Azərbaycan Dövlət qtisad Universiteti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə34/47
tarix27.10.2017
ölçüsü5,01 Kb.
#7090
1   ...   30   31   32   33   34   35   36   37   ...   47

 
265
əhaliyə  təqdim  olan  nemətlər  və  xidmətlərin  kəmiyyət  və 
keyfiyyətindən asılıdır. 
Həyat  səviyyəsi  dedikdə,  ölkə  əhalisinin  həyat  şərtlərinin  elə 
məcmusu  nəzərdə  tutulur  ki,  o  dövlətin  iqtisadi  inkişaf  səviyyəsinə 
uyğun gəlsin. 
Sosial-iqtisadi  kateqoriya  olan  «həyat  səviyyəsi»nin  əsas  cəhəti 
ondan  ibarətdir  ki,  o,  yalnız  bütöv  əhalinin  deyil,  həm  də  ayrı-ayrı 
qrupların  tələbatlarının  reallaşmasının  xarakter  və  miqyasını  ifadə 
edir.  
Həyat 
səviyyəsi 
 
kateqoriyası 
başqa 
sosial-iqtisadi 
kateqoriyalardan  fərqli  olaraq,  onların  çoxunu  keyfiyyət  baxımından 
birləşdirir. Həyat səviyyəsinin komponentləri kimi keyfiyyət cəhətdən 
zənginləşdirilmiş  həyat  tərzi,  həyat  şəraiti  və  ətraf  mühit  çıxış  edir. 
Məsələn, həyatın keyfiyyəti anlayışını xarakterizə edərkən, onu yalnız 
qida 
keyfiyyəti 
(kaloriyi, 
zulalın 
miqdarı, 
yağlığı) 
 
ilə 
məhdudlaşdırmaq olmaz. 
Həyat səviyyəsi işçinin, onun ailə üzvlərinin, bütövlukdə əhalinin 
təlabatının ödənilmə dərəcəsi ilə müəyyən edilir. Ona görə də əhalinin 
gəlir  mənbələri,  real  və  nominal  əmək  haqqı  onların  maddi  təminatı, 
maddi  rifahı  üçün  əsas  şərtdir.  Həyat  səviyyəsi  həyatı  nemətlərin 
normativləri  ilə  müəyyən  edilsə  də,  onun  real  təminatı  bütövlükdə 
ölkənin iqtisadi potensialı, hər bir vətəndaşın, əhali qruplarının faktiki 
imkanları, gəlirləri və əmək haqqı ilə məhdudlaşır və yaxud genişlənir. 
Ona  görə  də  həyatın  dəyəri  pul  formasında  ifadə  olunan  maddi 
nemətlər  və  xidmətlərin  həm  norma  (normativ)  və  həm  də  faktiki 
istehlakının kəmiyyəti, miqdarı ilə müəyyən olunur.  


 
266
Həyat  səviyyəsində  maddi  təminatın  rolunu  müxtəlif  variantlı 
göstəricilərlə ifadə etmək olar. Məsələn, ÜDM-un, milli gəlirin həcmi, 
əhalinin  nominal  gəlirləri,  sahibkarlıq  gəlirləri,  əmək  haqqı  fondu, 
əmtəə 
dövriyyəsinin 
həcmi, 
əhalinin 
əmanət 
banklarındakı 
əmanətlərin  məbləği,  pensiya  fondunun  ümumi  həcmi,  mənzil 
fondunun  həcmi,  yerinə  yetirilmiş  xidmətlərin  həcmi.  Əhalinin  hər 
nəfərinə  görə  -  hər  adambaşına  düşən:  real  gəlirlər,  sahibkarlıq 
gəlirləri,  xidmətlərin  həcmi,  hər  əmanətin  orta  miqdarı,  minimum  və 
orta əmək haqqı, minimum və orta pensiya, əmtəə dövriyyəsi. Həmin  
göstəricilərdən,  məsələn,  qiymətdən  istifadə  edərək  əhalinin  ayrı-ayrı 
sosial-demoqrafik qrupları üzrə minimum istehlak büdcəsini və onun 
strukturunu  müəyyənləşdirmək  olar.  Burada  minimum  istehlak 
büdcəsi, yaşayış minimumu, minimum istehlak səbəti, minimum əmək 
haqqı, əmtəə, məhsul və xidmətlərin minimum normativləri, əmtəə və 
xidmətlərin  qiymətləri  əsas  götürülür.  Minimum  istehlak  büdcəsinin 
orta, yüksək, normal səviyyəli həyatın dəyəri göstəriciləri ilə müqayisə 
etmək,  həmin  səviyyələrdə  onun  xüsusi  çəkisini  hesablamaq 
mümkündür.  Burada  minimum  istehlak  büdcəsini  necə  deyərlər, 
rasional  istehlak  büdcəsi  ilə  müqayisə  etmək,  regionlar  üzrə  isə 
istehlak  “səbətinin”  dəyərini  bazis  dövründəki  həyatın  dəyərinə 
bölməklə müəyyən etmək olar. Həm də regionlar, ərazilər üzrə həyatın 
dəyəri  indeksi,  həyatın  dəyəri  fərqləri  hesablanarkən  onu  yalnız 
istehlak  qiymətləri  indeksi  ilə  məhdudlaşdırmaq  olmaz.  Həyatın 
dəyəri  indeksi  daha  geniş  və  əhatəlidir.  Əhali  gəlirləri,  yaşayış 
minimumu,  minimum  istehlak  büdcəsi  arasında  istər  nisbətlər  və 
istərsə də reallıq baxımından mövcud vəziyyət təhlil olunmalıdır..       


 
267
Həyat səviyyəsi həyatı nemətlərin normativləri ilə müəyyən edilsə 
də  ,onun  real  təminatı  bütövlükdə  ölkənin  iqtisadi  potensialı,  hər  bir 
işçi  və  adamın,  əhali  qrupunun  faktiki  imkanları,  gəlirləri  və  əmək 
haqqı ilə məhdudlaşır və yaxud genişlənir. Ona görə də həyatın dəyəri 
pul  ifadəsində  ifadə  olunan  maddi  nemətlər  və  xidmətlərin  həm 
norma (normativ) və həm də faktiki istehlakının kəmiyyəti, miqdarı ilə 
müəyyən olunur. 
Müasir  dövrdə  həyatın  dəyəri,  həyat  səviyyəsi  göstəriciləri  xeyli 
genişlənmiş  və zənginləşmişdir.  Həyat  səviyyəsində  maddi  təminatın 
rolunu  müxtəlif  variantlı  göstəricilərlə  ifadə  etmək  olar.Məsələn, 
ÜDM-un,  milli  gəlirin  həcmi,  əhalinin  nominal  gəlirləri,  sahibkarlıq 
gəlirləri,  əmək  haqqı  fondu,  əmtəə  dövriyyəsinin  həcmi,  əhalinin 
əmanət banklarındakı əmanətlərin məbləği, pensiya fondunun ümumi 
həcmi, mənzil fondunun həcmi, yerinə yetirilmiş xidmətlərin həcmi və 
s. Əhalinin hər nəfərinə görə isə - hər adambaşına düşən: real gəlirlər, 
sahibkarlıq  gəlirləri,  xidmətlərin  həcmi,  hər  əmanətin  orta  miqdarı, 
minimum  və  orta  əmək  haqqı,  minimum  və  orta  pensiya,  əmtəə 
dövriyyəsi, mənzil fondu, milli gəlirin istehlak fondu kimi göstəricilər 
nəzərdən  keçirilməlidir..Həmin  və  digər  göstəricilərdən,  məsələn, 
qiymətdən  istifadə  edərək  əhalinin  ayrı-ayrı  sosial-demoqrafik 
qrupları  üzrə  minimum  yaşayış  büdcəsini  və  onun  strukturunu 
müəyyənləşdirmək olar. Burada minimum istehlak büdcəsi, minimum 
yaşayış  büdcəsi,  minimum  istehlak  səbəti,  minimum  əmək  haqqı, 
əmtəə,  məhsul  və  xidmətlərin  minimum  normativləri,  əmtəə  və 
xidmətlərin qiymətləri əsas götürülür.  
 


 
268
9.3. Həyat səviyyəsinin qiymətləndirilməsində yaşayış 
minimumunun nəzərə alınması 
  
Dünya  Bankı  əhalisinin  sayı  30  min  nəfərdən  çox  olan  ölkələrin 
inkişafını  öyrənmək  məqsədi  ilə  həyata  keçirdiyi  tədqiqatların 
yekununa əsasən bu ölkələr adambaşına düşən ÜDM-un həcminə görə 
aşağıdakı qruplara ayrılmışdır: 
1.  ÜDM-un  adambaşına  düşən  həcmi  760  ABŞ  dollarına  bərabər 
və ondan az olanlar – yoxsul dövlətlər; 
2.  ÜDM-un  adambaşına  düşən  həcmi  761-3030  ABŞ  dolları  
arasında olanlar – aşağı orta gəlirli dövlətlər; 
3.  ÜDM-un  adambaşına  düşən  həcmi  3031-9360  ABŞ  dolları  
arasında olanlar – yuxarı  orta gəlirli dövlətlər; 
4.  ÜDM-un adambaşına düşən həcmi 9361 ABŞ dollarına bərabər 
və ondan çox olanlar – yüksək  gəlirli dövlətlər. 
Bu  üsulla  ölçülən  həyat  səviyyəsi    üzrə  Azərbaycan  yuxarda  
göstərilən  qruplardan  üçüncü  qrupa  aid  edilir,  çünki  2007-ci  ildə 
ÜDM-un adambaşına düşən həcmi 3168,5 manat təşkil etmişdir, bu da 
muvafiq olaraq 3660,6 ABŞ dollara bərabərdir. 
2000-2008-ci  illərdə  ölkəmizin  neft  müqavilələrindən  əldə  etdiyi 
gəlirlər  (bonus,  mənfəət,  tranzit  gəlirləri)  iqtisadiyyatın  dinamik 
inkişafına və əhalinin həyat səviyyəsinin yüksəldilməsinə əhəmiyyətli 
dərəcədə  təsir  göstərmişdir.  Beləliklə,  2007-ci  ildə  ölkənin  durumu 
nəzərə  çarpan  dərəcədə  yaxşılaşmış  və  əsas  makroiqtisadi 
göstəricilərin  dinamik  artımı  davam  etmişdir.  Belə  ki,  2006-cü  illə 
müqaisədə  2007-ci  ildə  ÜDM-un  həcmi  43,0%  artaraq,  26,8  mlrd. 
manat,  o  cümlədən  adambaşına  düşən  həcmi  41,4%  artaraq  3168,5 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə