Ayrı-seçkilik әleyhinә Avropa hüququ üzrә mәlumat kitabı



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə37/62
tarix29.09.2017
ölçüsü2,8 Kb.
#2335
1   ...   33   34   35   36   37   38   39   40   ...   62

nümyiş elətdirildiyi halda qiymətləndirmə sərbəstliyi ... dardır’. AİHM
onu da qeyd etdi ki, ‘mütənasiblik prinsipi sadəcə seçilmiş tədbirin
prinsipcə qarşıya qoyulan məqsədə çatmaq üçün uyğun olmasını
tələb etmir. Həmçinin, həmin məqsədə çatmaq üçün müəyyən kate-
qoriyadan olan insanların – indiki halda homoseksual münasibətlərdə
yaşayan  insanların  –  İcarə  haqqında  Qanunun  14-cü  bölməsinin
tətbiq dairəsindən istisna edilməsinin zəruri olduğu da göstərilməlidir’.
Beləliklə  də,  AİHM  ayrı-seçkiliyin  olduğunu  müəyyən  etdi,  çünki
Dövlət ənənəvi ailənin qorunması üçün elə üsullardan istifadə edə
bilərdi ki, homoseksual cütlüklər bu cür əlverişsiz vəziyyətə düşməsin.
4.4. Əlillik
Nə AİHK-da, nə də Bərabər Məşğulluq haqqında Direktivdə əlilliyin anlayışı
yoxdur.  AƏM-in  rolunun  xarakteri  səbəbindən  əlilliyi  müəyyən  edən
göstəricilər çox vaxt milli məhkəmələr tərəfindən müəyyən olunur və AƏM
tərəfindən baxılan mübahisələrin faktiki hallarının bir hissəsi kimi təqdim
olunur. Bununla belə, AƏM-nin öz presedent hüququnda əlilliyin müəyyən
olunması ilə bağlı məhdud da olsa bələdçi olmaq imkanı olub.
Misal:  Chacón  Navas
192
işində, AƏM-in  əlillik  zəminində  ayrı-seç-
kiliyin ümumi anlayışını vermək imkanı olub və o göstərib ki, “əlillik”
termininin  Aİ  üçün  vahid  bir  anlayışı  olmalıdır.  AƏM  göstərib  ki,
Bərabər Məşğulluq haqqında Direktivin məqsədləri baxımından əlillik
dedikdə ‘fiziki, ruhi və ya psixoloji qüsurlar nəticəsində meydana gələn
və şəxsin peşə həyatında iştirakına mane olan məhdudiyyət’ başa
düşülür və ‘bu halın uzun müddət davam edəcəyi yəqin edilir’. Bu
anlayışın Chacón Navas işinə tətbiq olunması ilə müəyyən olundu ki,
ərizəçi səkkiz ay ərzində xəstə olduğundan işə çıxmamasına görə
işdən  kənarlaşdırıldıqdan  sonra  əlilliyə  görə  ayrı-seçkiliyə  məruz
qaldığını iddia edərək İspaniya məhkəmələrinə müraciət edərkən əlil
olmayıb.  AƏM  aydınlaşdırdı  ki,  xəstəlik  və  əlillik  arasında  fərq
qoyulmalıdır,  və  xəstəliyə  görə  ayrı-seçkilik  kontekstində  müdafiə
təminatı yoxdur.
113
Müdafiə olunan əsaslar
_____________________________________
192. AƏM, Chacón Navas v. Eurest Colectividades SA, İş C-13/05 [2006] ECR I-6467, 11 iyul 2006.


1-ci  Fəsildə  müzakirə  olunduğu  kimi,  Aİ
Əlillərin Hüquqları haqqında 2006-cı il BMT
Konvensiyasının  (UN  CRPD)  tərəfidir  və
nəticə  etibarilə  AƏM  həm  Konvensiyanın
özünü, həm də Konvensiyanın monitorinqi
və təfsiri ilə məşğul olan Əlillərin Hüquqları
haqqında Komitənin verdiyi təfsirləri rəhbər
tutur.
193
UN CRPD-nin tərəfi olduqdan sonra AB və
onun təsisatları (və AB hüququnun təfsiri və
tətbiqi zamanı AB-nin Üzv Dövlətləri) ‘əlillik’ anlayışını təfsir edərkən bu
geniş və əhatəli yanaşmanı əsas götürməlidir.
Açıq şəkildə AİHK-da sadalanan əsaslar arasında göstərilməsə də, əlillik
AİHM tərəfindən 14-cü Maddə ilə müəyyən olunan ‘digər’ əsaslara daxil
edilmiş kimi təfsir olunub.
Misal: Glor Isveçrəyə qarşı işində AİHM müəyyən etdi ki, diabetik olan
ərizəçi, milli qanunvericiliyin bunu ‘kiçik’ əlillik hesab etməsinə bax-
mayaraq, əlil hesab oluna bilərdi.
194
Ərizəçi hərbi xidmətini başa vura
bilməməyini kompensasiya etmək üçün vergi ödəməli idi ki, bu vergi
də bütün hərbi xidmətə yararlı olanlar tərəfindən ödənilməli idi. Bu
vergi  öhdəliyindən  azad  olmaq  üçün  şəxs  ya  40%  (bir  ətrafın
olmamasına ekvivalent) səviyyəsində əlil olmalı, ya da şəxs əqidəsi
ilə əlaqədar hərbi xidmətdən imtina etməli idi. Əqidəsinə görə hərbi
xidmətdən  imtina  edənlər  ‘mülki  xidmət’  çəkməli  idilər.  Ərizəçinin
əlilliyi elə idi ki, o, orduda xidmət etmək üçün yararsız idi. Lakin, əlillik
onun həmin vergidən azad olunması üçün milli qanunvericiliklə tələb
olunan həddə çatmırdı. O, ‘mülki xidmət’ etməyi təklif etmişdi, lakin
onun bu təklifi rədd edildi. AİHM müəyyən etdi ki, Dövlət ərizəçiyə
hərbi  xidmətini  etibarlı  bir  əsas  olmadan  tamamlaya  bilməmiş
şəxslərə göstərdiyi münasibəti göstərib. Bu da ayrı-seçkilik yaradırdı,
çünki ərizəçi (hərbi xidmətə yararsız olsa da mülki xidmət çəkmək
istədiyindən) özünün fərqli vəziyyətdə olduğuna inanırdı və buna görə
də Dövlət onu mövcud qaydalardan istisna etməli idi.
114
Ayrı-seçkilik əleyhinə Avropa hüququ üzrə Məlumat kitabı
Əlillərin Hüquqları haqqında
BMT Konvensiyasının 1-ci
Maddəsi: ‘Əlillərə - müxtəlif
maneələrlə qarşılıqlı təsir
zamanı onların digərləri ilə
bərabər səviyyədə cəmiyyətin
həyatında tam və səmərəli
iştirakına mane olan sabit fiziki,
psixi, əqli və ya hissiyyat
pozuntuları olan insanlar aiddir.
_____________________________________
193. UN Doc. A/RES/61/611, 13 December 2006.
194. ECtHR, Glor  v. Switzerland (No. 13444/04), 30 April 2009.


AİHK əsasında müdafiə olunan digər əsaslar kimi bu işlərə də təkcə sub-
stantiv hüquqlar əsasında deyil, daha çox substantibv hüquqların və ayrı-
seçkiliyi qadağan edən 14-cü Maddənin məcmusu əsasında baxılır.
Misal: Price Birləşmiş Krallığa qarşı işində ərizəçi yeddi günlük həbs
cəzasına məhkum edilmişdi. Ərizəçi xanım onda anasının hamiləlik
vaxtı  talidomid  (thalidomide)  qəbul  etməsi  nəticəsində  yaranmış
ətrafların olmaması və ya əhəmiyyətli dərəcədə qısa olması və böyrək
çatışmazlığı  kimi  fiziki  qüsurlardan  əziyyət  çəkirdi.
195
Nəticədə  o,
hərəkət etmək üçün əlil arabasından istifadə edirdi, tualetə getmək
və yuyunmaq üçün köməyə möhtac idi və xüsusi yatmaq şəraitinə
ehtiyac  duyurdu.  Həbsdə  keçirdiyi  ilk  gecədə  o,  elə  bir  kameraya
salınmışdı ki, orada fiziki qüsurları olan şəxslər üçün şərait yox idi və
buna görə də yata bilməmiş, kəskin ağrılar keçirmiş və bədən tem-
peraturu aşağı düşmüşdü (hipotermiya).
Çəzaçəkmə müəssisəsinə köçürülərkən o, bir az uyğunlaşa biləcəyi
xəstəxana bölməsinə yerləşdirildi, lakin orada da eyni problemlərlə
üzləşdi. Onun öz gücünü itirmiş elektrik əlil arabasını dəyişməsinə də
icazə verilməmişdi. AİHM müəyyən etdi ki, ərizəçi 3-cü Maddənin
pozulması ilə alçaldıcı rəftara məruz qalmışdır. Bu işdə 14-cü Maddə
əsasında AİHK ilə müəyyən olunan substantiv hüquqlardan biri üzrə
ayrı-seçkilik məsələsi qaldırılmadı.
Misal: Pretty Birləşmiş Krallığa qarşı işində, degenerativ xəstəlikdən
əziyyət  çəkən  ərizəçi  hökumətdən  təminat  almaq  istəyirdi  ki,
gələcəkdə  nə  vaxtsa  onun  vəziyyəti  onun  ozünün  bunu  etməsinə
imkan  vermədikdə  onun  intihar  etməsinə  cinayət  məsuliyyəti
müəyyən edilmədən kömək edilə bilsin.
196
Milli qanunvericiliyə əsasən
intihara kömək etmək özü-özlüyündə, adamöldürmə kimi bir cinayət
əməli idi. Digər məsələlərlə yanaşı, ərizəçi iddia etdi ki, onun (8-ci
Maddə ilə müəyyən olunan) şəxsi həyat hüququ kontekstində müdafiə
olunan,  öz  bədəni  ilə  bağlı  qərar  vermək  hüququ  ayrı-seçkilik
formasında pozulub, çünki Dövlətin intihara köməyi vahid qaydada
qadağan etməsi fəaliyyət qabiliyyətini itirmiş və buna görə də intihar
edə bilməyən şəxlərə qarşı qeyri-mütənasib mənfi təsir edirdi. AİHM 
115
Müdafiə olunan əsaslar
_____________________________________
195. AİHM, Prays Birləşmiş Krallığa qarşı (Price  v. UK) (No. 33394/96), 10 iyul 2001.
196. ECtHR, Pretty v. UK (No. 2346/02), 29 April 2002.


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə