Elmi-fəlsəfi həyat
- 145 -
tikmək mümkün olmayan kiçik memarlıq abidələrini yaradır.
Arzu və istək anlayışlarının bir-birinə yaxın olsa da, onların arasında
cüzi fərqlərin olduğunu vurğulayan Səlahəddin Xəlilov qeyd etdi ki, istək
daha çox maddi tələbatla, cismani tələbatla bağlı olmaqla bədənin ehtiyacla-
rından irəli gəlir. Arzu isə istəkdən yüksəkdə durur. Arzu ilə istək arasında
ikinci fərq bundan ibarətdir ki, adamı da istəmək mümkündür, amma adamı
arzulamaq olmur. Adamla görüşməyi arzulamaq olar. İstək arzu ilə əzmin
birləşməsi də ola bilər. Əzm isə iradədir, məqsədə nail olmaq yolunda po-
tensial gücü özündə hiss etməkdir. Bu mənada iradə əzm, güc, potensial da-
xili qüvvələrin səfərbər edilməsidir. Əzm olmazsa, iradə olmasa, arzuya çat-
maq mümkün olmaz. Əzm istəyin daha realistik potensial tərəfi, realizasiya-
ya xidmət edən tərəfidir. Əzm məhz məqsəd aydınlığında özünü göstərir.
Arzunun məqsədə yaxın olduğunu qeyd edən S.Xəlilov qeyd etdi ki, məqsəd
dərk olunmuş, rasionallaşmış arzudur. Arzu rasionallaşanda, məqsəd yara-
nır. O, insanın nəyə can atmasını və buna getməyin yollarını müəyyənləşdi-
rir. Uşaqlıqda arzular çox olsa da, onlar yavaş-yavaş gövdəsi qırıla-qırıla ge-
dir. İnsan böyüdükcə, arzu emosionallığını itirir, onun həyat templərinə, real
imkanlarına uyğunlaşır və daha çox məqsəd formasında üzə çıxır. Məqsəd
çox geniş anlayışdır. O, əlçatmaz da ola bilər. İnsan ömrü boyu məqsədə ge-
dər, amma bununla belə ona çatmaya da bilər.
Sözü gedən anlayışlara niyyət anlayışının da yaxın olduğunu qeyd
edən S.Xəlilov niyyət sözündə bir motivin də olduğunu vurğuladı. Onun
sözlərinə görə, niyyət “motiv” anlayışını əvəz edir. Ürək səviyyəsində niy-
yət arzuya, ağıl səviyyəsində isə məqsədə yaxındır. İnsan öz əməllərinin
müqabilində alır. Niyyətin safdırsa, sənə bədbəxtlik gətirən arzulara sən çat-
mayacaqsan. Müxtəlif bölgələrdə bu sözlərin bəlkə də fərqli çalarlarda iş-
ləndiyini vurğulayan S.Xəlilov qeyd etdi ki, söz öz yerində olanda, fikir də
aydın olur. Əslində XX əsr fəlsəfəsinin bir çox cərəyanları elə məhz fəlsəfə
ilə dilin əlaqəsini öyrənməklə məşğuldur.
Fərman İsmayılov:
Qrammatika fəlsəfənin beşiyidir. İnsanların dünya haqqında təsəvvür-
lərinin konkretləşdirilməsinin bir yolu linqvistik analiz, yəni sözlərin məna-
Fəlsəfə və sosial-siyasi elmlər – 2012, № 1
- 146 -
sını tapmaqdır. Bu mənada fəlsəfənin dil ilə sıx əlaqəsi vardır. Hər hansı bir
sözə mənanı konteksti verir. Suala gəlincə, düşünürəm ki, arzu onda bəlaya
çevrilir ki, insan ayağını yorğanına görə uzatmır.
Könül Bünyadzadə:
Yeni dövrdən sonra arzuların Allah tərəfindən yerinə yetirilməsi
məsələsi o dərəcədə məhdudlaşır ki, insanlar öz arzularına özləri çata
bildiklərini zənn etməyə başlayırlar. Düzdür. Özünəgüvən yaxşı şeydir,
amma əvvəllər insanlar kamil bir insana bənzəmək istəyirdilərsə, indi
yanındakılara bənzəməyə çalışırlar. Əvvəllər insanlar böyük arzularla
yaşayırdılarsa və bu arzuya çatmaq yolunda böyük əzm göstərirdilərsə, bu
gün insanlarda əzm var, arzu yoxdur. Xüsusən də bu, cavanlara aiddir.
Səlahəddin Xəlilov:
Arzular həyatın özündən doğmalıdır. İnsanın öz potensialına inamı
olmalıdır. İnsan real arzular qoymalı, bu həyatın öz qaydalarını bilərək
fəaliyyət göstərməlidir.
Sonda Fəlsəfi Diskursun qalibləri elan olundu.
“Ictimai halqalar" mövzusunda
elmi-fəlsəfi seminar
Yanvar ayının 14-də Fəlsəfə Dünyasında “Ictimai halqalar" mövzu-
sunda elmi-fəlsəfi seminar oldu. Seminarda professor və müəllimlər, aspi-
rant və tələbələr iştirak edirdilər.
Seminarın mövzusunu açıqlayan Səlahəddin Xəlilov bildirdi ki, cə-
miyyətin möhkəmlik şərtləri var. Bunlardan biri ictimai inkişafda hansı hal-
qaların olması və onların bir-birinə necə bağlanması məsələsidir ki, burada
da vacib amillərdən biri ilk növbədə etibardır. Yəni hərə öz öhdəsinə düşən
işin öhdəsindən vicdanla gəlməli və əmin olmalıdır ki, digər insanlar da öz
vəzifələrini vicdanla yerinə yetirəcəklər. Halqaların hamısı sağlam olmalıdır
ki, bütövlükdə cəmiyyət sağlam olsun. Əgər etibar yoxdursa, bu cəmiyyət
sağlam ola bilməz. Başqa sözlə desək, cəmiyyətin sağlamlığının əsas şərtlə-
Elmi-fəlsəfi həyat
- 147 -
rindən biri əmək bölgüsüdür. Avropanı Avropa edən məhz əmək bölgüsü və
etibar oldu. Burada insanlar daxildəki əmək bölgüsü sistemində bir-birini
tamamlayır və bir-birinə bel bağlaya bilirlər. Qlobal müstəvidə də sıx
əlaqələr mövcuddur, amma ölkələrarası “zəncir” ölkədaxili “zəncir” kimi
deyil. Avropa ölkələri bir-biri ilə də sıx bağlıdırlar. Burada bir ölkədə gedən
inflyasiya digərlərinə də təsir göstərir. Amma bir ölkədə baş verən hadisənin
nəticələrinin digər ölkəyə təsir göstərməsi mütləq deyil. Cəmiyyətdaxili
müstəvidə onun sferaları arasında asılılıq özünü daha qabarıq göstərir. Əgər
daxildə bel bağlamalı insanlar yoxdursa, sağlam həlqələr yoxdursa, əgər sa-
vadsızlar, saxtakarlar düşünülməmiş islahatlar aparırlarsa, əgər daxildə mü-
hit yoxdursa, onda bu, cəmiyyətin cırlaşmasına gətirib çıxarır. Belə halda ic-
timai inkişaf reqress istiqamətində gedəcəkdir. Bu gün elm və texnologiya-
nın əxlaqi aspektləri çox aktuallaşmışdır. Elm mənəvi cəhətdən saf adam-
ların əllərində olmalıdır. Elm özlüyündə nə pozitiv, nə də neqativ hadisədir.
Bəzən deyirlər ki, zaman hər şeyi həll edir. Bu, düzdür. Amma prosesin isti-
qamətliliyi önəmlidir. Əsas odur ki, zamanın gedişatında az da olsa bir
proqress olsun. Əgər zaman tərsinə işləsə, o, heç nəyi həll edə bilməz. Biz
istəyirik ki, istiqamət düzgün seçilsin, zaman müsbət əmsalla keçsin və
cəmiyyət hər dəfə bir az irəli getsin.
Cəmiyyətin uğurla inkişafı üçün bütün halqalar birinci növbədə özünə
əsaslanmalıdır. Yəni bizim öz ideyalarımız olmalıdır. Öz ideyalarımızın
olması üşün dahiləri biz yetişdirməliyik, müvafiq mühit yaratmalıyıq. Lakin
bu istiqamətdə bütün islahaltarı ölçüb-biçib, fəlsəfi təməl üzərində
aparmalıyıq. Əgər hər hansı islahata sosial sifariş yoxdursa, onda bu cür
islahattın həyata keçirilməsi ancaq ziyan verər.
Bu günün ictimai nailiyyətləri gələcək uğurlar üçün postament rolunu
oynayır. Sonra bu uğurların üzərində bir mərtəbə də qurulur və bu yolla
ictimai inkişaf həyata keçir. İctimai inkişafın mərhələləri halqalara bənzəyir.
Sosial prosesdə bəzən “qırıq halqalara” da rast gəlinir və bu zaman insanla-
rın ictimai inkişaf üçün etdikləri hədərə çıxa bilər. Cəmiyyətdə hər hansı bir
sahə (təhsil, səhiyyə və s.) sıradan çıxsa, onda cəmiyyət daxili dinamikasını
və tamlığını itirəcəkdir.
Dostları ilə paylaş: |