədlərlə  təsdiqləndiyini
müəyyən  etmişdi.  Qurbanın  onun  növbədən  kənar  keçməsindən
imtina  edildikdə  könüllü  olaraq  çıxıb  getməsi  fərziyyəsində
uyğunsuzluq  olması  səbəbindən  dövlətin  buna  verdiyi  izahat
inandırıcı  hesab  edilməmişdi.  Beləliklə,  AİHM  iddiaçının  etnik
mənsubiyyəti əsasında ayrıseçkiliyə məruz qalmasını qəbul etmişdir.  
141
Ayrıseçkiliyə yol verilməməsi hüququnda sübutlar problemi
_____________________________________
249. Aşağıda qeyd edilən işlərlə yanaşı, bax: İrqi bərabərlik Direktivası (maddə 8), Məşqulluqda
bərabərlik Direktivası (maddə 10), Gender bərabərliyi Direktivası (yenilənmiş versiya) (maddə 19), Gen-
der mallar və xidmətlər Direktivası (maddə 9). Bax, həmçinin, Sosial Hüquqlar haqqında Avropa
Komitəsinin presedent hüququ: SUD Travail Affaires Sociales v. France (Ərizə No. 24/2004), 8 noyabr
2005, və Mental Disability Advocacy Centre (MDAC) v. Bulgaria (Ərizə No. 41/2007), 3 iyun 2008.
250. AİHM, Naçova və Başqaları Bolqarıstana qarşı (Nachova and Others v. Bulgaria) [GC] (43577/98
və 43579/98 saylı ərizələr), 6 iyul 2005, 147-ci bənd.Bu digər AİHM qərarında təkrar olunur, Timişev
Rusiyaya qarşı (Timishev v. Russia) (55762/00 və 55974/00 saylı ərizələr), 13 dekabr 2005, 39-cu bənd,
və AİHM, D.H. və başqaları Çexiyaya qarşı (D.H. and Others v. the Czech Republic) [GC] (57325/00
saylı ərizə), 13 noyabr 2007, 178-ci bənd.
251. AİHM, Timişev Rusiyaya qarşı (Timishev v. Russia) (55762/00 və 55974/00 saylı ərizələr), 13
dekabr 2005, 40-44-cü bəndlər.


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə