Fəlsəfə və sosial-siyasi elmlər – 2012, № 1
- 142 -
ilə həyata keçirilirdisə, bu gün – danışıqlar yolu ilə realizə olunur. Vampir-
lik ideyasını araşdırarkən mən bir məqalədə yazdım ki, bu, Freydin təhtəl
şüuru ilə bağlıdır. Qeyri-şüuri olaraq vampirlik incəsənət səviyyəsində, döv-
lət səviyyəsində də baş verir. Fərdi səviyyədə vampirlik yoxdur. Geridə qal-
mış ölkələrdən həm sərvətlər axıb gedir, həm də sənayenin ağır, çirkli sahə-
ləri burada yerləşdirilir, ən ağır işlər də işçi qüvvəsi ucuz olduğundan bura-
da görülür. Hətta bəzi mütəfəkkirlərin, məsələn, Sultan Qaliyevin fikrinə
görə, millətlər iki növə bölünür: burjua və proletar millətlər. Onların fikirlə-
rinə görə, mübarizə də bu cür getməlidir. Üçüncü dünya ölkələri vampir
siyasətində donor rolunu oynayırlar. Təbii ki, yaranmış vəziyyəti qərblilər
qorumağa çalışırlar.
Qərbin müstəmləkələri tədricən güclənir və söz sahibinə çevrilirdilər.
Məsələn, əvvəllər müstəmləkə olan, bu gün isə sürətlə inkişaf edən Hin-
distanın təcrübəsi bunu göstərir. Hansı yolla o, buna nail ola bilməmişdir? O
dövrdə mənimsədiyi qərb sivilizasiyasının üstünlüklərinin hesabına.
Bizim də üstünlüklərimiz var. Qərbdə olmayan nə var bizdə? Şərq in-
sanları ruhunu saxlayır, haqqını-ədalətini saxlayır. Onlar həm də ürəklə işlə-
yirlər. Biz ürəklə başın sintezini yaratmalıyıq. Amma Qərb bizim ən böyük
sərvətimiz olan ürəyimizi əlimizdən alırlar. Budur həmin o vampirlik siya-
səti. Və biz bu üstünlüyümüzlə keçməliyik qabağa, onları ötməliyik. Əks
təqdirdə biz ancaq Qərbin dalınca gedəcəyik. Deməli, biz maarifçilikdən
başlamalıyıq. Maariflənmə bəşəriyyətin əldə etdiyi biliklərə yiyələnməkdir.
Gərək əvvəl böyük, güclü olasan, bunun isə yolu maarifçilikdən keçir, kita-
ba, müəllimə, biliyə məhəbbətdən keçir. Qərbi qabaqlamaq üçün biz texno-
logiyaların mexanizmini, istehsal üsullarını öyrənib ürəyimizlə çalışmalı, iş-
ləməliyik. Qərbdən texnologiyanı alıb özümüz istehsal etməliyik, özü də
Qərbdəkindən daha keyfiyyətlisini. Bu, tək-tək nümunələr səviyyəsində
yox, kütləvi şəkildə, cəmiyyət səviyyəsində həyata keçməlidir. Niyə Qərb
Şərq alimlərini dəvət edir? Çünki Şərq xalqları hələ sağlamdır. Yeri gəlmiş-
kən, məni də Pitsburqa elm fəlsəfəsindən mühazirələr oxumağa dəvət edib-
lər. Mənəviyyatı sürətlə pozulmaqda olan Avropaya uçuruma düşməməkdə
maddini ruha tabe etdirən, ruhun yüksəkliyini tərənnüm edib Şərq yardımçı-
lıq edir. Amma bununla belə Şərq yenə də Qərbi bir ideal kimi götürür. On-
Elmi-fəlsəfi həyat
- 143 -
ların 300 ilə əldə etdiklərini biz 10 ilə əldə etmək istəyirik.
Müğənni kultu, komediya kultu bizdə bir xəstəlikdir. Bayağı yumor
insanı düşündürmür. Bizə insanları düşündürən incəsənət nümunələri, yük-
sək idealları təlqin edən əsərlər lazımdır. Komediya eybəcərlik aşılayır, fa-
ciə gözəllik aşılayır. Komediyada ən bəsit, heyvani cəhətlər ortaya çıxır.
Komediya ilə milləti inkişaf etdirmək olmaz. Komediya ilə milləti sürükləyə
bilərik. Təəssüf ki, bir çox ali məktəblərdə etika və estetika fənlərini tədris
etmirlər. Gözəllik nədir, eybəcərlik nədir, bilmirik. İnsanlar şounun dalınca
qaçmamalı, bir elmin, diskursun dalınca qaçmalıdır. Adamların 99 faizi am-
ma özünü tanımadan yaşayır. Biz öz iç qatımızı açmalıyıq. İnsan vərəq-və-
rəq açılır. Bunun üçün oxumalısan. Başqalarını da oxumalısan.
“Вопросы философии” jurnalının baş redaktoru
“Fəlsəfə” jurnalının redaksiyasında
26 noyabr 2011-ci il tarixdə “Вопросы философии” jurnalının baş re-
daktoru professor Boris İsayevic Prujinin “Fəlsəfə dünyası”nın qonağı oldu.
AFSEA-nın “Fəlsəfə” jurnalının baş redaktoru AMEA-nın müxbir üzvü,
professor Səlahəddin Xəlilov Assosiasiyanın və jurnalın fəaliyyəti barədə
məlumat verdi və “Вопросы философии” ilə daha sıx əməkdaşlığın zəruri-
liyini vurğuladı.
Görüşdə iştirak edən Milli Məclisin Komitə sədri, BDU-nun Fəlsəfə
tarixi kafedrasının müdiri, prof. Rəbiyyət Aslanova, AMEA-nın Fəlsəfə, So-
siologiya və Hüquq İnstitutunun direktoru f.e.d. İlham Məmmədzadə, direk-
tor müavini Roida Rzayeva, İqtisad Universitetinin Fəlsəfə kafedrasının mü-
diri, prof. Zakir Məmmədəliyev, həmin kafedranın dosenti Dr. Lətafət Hüm-
mətova və s. çıxış edərək ümumiyyətlə Rusiya və Azərbaycan filosofları
arasında əməkdaşlığın bundan sonra daha konkret və ardıcıl surətdə davam
etdirilməsi, məqalə və kitabların qarşılıqlı surətdə dəyərləndirilməsinin
əhəmiyyətini qeyd etdilər.
Yaxın aylarda Bakıda “Вопросы философии” jurnalının Redaksiya
Heyətinin Azərbaycan filosoflarının iştirakı ilə Dəyirmi Masasını keçiril-
məsi qərara alındı.
Fəlsəfə və sosial-siyasi elmlər – 2012, № 1
- 144 -
“Arzu və əzm" mövzusunda
elmi-fəlsəfi seminar
Dekabr ayının 17-də Fəlsəfə Dünyasında “Arzu və əzm" mövzusun-
da elmi-fəlsəfi seminar oldu. Seminarda professor və müəllimlər, aspirant
və tələbələr iştirak edirdilər.
Seminarın mövzusunu açıqlayan Səlahəddin Xəlilov ilk öncə mövzu-
ya giriş edib “arzu”, “istək” və “əzm” anlayışları ilə bağlı bəzi izahlar verdi.
Arzunu iki yerə ayıran S.Xəlilov onu iki səpgidə – romantik səpgidə və ağıl
səpgisində nəzərdən keçirdi. Birinciyə “ürəyim belə istəyir” ifadəsi uyğun
gəlir. Burada sadəcə arzunun özünə feyziyab olursan, görmək istədiyin şeyi
görmək səndə xoş əhval-ruhiyyə yaradır və özünü xoşbəxt hiss edirsən. Bu-
na görə də bu, hissiyyat səviyyəsində arzudur. İkincisi ağıl səviyyəsində ar-
zudur. Bu, rasional, realistik, praqmatik arzu olmaqla məqsədə doğru fəaliy-
yətin biçilmiş modelini kəsb edir. Şərq adamı daha çox arzunun mücərrəd,
emosional təsiri altına düşür. Burada arzunun konturları müəyyənləşməmiş
qalır. Bununla əlaqədar S.Xəlilov “İpək yolu” jurnalında dərc olunmuş və
Şərqlə Qərbin müqayisəsinə həsr olunmuş “An və plan” şeirindən bir parça-
nı misal gətirir. Belə ki, qərblilər hər şeyi ölçüb-biçir, planlaşdırırsa, şərqli-
lər planlaşdırmayıb yalnız arzu edirlər, arzunun özü onları feyziyab edir ki,
planlaşdırmaq yoxdur. Qərblilər məqsədlərinə çatanda xoşbəxt olurlarsa,
şərqlilər məqsədin özündə, arzuların, xəyalların özündə xoşbəxt olurlar. Bəl-
kə də qəlbində şərq adamına bu cür düşüncə xoşbəxtlik gətirir. Romantiklik-
dən uzaq olan Qərb adamı isə qarşısına qoyduğu məqsədə çatmaq üçün əzm
göstərir və potensiyasını realizasiya edir və ...xoşbəxt olur. Təsadüfi deyildir
ki, K.Marks xoşbəxtliyi potensialın reallaşması kimi səciyyələndirirdi. Praq-
matiklik, faydalılıq, real planlar qurmaq, potensialı düzgün qiymətləndirmək
qərb düşüncəsinə xasdır... Şərqi geri qoyan da məhz fikir tənbəlliyi, rasiona-
lizmin çatışmazlığı, hissiyyatdan ayrılmamaqdır. Qərb yüz mərtəbəli binalar
tikəndə, ikincisini birincinin üstündə tikir. İ.Nyuton təsadüfi demirdi ki,
“Əgər mən uzağı görə bilmişəmsə, ancaq ona görə ki, dahilərin çiynində da-
yanmışam”. Şərq isə hər birinin öz ahəngi olan və birinin üstündə digərini
Dostları ilə paylaş: |