Azərbaycan fəLSƏFƏ VƏ sosial-siyasi



Yüklə 5,14 Kb.
Pdf görüntüsü
səhifə49/67
tarix23.11.2017
ölçüsü5,14 Kb.
#12129
1   ...   45   46   47   48   49   50   51   52   ...   67

Elmi-fəlsəfi həyat 
 
 
- 151 -
meyarları əsasında tərtib olunmuş, minlərlə aforizmdən yalnız ən dəyərliləri 
seçilmişdir. Kitabın üstün cəhətlərindən biri də bundan ibarətdir ki, burada 
şəxsi həyat, məişət mövzularından daha çox, dövlətçilik, Vətən, millət, şəx-
siyyət və  cəmiyyət məsələləri önə  çəkilmişdir. Böyük dövlət xadimləri 
Mark Avreli, Siseron, Napoleon, Ruzvelt, Çörçill və digərlərinin fikirləri ilə 
yanaşı, ulu öndər Heydər Əliyevin 30-a yaxın müdrik fikrinin də kitaba da-
xil edilməsi kitabın sanbalını daha da artırmışdır. Rusiya alimləri Azərbay-
can alimi Səlahəddin Xəlilovun “Aforizmlər” kitabını yüksək qiymətləndir-
mişlər. 
Səlahəddin Xəlilov tədbirin təşkilatçılarına və  iştirakçılarına təşək-
kürünü bildirmişdir. Bu görüşün çox əlamətdar hadisə olduğunu qeyd edən 
alim demişdir ki, belə  tədbirlərin keçirilməsi Azərbaycanın elmi və elmi 
fəlsəfi fikri üçün yeni bir ənənənin başlanğıcıdır. Maraqlı odur ki, düşüncə 
tərzinin, təfəkkürün iki əks qütbləri sanki bu görüşdə birləşir. Bu mənada 
riyaziyyatçıların fəlsəfəyə, xüsusən hikmətli fikirlərə maraq göstərməsi mə-
nim üçün çox əhəmiyyətlidir. Bu, təsadüfi deyildir. Çünki indiki dövrdə 
Azərbaycanda iqtisadi nailiyyətlər, cəmiyyətin bütün sahələrdə  əldə etdiyi 
inkişaflar kontekstində elmi fikrin inkişafına, kitaba münasibətin dəyişməsi-
nə böyük ehtiyac vardır. Təəssüflər olsun ki, son onilliklərdə Azərbaycanda 
kitaba maraq xeyli dərəcədə azalmışdır. Artıq yeni bir tendensiya, yenidən 
kitaba qayıdış mərhələsi başlanır.  
.
 
http://azertag.gov.az/node/947701 
 
I Beynəlxalq Təhsil Sosiologiyası Simpoziumu 
 
10-11 May 2012-ci il tarixdə Türkiyənin Ankara şəhərində I Beynəl-
xalq Təhsil Sosiologiyası Simpoziumu keçirilmişdir. Atatürk Kültür Mərkə-
zinin dəstəyi ilə Ankara Universitetində baş tutan tədbirdə təhsildə önə çı-
xan yeni yanaşmalar və konsepsiyalar, paradiqma və nəzəriyyələr, yeni cə-
miyyət və yeni qlobal sosial problemlər müzakirə edilmişdir. Yeni cəmiy-
yət, təhsildə dəyərlər sistemi, gələcəyin təhsil sosiologiyası, gəncliyin mədə-
niyyəti və problemləri və s. 18 təməl problem üzərində qurulmuş simpo-


Fəlsəfə və sosial-siyasi elmlər – 2012, № 1 
 
 
- 152 -
ziumda 13 əsas mövzu ətrafında məruzələr dinlənilmiş, müzakirələr aparıl-
mışdır. Avropa və Türk dövlətlərindən 200-ə yaxın iştirakçının qatıldığı təd-
birdə Azərbaycanı tanınmış alim və gənc tədqiqatçılardan ibarət 12 nəfərlik 
nümayəndə heyəti təmsil etmişdir. 
Simpoziumun təntənəli açılış  mərasimində professor Səlahəddin Xə-
lilov təhsildə və elmdə göstərdiyi xidmətlərinə görə Ankara Universitetinin 
xüsusi mükafatı ilə təltif edilmişdir. 
İki gün davam edən tədbirin ilk bölmə iclasına rəhbərlik edən prof. 
S.Xəlilov giriş sözündə bütün türk dünyasında təhsil islahatının vahid elmi 
mərkəzdən istiqamətləndirilməsinə ehtiyac olduğunu bildirdi. Bu bölmə-
də Dos. Dr. Şəlalə Məmmədova və Dr. Kəmalə Qəhrəmanovanın “Küresel-
leşme Sürecinde Azerbaycan Eğitim Sisteminde Değerler Sorunu” mövzu-
sunda məruzəsi diqqəti cəlb etdi və geniş müzakirə olundu. 
Digər bölümlərdə də təmsil olunan azərbaycanlı iştirakçıların məruzə-
ləri maraqla qarşılandı. Prof. S.Xəlilovun “Türk dünyasında təhsil sistemi-
nin müasirləşməsində  Şərq və  Qərb təcrübəsi”, Dr. Gülər  Əhmədovanın 
“XXI əsrdə Uşaq mədəniyyəti və uşaq haqları”, Dos. Dr. Əbulfəz Süleyma-
novun “Yüksek Lisans Öğrencilerinin Bilimsel Yeterlilik Düzeyi ve İş Ola-
nakları Bakımından Değerlendirilmesi”, Dr. Cəsarət Valehovun “21-ci Yüz-
yıl Çağdaş Değerler Sisteminde Yüksek Eğitim” adlı məruzələrində, habelə 
gənc tədqiqatçılardan Aynur Bünyatovanın, İlkin Ağayevin, Gülşən Hüsey-
novanın da çıxışlarında bir sıra dəyərli təkliflər irəli sürüldü.  
Mayın 11-də Simposiumun işinə yekun vuruldu. Plenar iclasda Azər-
baycan nümayəndə heyəti adından təşkilat komitəsinin üzvləri Prof. S.Xəli-
lov və Dos.Dr. Ə.Süleymanov çıxış edərək gələcəkdə türk dünyasında təhsil 
sistemində aparılan islahatların elmi əsaslarla həyata keçirilməsi və bu sahə-
də daimi fəaliyyət göstərən Elmi Komuissiyyanın yaradılması barədə təklif 
verdilər. 
Ankarada keçirilən I Beynəlxalq Təhsil Sosiologiyası Simpoziumu 
həm təhsilşünaslığa bir töhfə olmaq, həm də türk dünyasının bu sahədə də 
vahid mövqedən fəaliyyətinin təmin olunmasına xidmət baxımından bu 
sahədə atılan ilk mühüm addım kimi dəyərləndirilə bilər. 


 
 
 
 
Fəlsəfi Diskurs 
 
 
 
 
“Fəlsəfə dünyası” saytı daha geniş miqyaslı intellektual ictimaiyyəti 
fəlsəfi problemlərin müzakirəsinə cəlb etmək məqsədilə ayda iki dəfə “Fəl-
səfi Diskurs” keçirir. Hər diskursda oxuculara görkəmli filosofları, yaxud 
tarixən cəmiyyəti maraqlandıran bir sual verilir və suala verilən  ən yaxşı 
cavablar saytda yerləşdirilir. Ayda iki dəfə bu problem ətrafında elmi-fəlsəfi 
seminar keçirilir, 3 ən yaxşı cavab verən oxucu Fəlsəfə Dünyasına dəvət 
olunaraq mükafatlandırılır, bu haqda məlumat və  şəkillər saytda yerləş-
dirilir. 
 
 
 
“Şüurlu həyat nədir? 
 
İnsanı onun şüurlu həyatımı daha çox ifadə edir, yoxsa 
şüursuz həyatı?"  
 
II yer – Könül Yazar
 
 
- 153 -
İnsan bəşəriyyət üçün ən ali varlıqdır. Yaradanın şah əsəri, xəlifə, ye-
ganə şüurlu varlıq olan insan yaşadığı müddətcə ona verilən şüurdan özünü-
ifadə, özünütəsdiq, özünüdərk, qorunma, sığınma, qarşısına çıxan problem-
ləri həll etmə, ümumi götürsək yaşamaq üçün istifadə edir. Lakin insanın 
şüurdan istifadə etməsi haqda danışmazdan öncə istərdik ki, şüurlu həyatın 
nə olduğuna aydınlıq gətirək. Bizə görə şüurlu həyatı insanın dərketmə qabi-
liyyətinə görə bir neçə hissələrə bölmək olar. 


Yüklə 5,14 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə