Fəlsəfə və sosial-siyasi elmlər – 2012, № 1
- 148 -
Moskvada «Aforizmlər» kitabının
təqdimatı keçirilmişdir
Rusiya Elmlər Akademiyasının (REA) Fəlsəfə İnstitutunun konfrans
zalında Azərbaycanın görkəmli alimi, fəlsəfə elmləri doktoru, professor,
Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Səlahəddin Xəlilo-
vun "Aforizmlər. Seçilmişlərdən seçilmişlər" adlı kitabının təqdimatı
olmuşdur. Geniş oxucu dairəsi üçün nəzərdə tutulmuş nəşrə görkəmli şərq
və qərb mütəfəkkirlərinin aforizmləri, o cümlədən Azərbaycan xalqının
ümummilli lideri Heydər Əliyevin kəlamları daxil edilmişdir. Aforizmlərin
yarısından çoxu Rusiya oxucusuna ilk dəfə təqdim edilir.
Təqdimat mərasimini Rusiya Fəlsəfə Cəmiyyətinin vitse-prezidenti,
Maliyyə Akademiyasının fəlsəfə kafedrasının müdiri, fəlsəfə elmləri dokto-
ru, professor Aleksandr Çumakov aparmışdır. O, məcmuəni və onu tərtib
edən tədqiqatçı filosof S.Xəlilovun gərgin əməyini yüksək qiymətləndirmiş-
dir. A.Çumakov demişdir ki, bu nəşr fəlsəfə sahəsində Rusiya-Azərbaycan
əməkdaşlığının genişləndirilməsi yolunda atılan addımdır və yaradıcılıq
əlaqələrinin inkişafının uğurlu nümunəsidir. Alim xüsusilə qeyd etmişdir ki,
Azərbaycan elmi yaradıcılıq həyatının fəal iştirakçısıdır və dünya elminin
inkişafına çox böyük töhfə verir. Azərbaycan filosofları Rusiyanın elmi
nəşrlərində daim çap olunur, kitab nəşrində, filosofların konqreslərinin
işində iştirak edirlər. A.Çumakov həmçinin Heydər Əliyev Fondu ilə, Leyla
xanım Əliyevanın simasında onun Rusiyadakı nümayəndəliyi ilə səmərəli
əməkdaşlıqdan razı qaldığını bildirmiş və bu fondla birgə layihələrin həyata
keçirildiyini qeyd etmişdir.
Tədbirdə çıxış edən fəlsəfə elmləri namizədi, REA-nın Fəlsəfə İns-
titutunun doktorantı, Rusiya Fəlsəfə Cəmiyyətinin vitse-prezidentinin bey-
nəlxalq işlər üzrə müavini Ariz Gözəlov kitabın müəllifi S.Xəlilovun səmə-
rəli elmi və maarifçilik fəaliyyətindən söhbət açmışdır. O bildirmişdir ki,
REA-nın Fəlsəfə İnstitutunda Azərbaycan aliminin kitabının təqdimatı iki
ölkənin filosofları arasında qarşılıqlı əlaqələrin inkişaf edib möhkəmləndiyi-
ni göstərir. Ariz Gözəlov həmçinin qeyd etmişdir ki, "Aforizmlər" kitabı
Elmi-fəlsəfi həyat
- 149 -
müdrik fikirlər dəryasıdır və hər bir kəsin stolüstü kitabı olmağa layiqdir.
Fəlsəfə elmləri doktoru, professor Anna Qudıma elmi cəmiyyəti
Azərbaycan alimini dünya fəlsəfi fikrinin ən qiymətli cəhətlərini özündə
təcəssüm etdirən bu əsərinin çapdan çıxması münasibətilə təbrik etmişdir.
A.Qudıma demişdir: "Tərtibçi hər şeyin əsasında ruh, əxlaq və mənəviyyatın
durduğunu təsdiq edən kəlamlara diqqət yetirmişdir. Bu, kitabın geniş oxucu
kütləsinə tövsiyə edilməsinə böyük əsas verir. Kitabı oxumaq çox xoşdur,
burada harmoniya, fikir sərbəstliyi hiss olunur".
REA-nın Fəlsəfə İnstitutunun aparıcı elmi əməkdaşı, fəlsəfə elmləri
doktoru, professor Konstantin Uxov demişdir: "Səlahəddin Xəlilovun afo-
rizmlər məcmuəsi bütün sivilizasiyaların ən dərin fikirlərini özündə cəmləş-
dirmişdir və bu məcmuə təkcə filosofların deyil, bütün cəmiyyətin həyatında
mühüm hadisədir". Onun fikrincə, Məhəmməd peyğəmbərin "İnsanın ən
böyük qələbəsi onun öz üzərində qazandığı qələbədir" kimi müqəddəs
kəlamı ilə və dünyanın bütün müqəddəs dini kitablarından götürülmüş digər
belə aforizmlərlə başlanan kitab oxucunu düşünməyə vadar edir. K.Uxov
demişdir: "Bu məcmuənin üstünlüyü ondadır ki, kitabda bütün dövrlərə aid
ən mühüm aforizmlər və fəlsəfi fikirlər toplanmışdır. Hər bir düşünən insan
üçün böyük hadisə olan bu kitab son dərəcə böyük əhəmiyyətə malikdir".
http://www.azerbaijan-news.az/index.php?mod=3&id=8492
http://www.youtube.com/watch?v=GxCJxBH2vYA
Azərbaycan Milli Elmlər Akademiyasının
Kibernetika İnstitutunda professor Səlahəddin Xəlilovun
kitablarının təqdimatı
Bakı, 2 may (AzərTAc). Mayın 2-də Azərbaycan Milli Elmlər Aka-
demiyasının Kibernetika İnstitutunda (AMEA) AMEA-nın müxbir üzvü
Səlahəddin Xəlilovun kitablarının təqdimatı olmuşdur.
AzərTAc xəbər verir ki, tanınmış alim və mütəxəssislərin iştirak et-
diyi tədbirdə institutun direktoru, akademik Telman Əliyev bildirmişdir ki,
fəlsəfə elmləri doktoru, professor, görkəmli filosof, elmşünas alim Səlahəd-
Fəlsəfə və sosial-siyasi elmlər – 2012, № 1
- 150 -
din Xəlilovun elmi yaradıcılığı müasir milli elmi-humanitar, hətta ictimai-
mədəni mühitimiz üçün əlamətdar hadisədir. Səlahəddin Xəlilov Azərbay-
can elmşünaslığının inkişafında ciddi rol oynamışdır. Alimin müasir Azər-
baycan fəlsəfi düşüncəsinin inkişafında, xüsusən son dərəcə mürəkkəb bir
sahə olan elmşünaslığın Azərbaycanda təşəkkülündə, təkamülündə və for-
malaşmasında xidmətləri böyükdür.
Tədbirdə Milli Məclisin deputatı Asəf Hacıyev, professor Knyaz
Məmmədov, fəlsəfə doktoru İlqar Məmmədov və başqaları çıxış etmişlər.
Bildirilmişdir ki, Azərbaycanın ən yeni fəlsəfi dünyagörüşünün fəal nüma-
yəndələrindən biri kimi tanınan Səlahəddin Xəlilov özünün məhsuldar elmi
və publisistik əsərləri ilə müasir elmi-ictimai fikrin diqqət mərkəzindədir.
Dünya klassik fəlsəfi konsepsiyalarının müasir mahiyyətini xüsusi diqqətdə
saxlayan, milli fəlsəfi fikrin inkişafı prosesinə təkan verən Səlahəddin Xəli-
lov bu böyük missiyanı gerçəkləşdirmək yolunda bir çox ciddi əsərlər ortaya
qoymaqdadır.
Qeyd edilmişdir ki, müasir fəlsəfi fikrin, elmi fəlsəfi əsərlərin müəl-
lifi kimi S.Xəlilov oxucuların daha çox və daha inamla müraciət etdiyi alim-
lərimizdəndir. Onun Azərbaycanda elmin müasir sivilizasiya kontekstində
inkişafını təsdiq edən əsərləri artıq bir sıra istiqamətlərdə öz səmərəsini
göstərməkdədir.
Səlahəddin Xəlilovun 40 illik elmi araşdırmaları görkəmli filosof,
akademik Ramiz Mehdiyevin redaktorluğu ilə nəşr olunmuş “Elm haqqında
elm” kitabında fundamental milli elmşünaslıq konsepsiyasına çevrilmişdir.
“Əbu Turxanın hikmət dünyası” kitabında min illərin sınağından
çıxmış, bu gün həqiqət yolunu nişan verən, düzü əyridən, haqqı nahaqdan
seçməkdə bizə bələdçi olan müdrik fikirlər toplanmışdır.
İnsan həyatının müxtəlif sahələrinə aid olan hər bir fəslə giriş mətni
yazılmış, mövzular sadəcə aforizmlər vasitəsilə deyil, həm də fəlsəfi təhlil
səviyyəsində işıqlandırılmışdır.
“Seçilmişlərdən seçilmişlər” adlı aforizmlər kitabında Şərqin və Qər-
bin tanınmış mütəfəkkirlərinin dərin fəlsəfi məna kəsb edən aforizm və kə-
lamları daxil edilmişdir. Aforizmlərin böyük əksəriyyəti oxucuya ilk dəfədir
ki, təqdim olunur. Kitab tanınmış bir filosofun tələbkar münasibəti və ciddi
Dostları ilə paylaş: |