Azərbaycan fəLSƏFƏ VƏ sosial-siyasi


Fəlsəfə və sosial-siyasi elmlər – 2012, № 1



Yüklə 5,14 Kb.
Pdf görüntüsü
səhifə52/67
tarix23.11.2017
ölçüsü5,14 Kb.
#12129
1   ...   48   49   50   51   52   53   54   55   ...   67

Fəlsəfə və sosial-siyasi elmlər – 2012, № 1 
 
 
- 160 -
tik, alkoqol və s.) ona və ətrafındakılara ziyanlı olduğunu bilir,amma faktiki 
olaraq ona davam edir (əlbəttə, bu vərdişlərlə vidalaşanları da alqışlamağı 
unutmuruq). Və yaxud bir insan “Məqsədə çatmaq üçün hər vasitə mübah-
dır” fikrini əsas tutub öz məqsədinə çatmaq üçün səhv olduğunu bildiyi hal-
da digər insanlara müxtəlif cür ziyan vurmaqda davam edir. Başqa sözlə de-
sək, başqa  şeyi düşünən, lakin real həyatda başqa cür hərəkət edən insan-
ların bu hərəkətlərini şüurlu hesab etmirik. Həmçinin, biz iddia etmirik ki, 
yuxarıda göstərdiyimiz və göstərmədiyimiz digər bu qəbilli məqamlar tama-
milə  şüur elementlərindən məhrumdur, amma şüur elementləri olsa belə, 
fikrimizcə, bu, onları şüurlu adlandırmaq üçün kafi deyildir. 
Bura qədər müasir insanın həyatına qısa da olsa nəzər saldıq. Bəs keç-
miş insanın həyatı necə olmuşdur, qısaca ona da nəzər salmağı məqsədəuy-
ğun hesab edirik. Bəli, keçmişin insanı elm və texnikanın bəsitliyi, texnoloji 
vasitələrin çatışmazlığı şəraitində öz təlabatlarını ödəmək üçün təbiətin on-
lara verdiyi hazır məhsullarla kifayətlənməyərək, gerçəklik predmet və ob-
yektlərini öz istəklərinə uyğun dəyişdirməyə yönəlmiş  fəaliyyət göstərmək 
məcburiyyətində idi (istehlak təsərrüfatından istehsala keçid). Kiçik istisna-
lardan sərfnəzər etsək, bunu demək olar ki, bütün qruplardan olan insanlara 
(tacir, sənətkar, əkinçi, sərkərdə, elm adamı və s.) aid etmək olar. Çünki o 
vaxt nə əkin əkmək üçün texnika, nə hava proqnozu verən büro, nə ticarət 
əməliyyatlarını həyata keçirmək üçün kompyuter proqramları, nə bir düymə 
ilə bütün müharibənin taleyini həll etmək imkanına malik olan müasir 
silahlar və s. var idi. Digər tərəfdən, insan onun fəaliyyətinin uğurlu olması 
üçün mühüm amil olan informasiyanı (bilik) hazır qəbul etmirdi. Başqa 
sözlə desək, indiki kimi informasiya bolluğu yox idi. Onu hər bir insan özü 
əldə etmək məcburiyyətində idi və təbii ki, bu zaman şüura, daha çox ehti-
yac var idi. O zaman insanın gündəlik həyatını təmin edən emprik bilikləri 
də həm kəmiyyət, həm də məzmun baxımından indiki səviyyədə deyildi ki, 
onlardan hazır şəkildə, rahat istifadə olunsun. Keçmiş insanı öz mövcudlu-
ğunu qorumaq üçün həyatın bir çox sahələrində daha çox düşünməyə, bilik 
və informasiya əldə etməyə məcbur idi. Fikrimizcə, toplanan bu bilik, infor-
masiya, təcrübənin sayəsindədir ki, bu günün müasir insanı onlardan rahat, 
hazır istifadə etməklə, sanki, o qədər də düşünmək ehtiyacı hiss etmir (söh-


Fəlsəfi Diskurs
 
 
 
- 161 -
bət elmi ictimaiyyətdən deyil, digər insanların gündəlik həyatlarından gedir) 
və bu bilik, informasiya və təcrübə inkişaf etmiş texnikanın da dəstəyi ilə bu 
gün də toplanmağa və artmağa davam etdiyindən (həm də keçmişdəkinə nə-
zərən daha sürətli), gələcəyin insanı üçün də optimist fikir söyləmək çətindir 
(biz, hələ gələcəkdə süni intellektin və ya intellektlərin insan həyatına daha 
böyük ölçüdə daxil olacağını demirik...). Sən demə keçmişdə ata-babaları-
mız daha şüurlu həyat yaşayıblar, nəinki müasir insan. 
Bir məqama da diqqət yetirək: Bəzən düşünürük ki, elm adamlarının, 
alim və mütəfəkkirlərin elm tarixində bütün həyatlarını  həsr etdikləri xid-
mətləri yalnız şüuri (rasional) xarakter daşıyır. Lakin elm tarixinə nəzər sal-
dığımızda elmi kəşflərlə bağlı qarşımızda başqa bir mənzərə canlanmış olur. 
Sən demə, Arximed, Aristotel, İ.Nyuton, R.Dekart, İ.Kant, B.Rassel, Dirak, 
D.İ.Mendeleyev, F.A.Kekule, Rezerford, Şredinger, Lui de Broyl, Heyzen-
berq, A. Eynşteyn kimi və digər elm nəhənglərinin imza atdıqları bir çox 
ciddi kəşflər məhz intuisiya sayəsində baş vermişdir. Arximedin “evrikası”, 
Nyutonun başına düşən “qızıl alması”, Mendeleyevin “yuxu cədvəli”, Aris-
totelin sillogizm ideyası, Dekartın fəlsəfə ilə riyaziyyatın birləşdirilməsinin 
zəruriliyi ideyası, Eynşteynin xüsusi və ümumi nisbilik nəzəriyyəsinin əsa-
sında qoyulan postulatlar da və bir çox bu qəbilli digər “qəfil kəşflər” də 
məhz güclü intuisiya sayəsində yaradılmışdır. Biz əsla bu mütəfəkirlərin bü-
tün elmi həyatlarını yalnız intuisiyaya müncər etmək fikrində deyilik. Həm-
çinin biz, A.Berqson kimi onu rasional nüanslardan tamamilə  məhrum et-
mək (söhbət intuisiya məqamına qədər olan rasional mərhələdən, alimin 
problem ətrafında dərin araşdırmaları və düşüncələrindən gedir) fikrində də 
deyilik. Hətta sonuncu məqam da intuisiyani şüurlu adlandırmaq üçün bizə 
əsas vermir. Təbii ki, intuisiya şüurlu düşüncədən kənar sahədir. Yuxarıda 
adlarını çəkdiyimiz və çəkmədiyimiz bir çox mütəfəkkirlər elmi yaradıcılıq-
da intuisiyaya çox böyük önəm vermişlər. Hətta, A. Eynşteyn qeyd edirdi ki, 
fizikanın baza anlayışlarının yaradılmasında heç bir induktiv metodun rolu 
yoxdur. Alimin fikrincə, təcrübi bilik və hissi idrakdan nəzəriyyəyə, nəzəri 
biliyə aparan yeganə yol məhz intuisiyadır. “Məntiq qarşısında günah işlət-
mədən heç bir nəticəyə gəlmək mümkün deyil”, “Mahiyyətcə əsl dəyər yal-
nız intuisiyadır” (A.Eynşteyn). Eynşteyn bir dəfə kurs yoldaşına deyir ki, 


Fəlsəfə və sosial-siyasi elmlər – 2012, № 1 
 
 
- 162 -
eyninizamlılığın nisbiliyi haqqında fikir onun başına qəfil intuisiya kimi gəl-
mişdir. Fransız fiziki Lui de Broylun fikrincə, nəzəriyyələrin inkişafında bə-
zən elə “düyün” nöqtələr olur ki, onların açılması insan zəkasında bir sıçra-
yış, “oyanma”, “işıqlanma” sayəsində baş verir ki, bu da intuisiyadır... ”Mö-
təbərlik verə bilən məntiq sübut alətidir; intuisiya isə kəşf alətidir” (A.Puan-
kare). Yaradıcı insanların (musiqiçi, şair və s. ) həyatında isə şüurdan kənar 
məqamlar daha çoxdur, xüsusən də dünya şöhrətli bəstəkarların klassik əsər-
ləri məhz bu yolla yaradılmışdır. Məsələn, Cüzeppe Tartini yuxusunda şey-
tanın ecazkar bir musiqi ifa etdiyini görür və bunun da nəticəsində “Şeytan 
zəngulələri” sonatasını yazır, Frederik Şopenin “İt valsı” və s. Fikrimizcə, 
intuisiya ilə edilən kəşflər (və digər müxtəlif formalarda təzahür edən və 
qeyri-şüuri adlandırdığımız fenomenlər) insan psixikasına Böyük Yaradıcı 
tərəfəindən potensial olaraq, bir rüşeym, imkan şəklində yerləşdirilmiş bilik-
lərdir. Elə məhz buna görə də insan şüuru, idrakı intuitiv kəşflər kimi təza-
hür edən bu imkanın reallaşmasını, potensiallıqdan aktuallığa keçidi və bu 
keçidin mexanizmini dərk etmək iqtidarında deyildir. Bu istiqamətdə edilən 
cəhdlər, az-çox “uğurlu” görünsə də, hələ ki, problemin tam izahını verə bil-
mir. Belə bir sual qoyula bilər ki, qeyd etdiyimiz problemlərlə bəhs etdiyi-
miz alimlər deyil, başqaları məşğul olsaydı, yenə də həmin kəşfləri reallaş-
dıra bilərdilər mi? Yox... Çünki bizim mövqeyimizə görə, bu dünyada hər 
insanın bir missiyası var və hər bir insan da bu missiyanın daşıyıcısıdır. De-
məli, intuisiya qabiliyyəti az-çox dərəcədə hər bir insana xas olsa da, o kəşf-
lər məhz müvafiq alim və mütəfəkkirlərin missiyasına daxil imiş. Necə ki, 
onlara qədər də  həmin problemlərlə  məşğul olan alimlər olmuş, amma bu 
kəşflərlə adını elm tarixinə qızıl hərflərlə yazdırmaq xoşbəxtliyi məhz adla-
rını çəkdiyimiz alimlərə nəsib olmuşdur. 
İndi isə, bütün yazdıqlarımızı ümumiləşdirərək suala cavab verək. Bi-
zim mövqeyimizə belə bir etiraz oluna bilər ki, insan həyatının yuxarıda 
bəhs etdiyimiz məqamları bütün insanlar üçün keçərli olmaya bilər. Prinsip-
cə, bu etiraz elə də şübhə doğurmur, çünki bütün bu yazdıqlarımız əsas ver-
mir iddia edək ki, bu, bütün insanlara aiddir amma hər halda bizim fikrimiz-
cə, göstərdiyimiz məqamlar əksər insanların həyatlarını daha böyük ölçüdə 
əhatə edir. Elə bu səbəbdən də suala belə cavab veririk ki, bəli, müasir dövr-


Yüklə 5,14 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə