Azərbaycan fəLSƏFƏ VƏ sosial-siyasi



Yüklə 5,14 Kb.
Pdf görüntüsü
səhifə47/67
tarix23.11.2017
ölçüsü5,14 Kb.
#12129
1   ...   43   44   45   46   47   48   49   50   ...   67

Elmi-fəlsəfi həyat 
 
 
- 145 -
tikmək mümkün olmayan kiçik memarlıq abidələrini yaradır. 
Arzu və istək anlayışlarının bir-birinə yaxın olsa da, onların arasında 
cüzi fərqlərin olduğunu vurğulayan Səlahəddin Xəlilov qeyd etdi ki, istək 
daha çox maddi tələbatla, cismani tələbatla bağlı olmaqla bədənin ehtiyacla-
rından irəli gəlir. Arzu isə istəkdən yüksəkdə durur. Arzu ilə istək arasında 
ikinci fərq bundan ibarətdir ki, adamı da istəmək mümkündür, amma adamı 
arzulamaq olmur. Adamla görüşməyi arzulamaq  olar.  İstək arzu ilə  əzmin 
birləşməsi də ola bilər. Əzm isə iradədir, məqsədə nail olmaq yolunda po-
tensial gücü özündə hiss etməkdir. Bu mənada iradə əzm, güc, potensial da-
xili qüvvələrin səfərbər edilməsidir. Əzm olmazsa, iradə olmasa, arzuya çat-
maq mümkün olmaz. Əzm istəyin daha realistik potensial tərəfi, realizasiya-
ya xidmət edən tərəfidir.  Əzm məhz məqsəd aydınlığında özünü göstərir. 
Arzunun məqsədə yaxın olduğunu qeyd edən S.Xəlilov qeyd etdi ki, məqsəd 
dərk olunmuş, rasionallaşmış arzudur. Arzu rasionallaşanda, məqsəd yara-
nır. O, insanın nəyə can atmasını və buna getməyin yollarını müəyyənləşdi-
rir. Uşaqlıqda arzular çox olsa da, onlar yavaş-yavaş gövdəsi qırıla-qırıla ge-
dir. İnsan böyüdükcə, arzu emosionallığını itirir, onun həyat templərinə, real 
imkanlarına uyğunlaşır və daha çox məqsəd formasında üzə çıxır. Məqsəd 
çox geniş anlayışdır. O, əlçatmaz da ola bilər. İnsan ömrü boyu məqsədə ge-
dər, amma bununla belə ona çatmaya da bilər. 
Sözü gedən anlayışlara niyyət anlayışının da yaxın olduğunu qeyd 
edən S.Xəlilov niyyət sözündə bir motivin də olduğunu vurğuladı. Onun 
sözlərinə görə, niyyət “motiv” anlayışını əvəz edir. Ürək səviyyəsində niy-
yət arzuya, ağıl səviyyəsində isə  məqsədə yaxındır.  İnsan öz əməllərinin 
müqabilində alır. Niyyətin safdırsa, sənə bədbəxtlik gətirən arzulara sən çat-
mayacaqsan. Müxtəlif bölgələrdə bu sözlərin bəlkə  də  fərqli çalarlarda iş-
ləndiyini vurğulayan S.Xəlilov qeyd etdi ki, söz öz yerində olanda, fikir də 
aydın olur. Əslində XX əsr fəlsəfəsinin bir çox cərəyanları elə məhz fəlsəfə 
ilə dilin əlaqəsini öyrənməklə məşğuldur. 
 
 
Fərman İsmayılov:  
Qrammatika fəlsəfənin beşiyidir. İnsanların dünya haqqında təsəvvür-
lərinin konkretləşdirilməsinin bir yolu linqvistik analiz, yəni sözlərin məna-


Fəlsəfə və sosial-siyasi elmlər – 2012, № 1 
 
 
- 146 -
sını tapmaqdır. Bu mənada fəlsəfənin dil ilə sıx əlaqəsi vardır. Hər hansı bir 
sözə mənanı konteksti verir. Suala gəlincə, düşünürəm ki, arzu onda bəlaya 
çevrilir ki, insan ayağını yorğanına görə uzatmır. 
 
Könül Bünyadzadə:  
Yeni dövrdən sonra arzuların Allah tərəfindən yerinə yetirilməsi 
məsələsi o dərəcədə  məhdudlaşır ki, insanlar öz arzularına özləri çata 
bildiklərini zənn etməyə başlayırlar. Düzdür. Özünəgüvən yaxşı  şeydir, 
amma  əvvəllər insanlar kamil bir insana bənzəmək istəyirdilərsə, indi 
yanındakılara bənzəməyə çalışırlar.  Əvvəllər insanlar böyük arzularla 
yaşayırdılarsa və bu arzuya çatmaq yolunda böyük əzm göstərirdilərsə, bu 
gün insanlarda əzm var, arzu yoxdur. Xüsusən də bu, cavanlara aiddir. 
 
Səlahəddin Xəlilov:  
Arzular həyatın özündən doğmalıdır.  İnsanın öz potensialına inamı 
olmalıdır.  İnsan real arzular qoymalı, bu həyatın öz qaydalarını bilərək 
fəaliyyət göstərməlidir. 
Sonda Fəlsəfi Diskursun qalibləri elan olundu.  
 
“Ictimai halqalar" mövzusunda  
elmi-fəlsəfi seminar  
 
Yanvar ayının 14-də Fəlsəfə Dünyasında “Ictimai halqalar" mövzu-
sunda elmi-fəlsəfi seminar oldu. Seminarda professor və müəllimlər, aspi-
rant və tələbələr iştirak edirdilər. 
Seminarın mövzusunu açıqlayan Səlahəddin Xəlilov bildirdi ki, cə-
miyyətin möhkəmlik şərtləri var. Bunlardan biri ictimai inkişafda hansı hal-
qaların olması və onların bir-birinə necə bağlanması məsələsidir ki, burada 
da vacib amillərdən biri ilk növbədə etibardır. Yəni hərə öz öhdəsinə düşən 
işin öhdəsindən vicdanla gəlməli və əmin olmalıdır ki, digər insanlar da öz 
vəzifələrini vicdanla yerinə yetirəcəklər. Halqaların hamısı sağlam olmalıdır 
ki, bütövlükdə  cəmiyyət sağlam olsun. Əgər etibar yoxdursa, bu cəmiyyət 
sağlam ola bilməz. Başqa sözlə desək, cəmiyyətin sağlamlığının əsas şərtlə-


Elmi-fəlsəfi həyat 
 
 
- 147 -
rindən biri əmək bölgüsüdür. Avropanı Avropa edən məhz əmək bölgüsü və 
etibar oldu. Burada insanlar daxildəki  əmək bölgüsü sistemində bir-birini 
tamamlayır və bir-birinə bel bağlaya bilirlər. Qlobal müstəvidə  də  sıx 
əlaqələr mövcuddur, amma ölkələrarası “zəncir” ölkədaxili “zəncir” kimi 
deyil. Avropa ölkələri bir-biri ilə də sıx bağlıdırlar. Burada bir ölkədə gedən 
inflyasiya digərlərinə də təsir göstərir. Amma bir ölkədə baş verən hadisənin 
nəticələrinin digər ölkəyə  təsir göstərməsi mütləq deyil. Cəmiyyətdaxili 
müstəvidə onun sferaları arasında asılılıq özünü daha qabarıq göstərir. Əgər 
daxildə bel bağlamalı insanlar yoxdursa, sağlam həlqələr yoxdursa, əgər sa-
vadsızlar, saxtakarlar düşünülməmiş islahatlar aparırlarsa, əgər daxildə mü-
hit yoxdursa, onda bu, cəmiyyətin cırlaşmasına gətirib çıxarır. Belə halda ic-
timai inkişaf reqress istiqamətində gedəcəkdir. Bu gün elm və texnologiya-
nın  əxlaqi aspektləri çox aktuallaşmışdır. Elm mənəvi cəhətdən saf adam-
ların əllərində olmalıdır. Elm özlüyündə nə pozitiv, nə də neqativ hadisədir. 
Bəzən deyirlər ki, zaman hər şeyi həll edir. Bu, düzdür. Amma prosesin isti-
qamətliliyi önəmlidir.  Əsas odur ki, zamanın gedişatında az da olsa bir 
proqress olsun. Əgər zaman tərsinə işləsə, o, heç nəyi həll edə bilməz. Biz 
istəyirik ki, istiqamət düzgün seçilsin, zaman müsbət  əmsalla keçsin və 
cəmiyyət hər dəfə bir az irəli getsin. 
 Cəmiyyətin uğurla inkişafı üçün bütün halqalar birinci növbədə özünə 
əsaslanmalıdır. Yəni bizim öz ideyalarımız olmalıdır. Öz ideyalarımızın 
olması üşün dahiləri biz yetişdirməliyik, müvafiq mühit yaratmalıyıq. Lakin 
bu istiqamətdə bütün islahaltarı ölçüb-biçib, fəlsəfi təməl üzərində 
aparmalıyıq.  Əgər hər hansı islahata sosial sifariş yoxdursa, onda bu cür 
islahattın həyata keçirilməsi ancaq ziyan verər. 
Bu günün ictimai nailiyyətləri gələcək uğurlar üçün postament rolunu 
oynayır. Sonra bu uğurların üzərində bir mərtəbə  də qurulur və bu yolla 
ictimai inkişaf həyata keçir. İctimai inkişafın mərhələləri halqalara bənzəyir. 
Sosial prosesdə bəzən “qırıq halqalara” da rast gəlinir və bu zaman insanla-
rın ictimai inkişaf üçün etdikləri hədərə çıxa bilər. Cəmiyyətdə hər hansı bir 
sahə (təhsil, səhiyyə və s.) sıradan çıxsa, onda cəmiyyət daxili dinamikasını 
və tamlığını itirəcəkdir.
 
 


Yüklə 5,14 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə