Ayrı-seçkilik әleyhinә Avropa hüququ üzrә mәlumat kitabı



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə41/62
tarix29.09.2017
ölçüsü2,8 Kb.
#2335
1   ...   37   38   39   40   41   42   43   44   ...   62

arasında qarşılıqlı sosial təhlükəsizlik haqqında razılaşmanın olma-
ması fərqli rəftara haqq qazandıra bilməzdi, çünki ərizəçinin vəziyyəti
faktiki olaraq Avstriya vətəndaşlarının vəziyyətinə çox yaxın idi.
Misal: Koua Poirrez Fransaya qarşı işində Fil dişi Sahilinin vətəndaşı
əlilliyi  olan  şəxslər  üçün  nəzərdə  tutulmuş  müavinəti  almaq  üçün
müraciət etmişdi. Ona müavinətin ödənilməsindən o əsasla imtina
edildi ki, həmin müavinət yalnız Fransa vətəndaşları və ya Fransa ilə
qarşılıqlı sosial təhlükəsizlik haqqında razılaşması olan Dövlətlərin
vətəndaşları üçün nəzərdə tutulurdu.
219
AİHM müəyyən etdi ki, ərizəçi
faktiki olaraq Fransa vətəndaşları ilə oxşar vəziyyətdə idi, çünki o,
müavinət almaq üçün tələb olunan bütün kriteriyalara cavab verirdi
və vətəndaşlıqdan asılı olmayan digər sosial təhlükəsizlik müavinətləri
alırdı. Məhkəmə qeyd etdi ki, ərizəçi və digər vətəndaşlar arasında
onlara  göstərilən  münasibət  baxımından  fərq  qoyulmasını
əsaslandırmaq  üçün  ‘xüsusilə  ciddi  səbəblər’  olmalıdır.  Fiskal  və
sosial  təhlükəsizlik  məsələləri  ilə  bağlı  Dövlətə  geniş  mülahizə
sərbəstliyinin verildiyi yuxarıda baxılan işlərdən fərqli olaraq, Dövlətin
gəlirləri ilə xərclərinin balanslaşdırılması ehtiyacı barədə Fransanın
arqumenti və Fransa və Fil dişi Sahili arasında qarşılıqlı razılaşmanın
mövcud olmaması ilə bağlı faktiki fərq inandırıcı olmadı. Maraqlısı o
idi ki, sözügedən müavinət onu alan şəxsin milli sosial təhlükəsizlik
rejiminə töhfə verib-vermədiyindən asılı olmayaraq  verilirdi (ki bu da
yuxarıdakı  işlərdə  vətəndaşlıq  zəminində  ayrı-seçkiliyin  müəyyən
olunmasının prinsipial səbəbi idi).
4.8. Din və ya etiqad
220
Aİ Hüququ din və ya etiqad zəminində ayrı-seçkiliyə qarşı məhdud müdafiə
təmin  edərkən, AİHK-in təmin etdiyi müdafiənin əhatə dairəsi əhəmiyyətli
dərəcədə  genişdir,  çünki  9-cu  Maddənin  özündə  vicdan,  din  və  etiqad
azadlığı hüququ müəyyən olunur.
125
Müdafiə olunan əsaslar
_____________________________________
219. AİHM, Koua Poirrez Fransaya qarşı (Koua Poirrez v. France) (No. 40892/98), 30 sentyabr 2003.
220. AİHK-nın 9-cu Maddəsinin əhatə dairəsi haqqında izahı Avropa Şurasının Peşəkar Hüquqşünaslar
üçün İnsan Hüquqları Təhsili veb səhifsindən əldə etmək olar: Murdoch, Freedom of Thought, Con-
science and Religion, Human Rights Handbooks, No. 2, 2007, bu səhifədə əldə edə bilərsiniz: www.co-
ehelp.org/mod/resource/view. php?inpopup=true&id=2122.


Misal: Alujer Fernández və Caballero García İspaniyaya qarşı işində
ərizəçilər şikayət etmişdilər ki, Katoliklərdən fərqli olaraq, onlar gəlir
vergilərinin bir hissəsini birbaşa Kilsəyə yönləndirə bilmirlər.
221
AİHM
işin qəbuledilməyən olduğunu müəyyən etdi. Çünki, ərizəçinin Kilsəsi
hökumətə  hər  hansı  bu  cür  müraciət  etmədiyindən  və  hökumətin
Vatikanla qarşılıqlı razılaşması olduğundan, Katolik Kilsəsi ilə oxşar
vəziyyətdə deyildi.
Misal: Cha’are Shalom Ve Tsedek Fransaya qarşı işi öz üzvlərinin
restoranlarında və qəssab dükanlarında satılan ətə koşer sertifikatı
verən bir Yəhudi təşkilatı haqqında idi.
222
Mövcud Yəhudi təşkilatı
tərəfindən kəsilən ətin daha koşer ətlə bağlı ciddi tələblərə cavab
vermədiyini hesab etdiyindən, ərizəçi ət kəsməyi öz ritualları əsasında
həyata keçirə bilmək üçün Dövlətdən icazə istədi. Ərizəçi Fransanın
Yəhudi icmasını kifayət qədər təmsil etmədiyindən və icazə verilmiş
ritual ət kəsilməsi artıq mövcud olduğundan onun bu istəyi rədd edildi.
AİHM müəyyən etdi ki, bu halda təşkilat əslində heç bir əlverişsizliyə
məruz  qalmır,  çünki  o,  tələb  olunan  metodla  kəsilən  əti  digər
mənbələrdən də əldə edə bilər.
Bərabər Məşğulluq haqqında Direktiv və ya AİHK əsasında müdafiə oluna
bilməsi üçün ‘dinin’ və ya ‘inancın’ əslində nə olması məsələsinə AƏM və
ya AİHM  tərəfindən  geniş  şəkildə  baxılmamışdır,  lakin  bu  məsələ  milli
məhkəmələr tərəfindən hərtərəfli təhlil edilmişdir.
223
Misal: Islington London Borough Şurası Ladeleyə qarşı (Liberty in-
tervening)  işində  Birləşmiş  Krallığın  Apellyasiya  Məhkəməsindən
doğumların, nigahların və ölümlərin qeydiyyata alınması ilə məşğul
olan iddiaçının vətəndaş nigahlarını qeydə almaqdan imtina etdiyinə
görə intizam cəzasına məruz qalmasının ona qarşı dini zəmində ayrı-
seçkilik olub-olmadığına baxmaq istənmişdi.
224
Onun imtina etməsi 
126
Ayrı-seçkilik əleyhinə Avropa hüququ üzrə Məlumat kitabı
_____________________________________
221. AİHM, Alujer Fernández and Caballero García v. Spain (dec.) (No. 53072/99), 14 iyun 2001.
222. AİHM, Cha’are Shalom Ve Tsedek v. France [GC] (No. 27417/95), 27 iyun 2000.
223. Din və əqidə azadlığı hüququ həmçinin ayrıca bir hüquq kimi Mülki və Siyasi Hüquqlar haqqında
1966-cı il Beynəlxalq Paktının 18-ci Maddəsi ilə qorunur. (bu Pakta AB və Avropa Şurasıın bütün Üzv
Dövlətləri qoşulmuşdur). Bax, BMT İnsan Hüquqları Komitəsi, 22 Saylı Ümumi Şərh: Maddə 18
(Düşüncə, vicdan və ya din azadlığı).
224. Islington London Borough Şurasl Ladele qarşı (Islington London Borough Council v. Ladele) (Lib-
erty intervening) [2009] EWCA Civ 1357, BK Apellyasiya Məhkəməsi, 12 fevral 2010.


onun  bir Xristian kimi inancına əsaslanmışdı. Apellyasiya Məhkəməsi
müəyyən etmişdi ki, bu birbaşa dini ayrı-seçkilik işi deyil, çünki daha
az  əlverişli  münasibət  onun  dini  inanclarına  deyil,  onun  vəzifə
öhdəliklərinə əməl etməkdən imtina etməsinə əsaslanırdı. Apellyasiya
Məhkəməsi həm ictimaiyyətdə, həm də şura daxilində bərabərlik və
müxtəlifliyin təşfiq edilməsinin şuranın mühüm öhdəliyinin bir hissəsi
olduğunu və bu cür siyasətin iddiaçının bu cür dini inanclara malik
olmaq hüququna müdaxilə edilməsinə imkan vermədiyini göstərərək,
dolayı  ayrı-seçkiliklə  bağlı  iddianı  da  rədd  etdi.  Apellyasiya
Məhkəməsi həmçinin hesab etdi ki, başqa cür müəyyən edilsə bu
fərqli,  cinsi  oriyentasiya  zəmində  ayrı-seçkiliyə  gətirib  çıxarardı;
məhkəmə qəbul etdi ki, fərdin ayrı-seçkiliyə məruz qalmamaq hüququ
cəmiyyətin  ayrı-seçkiliyə  məruz  qalmamaq  hüququ  ilə  balanslaş-
dırılmalıdır.
AİHK ilə müəyyən olunan din və inanc azadlığı hüququ haqqında bir sıra
silsilə işlərdə AİHM aydınlaşdırmışdır ki, Dövlət dinin və ya inancın nədən
ibarət  olduğunu  müəyyən  etməyə  cəhd  etməməlidir  və  bu  anlayışlar
‘ateistləri,  aqnostikləri,  skeptikləri  və  laqeydləri’,  ‘dini  inanclara  malik
olanları və ya olmayanları və ibadət edənləri və ya etməyənləri’ müdafiə
edir. Bu işlərdə həmçinin qeyd olunur ki, din və ya inanc mahiyyətcə şəxsi
və  subyektivdir  və  heç  də  mütləq  təsisatlar  ətrafında  qurulmuş  imanla
əlaqədar olmaq zərurəti yoxdur.
225
Sayentologiya (Scientology) kimi yeni dinlərin də din azadlığı əsasında
müdafiə olunduğu müəyyn olunmuşdur.
226
AİHM  ‘etiqad’  ideyasını AİHK-in  1  saylı  Protokolunun  2-ci  Maddəsi  ilə
müəyyən olunan təhsil hüququ kontekstində də işləyib hazırlamışdır ki,
həmin  yanaşmaya  görə  Dövlət  valideynlərin  öz  övladlarının  təhsilinin
‘onların  öz  dini  və  fəlsəfi  baxışlarına  uyğun  olmasını’  təmin  etmək
hüququna hörmət etməlidir. AİHM qeyd etmişdir ki:
127
Müdafiə olunan əsaslar
_____________________________________
225. AİHM, Xilas Ordusunun Moskva filialı Rusiyaya qarşı (Moscow Branch of the Salvation Army v.
Russia) (No. 72881/01), 5 oktyabr 2006, paras. 57-58; AİHM, Bessarabia Metropolitan Kilsəsi və
Başqaları Moldovaya qarşı (Metropolitan Church of Bessarabia and Others v. Moldova) (No. 45701/99),
13 dekabr 2001, para. 114; AİHM, Hasan və Çauş Bolqarıstana qarşı (Hasan  and Chaush v. Bulgaria)
[GC] (No. 30985/96), 26 oktyabr 2000, paras. 60 and 62.
226. AİHM, Moskva Saentologiya Kilsəsi Rusiyaya qarşı (Church  of Scientology Moscow v. Russia)
(No. 18147/02), 5 aprel 2007.


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə