Ayrı-seçkilik әleyhinә Avropa hüququ üzrә mәlumat kitabı



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə39/62
tarix29.09.2017
ölçüsü2,8 Kb.
#2335
1   ...   35   36   37   38   39   40   41   42   ...   62

sadalamamasına baxmayaraq, bu o demək deyil ki, bu xüsusiyyətlər irq
və ya etnik mənsubiyyətin hissəsi kimi müdafiə oluna bilməz, çünki dil, rəng
və mənşə təbii olaraq irq və etnik mənsubiyyətə bağlıdır. Bu həm də o
deməkdir ki, milliyyəti təşkil edən faktorlar da irq və etnik mənsubiyyətə də
uyğun olduqca, bu əsas da müvafiq hallarda həmin əsaslara aiddir.
Bərabər Məşğulluq haqqında Direktivə əsasən din ayrıca əsas kimi açıq
şəkildə müdafiə olunur. Lakin, dini ayrı-seçkiliyin iddia olunan qurbanı dini
irqi əsasla da assosiasiya etməkdə maraqlı ola bilər, çünki, hazırda AB
hüququ ilə də müəyyən olunduğu kimi, irqi ayrı-seçkiliyə qarşı müdafiənin
əhatə dairəsi dini ayrı-seçkiliyə qarşı müdafiənin əhatə dairəsindən daha
genişdir. Bu ona görə belədir ki, İrqi Bərabərlik haqqında Direktiv məşğul-
luq, həmçinin mallara və xidmətlərə çatım imkanı ilə bağlı olduğu halda,
Bərabər Məşğulluq haqqında Direktiv yalnız məşğulluqla əlaqədardır.
İrq və etnik mənsubiyyət konsepsiyalarını izah edərkən AİHM müəyyən
etmişdir ki, dil, din, milliyyət və mədəniyyət irqdən ayrılmaz ola bilər. Timi-
shev  işində  Çeçen  mənşəli  ərizəçinin  nəzarət  keçid  məntəqəsindən
keçməsinə icazə verilməmişdi, çünki gözətçilərə Çeçen mənşəli şəxslərin
girişinə  imkan  verməmək  göstərişi  verilmişdi.  AİHM  bununla  əlaqədar
aşağıdakı izahı vermişdir:
‘Etnik mənsubiyyət və irq əlaqəli və üst-üstə düşən
konsepsiyalardır. Əgər irq anlayışı insanların dərinin rəngi və ya
sifət quruluşları kimi morfoloji cəhətlərə uyğun olaraq yarımnövlərə
bioloji təsnifatı ideyasına əsaslanırsa, etnik mənsubiyyətin əsasını
ortaq milliyyət, tayfa bağlılığı, dini inanc, ortaq dil və ya mədəniyyət
və ənənə təcrübəsi ilə fərqlənən sosial qruplar ideyası təşkil edir.’
204
Misal: Sejdić  və Finci Bosniya və Hersoqovinyaya qarşı işi 12 saylı
Protokol əsasında baxılan ilk iş idi. Ərizəçilər şikayət etmişdilər ki,
onlar seçkilərdə iştirak edə bilmirdilər.
205
1990-cı illərdəki münaqişənin
sülh  yolu  ilə  həllinin  bir  hissəsi  kimi,  üç  əsas  etnik  qrup  arasında
hakimiyyətin bölüşdürülməsi haqqında razılaşma əldə olunmuşdu.  
119
Müdafiə olunan əsaslar
_____________________________________
204. AİHM, Timishev Rusiyaya qarşı (Timishev v. Russia) (Nos. 55762/00 and 55974/00), 13 dekabr
2005, para. 55.
205. AİHM, Sejdić və Finci Bosniya və Hersoqovinaya qarşı Sejdić and Finci v. Bosnia and Herzegovina
[GC] (Nos. 27996/06 and 34836/06), 22 dekabr 2009.


Bu razılaşmanın şərtlərindən biri də o idi ki, seçkilərdə iştirak edən
hər hansı namizəd Bosniya, Serb və ya Xorvat icmasına mənsub
olduğunu elan etməli idi. Yəhudi və roma (qaraçı) əsilli olan ərizəçilər
bunu etməkdən imtina etdilər və irqi və etnik mənsubiyyət zəminində
ayrı-seçkiliyə  məruz  qaldıqlarını  iddia  etdilər.  AİHM  irqi  və  etnik
mənsubiyyət arasındakı əlaqə haqqında yuxarıdakı izahını təkrar etdi
və əlavə etdi ki, ‘şəxsin etnik mənşəyi zəminində ayrı-seçkilik irqi ayrı-
seçkiliyin bir formasıdır’. AİHM irqi ayrı-seçkilik haqqında mövqeyi
etnik mənsubiyyət və din arasındakı qarşılıqlı əlaqəni nümayiş etdirir.
Bundan əlavə, AİHM müəyyən etdi ki, sülh razılaşmasının incə şərtləri
də bu cür ayrı-seçkiliyə haqq qazandıra bilməz.
Misal: Bərabər Rəftar üzrə Avstriya Komissiyası tərəfindən baxılan bir
işdə,  Siqhizmə  mənsub  olan  bir  fərd  şikayət  etmişdi  ki,  bu  dinə
mənsub olan şəxslərin öz üzərlərində gəzdirdiyi mərasim qılıncını
çıxarmadığına  görə  onun  Vyana  sarayına  daxil  olmasına  icazə
verilməmişdi.
206
Komissiya bu işə etnik mənsubiyyət zəminində ayrı-
seçkilik işi kimi baxdı. Komissiya faktlar əsasında müəyyən etdi ki,
fərqli münasibət təhlükəsizlik səbəbi ilə əsaslandırılmış idi.
AİHM  irqi  və  ya  etnik  mənsubiyyət  zəminində  ayrı-seçkiliyə  qarşı
həddindən artıq ciddi mövqeyə malik olmuşdur. Məhkəmə qeyd etmişdir
ki,  ‘plüralizm  və  müxtəlif  mədəniyyətlərə  hörmət  prinsipləri  üzərində
qurulmuş müasir demokratik cəmiyyətdə şəxsin eksklüziv və ya həlledici
səviyyədə etnik mənsubiyyəti zəminində heç bir ayrı-seçkiliyə obyektiv qay-
dada haqq qazandırıla bilməz’
207
İrqi  zəmində  olan  ayrı-seçkiliklə  bağlı  AİHK  əsasında  edilən  iddiaya
baxarkən nəzərə alınmalı olan məsələlər barədə işləri Avropa Şurasının
Peşəkar Hüquqşünaslar üçün İnsan Hüquqları Təhsili veb səhifsindən əldə
etmək olar.
208
120
Ayrı-seçkilik əleyhinə Avropa hüququ üzrə Məlumat kitabı
_____________________________________
206. Equal Treatment Commission, Senate III. English summary available at FRA InfoPortal, Case 5-1.
Original text: http://infoportal.fra.europa.eu/InfoPortal/caselawDownloadFile.do?id=5.
207. AİHM, Sejdic və Finci Bosniya və Hersoqovinaya qarşı (Sejdić and Finci v. Bosnia and Herzego-
vina)  [GC] (Nos. 27996/06 and 34836/06), 22 dekabr 2009, para. 44. oxşar olaraq, AİHM, Timişev
Rusiyaya qarşı (Timishev v. Russia) (Nos. 55762/00 and 55974/00), 13 dekabr 2005, para. 58.
208. Kazuslarla iş 15, Roma kişilərin həbsi, onlarla bağlı məhkəməyəqədər həbs qətimkan tədbiri və on-
lara qarşı pis rəftar, bu linkdə tanış ola bilərsiniz: www.coehelp.org/course/view.php?id=18&topic=1 (Ar-
rest, pre-trial detention, ill-treatment of Roma man).


4.7. Vətəndaşlıq və ya milli mənşə
Vətəndaşlıq haqqında 1996-cı il Avropa Konvensiyasının 2(a) Maddəsi
vətəndaşlığa ‘şəxs və Dövlət arasında hüquqi bağlılıq’ kimi anlayış verir. Bu
Konvensiya geniş şəkildə ratifikasiya olunmasa da, bu anlayış beynəlxalq
ümumi hüququn qəbul olunmuş qaydalarına əsaslanır,
209
və həmçinin
İrqçilik  və  Dözümsüzlüyə  qarşı  Avropa  Komissiyası  tərəfindən  də
dəstəklənmişdir.
210
‘Milli mənşə şəxsin itirdiyi və ya naturalizasiya yolu ilə
əldə etdiyi əvvəlki vətəndaşlığı göstərmək üçün, və ya (Birləşmiş Krallıqda
Şotlandiya kimi) Dövlət içində ‘milləti’ göstərmək üçün istifadə oluna bilər.
Misal: Chen  işi himayəsində olduğu anasının Qeyri-Üzv Dövlətin
vətəndaşı olduğu, bir Üzv Dövlətin ərazisində doğulmuş uşağın başqa
bir  Üzv  Dövlətin  ərazisində  yaşamaq  hüququnun  olub-olmaması
məsələsi  haqqında  idi.
211
AƏM  hesab  etdi  ki,  bir  Üzv  Dövlət
vətəndaşlığın verilməsi üçün tələblər qoyduqda və həmin tələblər
yerinə yetirildikdə, uşağın başqa bir Üzv Dövlətin ərazisində yaşaması
üçün müraciət edildikdə həmin Dövlət onun bu hüququnu yenidən
mübahisələndirə bilməz.
AİHK vətəndaşlıq zəminində Aİ hüququndan daha böyük müdafiə təmin
etməsi ilə yanaşı, qəbul edir ki, vətəndaşlığın hüquqi bağlılığının olmaması
çox vaxt hansısa bir dövlətlə faktiki əlaqənin olmaması ilə müşayiət olunur
ki, bu da öz növbəsində iddia olunan qurbanın vətəndaşlarla müqayisədə
fərqli  vəziyyətdə  olduğunu  iddia  etməsinə  mane  olur.  AİHM-in
yanaşmasının mahiyyəti ondadır ki, bir şəxsin hansısa bir Dövlətlə faktiki
əlaqəsi, o cümlədən də vergi ödəmək baxımından, nə qədər yaxın olarsa,
onun  vətəndaşlıq  zəminində  fərqli  münasibətə  məruz  qalmağını
əsaslandırması bir o qədər çətin olur.
Misal: Zeïbek Yunanıstana qarşı (Zeïbek v. Greece) işində ərizəçiyə
‘böyük ailələr’i olan şəxslər üçün nəzərdə tutulmuş pensiyanın ve-
121
Müdafiə olunan əsaslar
_____________________________________
209. ICJ, Nottebohm (Liechtenstein v. Guatemala) [1955] ICJ Reports, 4, 23, 6 April 1955: ‘vətəndaşlıq
qarşılıqlı hüquq və vəzifələrin mövcudluğu ilə yanaşı, əsası sosial bağlılıq, həqiqi əlaqənin mövcudluğu,
maraqlar və hisslər olan hüquqi bağlılıqdır.’
210. ECRI, İrqçilik və İrqi Ayrı-seçkiliyə qarşı Mübarizə üçün Milli Qanunvericilik haqqında 7 Saylı
Ümumi Tövsiyyə, CRI(2003)8, 13 dekabr 2002-ci ildə qəbul olunmuşdur, səh. 6.
211. AƏM, Chen v. Secretary of State for the Home Department, İş C-200/02 [2004] ECR I-9925, 
19 oktyabr 2004


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə