Azərbaycan fəLSƏFƏ VƏ sosial-siyasi


Fəlsəfə və sosial-siyasi elmlər – 2012, № 1



Yüklə 5,14 Kb.
Pdf görüntüsü
səhifə44/67
tarix23.11.2017
ölçüsü5,14 Kb.
#12129
1   ...   40   41   42   43   44   45   46   47   ...   67

Fəlsəfə və sosial-siyasi elmlər – 2012, № 1 
 
 
- 136 -
Səlahəddin müəllim: 
Təbii. Kimin demək istədiyi var? 
 
Mətanət Abdullayeva: 
Nizami yazır ki, hər bir insanın qarşısında yelpik şəklində 72 yol 
durur. Onlardan biri gül ilə döşənib, qalanları tikanlıdır. Ağıllı adam gül 
olan yolu seçə bilər. Gül ilə döşənən yol əslində  həqiqətə aparan ən qısa 
yoldur. Qalanları isə tikanlı yollardır. İnsan ağlı ilə intuisiyasını birləşdirib 
seçim etməlidir. Bir də ruhla bağlı yazır ki, hər bir insan bu həyata müqavilə 
ilə gəlir, bu müqaviləni orada, göylərdə bağlayır. 
 
Səlahəddin müəllim: 
Bu Quranda da var. Araf surəsi 172-ci ayə. 
 
Könül Yazar: 
Ağıl ip deməkdir, ruh öz ipini Allaha bağlayır və bu da ağıllı olmaq 
deməkdir. 
 
Səlahəddin müəllim: 
Mən o sözün etimologiyasından çıxış eləməyin tərəfdarı deyiləm. 
Allaha bağlılıq məsələsi tək islam dini ilə bağlı deyil. Antik fəlsəfədə kos-
mos ideyası haqqında çox yazılıb. Bizim imkanlarımız xaricində olan, bizim 
görmək, duymaq hüdudumuzdan kənara çıxana indi biz kosmos da deyə bi-
lərik, kainat da deyə bilərik, Allah demək istəməyənlər təbiət də deyir. Hərə 
bir şey deyir, amma mahiyyət eynidir. Təbii ki, dünyada iki ruh sahibi var. 
Birinci mütləq mənada bir ruh var, bu ilahi ruhdur, bir də o ruhun daşıyıcı-
ları var, Allah yalnız insanlara verib. Kimlərəsə müyəssər olur o kiçik ruh 
böyük ruha qata bilir. Kimlərsə isə “obosoblyonnı”, haradasa yetim kimi qı-
raqda qalır. Ruhun yetimliyi ideyası. 
 
Könül Bünyadzadə: 
Ruh necə yetim ola bilər? 
 
Səlahəddin müəllim: 
Qatıla bilməyəndə yetim kimi qalır. İnsan ruhu məhduddur, o, sonsuz-
luğa çevrilə bilər, ancaq o zaman ki, o ilahi ruha qatıla bilibdir. Ümumiyyət-


Elmi-fəlsəfi həyat 
 
 
- 137 -
lə, bu, elə bir mövzudur ki, biz bunu bir söhbətlə əhatə edə bilmərik. Biz sa-
dəcə variantları analiz etdik. Amma ən azından biz onu müəyyənləşdirdik 
ki, insanların çoxu öz həyatını yaşamır. Adi adam elə düşünə bilər ki, mən 
elə öz həyatımı yaşayıram, başqa necə ola bilər ki? İti axan çaya saman atır-
san, çay onu harasa aparır, amma hara gedəcəyini özü bilmir. O saman çöpü 
sahildə qaçan bir ceyrana deyir ki, ay ceyran, mən səni də ötüb keçirəm. 
Amma o saman çöpünü aparan nədir? Özü deyil ki, o sel aparır.  İndi bu 
adamlar da selə düşmüş insanlardır, bunlar öz həyatını yaşamır. Axın hara 
gedirsə, onlar da ora. Öz həyatını yaşayan insan ona görə faciəli, çətin həyat 
keçirir ki, o çox vaxt axına qarşı  gəlir. Problemin qoyuluşunda  əsas sual 
“biz kimin həyatını yaşayırıq” indi. Zəif iradələr güclü iradələrə tabedir. Və 
onlar hansısa bir güclü iradənin axınına düşür və onun həyatını yaşayırlar. 
Həyat belədir. Elə bil ki kimlərsə kimlərinsə oyununa düşür, başlayırlar oy-
namağa. Onlar hansı havanı çalırsa, sən də ona uyursan. Uymasan, olursan 
çıxdaş. Güclüsənsə, tab gətirirsən, deyilsənsə, ya məhv olursan, ya başqa bir 
oyuna qatılırsan. Mütləq iradə Allaha məxsus olan iradədir. Təbii ki, hamı-
mız son nəticədə ona tabeyik. Amma cəmiyyətdə də iradələrin bir iyerarxi-
yası var. Güclü iradə sahibi olan insanlar var. Və ya cəmiyyətin gücündən 
güc almış iradələr var. Kreslonun gücündən güc almış iradələr var. O ada-
mın öz şəxsi iradəsi miskindir. Ancaq bu həyatın faciəsi buradadır ki, həmin 
güclü iradə sahibi olan adam bu miskinə tabe olmaq zorunda qalır çünki 
onun iradəsi həmin kreslo vasitəsilə yüksəlmiş olur. Qalırsan aciz, amma 
çox güclü iradən varsa, ağlını kullanaraq bu situasiyadan çıxış yolu tapa bi-
lərsən, ən azı imtina edə bilərsən ki, onun cazibə dairəsinə, oyun qaydaları-
na düşməyəsən. Oyundan kənar olsan, onun təsiri altına düşməyəcəksən. 
 
Aydın Şirinov: 
Bizdə iki anlayış o qədər də yaxşı işlədilmir. Bunlara da fikir vermək 
lazımdır – “подсознательное” və  “бессознательное”. Bunlar azərbaycan 
dilində qarışdırılır. 
 
Səlahəddin müəllim: 
Rus dilində də bəzən qarışdırırlar, eyni mənada işlədirlər. Rus dilində 
terminologiya təbii ki, yaxşıdır. Bizdə bütün idrakla bağlı  məsələlərdə 


Fəlsəfə və sosial-siyasi elmlər – 2012, № 1 
 
 
- 138 -
terminologiya həddindən artıq bərbad bir haldadır. Biz ona aydınlıq gətir-
məliyik. Bunun üçün bizim fəlsəfəmiz yazılmalıdır. O fikir ki, Qərb fəlsəfə-
si var, Şərq fəlsəfəsi var, təsəvvüf var, fenomenologiya var, Kantın aqnosti-
sizmi var və biz də bu gün oturub nəsə yazmalıyıq və onları öyrənib onların 
üstünə bir kərpic qoymalıyıq, hansısa bir cərəyana qatılıb bir şey eləməliyik, 
tutaq ki, postmodernistlərin dəyirmanına su tökməliyik, bu. çox qüsurlu fi-
kirdir. Yəni fəlsəfə elm olsaydı, bu olardı. Onların tikdiyi divara sən də bir 
kərpic qoyub fəhləlik edə bilərsən. Son nəticədə onların arxitekturasını plan-
laşdırdığı bina tikiləcək, sənin fəhləliliyin özünə qalacaq. Biz də elmə qatılı-
rıq, amma kimin dəyirmanına su tökürük, bunun fərqində də deyilik, anla-
mırıq ki, böyük elm, o dəyirmanı işlədən biz deyilik, biz sadəcə su tökənlə-
rik, o dəyirmanı işlədənlər bundan istifadə edir, enerjisini də onlar alır. Bəs 
necə edək, dəyirmanı özümüz işlədək? Bizim gərək öz dəyirmanımız olsun. 
O dəyirman necə yaradılır. Alternativ elm yaratmaq çox çətindir. Olanı kop-
yalayıb yaratmaq, olandan imtina etmək yox. Bilirsinizmi, Pakistan atom 
bombasını necə yaratdı? Axı müsəlman dünyasına qadağalar var bu sahədə. 
Əbdüs-Səlam haqqında mən yazmışam, Nobel mükafatı laureatı, çox böyük 
fizikdir, amma nəzəriyyəçi idi. Pakistanlı bir başqa fizik də vardı. O da hə-
min dövrdə Avropaya göndərilmişdi təhsil üçün. Nüvə fizikası labora-
toriyasında çalışmış və o qədər istedadlı olub ki, ingilislərin, fransızların edə 
bilmədiklərini bu onlardan daha yaxşı edib. Günlərin bir günü o yox olur. 
Bütün Avropa bir-birinə dəyir. Birdə o vaxt xəbər tuturlar ki, sən demə, pro-
yekti də götürüb qaçıb Pakistana və o dövrkü prezidentlə gizli şərait yara-
dıblar və öz nüvə bazalarını yaradıblar. İndi müsəlman dövlətlərindən ancaq 
Pakistanda var nüvə silahı.  Şübhəsiz ki, elmi etikadan danışanda burada 
oğurluq var, amma tərəzinin bir gözünə də onun vətənpərvərliyini və ideolo-
ji başqa arqumentlərini qoymaq olar. Yəni mövcud elmə istinad edərək öz 
sistemini yarada bilərsən. Amma fəlsəfə elm modeli ilə işləmir. Fəlsəfə hər 
dəfə yenidən yaradılan bir şeydir. Fəlsəfə poeziya kimidir, fəlsəfə incəsənət 
kimidir. Vacib deyil Mikelancelonun çəkdiyinə nə isə əlavə edəsən. Nyuton 
deyir ki, mən məndən əvvəlki alimlərin çiyninə çıxdım. Amma Səməd Vur-
ğun Füzulinin, Vaqifin çiyninə  çıxmır. Burada hər biri təzədən bir sistem 
qurur. Ona görə  də, fəlsəfə  təzədən yaradıla bilən bir sistemdir. Nə  qədər 


Yüklə 5,14 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə