Azərbaycan fəLSƏFƏ VƏ sosial-siyasi



Yüklə 5,14 Kb.
Pdf görüntüsü
səhifə38/67
tarix23.11.2017
ölçüsü5,14 Kb.
#12129
1   ...   34   35   36   37   38   39   40   41   ...   67

Tətbiqi sosiologiya 
 
 
- 117 -
2.
 
Dövlət qulluqçusunun qərəzsiz və bitərəfliliyinin onların səmə-
rəli fəaliyyətinə müsbət təsiri var. 
3.
 
Dövlət qulluqçularının vəzifə və səlahiyyətlərinin çox olmasının 
onların səmərəli fəaliyyətinə mənfi təsiri var. 
4.
 
Rəsmi statusun etibarlı və güvənilir olmasına inamın dövlət qul-
luqçularının səmərəli fəaliyyətinə müsbət təsiri var. 
5.
 
Kollektivdə  fərdi fəaliyyətə qarşı qrup fəaliyyətinin mövcud-
luğunun dövlət qulluqçularının səmərəli fəaliyyətinə müsbət təsiri var. 
6.
 
Dövlət qulluqçusunun illik gəliri və  əmlak vəziyyəti haqqında 
maliyyə hesabatı verməsinin, orada əlavə  gəlirlərin mənbəyini, növünü və 
məbləğini göstərməsinin onların səmərəli fəaliyyətinə müsbət təsiri var. 
7.
 
Dövlət qulluqçusunun hər hansı bir partiyanın üzvü olmasının 
onun səmərəli fəaliyyətinə mənfi təsiri var.  
8.
 
Dövlət qulluqçularının tətillərdə və dövlət orqanlarının işini po-
zan digər hərəkətlərdə iştirak etməsinin onların səmərəli fəaliyyətinə mənfi 
təsiri var. 
9.
 
Dövlət qulluqçularının verilən tapşırıqları vaxtında və layiqincə 
yerinə yetirməsinin onların səmərəli fəaliyyətinə müsbət təsiri var. 
Dövlət qulluqçularının səmərəli fəaliyyətinə bilavasitə təsiri olmayan 
vəzifələr və məhdudiyyətlər isə aşağıdakılardır; 
1.
 
Rəhbərin səlahiyyət, vəzifə  və  məsuliyyətinin çox olmasının 
dövlət qulluqçularının səmərəli fəaliyyətinə təsiri yoxdur. 
2.
 
Rəsmi avadanlıq və vasitələrin  şəxsi məqsədlər üçün istifadə 
edilməsinin dövlət qulluqçularının səmərəli fəaliyyətinə təsiri yoxdur. 
3.
 
Dövlət qulluqçusunun təlimata uyğun geyinməsinin onun 
səmərəli fəaliyyətinə təsiri yoxdur. 
4.
 
Dövlət qulluqçularının fəaliyyətləri əsnasında hədiyyə qəbul et-
mə məhdudiyyətinə əməl olunmasının onun səmərəli fəaliyyətinə təsiri yox-
dur. 
 
Nəticə 
Nəticə etibarilə yuxarıda qeyd olunanları ümumiləşdirərək belə qənaə-
tə gəlmək olar ki, ölkəmizdə dövlət qulluqçularının fəaliyyətinin qiymətlən-


Fəlsəfə və sosial-siyasi elmlər – 2012, № 1 
 
 
- 118 -
dirilməsi əsas olaraq qapalı qiymətləndirmə sisteminə dayanmaqdadır. Döv-
lət qulluğu haqqında qanunun 30-1-ci maddəsində inzibati vəzifə tutan döv-
lət qulluqçusunun xidməti fəaliyyətinin hər təqvim ilinin sonunda qiymət-
ləndirilməsinin müəyyən edilməsinə baxmayaraq dövlət qulluqçuları özləri 
ilə  əlaqədar qiymətləndirmə  nəticələri haqqında məlumatlandırılmırlar. Bu 
səbəbdən dövlət qulluqçuları  hər  şeyin yaxşı olduğu düşüncəsi ilə  və  zəif 
cəhətləri haqqında məlumatsızlıqdan özlərini günün tələblərinə cavab verən 
kadr kimi formalaşdırmaqda çətinlik çəkirlər.  
“Dövlət qulluğu haqqında” qanunda əsas prinsiplər arasında karyera, 
ləyaqət və tərəfsizlik prinsiplərinin yer almasına baxmayaraq istisnalar geniş 
yer tutduğundan və bu prinsiplərə necə  əməl olunacağı mexanizmi müəy-
yənləşdirilmədiyindən onların tələb olunan səviyyədə  həyata keçirilməsi 
mümkün olmur. Eyni zamanda müxtəlif dövlət qulluğu postlarına təyinatlar-
da siyasi tərəfkeşlik prinsipindən istifadə olunması ləyaqət prinsipinə uyğun 
gəlmir. 
Digər tərəfdən fəaliyyət səmərəliliyinin qiymətləndirilməsi prosesində 
dövlət qulluqçularının şəxsən iştirakının təmin olunmaması onların özlərini 
inkişaf etdirməsinə maneçilik törədir. 
Mövcud fəaliyyət səmərəliliyinin qiymətləndirmə sistemindən görü-
nür ki, xidmət daxili təlim və  təhsil qərarlarında qiymətləndirmə  nəticələ-
rinin təsiri yoxdur. 
Eyni zamanda fəaliyyət səmərəliliyinin qiymətləndirilməsi haqqında 
rəhbər işçilərin əksəriyyətinin xüsusi təlim proqramlarına cəlb olunmaması 
prosesə mənfi təsir göstərir. 
Araşdırmalarımızdan görünən odur ki, fəaliyyət səmərəliliyinin 
qiymətləndirilməsi sadəcə 5-9-cu təsnifatlar üçün nəzərdə tutulur. 1-4-cü 
təsnifat bunun xaricində tutulduğundan, proses tək resursa söykəndiyindən 
əldə olunan məlumatlar tərəfsizlik və etibarlılıq kimi prinsiplərə ziddir. 
Sadalanan bu problemlərin aradan qaldırılması və Azərbaycan dövlət 
qulluğu sistemində  səmərəliliyin artırılması üçün yenidəntəşkilatlanmaya 
ehtiyac vardır. Bu aspektdən baxanda “Dövlət qulluğu haqqında” qanunun-
da mövcud olan karyera, tərəfsizlik, ləyaqət prinsiplərinin işləmə mexaniz-
mi təkmilləşdirilməlidir. Digər tərəfdən dövlət qulluqçularının fəaliyyətinin 


Tətbiqi sosiologiya 
 
 
- 119 -
qiymətləndirilməsi sistemində şəffaflıq və aşkarlıq prinsiplərinin həyata ke-
çirilməsi təmin olunmalı, fəaliyyət qiymətləndirmə nəticələri xidmət daxili 
təlim və təhsil qərarları ilə əlaqələndirilməlidir. Eyni zamanda fəaliyyət qiy-
mətləndirməsinin nəticələrinə uyğun mükafatlandırma və cəzalandırma sis-
temi formalaşdırılmalıdır. Burada əsas olan dövlət qulluqçularının fəaliyyət 
səmərəliliyinin qiymətləndirilməsində ictimai, iqtisadi və sosial sahədə 
meydana gələn yeniliklərin nəzərə alınması təmin olunmalıdır. Milli sərvə-
tin mühüm qeyri maddi komponentlərindən biri məhz idarəetmədir və onla-
rın daşıyıcıları olan dövlət qulluqçularıdır. Bu səbəbdən milli sərvətin təkrar 
istehsalı mexanizmi çərçivəsində insan kapitalının yenidən istehsalı mexa-
nizmlərinin işlənib hazırlanması səmərəlilik, motivasiyalılıq, innovasiyalılıq 
prinsiplərinə söykənməlidir. Bunları  nəzərə almaqla dövlət qulluğu siste-
mində insan kapitalının təkrar istehsalı inzibati mexanizmi innovativ sosial 
iqtisadi mexanizmlə tamamlanmalıdır. 
 
İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT 
 
1. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələlə-
ri üzrə Komissiyanın 2010-cu il elan edilmiş müsabiqənin ali məktəblər üzrə təhlili. 
www.dqmk.gov.az  
2. Azərbaycan Respublikası Konstitusiyası. Bakı: Hüquq ədəbiyyatı, 2006. 
3. Bilgin K.U. Kamu Performans Yönetimi. Ankara: TODAİE yayınları, 
2004 
4. Dövlət idarəçilik nəzəriyyəsi. Bakı: Elm və Təhsil, 2010 
5. Dövlət qulluğu haqqında normativ hüquqi aktlar. Bakı: Qanun nəşriyyatı: 
2012 
6. Dövlət qulluqçuları (Statistik məcmuə). Azərbaycan Dövlət Statistika 
Komitəsi, Bakı:2011 
7. Canman D.A. Personel Değerlendirilmesinde Çağdaş Yaklaşımlar ve 
Türkiye`de Kamu Personelinin Değerlendirilmesi. Ankara: TODAİE yayınları, 
1993 
8. Государственная служба в странах основных правовых систем мира 
(Под редакцией А.А. Демина). Москва: Книгодел, 2010 
9. Philip T. Appraising Performance for Results, 2nd Ed. Berkshire: 
McGraw Hill, 1990  
10. Rəhimli R. Azerbaycan Devlet Personel Yönetimi (Azərbaycan dövlət 
qulluğu sistemi). Ankara: Kültür Ajansı yayınları, 2011. 


Yüklə 5,14 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə