Elmi-fəlsəfi həyat
- 133 -
kullanın. Və təbiətdəki bu qanunauyğunluqlar düşünmək üçün ayətlərdir.
Düşünün, düşüncənizdən istifadə edin. Və bütün bunların dışında, bunlardan
sonra gələn, yəni bu hüdud daxilində, tutaq ki, Allah sənə bu stəkanı burdan
qaldırıb bura qoymağa güc veribsə, sən ha dua elə ki, o stəkanı mənim üçün
kimsə götürsün qoysun ora, duan müstəcəb olmayacaq. Ona görə ki, Allah
sənə zatən o imkanı verib, özün elə. Əgər bir çətinliyi özün həll edə bilər-
sənsə, sənə o potensial verilibsə, sən bir balaca çətinliyə düşən kimi, Allahın
üzərinə atırsansa, o müstəcəb olmayacaq, yerinə yetməyəcək, çünki sənə bu
potensial öncədən verilib. Sən öz imkanını axıra qədər kullanmırsansa, sənin
Allah qarşısında istəyin keçərli deyil. Bəzən deyirlər ki, avara, ağıldan kəm,
“Allahın yazığı” olan adamların bəzən nəfsi tez tutur, istəyi tez yerinə yetir,
əksinə, müdrik, güclü, qüdrətli adamların istəyi keçmir. Doğrudan da, olur
belə şeylər. Onun nəfsi ona görə tutur ki, onun səviyyəsi məhduddur və
onun istədikləri imkanı xaricindədir deyə, istədikləri yerinə yetir, çünki Al-
lah onun payını əvvəlcədən az edib. Amma sənin payını çox edibdir, sənə
güc verib, sənə ağıl verib. Get bunları istifadə et. Bax, bu mənada, Könül
xanım, sizin verdiyiniz suala qayıdıram. Sizin sufi düz deməyib. Harada düz
deməyib? Deyəndə ki, uşaq vaxtı öz ağlımla hərəkət edə bilmirdim, onsuz
da Allah məni idarə edirdi. Axı, tək Allah yox, elə mühit idarə edirdi. Təbii
ki, son nəticədə hər şey Allahdan asılıdır, qabaqcadan planlaşdırılmış siste-
mə qarşı olmayan şeylərdir. Demirəm ki, pozitiv mənada hər şey ölçülüb-bi-
çilib, tutaq ki, yazılıb ki, mən bu stəkanı bu dəqiqə qaldırıb ora qoyacam.
Yox. İmkanlar yazılıb. Onu realizə etmək imkanı verilibdir. Allah insanlara
iradə azadlığı, seçim azadlığı veribdir və bu, islam dinində var. Bu çox bö-
yük, mütərəqqi bir fikirdir. Amma seçim azadlığının, iradə azadlığının hü-
dudları da göstərilib – hara qədər, nəyə qədər. Tutaq ki, bir ayəni deyim.
Deyir ki, təbiətlə bağlı məsələlərdə insan ağlını kullansın nə qədər istəyir.
Amma ruh aləmində onun dərk etmək imkanları çox məhduddur. Bu sahədə
biz ancaq qəlbimizlə, intuisiyamızla, haradasa sezgimizlə işləməliyik. Am-
ma intellektual aləmdə Allah bizə gül kimi ağıl verib, bunu kullanmalıyıq.
Nə zaman bunu etmirik, İslam dünyasını geri qoyan səbəblərdən biri bu ol-
du, ağıl komponenti və ağıla istinad zəiflədi, baxmayaraq ki, başqa dinlərlə
müqayisədə İslam qədər ağıla önəm verən ikinci bir din yoxdur. Uzaqba-
Fəlsəfə və sosial-siyasi elmlər – 2012, № 1
- 134 -
şı söz var, ağıl yoxdur. Amma Quran başdan-ayağa ağıla üstünlük verir.
Çox mühüm bir prinsipdir. Biz öz dinimizi düzgün interpretasiya edə bilmə-
diyimizə görə, dinimizin fəlsəfəsi olmadəğına görə biz bu günə qaldıq. Yax-
şı başlamışdılar İbn Sina, Fərabi. Bəzi addımlar atdılar, amma onlar da Aris-
toteldə ilişib qaldılar və davamçıları olmadı. Orda qırıldı. Sufilər gəldi...
Könül Bünyadzadə:
Səlahəddin müəllim, icazə verin sufiləri bir balaca müdafiə edim. Əv-
vəla sufilər qədər Quranı yaxşı bilən heç kəlamçılar da olmaz. Və ona görə
də sizin dediyiniz ağılı kullanmaq, seçim azadlığı və s. bunları onlar da de-
yirdilər. Sadəcə olaraq bir məsələ var. Bir var insan o seçimini edir və Allah
onu həmin o seçimi ilə aparır, bu Quranda da var. Sadəcə o seçimini sən
düzgün etməlisən. Burada bir məsələ var. Bir var sən öz seçimini öz başına
edirsən, yəni nəfsim nə istədi onu seçdim, bir də var mən həmin məsləhəti
atamla da yox, anamla da yox, Allahla məsləhət etdim. Yəni içimdəki həmin
məqam ki var, Allah ilə mənim aramdakı xətt açıq olur, mən o məsləhəti Al-
lahla edəndən sonra seçimimi edirəm ki, Allah da məni həmin yolla aparsın.
Fatihə surəsinin belə bir şərhi var: insan yüksəldikcə, Allahın ona yardımları
da fərqlənir. İlk baxışda belə çıxır ki, Allah insanlara fərqli gözlə baxır, yox,
sadəcə o köməyi görüb, duymaq bacarığından gedir. Allah hamıya kömək
edir, sadəcə biri görür, o biri görmür. Orada belə bir şey də vardı ki, Allah
ilk vaxtlar o köməyi kiminsə vasitəsilə deyir sənə, yaxşı bir insan çıxır qaba-
ğına, sənə kömək edir. Hansısa bir kitabdan hansısa bir sözü təsadüfən oxu-
yub o sözdən bir dərs çıxarırsan. Daha sonra o dərs almaq bacarığını mə-
nimsəyəndən sonra, bir az yüksələndən sonra başlayır artıq kimsə yox, artıq
sənin öz ağlına ideya gəlməyə. Artıq o səviyyəyə qalxırsan ki, o ideya sənin
özündə doğulur. Və bundan sonra belə mərhələ gəlir ki, sən gözü yumulu
yaşasan belə, Allah sənin əlindən tutur, öz mələklərini sənin qulluğuna verir
ki, səni xəta-bəladan qorusun, səni xüsusi təhlükələrdən, dilinin səhvlərin-
dən qorusun. Yəni Allah o köməyi, o vasitəni o qədər yaxın edir ki, sufilər
bunu yaşamaq üçün, duymaq üçün, düzgün seçimi eləmək üçün o həyatı ya-
şayırlar ki, aradakı o vasitə, ünsiyyət açıq olsun. Sufilər pul qazanıblar da,
ailə həyatları da olub, övladları da olub. Tutaq ki, Haris Mühasibi çox zən-
Elmi-fəlsəfi həyat
- 135 -
gin olub. Sufi deyəndə əyni cındırlı, çöllərə düşmüş, dilənən biri nəzərdə tu-
tulmur. Sufi məhz o daxili ünsiyyətə açıq olandır. Dərvişlik bir ayrıca xət-
dir, sufizmin nə əsası deyil, nə rəmzi.
Səlahəddin müəllim:
Sufilərin mən əleyhinə danışıram, amma sufilər mənə doğmadırlar.
Amma mən sufi deyiləm. İkimiz də eyni şeyi deyirik. İnsanın öz həyatını
seçməsində ağlı da iştirak edir, ictimai meyarlar da, ürəyi də. Və ürəyim
istəyir, ürəyim istəmir məqamı məhz sualımızdakı qeyri-şüuri məqamdır. O
qəlbə keçən, düşünülmədən sezgi kimimi deyim, duymaq kimimi, ürəyimə
dammaq kimimi deyim, bax bu formalarda gəlir. Elmi fəlsəfi dildə sadəcə
sezgi və onun variasiyaları var – ilham, vəcd və ən yüksək – vəhy – ən ali,
peyğəmbərlərə məxsus haldır. Bu məqamlara da yüksəlmək lazımdır. Bəli,
bu həmin o qeyri-şüurinin aktivləşməsidir. Bu qeyri-şüuri potensialın insan
həyatında iştirakının yönəldilməsidir. Öz imkanlarından və təyinatından xə-
bərsiz yaşayan insanlar var. Çox böyük bir missiya ilə həyata gələn gedib
elə bir mühitə düşə bilər ki. Amma günlərin bir günündə o qayıda bilər, o
ikinci dəfə doğula bilər və özünü dərk edə bilər, özü onun üçün açılandan
sonra yepyeni bir həyat başlaya bilər. Burada hansısa bir vəsilə, təkan ola
bilər ki o silkələnsin, özünə qayıtsın. Cəmiyyətdə böhran məqamları olur.
Cəmiyyət inqilabi situasiyanı yaşayır, yeni keyfiyyət halına keçir, yeni inki-
şaf istiqamətləri seçir, strategiya dəyişir. Bizim məqsədimiz öz düşüncələri-
mizi o cəmiyyətə sırımaq, daha çox cəmiyyətin içindən gələn o tendensiya-
nın obyektiv qanunauyğunluqlarını dərk edib, ona uyğunlaşmaq və ya ona
yön verməkdir. Dərk edib sonra yönəltmək. Bilmədiyin şeyi yönəldə bil-
məzsən. Gərək cəmiyyətin nəbzini tutaq, dilini bilək. Cəmiyyət bizimlə nə
dildə danışır? Ancaq elə rüşvət, zorakılıq dilindəmi? Yoxsa cəmiyyət tutaq
ki, bir qəlbinə əlacmı axtarır, inləyirmi, biz onun iniltisini eşitmirik. Olmaz
belə, biz cəmiyyətə kömək əlimizi yönəltməliyik. Biz gələk birinci onun
halını öyrənək, bilək.
Aydın Şirinov:
Nəticələri hamı bilir, hamı görür. Bizim vəzifəmiz səbəbləri tapıb, həll
yollarını tapmaqdır.
Dostları ilə paylaş: |