Azərbaycan fəLSƏFƏ VƏ sosial-siyasi


Fəlsəfə və sosial-siyasi elmlər – 2012, № 1



Yüklə 5,14 Kb.
Pdf görüntüsü
səhifə40/67
tarix23.11.2017
ölçüsü5,14 Kb.
#12129
1   ...   36   37   38   39   40   41   42   43   ...   67

Fəlsəfə və sosial-siyasi elmlər – 2012, № 1 
 
 
- 124 -
məhdudlaşdırılır. Və bu dünya praktikasında qəbul olunan məsələləri heç 
kim fəlsəfi müzakirəyə çıxarmır – niyə axı biz bir gəncin prezident olma hü-
ququnu məhdudlaşdırırıq. Bunun bir sıra milli, sosioloji və s. əsasları var və 
bunları heç kim araşdırmaq haqqında düşünmür. Mən hər tərəfdən giriş et-
dim məsələyə ki, sizin fikirləriniz toplaşsın həmin o qoyduğumuz suala – 
biz öz həyatımızımı yaşayırıq, yaxud yaşadığımız həyat bizimdirmi? 
Heç bir fikri mütləqləşdirmək olmaz, hər bir fikrin öz tətbiq olma mü-
hiti var. Konkret bir ictimai, mədəni-mənəvi şəraitdə bu həqiqət doğru ola 
bilər, tətbiq baxımdan bir başqa mühitdə qüsurlu olar. Heç bir fikri mütləq-
ləşdirmək olmaz. Hətta bir rəng öz-özlüyündə gözəl ola bilməz. Bu rəng an-
caq bəlli bir fonda gözəl ola bilər, bir başqa rəng isə digər fonda. Yaxud bir 
söz özlüyündə gözəl ola bilməz, o ancaq yerinə düşərsə gözəl səslənə bilər. 
Yəni obyekt və onun mühiti, konteksti, fonu. Qayıdırıq yenə suala – bizim 
yaşadığımız həyat bizimdirmi? Biz razılaşdıq ki, uşaq yaşlarında yaşadığı 
həyata heç kim iddialı ola bilməz ki, bu, məhz mənin iradəmlə yaşanmışdır. 
Təsadüfən itsəydiniz, ya doğum evində  səhv salınsaydınız, siz bu həyatı 
yox, bir başqa həyatı yaşayardınız. 
Yenə qayıdıram həmin ixtisas məsələsinə. Kim burada düşünülmüş 
surətdə ixtisas seçib? Hətta kimsə özü seçibsə, bu yenə  də onun seçimi 
deyil. Çünki o özü o dərəcədə yetkin deyildir. Onun üçün o qədər biliklər 
verilməmişdir ki, o düzgün seçim etsin. 
Bax, sən Könül, düzgün ixtisas seçimi etmisənmi? 
 
Könül Yazar: 
Mən bu sualı həmişə vermişəm özümə. Mən Azərbaycan dili filologi-
yasını bitirmişəm. Ancaq mən oxuduğum müddət ərzində həm jurnalist işlə-
mişəm, həm digər ixtisaslar üzrə. Mən həmişə axtarmışam, hansı  mənim 
üçün daha xoşdur. Mən bu dörd ildə potensialımı bir başqa sahədə olduğunu 
gördüm, mənim güclü idarəetmə qabiliyyətim var. İnsan ancaq yaşadıqca, 
təcrübə etdikcə, başa düşür ki, nə onun üçün yaxşıdır, nə pisdir. Təcrübə hər 
şeydən daha önəmlidir. İnsanın təfəkkürü yaşadıqca inkişaf edir. Mən bura 
ilə ilk dəfə tanış olanda siz mənə bir neçə kitab vermişdiniz. Mən bunların 
hamısını oxudum, çünki mənə maraqlı idi, mənim oxumağa böyük həvəsim 


Elmi-fəlsəfi həyat 
 
 
- 125 -
var. Ancaq siz mənə dediniz ki, sən oxuduqlarını bir kənara qoy, sən çox 
şey oxuya bilərsən, çox yerdən maariflənə bilərsən, ancaq bunları  dərk 
etmək üçün zaman lazımdır. 
 
Səlahəddin müəllim: 
Çox gözəl! Mən xanımın dedikləri ilə bir növ razıyam ki, əslində 
bütün ömrü boyu insan seçə-seçə gedir, hər bir mərhələdə dərk edirsən ki, 
buna qədər yaşadığın əslində sənin istədiyin deyilmiş. 
 
Könül Bünyadzadə: 
Bəs dahilik nə olur onda? Dahilik hər hansı bir yolu davamlı getmək-
dir. Yəni mən Könülün enerjisinə bələdəm, o özünü axtarır və mən inanıram 
ki, tapacaq. Mən indi ümumiyyətlə danışıram. Əgər mən bu mərhələyə qə-
dər jurnalistəm, yox jurnalistlikdən bir şey çıxmadı, qoy indi də müəllim 
olum, burdan da bir şey çıxmadı, gedim rəhbər olum və s. Mənim ömrüm 
tükənir, nəticədə elə hey sıfırdan başlaya-başlaya dururam. Bu necə olur, 
hanı dahilik, hanı bir işi sonuna çatdırmaq? 
 
Səlahəddin müəllim: 
Bu, bir variantdır. Hər bir insan bura qədər yaşadığı  həyatın qüsurlu 
olduğunu düşünə bilər, yeni həyat axtara bilər. Bu bir kənar haldır.  İkinci 
kənar hal odur ki, bəzən soruşanda ki, bir də  həyata gəlsən, hansı  həyatı 
yaşayardın, hansı sənəti seçərdin, deyirlər ki, elə bu həyatı yenə yaşayardım. 
Belə çıxır ki, insan həmişə halından məmnundur, getdiyi yoldan məmnun-
dur və bu yol ilə də getmək istəyir. 
 
Könül Yazar: 
İnsan tənbəl varlıqdır. O düşünür ki, mənim bir qurulu düzənim varsa, 
mən elə bu yolda da davam etməliyəm. 
 
Səlahəddin müəllim: 
O, Şərq insanına aiddir. Bizi Qərb insanından fərqləndirən bir cəhət də 
fikir tənbəlliyidir. Fikirləşmək istəmirsənsə, ölçüb-biçmək istəmirsənsə, ya-
şadığın həyata kənardan baxmaq istəmirsənsə, bu situasiyada tutaq ki, bir al-
man nə edərdi, bir italyan nə edərdi sualını vermirsənsə, deməli, həmişə ida-


Fəlsəfə və sosial-siyasi elmlər – 2012, № 1 
 
 
- 126 -
rə olunacaqsan, yəni belə insanlar öz qismətləri ilə  həmişə razıdırlar.  Əsl 
xoşbəxt olmağın yolu odur; hər dəfə yeni bir həyat axtarmaqla xoşbəxt ol-
maq çətindir, bu xoşbəxt insan etalonuna uyğun deyil. Konfusizmdə  də, 
daosizmdə  də xoşbəxt insan resepti halından məmnun olmaqda görülür. 
Əgər vəziyyətin pisdirsə, onda özündən pislərə bax, və de ki, məndən də pis 
halda olanlar var. Amma burada bununla yanaşı, potensialımı da ölçməyi 
bilməliyəm. Mənim başqa nə imkanlarım var idi ki, mən onları istifadə edə 
bilməmişəm. Belə bir aforizm var, deyir ki, həyat sənə verilmiş ideyanın və 
ya imkanın realizasiyasıdır. Bu ya tale yazısının yavaş-yavaş həyata keçmə-
si ola bilər, ya sənin potensialındırsa, o potensialı realizə etmək lazımdır. 
Adam var ki, ona təbiətən rəssamlıq istedadı verilib, özünün xəbəri yoxdur. 
Yəni insanın bütün sahələrdə özünü sınaması  və bu gərçək potensialı üzə 
çıxarması mümkün deyil. 
 
Cahangir Məmmədli: 
Bütün həyat diktələrdən ibarətdir. Məsələn, mən ideal seçimimi elə-
dim. Mühit də mənə deyir ki, bu, düzgün seçimdir. Yenə də bu seçimdə dik-
tələr var. Mən öz həyatımı yaşamıram. Mənim istədiyim, içimdəki tamam 
başqadır, bu maraqlı ola bilər, amma yenə  də qaydalar var, normalar var, 
onlardan kənara çıxmaq olmaz. 
 
 Səlahəddin müəllim: 
Təbii. Siz indi məsələnin bir başqa aspektini qoyursunuz ortaya. Gə-
lin, onu iki yerə bölək ki, çətinlik çəkməyək. Bir potensial imkanın realiza-
siyası məsələsidir. “Öz” sözünü iki cür açaq – öz, birincisi, yazıdır, yəni in-
san yaranandan genetik bir proqramı var. Bu genetik proqramın bir hüdudla-
rı var və burada müəyyənləşdirilir ki, bu adamdan bu sahədə nə çıxar, başqa 
sahədə nə? Bizim fikirlərimiz fatalizmdən bir az fərqlidir. Mən deyirəm ki, 
mən alın yazısına inanıram, amma alın yazısında hüdudlar müəyyənləşir
sən məhz bu olacaqsan yox, sən bu sahəyə getsən bu ola bilərsən, bunun hü-
dudlarını aşa bilməzsən. Heç kim öz imkanından yuxarı atlana bilməz. Am-
ma elə sahə var ki, mən orada çox yüksələ bilərəm, cəmiyyət üçün çox fay-
da verə bilərəm və elə sahə də var ki, orada heç nə verə bilmərəm. 


Yüklə 5,14 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə