Ayrı-seçkilik әleyhinә Avropa hüququ üzrә mәlumat kitabı



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə40/62
tarix29.09.2017
ölçüsü2,8 Kb.
#2335
1   ...   36   37   38   39   40   41   42   43   ...   62

rilməsindən imtina edilmişdi.
212
Onun tələb olunan sayda uşaqlarının
olmasına  baxmayaraq,  ərizəçi  pensiya  yaşına  çatan  vaxt  onun
uşaqlarından biri Yunanıstan vətəndaşı deyildi. Bu vəziyyət hökumətin
ərizəçinin  bütün  ailəsini  vətəndaşlıqdan  məhrum  etmək  (ki  bu  da
qanun pozuntuları ilə həyata keçirilmişdi) və (dördüncü övladı artıq
evli  olduğundan)  sonradan  onun  yalnız  üç  övladına  yenidən
vətəndaşlıq  vermək  barədə  əvvəlki  qərarının  nəticəsi  idi.  AİHM
müəyyən  etdi  ki,  vətəndaşlıqdan  məhrum  etmək  siyasəti  xüsusilə
Yunan  Müsəlmanlarına  qarşı  aparılmışdı  və  pensiya  verməkdən
imtina  olunmasına  Yunan  millətinin  qorunub  saxlanması  əsası  ilə
haqq qazandırıla bilməzdi, çünki bu əsaslandırma özü-özlüyündə milli
mənşə zəminində ayrı-seçkilik idi.
Misal:  Anakomba  Yula  Belçikaya  qarşı işində    Konqo  vətəndaşı
Belçikada qeyri-qanuni rezident idi.
213
Dünyaya övlad gətirdikdən qısa
bir  müddət  sonra  onun  Belçikada  yaşamaq  icazəsinin  müddəti
bitmişdi  və  o,  yeni  icazənin  alınması  üçün  müraciət  prosesinə
başlamışdı.  O,  Konqolu  ərindən  ayrılırdı  və  həm  özü,  həm  də
uşağının Belçika vətəndaşı olan bioloji atası uşaq üzərində atalıq
hüququnun müəyyən olunmasını istəyirdilər. Bunu etmək üçün ərizəçi
uşağın  doğulmasından  sonra  bir  il  ərzində  ərinə  qarşı  iddia  irəli
sürməli idi. Ərizəçinin kifayət qədər maliyyə vəsaiti olmadığından, o,
hüquqi prosedurun xərcinin qarşılanması məqsədilə hüquqi yardım
üçün müraciət etdi. Lakin, onun bu müraciəti rədd edildi, çünki bu cür
maliyyə  dəstəyi  Avropa  Şurasının  üzvü  olmayan  Dövlətlərin
vətəndaşlarına yalnız o halda verilə bilərdi ki, iddia rezident olmaq
hüququnun müəyyən edilməsi ilə əlaqədar olsun. Ərizəçiyə məsləhət
görüldü ki, rezident olmaq icazəsinin yenilənməsini tamamlasın və
sonra təkrar müraciət etsin. AİHM müəyyən etdi ki, bu şərtlər altında
ərizəçi ədalətli məhkəmə araşdırması hüququndan məhrum edilmişdi
və bu onun vətəndaşlığı ilə əlaqədar idi. Söhbətin ciddi ailə həyatı
məsələlərindən  getdiyi,  atalığın  müəyyən  olunması  üçün  vaxt
məhdudiyyətinin olduğu və şəxsin rezident olmaq icazəsini yeniləmək
prosesində olduğu vəziyyətdə Dövlət rezident olmaq icazəsinə malik
olan  və  ya  olmayan  şəxslər  arasında  fərq  qoyulmasına  haqq
qazandıra bilməz.
122
Ayrı-seçkilik əleyhinə Avropa hüququ üzrə Məlumat kitabı
_____________________________________
212. AİHM, Zeibek Yunanıstana qarşı (Zeïbek v. Greece) (No. 46368/06), 9 iyul 2009.
213. AİHM, Anakomba Belçikaya qarşı (Anakomba Yula v. Belgium) (No. 45413/07), 10 mart 2009.


3.2.-ci Fəsildə müzakirə olunduğu kimi, Aİ hüququ vətəndaşlıq zəminində
ayrı-seçkiliyi yalnız şəxslərin hərəkət azadlığı kontekstində qadağan edir.
O cümlədən, hərəkət azadlığı haqqında Aİ qanunvericiliyi üçüncü ölkələrin
vətəndaşlarına məhdud hüquqlar verir. Buna baxmayaraq, AİHK (Aİ-nın
bütün  Üzv  Dövlətlərinin  də  daxil  olduğu) Avropa  Şurasının  bütün  Üzv
Dövlətlərinin  üzərinə  AİHK-da  müəyyən  olunan  hüquqları  (qeyri-
vətəndaşlar da daxil olmaqla) yurisdiksiyaları altında olan bütün şəxslər
üçün təmin etmək öhdəliyini qoyur. AİHM Dövlətin onunla hüquqi bağlılığı
olan vətəndaşlarına hansı mənfəətləri istəsə təklif etmək hüququ ilə həmin
Dövlətin onunla əsaslı faktiki bağlılığı formalaşmış şəxslərə qarşı ayrı-seçk-
ilik etməsinin qaşısının alınması zərurəti arasında balans saxlamışdır.
Şəxslər Dövlətlə güclü faktiki bağlılıqlarının olduğunu göstərə bilirsə, AİHM
sosial təhlükəsizliklə bağlı məsələlərə çox ciddi fikir verir.
Dövlətlərin  əcnəbilərin  onların  sərhədlərini  keçib  ölkələrinə  girişini  və
çıxışını nizamlamaq hüququ beynəlxalq ümumi hüquqla müəyyən olunur
və AİHM tərəfindən tanınır. Bununla əlaqədar, AİHM əsasən (3-cü Maddə
əsasında) təyinat ölkəsindəki qeyri-insani və ya alçaldıcı rəftar və ya cəza
və ya işgəncə ilə üzləşdiyi halda
214
, və ya (8-ci Maddə əasında) şəxsin
olduğu ölkədə güclü ailə bağlarının olduğu və şəxsin olduğu olkəni tərk
etməyə  məcbur  edildiyi  halda  bu  ailə  bağlarının  qırılacağı  halda
215
,
şəxslərin deportasiyası ilə bağlı şikayətlərə baxmışdır.
Misal: C. Belçikaya qarşı və Moustaquim Belçikaya qarşı işlərində
Mərakeş vətəndaşları olan ərizəçilər cinayət məsusliyyətinə cəlb olun-
muşdular və deportasiya olunmalı idilər.
216
Onlar şikayət etdilər ki, bu
milliyyət zəminində ayrı-seçkilik idi, çünki oxşar vəziyyətdə nə Belçika
vətəndaşları, nə də Aİ-nın digər Üzv Dövlətlərindən olan əcnəbilər de-
portasiya oluna bilməzdilər. AİHM müəyyən etdi ki, ərizəçilər Belçika
vətəndaşları  ilə  müqayisə  olunacaq  vəziyyətdə  deyildilər,  çünki
vətəndaşların öz Dövlətlərində qalmaq hüquqları var idi ki, bu hüquq
da AİHK-da (4 saylı Protokolun 3-cü Maddəsində) təsbit olunmuşdu.
Bundan  əlavə,  üçüncü  ölkələrin  vətəndaşlarına  göstərilən  müna-
123
Müdafiə olunan əsaslar
_____________________________________
214. Misal üçün Bax, AİHM, Chahal v. UK (No. 22414/93), 15 November 1996.
215. Bu işlərin uğur qazanmaq şansının az olmasına baxmayaraq. Misal üçün, bax, AİHM, Abdulaziz,
Cabales and Balkandali v. UK (Nos. 9214/80, 9473/81 and 9474/81), 28 May 1985.
216. AİHM, C. Belçikaya qarşı (C. v. Belgium) (No. 21794/93), 7 avqust 1996; AİHM, Moustaquim
Belçikaya qarşı (Moustaquim v. Belgium) (No. 12313/86), 18 fevral 1991


sibət  ilə AB-nin  digər  Üzv  Dövlətlərinin  vətəndaşlarına  göstərilən
münasibət arasındakı fərq də əsaslı idi, çünki AB tərəfindən xüsusi
hüquqi qayda, o cümlədən AB vətəndaşlığı yaradılmışdı.
Bu işlər ərizəçinin uzun müddət rezident olmaqla və ya vergi ödəməklə
ərazisində  olduğu  Dövlətlə  yaxın  faktiki  bağlılıq  formalaşdırdığı
vəziyyətlərlə müqayisə olunmalıdır. 
Misal:  Andrejeva  Latviyaya  qarşı işində  ərizəçi  Latviyada  daimi
yaşamaq hüququ olan əvvəllər keçmiş Sovet İttifaqının vətəndaşı
olmuş bir şəxs idi.
217
Milli qanunvericiliklə müəyyən olunan təsnifata
əsasən ərizəçi müstəqillikdən əvvəlki dövrdə (müstəqillikdən əvvəl və
sonra  Latviya  ərazisində  eyni  vəzifədə  olmasına  baxmayaraq)
Latviyadan kənarda işləmişdi və nəticə etibarilə onun pensiyası eyni
vəzifədə  müstəqillikdən  sonrakı  dövrdə  işlədiyi  müddət  əsasında
hesablanmışdı. Əksinə, eyni vəzifədə olan Latviya vətəndaşlarının
pensiyası isə müstəqillikdən əvvəlki dövrdəki iş müddəti də daxil ol-
maqla bütün xidmət müddəti əsasında hesablanırdı. AİHM müəyyən
etdi ki, ərizəçi Latviya vətəndaşları ilə oxşar vzəiyyətdədir, çünki milli
qanunvericiliyə əsasən o, ‘daimi rezident olan əcnəbi’ idi və o da eyni
əsaslarla  vergi  ödəyirdi.  Qeyd  olunurdu  ki,  sadəcə  vətəndaşlıq
zəminində fərqli münasibət göstərilməsinin əsaslandırılması üçün ‘çox
ciddi səbəblərin’ olmasına ehtiyac vardır ki, hazırkı işdə də bu cür
səbəblər olmamışdır. Məhkəmənin Dövlətin fiskal və sosial siyasət
məsələləri ilə bağlı geniş mülahizə sərbəstliyinə malik olmasını qəbul
etməsinə  baxmayaraq,  ərizəçinin  vəziyyəti  faktiki  olaraq  Latviya
vətəndaşlarının vəziyyətinə o qədər yaxın idi ki, bu zəmində ayrı-
seçkiliyə haqq qazandırılması mümkün deyildi.
Misal:  Gaygusuz  Avstriyaya  qarşı (Gaygusuz  v.  Austria)  işində
Avstriyada işləyən Türkiyə vətəndaşına Avstriya vətəndaşı olmadığı
üçün işsizliyə görə müavinət ödənilməsindən imtina edilmişdi.
218
AİHM
müəyyən etdi ki, ərizəçi Avstriya vətəndaşları ilə oxşar vəziyyətdədir,
çünki o daimi rezident idi və vergi yolu ilə sosial təhlükəsizlik sisteminə
töhfə  vermişdi.  Məhkəmə  müəyyən  etdi  ki,  Avstriya  və  Türkiyə 
124
Ayrı-seçkilik əleyhinə Avropa hüququ üzrə Məlumat kitabı
_____________________________________
217. AİHM, Andrejeva Latviyaya qarşı (Andrejeva v. Latvia) [GC] (No. 55707/00), 18 fevral 2009.
218. AİHM, Gaygusuz Avstriyaya qarşı (Gaygusuz v. Austria) (No. 17371/90), 16 sentyabr 1996.


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə