Ayrı-seçkilik әleyhinә Avropa hüququ üzrә mәlumat kitabı



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə47/62
tarix29.09.2017
ölçüsü2,8 Kb.
#2335
1   ...   43   44   45   46   47   48   49   50   ...   62

şəxsi müəyyən etməyin gərəkli olmamasını birdirmişdi. Bunun səbəbi
elanın məzmununa görə “ağ dərili olmayan şəxslərin” qabaqcadan
uğurlu olmayacağını bilərək iş üçün müraciət etmək istəməyəcəkləri
ilə əlaqədardır. Buna görə, həqiqi qurbanı göstərmədən qanunun və
ya qaydanın ayrı-seçkilik xarakterli olmasını sübut etmək mümkündür.       
Nümunə: fərdlər “vəziyyətin qiymətləndirilməsi”nə dair işlərə (aşağıda
müzakirə edilir) adətən onlara qarşı yaxşı davranılmayacağını bilərək
və  ya  bunu  gözləyərək  qoşulurlar.  Onların  məqsədi  əslində
sözügedən xidmətə çıxış əldə etmək deyil, sübut toplamaqdır. Bu o
deməkdir ki, həmin şəxslər ənənəvi mənada “qurban deyillər”. Onlar
dəymiş ziyana görə təzminat almaq istəmir, qanunun icrasının təmin
edilməsindən  narahatdırlar.  İsveçdə  hüquq  fakültəsinin  tələbələri
tərəfindən  gecə  klubları  və  restoranlarda  vəziyyətin  qiymətlən-
dirilməsinə dair baxılan bir işdə, Ali Məhkəmə qiymətləndirməyə cəlb
edilmiş  şəxslərin  də  ayrı-seçkilik  xarakterli  davranışa  görə  iddia
qaldıra bilməsini qeyd etmişdir. Eyni zamanda onlara verilən təzminat
azaldıla  bilər,  çünki  onların  istəyinə  (yəni,  konkret  təsisata  daxil
olmaq) rədd cavabı verilməmişdi.
256
5.3. Statistik və digər məlumatların rolu
Statisik məlumatlar ayrı-seçkiliyin ehtimal edilməsində iddiaçı üçün vacib-
dir. O, xüsusən də dolayı ayrı-seçkiliyin sübuta yetirilməsində faydalı olur,
çünki belə hallarda sözügedən təcrübə və ya qaydalar səthi baxışdan ney-
tral  görünür.  Belə  olan  halda  təcrübə  və  qaydaların  təsirinə  diqqət
yetirilməlidir ki, onların oxşar vəziyyətdə digərləri ilə müqayisədə konkret
şəxslər qrupuna qarşı qeyri-mütənasib dərəcədə əlverişsiz olduğu nümayiş
etdirilsin. Statistik məlumatların təqdim edilməsi sübutetmə yükünün ləğv
edilməsi ilə birgə tətbiq edilir: misal üçün, qadınların və ya əlillərin xüsusi
əlverişsiz  şəraitdə  olduğunu  göstərən  məlumat  varsa,  rəqəmlərə  dair
inandırıcı olan alternativ izahatın verilməsi Dövlətin üzərinə düşür. AİHM
145
Ayrıseçkiliyə yol verilməməsi hüququnda sübutlar problemi
_____________________________________
256. İsveç Ali Məhkəməsi, Escape Bar and Restaurant v. Ombudsman against Ethnic Discrimination
T-2224-07, 1 oktyabr 2008. İngilis dilində xülasə FRA məlumat portalından (İş #365-1) əldə edilə bilər;
Ayrıseçkiliyin qadağan edilməsi sahəsində Avropa hüquqşünas ekspertlərinin Şəbəkəsi (European Net-
work of Legal Experts on the Non-Discrimination Field), 8 (iyul 2009) ‘European Anti-Discrimination  Law
Review’ jurnalı, s. 68.


bunu  Hugendiyk  (Hoogendijk)  Niderlanda  qarşı  məhkəmə  işində
vurğulamışdır:
257
‘[M]əhkəmə ərizəçinin mübahisə edilməyən rəsmi statistikaya
əsaslanaraq faktiki olaraq qadınların kişilərdən daha çox faizinə
təsir edən konkret qaydanın mövcudluğuna prima facie işarənin
(neytral şəkildə ifadə edilsə belə) olduğunu göstərə bildiyi işlərdə,
bunun cinsi ayrı-seçkiliklə əlaqəsi olmayan obyektiv faktorlar
nəticəsində olmasını göstərməyin cavabdeh Hökumətin üzərinə
düşdüyünü hesab edir.’
Statistik sübutları qiymətləndirərkən, məhkəmələr dolayı ayrı-seçkiliyin baş
verməsini  təsdiqləyən  və  sübut  edilməli  olan  ciddi  hədd  tələbini  qəbul
etməyiblər. AƏM yetərli rəqəmin olmasının vacibliyini qeyd edib. AƏM-in
presedent  hüququnun  icmalı  Nolte  işində  Baş  Vəkil  Leger  tərəfindən
yazılan Rəydə təqdim olunur. Bu Rəydə cinsi ayrıseçkiliyə dair aşağıdakılar
qeyd edilir:     
‘[Ö]lçü vahidinin ayrı-seçkilik xarakterli olduğunu ehtimal etmək
üçün o, “qadınların kişilərlə nisbətdə xeyli çox sayına” [Rinner-Kühn
işi
258
] və ya “kişilərin qadınlarla nisbətdə kifayət qədər az faizinə”
[Nimz işi
259
, Kovalska işi
260
], yaxud “qadınların kişilərdən xeyli çox”
[De Vird, née Roks, və Digərləri işi
261
] olmasına təsir etməlidir.
Məhkəmə işlərində ölçü vahidinin təsir etdiyi qadınların nisbətinin
xüsusi ilə qeyd edilməli olduğu vurğulanır. Rinner-Kühn işində
Məhkəmə qadınların faizinin 89% olduğu halda ayrı-seçkilik xarak-
terli vəziyyətin olması qərarına gəlib. Bu halda rəqəmin 60% olması
öz-özündə …ayrı-seçkiliyin olmasına dair qənaətə gəlmək üçün
bəlkə də yetərli olmayacaq.’
262
146
Ayrı-seçkilik əleyhinə Avropa hüququ üzrə Məlumat kitabı
_____________________________________
257. Hoogendijk v. the Netherlands (dec.) (No. 58641/00), 6 yanvar 2005.
258.  AƏM, Rinner-Kühn v. FWW Spezial-Gebäudereinigung, İş C-171/88 [1989] ECR 2743, 13 iyul
1989.
259.  AƏM, Nimz v. Freie und Hansestadt Hamburg, İş C-184/89 [1991] ECR I-297, 7 fevral 1991.
260.  AƏM, Kowalska v. Freie und Hansestadt Hamburg, İş C-33/89 [1990] ECR I-2591, 27 iyun 1990.
261.  AƏM, De Weerd, née Roks, and Others v. Bestuur van de Bedrijfsvereniging voor de Gezondheid,
Geestelijke en Maatschappelijke Belangen and Others, İş C-343/92 [1994] ECR I-571, 24 fevral 1994.
262. AƏM-də Baş vəkil Légerin Rəyi, 31 may 1995, 57-58-ci bəndlər, Nolte v. Landesver-
sicherungsanstalt Hannover, İş C-317/93 [1995] ECR I-4625, 14 dekabr 1995.


Nümunə:  Şönheyt  (Schönheit) işində  yarımştatda  olan  qadın
əməkdaş cinsi ayrı-seçkiliyə məruz qaldığını iddia edirdi.
263
İşlədiyi
müddətdən  asılı  olmayaraq  ödənilən  təqaüd  fərqinin  yarımştat
əməkdaşların tam ştatda olan əməkdaşlardan daha az ödəniş alması
demək idi. Yarımştat əməkdaşlarının 87.9%-ni qadınlar təşkil etdiyini
sübut etmək üçün statistik sübutlar təqdim edildi. Neytral olmasına
baxmayaraq, kişilərlə müqayisədə qadınlara qeyri-mütənasib şəkildə
mənfi təsir göstərildiyi üçün, AƏM bunun cinsi əsaslı dolayı ayrı-seçk-
ilik  ehtimalını  yaratdığını  qəbul  etdi.  Eynilə,  Gerster  işində  də
yarımştat işçilərin 87%-ni qadınlar təşkil edərək əlverişsizliyin yetərli
olması barədə qərar qəbul edilmişdi
264

Nümunə: Seymur Smis (Seymour Smith) işi
265
bir işəgötürənlə ardıcıl
olaraq iki ildən çox işləmiş əməkdaşlar üçün xüsusi müdafiə nəzərdə
tutan əsassız işdən çıxarmaya dair Birləşmiş Krallığın qanunvericiliyi
ilə əlaqədar iş idi. Şikayətçi bu meyara əsasən kişilərlə müqayisədə
qadınların uyğun gəlməsi şansının az olduğundan bunun cinsi əsasda
dolayı ayrı-seçkiliyə bərabər olmasını iddia edirdi. Bu iş ona görə
maraqlıdır ki, AƏM qeyri-mütənasibliyin aşağı dərəcəsinin dolayı ayrı-
seçkiliyi də “kişi və qadın arasında uzun müddət ərzində davamlı və
nisbətən daimi bərəbərsizlik aşkar etdikdə” sübut edə bilməsini təklif
edib. Lakin, bu işin konkret faktlarına gəldikdə, AƏM qeyd etdi ki,
kişilərin 77.4%-nin və qadınların 68.9%-nin bu meyara cavab verdiyini
nümayiş  etdirən  statistik  məlumatlar  həmin  qaydaya  əhəmiyyətli
dərəcədə  az  faiz  qadınların  cavab  verə  biləcəyini  sübuta
yetirməmişdi.      
Nümunə: D.H və Digərləri Çexiya Respublikasına qarşı işdə roma
(qaraçı)  mənşəli  ərizəçilər  uşaqlarının  əsas  təhsil  sistemindən
kənarlaşdırıldığından və onların roma etnik mənşəyinə görə çətin
tərbiyə  olunan  uşaqlar  üçün  nəzərdə  tutulan  “xüsusi”  məktəblərə
yerləşdirildiyindən şikayət edirdi
266
. Roma uşaqların “xüsusi” mək-
147
Ayrıseçkiliyə yol verilməməsi hüququnda sübutlar problemi
_____________________________________
263. AƏM, Hilde Schönheit v. Stadt Frankfurt am Main and Silvia Becker v. Land Hessen, Birləşdirilmiş
işlər C-4/02 və C-5/02 [2003] ECR I-12575, 23 oktyabr 2003.
264. AƏM, Gerster v. Freistaat Bayern, İş C-1/95 [1997] ECR I-5253, 2 oktyabr 1997.
265. AƏM, R v. Secretary of State for Employment, ex parte Seymour-Smith and Perez, İş  C-167/97
[1999] ECR I-623, 9 fevral 1999.
266. AİHM, D.H. və Başqaları Çex Respublikasına qarşı (D.H. and Others v. the Czech Republic) [GC]
(57325/00 saylı ərizə), 13 noyabr 2007.


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə