Azərbaycan fəLSƏFƏ VƏ sosial-siyasi



Yüklə 5,14 Kb.
Pdf görüntüsü
səhifə53/67
tarix23.11.2017
ölçüsü5,14 Kb.
#12129
1   ...   49   50   51   52   53   54   55   56   ...   67

Fəlsəfi Diskurs
 
 
 
- 163 -
də insanı onun şüursuz həyatı daha çox ifadə edir (hətta gələcəkdə daha bö-
yük ölçüdə), nəinki, şüurlu həyatı. Biz bununla əsla demək istəmirik ki, in-
san həyatında şüurlu məqamlar çox azdır, biz onu demək istəyirik ki, insan 
həyatı şüurlu və şüursuz məqamların vəhdətindən ibarət olmasına baxmaya-
raq, ümumi nisbətdə insan həyatının şüursuz məqamları az da olsa üstünlüyə 
malikdir. Sən demə, keçmişdə ata-babalarımız bizdən daha çox şüurlu həyat 
yaşayıblar... Bütün bu bəhs etdiklərimiz indi olandır, bəs olmalı olan necə 
olmalıdır?  Əlbəttə, insanı insan edən, onu digər canlılardan fərqləndirən, 
onu təkcələşdirən başlıca  əlamət  şüur olduğundan, onun həyatını da digər 
canlıların həyatından fərqləndirən, onun həyatın insaniləşdirən də məhz in-
sanın şüurlu həyatı olmalıdır. Onu da qeyd edək ki, biz insanın özünü şüurlü 
ifadə edə bilməsi üçün, şübhəsiz ki, onun şüurlu həyat yaşamasının tərəfda-
rıyıq. “Bunun üçün nə etmək lazımdır” sualının cavabı isə başqa bir yazının 
mövzusudur. 
 
III yer – Züriyə Babayeva 
Şüurlu həyat insanın özünü istədiyi kimi, şüursuz həyat isə olduğu 
kimi göstərməsidir. Ən böyük fərq elə buradadır. 
  
III yer – Tural Abbaslı 
Həyat, əslində, hər bir insana özünün razılığı olmadan, xəbərsiz bir şə-
kildə Allah tərəfindən verilən lütfdür. Hər kəs dünyaya öz istəyi olmadan 
gələrək həyat adlı bir məfhumun necə də şirin nemət olmasının dərkinə va-
rır. Yaşamının irəliləyən illərində isə insan öz biliyini, bacarığını, davranış-
larını ortaya qoyaraq sanki həyatın ona həsr olunan bölümündə aktyor kimi 
bir rol canlandırır. Təbii ki, fərqli ssenarilər və onların meydana gətirdiyi in-
san həyatının müxtəlif görüntüləri. Mən də sualda qeyd olunan məsələlərə 
aydınlıq gətirmək üçün sözsüz ki, insan həyatının müxtəlif tərəflərinə müra-
ciət etməklə müəyyən nəticəyə gəlməyə çalışacam. Bəllidir ki, insan beyni 
şüuri və qeyri şüuri məqamları özündə ehtiva edən bir məkandır. Hətta qey-
ri-şüuri məkan beyində daha çox yer tutumuna malikdir. Amma bu heç də 
insan həyatında qeyri-şüurinin üstün mövqeyə malik olduğuna əsas vermir. 
Bu yönü önə sürüb sualda qeyd olunan məsələyə cavab vermək sadəcə tələ-


Fəlsəfə və sosial-siyasi elmlər – 2012, № 1 
 
 
- 164 -
siklik olar. İnsana bəxş edilmiş əqlin varlığı danılmaz və hər kəsin qəbul et-
diyi bir gerçəklilkdir. Zənnimcə, insan əql adlı mexanizmasını aktivləşdirə-
rək, insan həyatında onun (əqlin) nüfuz etdiyi məqamları ayırd edə bilər. 
Yəni potensial olaraq fərd, ona verilmiş nemətdən istifadə edərək hətta qey-
ri-şüuri məqamların onun həyatında hansı  məqamda üstünlüyünün dərkinə 
vara bilər. Fikrimi daha aydın izah etmək üçün əvvəldə də qeyd etdiyim ki-
mi, insan həyatının müxtəlif məqamlarına nəzər salmaq istərdim. Bəllidir ki, 
hər bir insan müəyyən bir ölkədə, fərqli sosial statusa malik ailədə, özünün 
seçmədiyi millətin mənsubluğunu daşıyan fərd kimi dünyaya gəlir. Yaşamı 
boyu insanın həyata dair müəyyən baxışları, düşüncələri, bir sözlə müəyyən 
bir dünyagörüşü formalaşır. Təbii ki, bu dünyagörüşünün formalaşmasında 
həmin insanın mənsub olduğu millətin adəti-ənənəsi, çevrəsinin yaşam tərzi, 
aldığı təhsil və s. mühüm rol oynayır. Sözsüz ki, bu da təbii bir haldır. An-
caq burada mühüm bir məqama diqqət ayıraq. İdrak aparatının mükəmməlli-
yi insana öz həyatını sahib olduğu düşüncələri istiqamətində cızmağa imkan 
verir. Yəni bir insan dünyaya fərd olaraq gəldiyini, çevrəsinin adət-ənənəsi-
nin, baxış  tərzinin onun düşüncəsinə  təsir etdiyini şüurlu bir şəkildə  dərk 
edirsə və kor-koranə bir şəkildə qəbul edilən kənar təsirlərdən, həmin təsir-
lərin ağlın süzgəcindən keçirilmədən həyatına nüfuzunu əngəlləyirsə, demə-
li insan ona bəxş edilən ağıl nemətindən yararlana bilmişdir. Çünki insan sa-
hib olduğu dəyəri anladığı zaman, insan olmağının fərqinə vardığı zaman öz 
düşüncələrini ortaya qoyaraq onların  əsasında həyatını qurmağa çalışacaq. 
Artıq bu zaman kor-koranə qəbul edilmiş adət-ənənə və ya ətrafın tətbiq et-
diyi düşüncə sistemi deyil, öz düşüncə sistemi köməyə gələcək. Bu isə in-
sanın həm öz adət-ənənəsinə, mentalitetinə hörmətlə yanaşmasına və ondan 
sağlam bir şəkildə istifadə etməsinə  şərait yaradır. Düşünürəm ki, həyatın 
şüurlu və qeyri-şüuri tərəflərində  ən mühüm, mükəmməl an məhz bu mə-
qamdır. Çünki bu, insan əqlinin cızdığı bir həyat tərzinin aktivləşməsi, eyni 
zamanda onun istəyindən asılı olmadan ətrafının adət-ənənəsinin təsirinin 
olduğu məqamıdır. Ancaq burada insan ağlında istifadə edərək, həm adətini-
ənənəsini anlamağa və ondan yararlanmağa, eyni zamanda öz düşüncələri 
istiqamətində həyatını yaşamaq şansına malikdir. Zənnimcə, bu məqamı an-
layan insan yaşam boyu ağlının gücündən istifadə etməyi bacarmışdır. Han-


Fəlsəfi Diskurs
 
 
 
- 165 -
sı ki, ağlın gücü ilə bizə belə bir məqamda şüuri (düşüncənin cızdığı həyat) 
və qeyri-şüurinin (adət-ənənənin təsiri) ünsürlərini görə bilərik. Buna  əks 
olan bir mövqenin təmsilçiləri isə sadəcə robortlaşmış və ya başqalarının hə-
yatını yaşayan insanlardır. Sual oluna bilər ki, insanın düşüncələri hesabına 
öz həyatını cızması üçün, ilk öncə onun mənəvi-intellektual yöndən mükəm-
məl olması gərək deyilmi? Eyni zamanda bu, hər kəsə nəsib olan bir məsələ 
deyil. Düşünürəm ki, hər bir fərd mənəvi-intellktual dünyasının verdiyi im-
kandan istifadə edərək düşüncələrini öz həyatına tətbiq edib reallaşdıra bi-
lər. Hər  şeydən öncə, önəmli olan insanın mənəvi-intellektual aləmini tək-
milləşdirməsidir. Amma onu da qeyd edim ki, mütəfəkkirin və ya filosofun 
düşüncəsinin dəyəri ilə, adi insanın düşüncəsinin dəyəri sözsüz ki, eyni ol-
mayacaq. Bu da başqa bir reallıqdır. Şüurinin yoxsa qeyri-şüurinin üstünlük 
təşkil etdiyini aydınlaşdırmaq üçün yenə  də insan həyatına nəzər salmağa 
davam edək. 
Məlum məsələdir ki, hər bir insan istəyindən asılı olmadan yaşamının 
uşaqlıq, gənclik, qocalıq mərhələlərinin iştirakçısı olur. Eyni zamanda hə-
min mərhələlərə aid olan prinsip və qaydalara da tabe olmaq məcburiyyətin-
də qalır. Uşaqlıq və yeniyetməlik dönəminin yalnız bir görüntüsü olan mək-
təb həyatı, gəncliyin tərkib hissəsi olan tələbəlik, daha sonra irəlidə insanı 
gözləyən iş həyatı, evlilik, qocalıq çağının təzahürləri və s. Həmçinin bioloji 
varlıq olan insan (təbii ki, burada insanın yalnız bir tərəfi nəzərdə tutulur) 
sözsüz ki, həyatın bu mərhələlərinin özündə  şahidi olacaq. Amma maraqlı 
olan insanın həmin mərhələlərin ayrılmaz tərkib hissəsi olan həmin prinsip 
və xüsusiyyətlərə qeyri-şüuri olaraq tabe olmasıdır. Şüurlu bir şəkildə bunu 
etdiyinin fərqinə varsa da. Məktəbi bitirmiş bir gəncin tələbə olmaq istəyi 
yaxud iş  həyatı, onun müəyyən norma-qaydaları  və ona qeyri-şüuri olaraq 
tabe olan insan. Amma bütün bu prinsiplərə insan qeyri şüuri olaraq tabe ol-
sa da, yenə də əqlin gücündən istifadə edir. Məsələn, yuxarıda qeyd etdiyim 
kimi, hər hansı bir gənc tələbə olmağı arzu etməklə yanaşı, bu arzunun real-
laşması üçün müəyyən prinsiplərə (çalışqanlıq, inetellektual fəaliyyət və bu 
fəaliyyətə mane olan məqamlardan maksimium dərəcədə imtina etmək. Tə-
bii ki əqlin gücü ilə) tabe olmalıdır. Göründüyü kimi, burada da əqli ünsür-
lərin rolu danılmazdır. Bəllidir ki, hər birimizdə bizdən asılı olmadan sevgi, 


Yüklə 5,14 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə