Ayrı-seçkilik әleyhinә Avropa hüququ üzrә mәlumat kitabı



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə48/62
tarix29.09.2017
ölçüsü2,8 Kb.
#2335
1   ...   44   45   46   47   48   49   50   51   ...   62

təblərə göndərilməsi intellektual bacarığı qiymətləndirmək məqsədi
güdən testin tətbiqinə əsaslanırdı. Bu kimi “neytral” təcrübəyə bax-
mayaraq, testin təbiəti roma uşaqlara mahiyyətcə qənaətbəxş nəticə
əldə etməyi və əsas təhsil sisteminə qoşulmağı daha da çətin etmişdi.
AİHM bunu “xüsusi” məktəblərə roma mənşəli şagirdlərin xüsusi ilə
yüksək nisbətinin yerləşdirildiyini nümayiş etdirən statistik sübutlara
istinad  etməklə  sübuta  yetirildiyini  müəyyən  etmişdi.  Ərizəçilər
tərəfindən  təqdim  edilən  konkret  coğrafi  əraziyə  aid  məlumatlar
təhsilə cəlb edilən ümumi əhalinin 2%-ni təşkil etməsinə baxmayaraq,
xüsusi məktəbdəki şagirdlərin 50-56 %-nin roma mənşəli şagirdlərin
təşkil etdiyini nümayiş etdirmişdi. Hökumətlər arası mənbələrdən əldə
edilən məlumatlarda ölkədə ümumilikdə romaların 50%-dan 90%-a
qədərinin xüsusi məktəblərə getdiyi göstərilmişdir. AİHM məlumatın
dəqiq olmamasına baxmayaraq, onun yenə də təsirə məruz qalmış
roma uşaqların əhalinin ümumi tərkibinə nisbətdə “qeyri-mütənasib
dərəcədə yüksək” olduğunu nümayiş etdirdiyi qənaətinə gəlmişdi.
267
Elə  görünür  ki,  müdafiə  olunan  qrupun  qeyri-mütənasib  şəkildə  təsirə
məruz qaldığını statistik məlumat olmadan da sübut etmək olar, amma
mövcud mənbələr etibarlıdır və bu təhlili dəstəkləyir. 
Nümunə: Opuz Türkiyəyə qarşı işdə məişət zorakılığı zəminində şəxs
dəfələrlə  həyat  yoldaşını  və  onun  anasını  döymüş  və  nəticədə
yoldaşının anasını qətlə yetirmişdi.
268
AİHM Dövlətin ərizəçi və onun
anasını  və  sonuncunun  həyatını  qeyri-insani  və  ləyaqəti  alçaldan
davranışdan qoruya bilmədiyini müəyyən etmişdi. Məhkəmə Dövlətin
adekvat  müdafiə  təklif  etməsinin  ərizəçilərin  qadın  olması  faktına
söykəndiyinə  görə  ərizəçiləri  ayrıseçkiliyə  məruz  qoyduğunu  da
müəyyən  etdi.  Məhkəmə  qismən  məişət  zorakılığı  qurbanlarının
əsasən qadın olması faktına və milli məhkəmələr tərəfindən evdə
zorakılıq  qurbanlarını  müdafiə  etməyə  yönəlmiş  qərar  vermək
səlahiyyətinin nisbətən məhdud sayda olduğunu göstərən rəqəmlərə
əsaslanaraq bu qənaətə gəldi. AİHM-də məişət zorakılığının qurban-
larının əsasən qadın olmasını göstərən statistik məlumatların olma-
148
Ayrı-seçkilik əleyhinə Avropa hüququ üzrə Məlumat kitabı
_____________________________________
267. AİHM, D.H. və Başqaları Çex Respublikasına qarşı (D.H. and Others v. the Czech Republic) [GC]
(57325/00 saylı ərizə), 13 noyabr 2007, 18, 196-201-ci bəndlər.
268. AİHM, Opuz Türkiyəyə qarşı (Opuz  v. Turkey) (33401/02 saylı ərizə), 9 iyun 2009.


ması və Amnesty İnterneyşnl təşkilatı tərəfindən bu barədə etibarlı
məlumatın olmamasını qeyd etməsi maraq doğurur. Bunun əvəzinə
AİHM nüfuzlu milli QHT olan Amnesty İnterneyşnl (Amnesty Interna-
tional) təşkilatının və BMT-nin Qadınlara qarşı bütün növ ayrı-seçk-
iliyin  qadağan  edilməsi  Komitəsinin  Türkiyədə  qadınlara  qarşı
zorakılığın  ciddi  problem  olduğunu  qeyd  edən  qiymətləndirməsini
qəbul etməyə meyilli idi.
Nəzərə almaq lazımdır ki, statisik məlumatlar dolayı ayrı-seçkiliyin olmasını
sübut etmək üçün heç də həmişə gərəkli deyil. İddianı sübut etmək üçün
statistik məlumatların lazım olub-olmaması işin faktlarından asılı olacaq.
Misal üçün, başqalarının müdafiə olunan kateqoriyaya mənsub olmasına
dair təcrübənin və ya inamın olmasını göstərən dəlil yetərli ola bilər. 
Nümunə: Orsus və Digərləri Xorvatiyaya qarşı işdə bəzi məktəblər
adi siniflərlə müqayisədə qısaldılmış kurrikulum üzərində qurulmuş
siniflər  yaratmışdı.  Bu  siniflərdə  roma  (qaraçı)  şagirdlərin  sayının
qeyri-mütənasib  dərəcədə  yüksək  olması  və  bu  səbəbdən  etnik
mənşəyə əsaslanan dolayı ayrı-seçkiliyə bərabər olması iddia edilirdi.
Hökumət  tərəfi  bu  siniflərin  Xorvat  dilini  bilmə  meyarı  əsasında
qurulduğunu  və  lazımı  dil  səviyyəsinə  çatdıqda  şagirdlərin  əsas
siniflərə köçürüldüyünü qeyd etmişdi. AİHM D.H işindən fərqli olaraq
müəyyən etdi ki, tək statistika ayrı-seçkiliyin olması ehtimalına əsas
vermir. Məktəbin birində 44% şagirdlər roma idi və yalnız 73% tək ro-
malar olan sinifə gedirdi. Digər məktəbdə 10% roma idi və onların
36%-i tək romalar olan sinfə gedirdi. Bu onu təsdiq edir ki, romaları
avtomatik olaraq ayrı sinfə salınmasına dair ümumi qayda mövcud
deyil. Bununla belə, AİHM dolayı ayrı-seçkiliyin statistik məlumatlara
əsaslanmadan da sübuta yetirilməsinin mümkün olduğunu qeyd etdi.
Burada, Xorvat dilini yaxşı bilməməsinə görə uşaqları ayrı siniflərə
yerləşdirmə tədbiri təkcə roma şagirdlərə tətbiq edilirdi. Beləliklə, bu
hal fərqləndirici davranışın ehtimalı üçün əsas olmuşdu.
269
Nümunə:  Sloveniyanın  Bərabərlik  Prinsipi  üzrə  Vəkili  tərəfindən
baxılan  işdə  işəgötürən  işçilərə  adətən  donuz  əti  və  ya  piyli
məhsullardan nahar verirdi. Müsəlman işçi səhhəti ilə əlaqədar alter-
nativ yemək ehtiyacını sübut edən işçilərə işəgötürən tərəfindən belə 
149
Ayrıseçkiliyə yol verilməməsi hüququnda sübutlar problemi
_____________________________________
269. AİHM, Orsus və Başqaları Xorvatiyaya qarşı (Oršuš and Others v. Croatia) [GC] (15766/03 saylı
ərizə), 16 mart 2010, 152-153-ci bəndlər.


imkanın  verildiyi  üçün  özünə  yemək  almağa  görə  alternativ  aylıq
yemək ödənişi xahiş etmişdi.
270
Səthi olaraq neytral görünən təcrübə
donuz əti yeməyən müsəlmanlara faktiki olaraq mənfi təsir göstərdiyi
üçün bu dolayı ayrıseçkiliyə aid iş idi. Müsəlmanlara bu qaydanın
mənfi  təsir  etdiyini  göstərmək  üçün  bu  işin  hallarına  dair  statistik
sübutların  gətirilməsi  zəruri  deyildi,  çünki  dini  baxışlarına  görə
müsəlmanların donuz əti yemədiyi hamıya məlumdur.  
Nümunə:  Birləşmiş  Krallıq  məhkəmələrində  baxılan  bir  işdə
işəgötürən işçinin uniforma üzərində zinət əşyaları (o cümlədən dini
baxışlarına  görə)  geyməsini  qadağan  etmişdi.
271
Xristian  işçi  xaç
taxmağın qadağan edilməsini onun dini əsasla ayrıseçkiliyə məruz
qalmasına bərabər olduğunu iddia edirdi. İşə baxılarkən və sonrakı
apellyasiya dinləmələrində də məhkəmələr bunun dini əsasla dolayı
ayrı-seçkilik olmasını qəbul etməyə hazır idi, o halda ki, xaçın taxılma-
sının  Xristian  dininin  tələbi  olması  sübuta  yetirilsin.  Bu  məqsədlə
Məşğulluq Tribunalı işdə dini simvollar taxan xristianların sayına dair
statistik sübutlar əvəzinə Xristian dini üzrə ekspertdən sübut istədi.   
Əsas məqamlar
• Vacib olan daha az əlverişli davranışın motivi deyil, onun təsiridir.
• Avropa İttifaqı hüququnda qurbanı müəyyən etmək gərəkli deyil.
• Ayrıseçkiliyin baş verdiyini əks etdirən sübutu ilkin olaraq göstərmək öhdəliyi
ərizəçinin üzərindədir.
• Ayrıseçkiliyin ehtimalını dəstəkləmək üçün statistik sübutdan istifadə edilə
bilər.
• Sübutetmə yükü sonra qanunu pozduğu güman edilən tərəfə keçir və o, az
əlverişli davranışın müdafiə edilən əsasların birinə söykənmədiyini göstərən
sübut təqdim etməlidir.
150
Ayrı-seçkilik əleyhinə Avropa hüququ üzrə Məlumat kitabı
_____________________________________
270. Bərabərlik prinsipi üzrə Vəkil (Sloveniya), Qərar No. UEM-0921-1/2008-3, 28 avqust 2008. İngilis
dilində xülasə FRA məlumat portalından (İş #364-1) əldə edilə bilər;  Ayrıseçkiliyin qadağan edilməsi
sahəsində Avropa hüquqşünas ekspertlərinin Şəbəkəsi (European Network of Legal Experts on the
Non-Discrimination Field), 8 (iyul 2009) ‘European Anti-Discrimination  Law Review’ jurnalı, s. 64.
271. Birləşmiş Krallığın Appellyasiya Məhkəməsi, Eweida v. British Airways Plc [2010] EWCA Civ 80, 12
fevral 2010.


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə