Azərbaycan fəLSƏFƏ VƏ sosial-siyasi



Yüklə 5,14 Kb.
Pdf görüntüsü
səhifə48/67
tarix23.11.2017
ölçüsü5,14 Kb.
#12129
1   ...   44   45   46   47   48   49   50   51   ...   67

Fəlsəfə və sosial-siyasi elmlər – 2012, № 1 
 
 
- 148 -
Moskvada «Aforizmlər» kitabının  
təqdimatı keçirilmişdir 
 
 Rusiya Elmlər Akademiyasının (REA) Fəlsəfə İnstitutunun konfrans 
zalında Azərbaycanın görkəmli alimi, fəlsəfə elmləri doktoru, professor, 
Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Səlahəddin Xəlilo-
vun "Aforizmlər. Seçilmişlərdən seçilmişlər" adlı kitabının təqdimatı 
olmuşdur. Geniş oxucu dairəsi üçün nəzərdə tutulmuş  nəşrə görkəmli  şərq 
və  qərb mütəfəkkirlərinin aforizmləri, o cümlədən Azərbaycan xalqının 
ümummilli lideri Heydər Əliyevin kəlamları daxil edilmişdir. Aforizmlərin 
yarısından çoxu Rusiya oxucusuna ilk dəfə təqdim edilir. 
Təqdimat mərasimini Rusiya Fəlsəfə  Cəmiyyətinin vitse-prezidenti, 
Maliyyə Akademiyasının fəlsəfə kafedrasının müdiri, fəlsəfə elmləri dokto-
ru, professor Aleksandr Çumakov aparmışdır. O, məcmuəni və onu tərtib 
edən tədqiqatçı filosof S.Xəlilovun gərgin əməyini yüksək qiymətləndirmiş-
dir. A.Çumakov demişdir ki, bu nəşr fəlsəfə sahəsində Rusiya-Azərbaycan 
əməkdaşlığının genişləndirilməsi yolunda atılan addımdır və yaradıcılıq 
əlaqələrinin inkişafının uğurlu nümunəsidir. Alim xüsusilə qeyd etmişdir ki, 
Azərbaycan elmi yaradıcılıq həyatının fəal iştirakçısıdır və dünya elminin 
inkişafına çox böyük töhfə verir. Azərbaycan filosofları Rusiyanın elmi 
nəşrlərində daim çap olunur, kitab nəşrində, filosofların konqreslərinin 
işində iştirak edirlər. A.Çumakov həmçinin Heydər Əliyev Fondu ilə, Leyla 
xanım  Əliyevanın simasında onun Rusiyadakı nümayəndəliyi ilə  səmərəli 
əməkdaşlıqdan razı qaldığını bildirmiş və bu fondla birgə layihələrin həyata 
keçirildiyini qeyd etmişdir. 
Tədbirdə  çıxış edən fəlsəfə elmləri namizədi, REA-nın Fəlsəfə  İns-
titutunun doktorantı, Rusiya Fəlsəfə  Cəmiyyətinin vitse-prezidentinin bey-
nəlxalq işlər üzrə müavini Ariz Gözəlov kitabın müəllifi S.Xəlilovun səmə-
rəli elmi və maarifçilik fəaliyyətindən söhbət açmışdır. O bildirmişdir ki, 
REA-nın Fəlsəfə  İnstitutunda Azərbaycan aliminin kitabının təqdimatı iki 
ölkənin filosofları arasında qarşılıqlı əlaqələrin inkişaf edib möhkəmləndiyi-
ni göstərir. Ariz Gözəlov həmçinin qeyd etmişdir ki, "Aforizmlər" kitabı 


Elmi-fəlsəfi həyat 
 
 
- 149 -
müdrik fikirlər dəryasıdır və hər bir kəsin stolüstü kitabı olmağa layiqdir. 
Fəlsəfə elmləri doktoru, professor Anna Qudıma elmi cəmiyyəti 
Azərbaycan alimini dünya fəlsəfi fikrinin ən qiymətli cəhətlərini özündə 
təcəssüm etdirən bu əsərinin çapdan çıxması münasibətilə  təbrik etmişdir. 
A.Qudıma demişdir: "Tərtibçi hər şeyin əsasında ruh, əxlaq və mənəviyyatın 
durduğunu təsdiq edən kəlamlara diqqət yetirmişdir. Bu, kitabın geniş oxucu 
kütləsinə tövsiyə edilməsinə böyük əsas verir. Kitabı oxumaq çox xoşdur, 
burada harmoniya, fikir sərbəstliyi hiss olunur". 
REA-nın Fəlsəfə  İnstitutunun aparıcı elmi əməkdaşı, fəlsəfə elmləri 
doktoru, professor Konstantin Uxov demişdir: "Səlahəddin Xəlilovun afo-
rizmlər məcmuəsi bütün sivilizasiyaların ən dərin fikirlərini özündə cəmləş-
dirmişdir və bu məcmuə təkcə filosofların deyil, bütün cəmiyyətin həyatında 
mühüm hadisədir". Onun fikrincə, Məhəmməd peyğəmbərin "İnsanın  ən 
böyük qələbəsi onun öz üzərində qazandığı  qələbədir" kimi müqəddəs 
kəlamı ilə və dünyanın bütün müqəddəs dini kitablarından götürülmüş digər 
belə aforizmlərlə başlanan kitab oxucunu düşünməyə vadar edir. K.Uxov 
demişdir: "Bu məcmuənin üstünlüyü ondadır ki, kitabda bütün dövrlərə aid 
ən mühüm aforizmlər və fəlsəfi fikirlər toplanmışdır. Hər bir düşünən insan 
üçün böyük hadisə olan bu kitab son dərəcə böyük əhəmiyyətə malikdir". 
  
http://www.azerbaijan-news.az/index.php?mod=3&id=8492 
http://www.youtube.com/watch?v=GxCJxBH2vYA
  
 
Azərbaycan Milli Elmlər Akademiyasının  
Kibernetika İnstitutunda professor Səlahəddin Xəlilovun 
kitablarının təqdimatı  
 
Bakı, 2 may (AzərTAc). Mayın 2-də Azərbaycan Milli Elmlər Aka-
demiyasının Kibernetika İnstitutunda (AMEA) AMEA-nın müxbir üzvü 
Səlahəddin Xəlilovun kitablarının təqdimatı olmuşdur. 
AzərTAc xəbər verir ki, tanınmış alim və mütəxəssislərin iştirak et-
diyi tədbirdə institutun direktoru, akademik Telman Əliyev bildirmişdir ki, 
fəlsəfə elmləri doktoru, professor, görkəmli filosof, elmşünas alim Səlahəd-


Fəlsəfə və sosial-siyasi elmlər – 2012, № 1 
 
 
- 150 -
din Xəlilovun elmi yaradıcılığı müasir milli elmi-humanitar, hətta ictimai-
mədəni mühitimiz üçün əlamətdar hadisədir. Səlahəddin Xəlilov Azərbay-
can elmşünaslığının inkişafında ciddi rol oynamışdır. Alimin müasir Azər-
baycan fəlsəfi düşüncəsinin inkişafında, xüsusən son dərəcə mürəkkəb bir 
sahə olan elmşünaslığın Azərbaycanda təşəkkülündə, təkamülündə  və for-
malaşmasında xidmətləri böyükdür.  
Tədbirdə Milli Məclisin deputatı Asəf Hacıyev, professor Knyaz 
Məmmədov, fəlsəfə doktoru İlqar Məmmədov və başqaları  çıxış etmişlər. 
Bildirilmişdir ki, Azərbaycanın ən yeni fəlsəfi dünyagörüşünün fəal nüma-
yəndələrindən biri kimi tanınan Səlahəddin Xəlilov özünün məhsuldar elmi 
və publisistik əsərləri ilə müasir elmi-ictimai fikrin diqqət mərkəzindədir. 
Dünya klassik fəlsəfi konsepsiyalarının müasir mahiyyətini xüsusi diqqətdə 
saxlayan, milli fəlsəfi fikrin inkişafı prosesinə təkan verən Səlahəddin Xəli-
lov bu böyük missiyanı gerçəkləşdirmək yolunda bir çox ciddi əsərlər ortaya 
qoymaqdadır.  
Qeyd edilmişdir ki, müasir fəlsəfi fikrin, elmi fəlsəfi əsərlərin müəl-
lifi kimi S.Xəlilov oxucuların daha çox və daha inamla müraciət etdiyi alim-
lərimizdəndir. Onun Azərbaycanda elmin müasir sivilizasiya kontekstində 
inkişafını  təsdiq edən  əsərləri artıq bir sıra istiqamətlərdə öz səmərəsini 
göstərməkdədir. 
Səlahəddin Xəlilovun 40 illik elmi araşdırmaları görkəmli filosof, 
akademik Ramiz Mehdiyevin redaktorluğu ilə nəşr olunmuş “Elm haqqında 
elm” kitabında fundamental milli elmşünaslıq konsepsiyasına çevrilmişdir.  
“Əbu Turxanın hikmət dünyası” kitabında min illərin sınağından 
çıxmış, bu gün həqiqət yolunu nişan verən, düzü əyridən, haqqı nahaqdan 
seçməkdə bizə bələdçi olan müdrik fikirlər toplanmışdır. 
İnsan həyatının müxtəlif sahələrinə aid olan hər bir fəslə giriş mətni 
yazılmış, mövzular sadəcə aforizmlər vasitəsilə deyil, həm də  fəlsəfi təhlil 
səviyyəsində işıqlandırılmışdır.  
“Seçilmişlərdən seçilmişlər” adlı aforizmlər kitabında Şərqin və Qər-
bin tanınmış mütəfəkkirlərinin dərin fəlsəfi məna kəsb edən aforizm və kə-
lamları daxil edilmişdir. Aforizmlərin böyük əksəriyyəti oxucuya ilk dəfədir 
ki, təqdim olunur. Kitab tanınmış bir filosofun tələbkar münasibəti və ciddi 


Yüklə 5,14 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə