Azərbaycan fəLSƏFƏ VƏ sosial-siyasi


Fəlsəfə və sosial-siyasi elmlər – 2012, № 1



Yüklə 5,14 Kb.
Pdf görüntüsü
səhifə37/67
tarix23.11.2017
ölçüsü5,14 Kb.
#12129
1   ...   33   34   35   36   37   38   39   40   ...   67

Fəlsəfə və sosial-siyasi elmlər – 2012, № 1 
 
Azərbaycan Respublikasının qanunvericilik aktları ilə dövlət qulluq-
çuları üçün müəyyən olunan vəzifə, səlahiyyət və məhdudiyyətlər mövcud-
dur. Dövlət qulluqçuları bu vəzifə və səlahiyyətləri qanunauyğun şəkildə ye-
rinə yetirməli, məsuliyyətlərini dərk etməli və vəzifə başında olarkən onlar 
üçün müəyyən olunan məhdudiyyətlərə  əməl etməlidirlər. Amma dünya 
praktikasında olduğu kimi respublikamızda da, dövlət qulluqçuları onlar 
üçün müəyyən olunan vəzifə, səlahiyyət və məhdudiyyətlərin çox və sərt ol-
duğu qənaətindədirlər. Bu pessimist yanaşmanın onların fəaliyyət səmərəli-
liyinə mənfi təsiri vardır. Aşağıdakı cədvəldə vəzifə, səlahiyyət və məsuliy-
yətin çoxluğunun fəaliyyət səmərəliliyinə  təsiri verilmişdir. Cədvəldən gö-
rüldüyü kimi, respondentlərdən  əksəriyyətinin yəni 95 %-inin fikrinə görə 
vəzifə, səlahiyyət və məsuliyyətin çoxluğunun fəaliyyət səmərəliliyinə mən-
fi təsiri vardır. 
 
 
Sorğu anketinin nəticəsinə görə əsas olaraq müəyyənləşdirilən 2 hipo-
tezi qüvvətləndirmək və sınamaq xarakteri daşıyan ikinci dərəcəli 16 hipo-
tezdən 13 hipotez dövlət qulluqçularına qanunvericilik aktları ilə verilmiş 
hüquqların onların iş məhsuldarlığına və ya fəaliyyət səmərəliliyinin artma-
sına təsirini ölçmək məqsədi daşıyırdı. Sorğu anketinin nəticəsində müəyyən 
olunmuşdur ki, 13 hipotezdən aşağıda sıralanan 10 hipotezdə müəyyən olu-
nan hüquqlar dövlət qulluqçularının səmərəli fəaliyyətinə bilavasitə müsbət 
təsir göstərməkdədir; 
1.
 
Dövlət qulluqçularının hüquqlarını bilmələri onların müvəffəqiy-
yət dərəcəsinə təsir edir. 
2.
 
Dövlət idarələrində bərabərlik, ləyaqət, tərəfsizlik və karyera prin-
siplərinin həyata keçirilməsi dövlət qulluqçularının müvəffəqiyyət dərəcəsi-
 
- 114 -


Tətbiqi sosiologiya 
 
 
- 115 -
nə təsir edir. 
3.
 
İş yerində vəzifə təlimatına uyğun davranılması dövlət qulluqçula-
rının müvəffəqiyyət dərəcəsinə təsir edir (yəni həmin müvəffəqiyyət dərəcə-
sinin yüksəldilməsinin zəruri lakin kifayət olmayan şərtidir). 
4.
 
Xidməti vəzifəyə uyğun təhsilin artırılması dövlət qulluqçularının 
müvəffəqiyyət dərəcəsinə fərqli dərəcədə müsbət təsir edir. 
5.
 
Vəzifədə irəli çəkilmə dövlət qulluqçularının müvəffəqiyyət dərə-
cəsinə təsir edir, lakin bunu şərtləndirən amil qulluqçunun insan kapitalının 
artırılmasını  təmin edən  əlavə peşə  təhsilinin (ixtisasartırma, stajkeçmə  və 
s.) səmərəli sistemi fəaliyyət göstərməlidir. 
6.
 
Yaxşı  və çox işlədiyində mükafatlandırılacağı düşüncəsi dövlət 
qulluqçularının müvəffəqiyyət dərəcəsinə  təsir edir, bununla belə dövlət 
qulluqçularının peşəkar şüurunda sağlam rəqabət və əməli əməkdaşlıq, qar-
şılıqlı yardım amillərinin nəzərə alınacağı təsəvvürləri əhəmiyyətlidir. 
7.
 
İşlə  əlaqədar məsələlərdə iyerarxik tabeçilik əsasında rəhbərlə 
məsləhətləşmə dövlət qulluqçularının müvəffəqiyyət dərəcəsinə təsir edir. 
8.
 
Tənqid və şikayətlərin qiymətləndirilməsinin bilinməsi dövlət qul-
luqçularının müvəffəqiyyət dərəcəsinə təsir edir. 
9.
 
Rəhbər işçinin vəzifəsinə və qanuna uyğun olmayan əmrlər vermə-
si onların müvəffəqiyyət dərəcəsinə təsir edir. 
10.
 
 Əməkhaqqı dövlət qulluqçuların və onların ailələrinin yaşayış mi-
nimumunu təmin etməklə digər sadalanan amillərin müvəffəqiyyət dərəcə-
sinə təsirinin kontekstini təşkil edir.  
Dövlət qulluqçularının fəaliyyət səmərəliliyinə müsbət təsir göstərən 
10 hipotezimizdə müəyyən olunan hüquqlar əsasən dünya praktikasında 
dövlət qulluğu sistemində  səmərəliliyi artıran hüquqlar olaraq xarakterize 
olunur. Amma “rəhbər işçinin vəzifəsinə və qanuna uyğun olmayan əmrlər 
verməsi dövlət qulluqçularının müvəffəqiyyət dərəcəsinə təsiri” sualına sor-
ğu iştirakçılarının əksəriyyətinin təsiri var olduğunu qeyd etməsi o deməkdir 
ki, bunun fəaliyyət səmərəliliyinə müsbət deyil mənfi təsiri olduğu nəzərə 
alınmalıdır. Sorğu anketinə  əsasən hüquqlarla əlaqədar müəyyənləşdirdiyi-
miz 3 hipotezin isə dövlət qulluqçularının fəaliyyət səmərəliliyinə təsiri ol-
madığı görülmüşdür. Bunlar aşağıdakılardır; 


Fəlsəfə və sosial-siyasi elmlər – 2012, № 1 
 
 
- 116 -
1.
 
Sosyal güzəştlər (səhiyyə, təhsil, istirahət, mənzil təminatı) dövlət 
qulluqçularının müvəffəqiyyət dərəcəsinə müsbət təsir edir. 
2.
 
İşin nəticələrinin hərtərəfli obyektiv qiymətləndirilməsi sisteminin 
fəaliyyət göstərməsi, dövlət qulluqçularının müvəffəqiyyət dərəcəsinə 
müsbət təsir edir. 
3.
 
 İş  şəraitinin uyğunluğu, işlə  əlaqədar vasitələrin təminatı dövlət 
qulluqçularının müvəffəqiyyət dərəcəsinə təsir edir. 
Sosial güzəştlər, görülən işin nəticələrinin hərtərəfli obyektiv qiymət-
ləndirilməsi prosesinin mövcudluğu və  iş  şəraitinin uyğunluğunun dövlət 
qulluqçularının fəaliyyət səmərəliliyinə  təsiri olmadığının sorğu anketinin 
nəticəsində  məlum olması gözlənilməz oldu. Fikrimizcə, buna səbəb qeyd 
olunan bu hüquqların sorğu anketi həyata keçirdiyimiz qurumlarda heç bir 
şəkildə tətbiq edilmədiyi və ya dövlət qulluqçularının bu hüquqlar haqqında 
məlumatsızlıqlarından irəli gəlir. Hətta onu deyə bilərik ki, iş  şəraitinin 
uyğunluğunun motivləşdirici ünsür olduğu müxtəlif elmi idarəetmə nəzəriy-
yələri ilə təsdiqlənsə də respondentlərimiz bunu dövlət qulluqçularının fəa-
liyyət səmərəliliyinə təsiri olmadığı qənaətinə gəliblər.  
Digər tərəfdən sorğu anketinin nəticəsinə görə  əsas olaraq müəyyən-
ləşdirilən 2 hipotezi qüvvətləndirmək və  sınamaq xarakteri daşıyan ikinci 
dərəcəli 16 hipotezdən 3 hipotez və bu hipotezlər  əsasında hazırlanmış 14 
sual dövlət qulluqçularına qanunvericilik aktları ilə müəyyənləşdirilmiş və-
zifələr və bu vəzifələrin icrası ilə əlaqədar formalaşdırılmış məhdudiyyətlər 
onların iş  məhsuldarlığına və ya fəaliyyət səmərəliliyinə  təsirini ölçmək 
məqsədi daşıyırdı. Sorğu anketinin nəticəsində müəyyən olunmuşdur ki, 3 
hipotez  əsasında (Dövlət qulluqçularının öz vəzifələrini bilmələri onların 
müvəffəqiyyət dərəcəsinə  təsir edir; Dövlət qulluqçularının səlahiyyət və 
məsuliyyətinin ifratlığı onların müvəffəqiyyət dərəcəsinə əsasən mənfi təsir 
edir; İfrat rəsmiyyətçilik və bürokratizm dövlət qulluqçularının müvəffəqiy-
yət dərəcəsinə təsir edir) aşağıda sıralanan 14 sualdan 9-unda müəyyən olu-
nan vəzifələr və məhdudiyyətlər dövlət qulluqçularının səmərəli fəaliyyətinə 
bilavasitə təsir göstərməkdədir; 
1.
 
Qanunvericiliklə müəyyən olunmuş vəzifə və məhdudiyyətlərin 
bilinməsi dövlət qulluqçularının səmərəli fəaliyyətinə müsbət təsiri var. 


Yüklə 5,14 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə